F. Q. Vahidov, T. B. Ağayev


Müasir dövrdə sosial-etnik münaqişələrın



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə70/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   131
sosiologiya

 
2. Müasir dövrdə sosial-etnik münaqişələrın 
kəskinləşməsinin səbəbləri 
 
Sosial-etnik münaqişələr müəyyən səviyyədə  cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud 
olmuşdur. Bunun əsas səbəblərini inkişafın qeyri-bərabərliyi,  ərazi, dil, mənəvi həyat və adət-ənənələrin 
müxtəlifliyi, milli mədəniyyətlərin özünəməxsusluğunun qorunması, sosial nemətlərə nail olmaqdakı  fərqlər, öz 
problemlərini digər xalqların hesabına həll etmək cəhdləri təşkil edir. 
Bəzi müəlliflər müxtəlif konsepsiya, nəzəriyyə  və  təlimlərin köməyi ilə sosial-etnik münaqişələrə haqq 
qazandırmağa çalışırlar. Bu zaman zorakılığın müxtəlif formaları, fərdlərin, qrupların və təbəqələrin inkişafındakı 


64 
 
qeyri-bərabərliyi təsdiq edən faktlar əsas götürülür. Bunların sırasına birinci növbədə müxtəlif sosial-irqi 
nəzəriyyələri, o cümlədən faşizmi və s. aid etmək olar. 
Keçmiş SSRİ-də milli siyasət və milli suverenliklə bağlı buraxılmış  səhvlər bu gün mövcud olan 
konfliktlərin  əsas səbəblərini  şərtləndirir. Xüsusilə  həmin dövrdə millətlərin milli suveren hüquqları - hər bir 
millətin öz sosial-siyasi quruluşunu seçmək azadlığı,  ərazi bütövlüyü, iqtisadi sərbəstliyi və s. hüquqları kobud 
surətdə pozulmuşdur. 
Məhz buna görə də keçmiş sovet məkanında etnik və millətlərarası münaqişələrin kəskinləşməsi səbəbləri 
üzərində daha ətraflı dayanmaq məqsədəuyğundur. Aydındır ki, Sovet İttifaqının dağılmasının əsas səbəblərindən 
biri onun ərazisində yaşayan müxtəlif xalqlar, millətlər arasındakı qarşılıqlı münasibətlərin kəskinləşməsi 
olmuşdur. Həm mərkəzdə, həm də müttəfiq respublikalarda müəyyən qüvvələr öz dar milli maraqlarını  təmin 
etmək üçün köhnə haqq-hesabları  və borcları ilə bağlı problemləri qabartmağa çalışırdılar. Bu isə qarşılıqlı 
narazılıqları gücləndirirdi. Digər səbəb sovet cəmiyyətinin iqtisadi, sosial və  mənəvi tərəqqisində milli 
mədəniyyətlərin, milli dillərin və s. İnkişafında 
[155 - 156]
 buraxılmış nöqsanlar və səhvlər idi. 
Şübhəsiz, millətlərarası münaqişələrin yaranmasına şəxsiyyətə pərəstiş illərində milli problemlərin həllində 
yol verilmiş ciddi səhvlər və əyintilər də öz mənfı təsirini göstərmişdi. Xüsusilə, artıq 30-cu illərin əvvəllərindən 
başlayaraq guya SSRİ-də milli məsələnin həll olunması ilə  əlaqədar olaraq ayrı-ayrı müttəfiq respublikalarda 
fəaliyyət göstərən milli şöbələr ləğv edilmiş, millətlərin qovuşması prosesi süni surətdə gücləndirilmişdir.  Əgər 
1926-cı ildə siyahıya alınma zamanı SSRİ-də 200-ə yaxın millət, xalq, etnik qrup qeydə alınmışdırsa, 1939-cu ildə 
bunların sayı 99-a endirilmişdir. Deməli, 13 il ərzində bu göstərici 2 dəfə azalmışdır. Xalqların etnik 
xüsusiyyətlərinin nəzərə alınmaması, süni surətdə assimilyasiya ayrı-ayrı sosial-etnik qrupların bir-birindən 
uzaqlaşmasını, yadlaşmasını  və son nəticədə ciddi sosial narazılıqları  şərtləndirirdi. Burada həmçinin kütləvi 
