****
Ermənistan Kommunist Partiyası Zəngəzur qəzası məxfi
işçilərinin ümumi yığıncağının protokolu
Sədr: M.Aryutunov
Katib: Z.Mkrtiçev
Fond 1, siyahı 2, saxlama vahidi 139
Gündəlik:
1) Yerlərdən və İrəvandan gələnlərin məruzələri.
2) Bakıya və İrəvana xüsusi məruzə ilə gedəcək yoldaş-
ların seçilməsi.
Dinlənildi
İclas M.Aryutunovun sədrliyi və Z. Mkrtiçevin katibliyi
ilə açıldı.
Birinci məsələ ilə bağlı Zəngəzur qəzasından gələn məxfi
işçilərin məruzələri dinlənildi. Məruzələr dinlənildikdən son-
ra aydın oldu ki, artıq Zəngəzur qəzasında və Qubadlı rayo-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
193
nunda qalıb işləmək mümkün deyil. Elə ona görə də bu qəza-
nın bütün işçiləri işlərini buraxaraq Şuşaya getmək məcburiy-
yətində qalıblar. İrəvandan gələn yoldaş Tumasovun məruzə-
sindən məlum oldu ki, daşnakların məsələsi tezliklə həll
olunacaq.
Qərara alındı:
Gündəlik məsələlər yığıncaq iştirakçıları tərəfindən ciddi
müzakirə olunduqdan sonra iclas həmrəyliklə qərara aldı ki;
Qubadlı qəzasında daşnakların müsavatçılarla və yerli bəy-
lərlə əlaqə qurmaları və həmin əksinqilabçı qüvvələr tərəfin-
dən bizim üç yoldaşımızın–Şneger kəndinin sakinləri Arme-
nak Ağasiyansın, Arşak Tunanyansın və Parsak Saakyansın
öldürülməsi təsdiq edilsin. Vəziyyətlə bağlı Bakını və İrəvanı
məlumatlandırmaq üçün aşağıdakı yoldaşlar: Mali-yans və
Tumasov məlumat vermək üçün Bakıya və İrəvana ezam
olunsunlar. Onlara Bakıya və İrəvana gedib qayıtmaq üçün
məxfi əməkdaş mandatları verilsin.
Sədr:
Katib:
****
Sənədlər arasında Qubadlı qəzasının məsul partiya işçisi
Savalan Şirinovun 23 avqust 1921-ci il tarixli mərkəzə ötür-
düyü məlumatdan bir çıxarış var. Həmin çıxarışdan məlum
olur ki, Savalan Şirinov öz məlumatında Qəza İcrayə Komi-
təsinin sədri seçilən Hüsü Hacıyevin həbs olunmasını tələb
edərək, onunla bağlı bütün sənədlərin və materialların AKP
MK-nin tam nəzarəti altında saxlanmasını istəyir, onun əfvi-
nə sığınaraq azadlığa buraxılan əksinqilabçı qüvvələrin dinc
əhaliyə divan tutmasından, üç kommunist yoldaşın – Arso-
nun, Parsiyanın və Arşakın məhşur əksinqilabçı İsgəndər bəy
Sultanov (Aslan bəyin əmisi oğlu) tərəfindən güllələnməsin-
dən söz açır.
Фаиг Абдуллайев____________________________________
194
Savalan Şirinov məlumatında Hüsü Hacıyevi qatı kontra-
bandaçı adlandırır, onu İran xanları ilə əlaqədə suçlayır, da-
xildə isə Aslan bəy Sultanovun yaxın qohumları və işçilərinin
inqilaba və sovet hakimiyyətinə mane olmala-rından danışır.
İsrafil bəy Sultanovdan neçə milyonsa rüşvət alaraq onu
hansısa bir sahənin milis rəisi vəzifəsinə təyin etməsini
söyləyir və Sultanovlar nəslinə yeni şər və böhtanlar atmaqda
davam edir.
Fond 1, siyahı 2, saxlama vahidi 136
****
Azərbaycan Sovet Sosialist Respublikası Bakı Sovetində
1920-ci il 1 dekabr tarixli yığıncaqda yoldaş Nəriman Nəri-
manov qəribə bir deklorasiya ilə çıxış edib. Həmin deklo-
rasiyanın mətni 1920-ci il “Bakinskiy raboçiy” qəzetinin
4 dekabr tarixli sayında çap olunub. Nəriman Nərimanov
bəyənatında bildirir ki, “...Zəngəzur və Naxçıvan qəzalarının
___________________Зянэязур асланы–Аслан бяй Султанов
195
əraziləri Sovet Ermənistanının ayrılmaz bir hissəsidir, Qara-
bağın sadə kəndli əhalisinin isə öz müqədəratını müstəqil
şəkildə təyin etmək hüququ var. ..”
****
Elə buradan başlamaq istəyirik.
Əlimizdə olan onlarla arxiv sənədi və görüşdüyümüz in-
sanların xatirələrində yaşayan faktlar bir daha təsdiq edir ki,
ermənilərin Azərbaycana qarşı qaldırdıqları torpaq iddiaları-
nın kökü daha dərinlərə gedib çıxır.
Arxiv sənədlərinin arasında qarşımıza çıxan maraqlı bir
sənəd də Savalan Şirinovun 10 aprel 1921-ci ildə Azərbay-
can Kommunist Partiyası Mərəzi Komitəsində yerli kommu-
nistlərin nümayəndəsi qismində göndərilmiş Məruzəsidir.
Məruzənin mətnini olduğu kimi sizə təqdim etməık istəyirik.
Məlumatdan açıq aydın görünür ki, bu Aslan bəyə və onun
ətrafına qarşı başlanan qarayaxma əməliyyatının ilk açıq
fakıdır.
Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi
Sənədlər Arxivi. Fond 1, siyahı 2, iş 139.
Savalan Şirinovdan
İnqilab Komitəsinə verilən məlumatla tanış olduqda in-
sanın qanını donduracaq bir fakt, o faktın arxasında isə
məkrli bir niyyətin dayandığı diqqəti çəkir. Faktla aşağıda-
kı sənədi oxuduqda tanış ola bilırəsiz, lakin məkrli niyyət
ondan ibarətdir ki, həmin qurultayda çıxarılan qərar Azər-
baycan xalqının kürəyinə saplanmış zəhərli xəncər idi. Qu-
rultayın məqsədi Azərbaycanı türk dünyasından, Türk dün-
yasını isə coğrafi cəhətdən bir-birindən ayrı salmaqdan
ibarət idi. Qurultay nümayəndələri, Çingiz İldırımın himayə
etdiyi yerli xainlərlə birlikdə bəsit və gülüş doğuran fakt-
Фаиг Абдуллайев____________________________________
196
ları əsas götürərək Zəngəzurun Ermənistana verilməsini
qaçılmaz hesab ediblər.
Qurultay iştirakçılarından biri, o dövrdə fəal kommu-
nistlərdən biri olan Nəzər Heydərov sonradan yazdığı
“Zəngəzur dağlarında” adlı kitabında yazır ki, “Belə ağır
bir şəraitdə Zəngəzur qəza partiya təşkilatının qurultayı
çağırıldı. Qurultay 1920-ci ilin ikinci yarısında Gorusda
açıldı. Qurultayın işinə Armenak Qaragözov rəhbərlik
edirdi”.
Arxiv sənədləri təsdiq edir ki, Çingiz İldırım Zəngəzurun
Ermənistana verilməsində canfəşanlıq göstərən, xalqına
xəyanət yolunu seçən qüvvələrə birbaşa rəhbərlik edib və
onları bu işlərə ruhlandırıb. (Azərbaycan Respublikası Pre-
zidenti Aparatının Siyasi sənədlər arxivi. Fond 1, siyahı 2,
saxlama vahidi 139)
P.S. Armenak Qaragözov həmin dövrlərdə Zəngəzurun
Ermənistan tərəfinin fövqəladə komissarı olub. Həmin
dövrdə Zəngəzurun və Qarabağın Azərbaycan tərəfinin
fövqəladə komossarı isə komunist partiyasının üzvü
olmayan Aslan bəy Sulatov olmuşdur.
Aslan bəy Sultanov dövrünün ən nüfuzlu şəxsiyyətlə-
rindən biri, bacarıqlı sərkərdə, sərrast atıcı, aəzrbaycan, rus
və erməni dillərində sərbəst danışa bilən, siyasi cəhətdən
tam hazırlıqlı və yetkin, savadlı və vətənpərvər bir insan
olmuşdur. Əldə etdiyimiz arxiv sənədlərinin mənzərəsi də
bu fikirləri təsdiq edir. Aslan bəy Sultanov özünü artıq tam
olaraq təsdiq etmişdi. Ermənilərin xalq qəhrəmanı, daşnak
Andronikin sağ əli general Manukyanı məhv edən (o barə-
də ətraflı məlumat verəcəyik), erməni daşnakları ilə müba-
rizədə barışmaz mövqe tutan xalq qəhərmanı idi Aslan bəy.
1921-ci ildə, Zəngəzurun Ermənistana verildiyi vaxtda
nədənsə Nəzər Heydərov kitbaında Aslan bəyin və onun
___________________Зянэязур асланы–Аслан бяй Султанов
197
doğmalarının adarının üstündən sükutla keçir. Mənzərə isə
aşağıdakı kimidir: ”
Baş Dövlət Arxivi
Fond 410, siyahı 1, iş 130
****
Arxiv sənədlərinin təhlilindən sonra bu məsələyə yenidən
qayıtmağı lazım bildik. Azərbaycan Prezidenti Aparatının Si-
yasi Sənədlər Arxivində fond 1, siyahı 1,saxlama vahidi 24
qrifi ilə qorunan sənəd bir daha təsdiq edir ki, 1920-ci ilin 18
sentyabrında mərkəzdə, Nəriman Nərimanovun, Dadaş Bün-
yadzadənin və qeyri rəsmi dövlət nümayəndələrinin da işti-
rak etdiyi iclasda artıq Zəngəzur məsləsinə baxılmış və bura-
da Zəngəzurun birbaşa daşnak hökumıti ilə sərhəddə yerləş-
məyi və buna görə də başqa bölgələrdən fərqli olaraq daha
çox daşnak təcavüzünə məruz qalması, eyni zamanda bu
yerlərin coğrafi cəhətdən keçilməz meşəliklərdən və dağlıq
ərazilərdən ibarət olması həmin yerlərə yaxşı bələd olan yerli
bir liderin, sərkərdənin bacarığından istifadə etmək zərurətini
ortaya qoymuşdu. Çünki həmin yerlərə bələd olmayan hərb-
çilər burada heç bir döyüş əməliyyatı qura bilməz, dəqiq
kəşfiyyat apara bilməzdilər. Ona görə də bu sənəd bir daha
sübut edir ki, Laçınlı Sultan bəydən daşnaklara qarşı birgə
mübarizə aparmaq siyasəti özünü doğrultmadı və bu əhali
arasında böyük narazılığa səsəb olub. Bunu təsdiq edən arxiv
sənədini sizə təqdim edirik.
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə-
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 24
Фаиг Абдуллайев____________________________________
198
___________________Зянэязур асланы–Аслан бяй Султанов
199
Sənəddə daha sonra qeyd edilir ki, Xalq Hərbi Komissarlığı-
na tapşırılıb ki, Sultan bəyi bandası ilə birlikdə məhv etsin.
Buradan da aydın görünür ki, bu zonada mərkəz tərəfindən
güclü sərkərdə axtarışı əvvəlcədən düşünülmüş məkrli bir si-
yasət idi. Yəni, özlərinin də etiraf etdikləri kimi, arxiv sənə-
dində göstərilən kimi onların gücündən yalnız daşnaklara
qarşı mübarizədə istifadə etmək, bununla da asanlıqla bu mü-
haribəni mümkün qədər az itkisiz daşnaklar üzərində qələbə
ilə təmin etmək. Bütün bunların üstündən keçilərək Aslan
bəyin üzərində dayanılması bu artıq mərkəzin və XI qızıl or-
dunun kəşfiyyatının verdiyi dəqiq məlumatlardan sonra ol-
muşdu. Yəni onların aldığı kəşfiyyat məlumatlarında göstəri-
lirdi ki, burada Aslan bəy elə bir kəşfiyyat qurub ki, Nijde,
onun ətrafındakı digər daşnak komandanları Azərbaycana
qarşı hər hansı bir kəşfiyyat və döyüş planı tərtib edirlərsə,
Aslan bəyin kəşfiyyatı bunu vaxtında öyrənir və Aslan bəy
özünün əks hərbi planı ilə həmin planları darmadağın edir.
Bundan başqa da onun Azərbaycanın ucqar bir bölgəsində ilk
dəfə o dövrün hərbi standartlarına uyğun nizami hərbi hissə
yaratması və ilk dəfə kazarma rejimi yaratması artıq mərkəzi
hökumətin nəyin bahasına olursa-olsun Aslan bəyi öz tərəfinə
çəkmək və onun fitri hərbi istedadından istifadə etməklə
daşnaklara qarşı müharibənin taleyini həll etmək. Təsadüfi
deyil ki, mərkəzdən gələn yüksək çinli dövlət nümayəndələri
Aslan bəyin bütün təkliflərini gözüyumlu qəbul edir, hətta
ona fövqəladə səlahiyytələr verməklə yerli hakimiyyəti təşkil
etmək də ona həvalə olunur. Buradan da belə nəticə çıxır ki,
özünün də iştirak etdiyi iclasda Nərimanov çox yaxşı bilirdi
ki, Aslan bəy daşnaklara qarşı mübarizədə bir nömərli fiqur-
dur. Lakin daşnaklarla mübarizə Aslan bəyin böyük hərbi
bacarığı sayəsində qələbə ilə bitdikdən sonra artıq mərkəzi
hökumət yerlərdəki xainlərin əli ilə Aslan bəyi ləkələmək və
Фаиг Абдуллайев____________________________________
200
onu bütün vəzifələrdən kənarladırmaq yolunu tutdu. Onu daş-
naklarla əlbir olmaqda və əksinqilabçılıqda ittiham etməyə
başlayırlar. Ancaq onların ortaya atdıqları yalançı ittihamlar
ictimai rəy tərəfindən rədd edildikdən sonra insanlar böyük
narazılıqla belə qondarma şaiyələrə, böhtanlara etirazını bil-
dirdikdən sonra mərkəzi hökumət artıq geri çəkilərək, onu
daşnakların dostu kimi yox, bütün erməni xalqının düşməni
kimi qələmə verməyə başlayır. Biz bu məsləyə bir daha ona
görə qayıdıb oxucuların diqqətini bu məsləyə cəlb etməyə
çalışdıq ki, Nəriman Nərimanov bu qəhrəman sərkərdənin
daşnaklara qarşı mübarizədə necə vuruşduğunu, xalqımızın
qisasını erməni qəsbkarlarından necə aldığını bilə-bilə onun-
la son dərəcə çirkin bir oyuna getmişdir. Yəni əvvəl, mərkəzə
lazım olanda, onun hərbi bacarığına, fitri hərbi istedadına
ehtiyac duyulduqda ondan yetərincə istifadə etmək, missiya
başa çatdıqdan sonra isə onu ləkləmək, ona erməni xalqının
düşməni adını qoyaraq xalqın qəhrəman, mərd oğluna qarşı
xəyanət yolunu tutmaqla, Moskvadakı ağalarının tələblərinə
görə öz qəhrəman oğlunu həbs edərək cəzalanması üçün er-
mənilərə verilməsini təmin etmək. Bununla da bir daha sübut
olunur ki, Nəriman Nərimanov öz kariyerasını qoruyub
saxlamaq üçün xalqımızın qəhrəman və mərd oğullarını qur-
ban vermişdir.
****
Azərbaycanın daxilində baş qaldıran separatçı hərəkatlar
da yatırıldıqdan sonra artıq yeni yaradılmış yerli hakimiyyət
mərkəzin dəstəyi ilə Zəngəzurun verilməsini sözdən əmələ
keçirməyə hazırlaşırdı. Bütün bu haqsızlıqlara dözməyən As-
lan bəy və onun ətrafındakı sadiq qüvvələr Lətif, Kərim və
Zəngəzurun digər igidləri bu haqsızlığa qarşı çıxaraq qaçaq-
çılıq hərəkatına başladılar. Nəzər Heydərov kitabında “Bandi-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
201
tizm bölməsində” yazır ki, “Qubadlıdakı Lətiflə Kərimin baş-
çılıq etdiyi antisovet bandaya faktiki olaraq Aslan bəy Sulta-
nov rəhbərlik edirdi.” O yerlərin adamları çox gözəl bilirdilər
ki, Lətiflə Kərim Aslan bəyin ən qəhrəman dəstə rəhbərləri
olub. Onların hər birinin hesabında 700 daşnak başı dayanır.
Bu ərəfələrdə Aslan bəyin kəşfiyyatı mərkəzin yeni iyrənc
oyunları haqqında məlumat alır və məlum olur ki, Nərimanov
hakimiyyəti Qarabağın da ermənilərə hədiyyə edilməsinə fak-
tiki olaraq razılıq verib və qərarı imzalayıb. Arxiv səndləri də
təsdiq edir ki, bu faktdır.
Mərkəzin bu xəyanətkar addımından daha da hiddətlənən,
barışmaz mövqe tutan Aslan bəy artıq müqavimət hərəkatını
daha da gücləndirmək haqqında qərar qəbul edir və tam ola-
raq yəqinləşdirir ki, mərkəz Azərbaycanın parçalanması və
hərraca qoyulması yolunu seçib. Buna görə də Qarabağda da
vaxtilə onun özünün yerləşdirdiyi hərbi qüvvələri hərəkətə
gətirir. Bu qüvvələr əlaqəli olaraq birlikdə fəaliyyət göstərir-
lər.
Onu da qeyd etmək lazımdır ki, bu illər ərzində Aslan bəy
vaxtaşırı Türkiyəyə keçir, Nuru paşa ilə görüşüb məsləhətləş-
mələr aparır və yenidən Zəngəzura qayıdaraq Qarabağ və
Zəngəzur ərazilərində mübarizəsini davam etdirir.
Nuru paşa ilə dostluğu 1920-ci ildə Nuru paşa Qarabağa
gələndən sonra başlamış və sonralar daha da güclənmişdir.
Nuru paşa Aslan bəyin Manuku ağlagəlməz məsafədən vurub
öldürməsini eşitdikdə hədsiz sevinmiş və bu möcüzəli qəhrə-
manla görüşmək arzusunda olduğunu bildirmişdir. 1920-ci
ildə Qarabağa gələrkən o dərhal adamlarına Aslan bəyə xə-
bər göndərməyi, görüş yerini təyin etməyi tapşırmışdı. Sava-
lan Şirinov deyirdi ki, ilk görüşdə Aslan bəy əl ilə görüşmək
istəyərkən Nuru paşa onu qucaqlayıb bağrına basmış və uca
səslə “igidin adını eşit, üzünü gör” demişdir. Bu tarixdən As-
Фаиг Абдуллайев____________________________________
202
lan bəyə Nuru paşanın dostluğu başlanır və sonralar get-gedə
dostluqları daha da möhkəmlənir.
Zəngəzurun verilməsinə və başqa haqsızlıqlara qarşı çıxan
Aslan bəq qaçaqçılıq hərəkatına rəhbərlik edərkən Nuru paşa
Aslan bəyi qorumaq üçün onun Türkiyəyə mühacirət etməsini
təkid edir. Nuru paşa artıq bilirdi ki, Aslan bəyi həbs eləyib
mühakimə olunması üçün içimizdə olan xain rəhbərlər ermə-
nilərə vermək istəyirlər. Bu barədə Savalan Şirinov sonradan
etiraf edirdi ki, Aslan bəyin göstərdiyi qəhrəmanlıqları çox
yaxşı bilən Nuru paşa bildirirmiş ki, Aslan bəy biz səni itir-
mək istəmirik. Sənin Azərbaycanda qalmağın həyatın üçün
təhlükəlidir. Aslan bəy də öz növbəsində bildirmişdir ki, mən
əgər Türkiyəyə mühacirət etsəm, camaat deyəcək ki, Aslan
bəy də başqaları kimi həyatı üçün real təhlükə yarandıqda
canını götürüb qaçdı. əslində isə, Aslan bəyi o dövrdə yaxın-
dan tanıyan insanlar deyirdilər ki, mühacirət etməyi o heç
cürə qüruruna sığışdıra bilmirdi. Nuru paşaya bildirmişdir ki,
burada bizim nə qədər igidlərimiz şəhid olub. Bizim canımız
onların canından artıq deyildir. Beləliklə, Aslan bəy höku-
mətə qarşı çıxaraq Azərbaycanın içində 8 il qaçaqçılıq
hərəkatına rəhbərlik edib (Lətif və Kərimin hərbi dəstələrinə).
****
Nəzər Heydərov “Zəngəzur dağlarında” kitabının 124-cü
səhifəsində daşnak hökumətinin darmadağın edilməsini tama-
milə təhrif edərək yazır ki, daşnak hökuməti başda general
Nijde olmaqla Qafan dağlarına çəkildi və Meğridən İrana ad-
ladı. Birinci Qafqaz ordusunun hərbi komissarı Sviridov
Myasnikovun adına vurduğu teleqramda bildirirdi: “Gorus
3.VII. 1921-ci il. Zəngəzur daşnak əksiqnqilabçılarından
tamam təmizləndi və orada fəhlə-kəndli hökumətinin qəti
qələbəsindən sonra bütün Zəngəzurda inqilabi qayda-qanu-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
203
nun yaradıldığını bildirməklə Qafqaz korpusu özünü xoşbəxt
hesab edir. İnqilabi komitələrə işi təşkil etməyə başlamaq
üçün öz hüquqları və vəzifələri barədə təlimat verilmişdir.
Başda Nijde olmaqla fırıldaqçılar dəstəsi İrana qaçdı. Hərbi
komissar Sviridov. Bu məlumatla əlaqədər Azərbaycan bolşe-
vik Kommunist Partiyasının MK-nin katibi yoldaş Kominski
Bakıda həmkarlar İttifaqları qurultayında xəbər verdi. Teleq-
ram alınmışdır ki, Nijdeyə qarşı aparılan hərbi əməliyyat
qələbə ilə qurtarmış, iyulun 2-də səhər saat 4-də əksqinqilabçı
dəstənin mərkəzi olan Gorus igid qırmızı əsgərlər tərəfindən
tutlumuşdur. Daşnakları nə ağaları ingilis, amerika imperia-
listləri nə də ingilislərin göstərişi ilə dostluq etdikləri bəy
müsavatçılar xilas edə bildilər.”
Görün nə qədər yalan danışır. Bu milləti aldadır. Əvvəla
Aslan bəy Nərimanova ünvanladığı ittihamedici məruzəsində
onun Semyonovla birlikdə Nijdeyə qarşı vuruşması, Qafan
alınarkən başından yaralanması və Gorusada hərbi xəstəxa-
nada yatması barədə 28-ci diviziyadan tibbi arayışı olduğunu
bildirir. Təsdiqedici fakt kimi. Bu hiyləgər Nəzər Heydərov
isə Kominskiyə istinad edərək bildirir ki, iyulun 2-də səhər
saat 4-də əksinqilabçı dəstənin mərkəzi olan Gorus igid qızıl
ordu əsgərləri tərəfindən tutuldu. Diqqət edin; əksinqilab-
çıların mərkəzi Gorus. Burada Aslan bəyin məruzəsinə
nəzərə salaq. “Başımdan yaralandıqdan sonra Gorusda hərbi
xəstəxanada yatdım.” Bir diqət edin, daşnakların mərkəzi
Gorusda... Buna yalnız böyük cəsarət lazım idi. Yalnız qorxu
bilməyən adam heç nəyi gözünə almadan Gorusda müalicə
olunardı. Axı Nəzər Heydərov sən hər kəsdən yaxşı bilirdin
ki, Semyonovun komandirlik etdiyi 28-ci diviziyaya faktiki
komandirliyi Aslan bəy edib. Ersevənnikdə onları mühasirə-
dən çıxarıb ölümdən xilas etdikdən sonra. Nijde qoşunlarının
baş komandanı general Sumbatı şəxsən öldürdükdən sonra
daşnak ordusu pərən-pərən düşmüş, bizim tərəf az itki ver-
Фаиг Абдуллайев____________________________________
204
məklə daşnakaları tamamilə məğlub etmiş, orada fəhlə-kəndli
hökumətini qurmuşdur. Nəzər Heydərov gözəl bilir ki, məhz
bundan sonra Qarabağda da Andrаnikin tör-töküntüləri, daş-
nak-quldur başçıları-Tevan, Tarxan və qeyrilərin də Sumba-
tın, Manukun gününə qoymaq üçün məhz Asalan bəyi bütün
Qarabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə,
general səlahiyyətli bir vəzifəyə irəli çəkirlər. Bütün bu qələ-
bənin müəllifi olan Azərbaycanlı balası Aslan bəyə, general
Semyonova və polkovnik Çelova qızıl medal verilib.
Bütün bu hadisələrin canlı şahidi olan Nəzər Heydərov ta-
riximizi bu qədər saxtalaşdırmaqla ağa qara deməklə kimlərin
dəyirmanına su tökür? Bu sualın cavabı birmənalıdır. Milli
tariximizi saxtalaşdıranlar qeyd-şərtsiz düşmənin dəyirmanı-
na su tökür. Düşmənin dəyirmanına su tökənlərə isə milli
xainlər deyilir.
Daha sonra başqa bir böhtan yazır. “Daşnakları nə ağaları
nə ingilis-amerika imperialistləri, nə də ingilislərin göstərişi
ilə dostluq etdikləri bəy müsavatçılar xilas edə bilmədilər.”
Diqqət edin guya ingilislərin göstərişi ilə bəy müsavatçılar
xalqımızın ən qatı düşməni olan daşnaklarla dostluq edirmiş-
lər. İnsan bu qədər riyakarlıq edər? Həmin bəylərin bir nü-
mayəndəsi olan Aslan bəy sən qaçıb gizlənərkən Nijdedən,
Drodan və başqa daşnaklardan millətin qisasını alırdı. Belə
olmasaydı Nəriman Nərimanovun komissiyası Aslan bəyi
“vraq armyan” yəni “erməni xalqının düşməni” adlandırmaz-
dı. Müsavat hökumətini daşnak hökuməti ilə dostluq etməkdə
ittiham etmək ən azı bizim tariximizə və millətimizə xəyanət-
dir. Bəylərdən bu qədər ürək yanğısı ilə danışan Nəzər
Heydərov görəsən ona himayədarlıq edən, onu sonralar özü-
nün təbiri ilə desək türmədən çıxartdıran Çingiz İldırım bəy
deyildimi? (Aslan bəyin əmisi oğlu olub). Nəzər Heydərov
87-ci səhifədə yazır ki, atama başa saldılar ki, Çingizin qəbu-
luna getsin. O Şuşada qubernatorun idarəsində işləməklə bol-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
205
şeviklərə kömək edir. Və o zaman bu sözü eşidən İmran təəc-
cübünü gislətmədən dedi: -Çingiz bəyin?
- Bəli, Çingiz bəyin, niyə təəccüb eləyirsən? Məgər sən
bilmirsən ki, Şuşada qubernatorun yanında işləməklə Çingiz
bəy bolşeviklərə kömək edir?
Qaragin sözünə bir qədər ara verib dedi: Çingiz İldırımı
başa salacaqlar, o Nəzərin atasını qəbul edəcək. Qaragözov
Abbas Sultanovun vasitəsilə Çingizlə əlaqə saxlayacaq. (Ab-
bas Sultanov Çingiz İldırımın əmisi oğlu idi. Zəngəzur bolşe-
vikləri bu əlaqədən istifadə edirdilər.) Göründüyü kimi, Nə-
zər Heydərov sənin əqidə qardaşın Abbas Sultanov da bəy
nəslindədndir. Sonra 89-cu səhifədə yazır ki, Çingiz atama
verdiyi sözü yerinə yetirdi və üçümüzü də həbsdən azad
etdilər.
Nəzər Heydərov kitabının 102-ci səhifəsində yazır: “İyu-
nun əvvəllərində Xinzirək kəndində məktəbin qabağındakı
böyük bir meydançada mitinq oldu. 1920-ci ilin mayın 28-də
general Dro bu kənddə zəhmətkeşlərin üsyanını vəhşicəsinə
yatırıb onlara qanlı divan tutdu. Zəngəzurun erməni tərəfinin
fövqəladə komissarı Armenak Qaragözovun atası Mkrtıç Qa-
ragözovu camaatın gözü qarşısında gülləmişdi”.
Dostları ilə paylaş: |