repressiyalar, bütöv xalqların öz ənənəvi yaşayış yerlərindən köçürülməsi, bir çox partiya və dövlət xadiminin, 
milli ziyalıların təqib olunması kimi neqativ proseslər də nəzərə alınmalıdır. 
Millətlərarası münasibətlərin kəskinləşməsi həm də dövlətin, mərkəzin yeritdiyi siyasətdə regionların 
maraqlarının lazımi dərəcədə nəzərə alınmaması, nazirliklər və idarələr tərəfındən müttəfiq respublikaların, eləcə 
də digər ərazi-dövlət qurumlarının mənafelərinin pozulması ilə əlaqədar idi. 
Millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də 80-ci illərin sonu - 90-cı illərin 
əvvəlində Sovet İttifaqına rəhbərlik etmiş  şəxslərin korrupsiyaya qurşanmasının, vəziyyəti real qiymətləndirə 
bilməməsinin, ayrı-ayrı mafioz qruplarla əlaqələrinin, millətçilik təzahürlərinə qarşı ardıcıl mübarizə 
aparılmamasının nəticəsi idi. Həmin dövrdə ölkəyə  rəhbərlik etmiş  şəxslərdən biri Y. K. Liqaçov 1989-cu ilin 
sentyabrında etiraf etmişdi ki, «ötən ilin yazında mən Zaqafqaziyanın iki respublikasının sərhədlərinin 
dəyişdirilməsinin əleyhinə olduğumu birmənalı şəkildə deyən 
[156 - 157] 
kimi bu, millətçiləri hövsələdən çıxartdı 
və onların bəd əməllərini çox gözləmək lazım gəlmədi». 
Millətlərarası qarşılıqlı münasibətlərin kəskinləşməsinin mühüm səbəblərindən biri sovet cəmiyyətinin 
uzunmüddətli böhran vəziyyəti olmuşdur. Sosial problemlərin həllindəki çətinliklər, inflyasiya, cinayətkarlığın 
geniş vüsət alması  və s. nəinki xalqlar arasında münasibətləri pisləşdirdi, həm də böyük bir ölkənin bir sıra 
regionlarında genişmiqyaslı məlum konfliktlərin yaranmasına gətirib çıxardı. 
Milli-etnik münasibətlərdəki münaqişələrin səbəblərindən danışarkən müstəqil dövlətlərin bir çox 
liderlərinin və parlament üzvlərinin yerli millətə başqalarına nisbətən üstün yer verməsi kimi yanlış siyasəti də 
qeyd etmək lazımdır (Pribaltika, Rusiya, Ermənistan, Gürcüstan və s.). Bu, məsələn, bir sıra MDB dövlətlərinin 
qanunvericiliyində ayrı - seçkilik hallarına yol verilməsində, milli mənsubiyyətə görə adamların işdən 
çıxarılmasında, qeyri-yerli əhalinin hüquqlarının pozulmasında, milli şovinizmdə və s. özünü göstərir. 
Etnik münaqişələrin qızışdırılmasında bir sıra kütləvi informasiya vasitələri də əhəmiyyətli rol oynamışlar 
və indi də belə bir rol oynamaqda davam edirlər. Bəzən informasiya vasitələrində verilən məlumatlar qərəzli olur, 
bir xalqın digərinə qarşı nifrətini formalaşdırmağa xidmət edir. 
Nəhayət, milli-etnik münasibətlərin müasir mərhələdəki böhranlı  məqamlarını ictimai proseslərin idarə 
olunmasının qeyri-effektivliyi, hakimiyyətin müxtəlif strukturlarının fəaliyyətinin bir-biri ilə razılaşdırılmaması, 
hətta bəzi hallarda qarşı-qarşıya durması, yaranmış problemlərin həlli texnologiyasının olmaması, bəzən beynəlxalq 
təşkilatların bu münaqişələrə ikili standartlarla yanaşması, bu və ya digər səbəblərdən onların həllini istəməməsi ilə 
izah edilməlidir. 
[157 - 158] 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin