94-cü səhifədə isə Türkiyə dövlətinə şər atır və yazır ki,
guya 1918-ci ildə Türkiyə Brest sülh müqaviləsini pozaraq
Фаиг Абдуллайев____________________________________
146
Ermənistanın ərazisini işğal edib və Ermənistanın içində iki
qəza yaradıb: Eçmiədzin və İrəvan.
Azərbaycanın əzəli və əbədi qardaşı olan Türkiyə dövlə-
tinə böhtan atmaqla o, ermənilərin dəyirmanına su tökür.
Hansı ki, tarixdən bizə məlumdur ki, həmin ərazilərin hamısı
qədim Azərbaycan torpaqlarıdır. Göründüyü kimi, Aslan bə-
yə böhtan atan Nəzər eyni zamanda Türkiyə dövlətinə, Pey-
ğəmbər əfəndimizə də utanmadam böhtan atır.
Yaşadığımız son tarix bir daha onu sübut etdi ki, bu millətin
ən çox qəhrəmanlara ehtiyacı var.
****
Bu yerdə Qubadlı Qəzası Milis İdarəsinin rəisi Aslan bəy
Sultanovun 10 aprel 1921-ci il tarixində mərkəzə göndərdiyi
ittihamedici məruzəsini təhlil etməyə çalışaq.
İlk baxışdan insanlarda müəyyən qədər çaşqınlıq yarana
bilər. Çünki məruzənin əvvəlində Qubadlı qəzasında sovet
hökumətinin vəziyyətinin son dərəcə böhran içində olmasını
qeyd edir. Aslan bəy Sovet Hökumətinin fəhlə-kəndli höku-
məti olduğna, daha demokratik bir quruluş olduğuna inanırdı.
Bu fikirləri məruzəsinin sonunda işlətdiyi ifadələr də təsdiq
edir. O göstərir ki, biz bütün gücümüzü və səylərimizi bu qu-
ruluşun qorunub saxlanılmasına o inamla sərf edirdik ki, bu
quruluşun xalqı xoşbəxtliyə və xilasa aparmağına inanırdıq.
Məruzənin başlanğıcında göstərir ki, hər dəfə qəzanın ümu-
mi vəziyyəti və mənim tabeliyimdə olan milis işçilərinin
fəaliyyəti barədə ardıcıl olaraq mərkəzə vaxtı-vaxtında yazılı
olaraq məlumat verirdim. Ancaq nədənsə verdiyim yazılı
məlumatlara bir dəfə də olsa cavab almamışam. Daha sonra
göstərir ki, sovet hakimiyyətinin bu vəziyyətə düşməsinin
əsas səbəbi bir tərəfdən onun nüfuzunun arzuolunmaz həddə
qədər azalması, digər tərəfdən daxildəki zərərli elementlərin
fəaliyyətidir. Başqa tərəfdən də daşnaklar əl çəkmədən, zəhlə
___________________Зянэязур асланы–Аслан бяй Султанов
147
tökməklə özlərinin qəbuledilməz tələblərini irəli sürürlər
onlarla həm siyasi həm də ticarət əlaqələrinə girməyi
istəyirlər.
Qubadlı Qəza Milis İdarəsinin Rəisi Aslan bəy
Sultanovun Azərbaycan Mərkəzi İnqilab Komitəsinə
Ünvanladığı ittihamedici Məruzəsi
№603
10 aprel 1921-ci il.
Xocalan
“Rəhbərlik etdiyim İdarə tərəfindən qəzadakı ümumi
vəziyyət, rəhbərliyim altında sədaqətlə xidmət göstərən
milisin fəaliyyəti barədə mərkəzə vaxtaşırı verdiyim yazılı
məlumatlar nədənsə hər dəfə cavabsız qalmışdır.
Sovet Hakimiyyətinin Qubadlıdakı durumu hal-hazırda
son dərəcə gərgin bir vəziyyətə gəlib çatmışdır: bu da onunla
bağlıdır ki, onun nüfuzu bir tərəfdən daxildəki bolşevizmə
arzuolunmaz və mən deyərdim ki, təhlükəli elementlər
tərəfindən aşağı düşür, digər tərfdən isə daşnakların özlərinin
onlarla həm siyasi, həm də ticari əlaqələrə girmək kimi
qəbuledilməz tələbləri ilə baş apardıqlarından irəli gəlir.
1. Daşnaklarla müsəlman əhalisinin nümayəndələrinin bu
ilin 6 aprelində vacib məsələləri həll etmək üçün Aqarak
kəndində ali baş komandan Nijdenin iştirakı ilə görüşlərinin
təşkili.
2. Ticarət məqsədləri ilə yarmarkaların təşkili, onların və
müsəlman camaatının qarşılıqlı münasibətlərinin yaradılması
və s.
Sərhədyanı ərazilərdə yaşayan müsəlmanların daşnaklarla
əlaqələrinin qarşısını almaq üçün lazımi tədbirlər görülüb və
bu barədə Mərkəzə dəfələrlə məlumat vermişəm.”
Фаиг Абдуллайев____________________________________
148
Göründüyü kimi bu xəyanətkar təkliflərin qarşısını alan
Aslan bəy Nijdenin təkliflərini rədd etdiyini, onlara qarşı
amansız mövqe tutduğunu, daşnakların qatı düşməni oldu-
ğunu yazılı şəkildə mərkəzə bildirmişdir. Ancaq təəssüflər
olsun ki, bütün bu hərəkətləri Savalan Şirinov məruzəsində
yazır ki, guya yerli kompartiya (gizlinə sıxışdırılmış kommu-
nist partiyası üzvləri) üzvləri etmişlər. Əllərində heç bir səla-
hiyyət və gücü olmayan adamlara Nijdenin hər hanısa bir
təkliflə müraciət etməsi nə dərəcədə doğru ola bilər? İkrah
hissi doğuran isə mərkəzin bu məsələlərə qərəzli münasibə-
tidir.
Nəzər Heydərov kitabında yazır ki, “Aqarakda Nijdenin
birləşmə və yaxınlaşma təklifini guya yerli kompartiya üzvlə-
ri müsəlmanlarla pozublar. İnsan vicdanına nə qədər xəyanət
edə bilər? İnsanları necə hiyləgərliklə aldadırlar? Bu yerdə
Bəyalı Səfaoğlunun 28 iyun 1990-cı il tarixli “Azərbaycan
gəncləri” qəzetində çap olunan Aslan bəy haqqında yazdığı
“Özümlə oynadığım şahmata güldüm” adlı məqaləsində
göstərdiyi kimi “şirlərin ovuna tülkülər sahib çıxmağa çalışır”
fikirlərini xatırlamaq yerinə düşür. O adamlardan soruşmaq
lazımdır ki, sizin əlinizdə hansı hakimiyyət, hansı hərbi güc,
hansı ixtiyar var idi ki, daşnak generalı Nijde sizinlə hesabla-
şa və sizə hansısa bir təklif verə? Daha sonra Aslan bəy
məruzəsində bir məsələni də xüsusi olaraq vurğulayır;
“Qeyd etmək istəyirəm ki, daşnakların antibolşevik təşəb-
büsləri bizə o qədər təhlükəli görünmür, amma daxili düş-
mənlərimizin, partiyaya sədaqətlə xidmət göstərmək maskası
altında gizlənərək bizim aralarımıza soxulan və hakimiyyətə
can atmaqda qəti maraqları olan, öz şəxsi mənfəətlərini düşü-
nən, səlahiyyətləri ələ keçirməyə çalışan adamların hansısa
xəyanətkar məqsədləsə təmiz və vicdanlı adamlara ləkə
yaxmaları təhlükəlidir. Təhlükəli olan daşnakların təxribatla-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
149
rı və təklifləri də deyil, bizim ideyalarımıza xəyanətkarlıqla
zərbə vurmağa çalışan, sədaqətli işçilərə qarşı tam fırıldaqçı
münasibətdə olan həmin elementlərin ölkənin daxilində So-
vet hakimiyyətinin fəaliyyətinə mane olmalarıdır“.
Məruzənin bu yerində Aslan bəy içimizdə olan xainlərin
daşnaklardan daha təhlükəli olduğunu, onun anladığı fəhlə-
kəndli hökumətinin inkişafına maneçilik törətmələrindən na-
rahatlığını bildirir.
Mərkəzin diqqətini bir daha daxildəki xainlərə tərəf
yönəldərək bildirir ki, onların məqsədləri təmiz və vicdanlı
işçiləri ləkələmək, onların qazandıqları uğurlara kölgə sal-
maq, ləyaqətli insanların gördükləri bütün işləri öz adlarına
çıxarmaq olmuşdur.
Hər bir məsələni yoxlayıb dəqiqləşdirdikdən sonra qərar
qəbul etməyin vacib olduğunu mərkəzə göstərməyə çalışmış-
dır. O vaxtlar qəza kommunist partiyasının başında duran
Mirzə Muxtar Bayramov kommunist partiyasının üzvü
deyildi. Bunu Nərimanovun komissiyası da təsdiq edir.
Savalan Şirinov, Nəzər Heydərov və başqaları mərkəzə
ötürdükləri qərəzli məlumatlarında qəza yerli hakimiyyətinin
başında duran yerli bəylərin kommunist partiya üzvü
olmadıqlarını xüsusi olaraq vurğulayırlar, ancaq nədənsə
özlərinin yerli kommunist partiya rəhbəri olan Mirzə Muxtar
Bayramovun kommunist partiya üzvü olmadığının üstündən
sükutla keçirlər. Diqqət edin yerli kommunistlərin başında
kommunist olmayan cinayətkar durur və Nərimanovun
komissiyası da bunu təsdiqləyir. Buradan nə nəticə çıxarmaq
olar? Başda Mirzə Muxtar Bayramov, Savalan Şirinov, Nəzər
Heydərov və qeyriləri əvvəlcədən bilirdilər ki, onların böhtan
dolu məlumatları həqiqət kimi qəbul olunacaq. Əks halda
onların böhtan atdığı bu qəhrəman insanların mərkəzin çox
gözəl tanıdığını və hansı zərurətdən onların qəzanın
Фаиг Абдуллайев____________________________________
150
rəhbərləri olmasını daha dəqiq desək, xalqın qəhrəman
oğulları olduqlarını biləcəyindən çəkinərək onları
əksinqilabçı damğası ilə damğalamağa cürət etməzdilər. Necə
deyirlər, balıq başından iylənər. Mirzə Muxtar Bayramov
kimi cinayətkarı Nəzər Heydərov öz kitabında müdafiə
etməyə çalışır və onu dəstəkləməyi ilə də sübut edir ki,
onların ikisi də eyni cəbhənin adamlarıdır. Nə qədər
gülməlidir kommunist partiya üzvü olmayan Mirzə Muxtar
Bayramov yerli kommunist partiya üzvlərinə rəhbərlik edir.
Necə deyərlər, “elçisi Gülüm olanın başına külüm olar”.
Daha sonra Aslan bəy məruzəsində bildirir ki; “Bu
günlərdə mənə məlum olub ki, Qəza İnqilab Komitəsi Mər-
kəz tərəfindən yenidən təşkil edilib. Eləcə də mən tutduğum
vəzifədən-Qəza Milis İdarəsinin Rəisi vəzifəsindən azad
olunmuşam. Bəs nədən bu barədə mənim heç bir rəsmi
məlumatım yoxdur?”
Bu məsələyə diqqət edək: əvvəla Aslan bəy qəzada olduğu
halda Nərimanovun kabinetində qəbul edilən gizli qərardan
necə xəbər tuta bilib? Özü də üstündən bir-neçə gün keçdik-
dən sonra... Bu fakt özü-özlüyündə Aslan bəyin nə qədər ayıq
olduğuna, əlinin hər yerə çatdığına, mərkəzi hakimiyyət orqa-
nında baş verənlərdən yerindəcə xəbər tutmasına və onun
kəşfiyyatının yetərincə dəqiq işlədiyinə sübutdur. Bu bir daha
Aslan bəyin mərkəzdə oturanlardan daha ağıllı, savadlı, daha
güclü təhlil qabiliyyətinin olmasını sübut edir.
İkincisi, mərkəzi hakimiyyət şəxsən Nəriman Nərimanov
onu vəzifəsindən azad etməsini gizli saxlayır və bu barədə
rəsmi olaraq ona heç nə bildirmir. Bəlkə onun nüfuzundan
ehtiyat edirdilər? Axı Aslan bəy hər kəsin birmənalı olaraq
qəbul etdiyi qəhrəman sərkərdəydi. Daşnak hökumətinin
məhv edilməsi planının müəllifi idi. Ona sadiq hərbi qüvvələr
Aslan bəyin necə qəhrəman olduğunu, xaqlının düşmənlərin-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
151
dən onun layiqli qisasını necə aldığını öz gözləri ilə
görmürdülər. Bütün bunlara görə də onu xalq və ona sadiq
hərbi qüvvələr çox sevirdilər. Onun bir çağırışına yüzlərlə
insanlar ayağa qalxar, öz qəhrəman sərkərdələrinin arxasınca
ölümə belə gedərdilər. Bütün bunları çox gözəl bilən mərkəzi
hakimiyyət başda Nəriman Nərimanov olmaqla onun nüfu-
zundan ehtiyatlanaraq Aslan bəyin vəzifəsindən kənarlaşdırıl-
masını gizlində saxlamağa üstünlük vermişdi.
Bir məsələyə də diqqət yetirək. Aslan bəy hadisələri qa-
baqcadan necə təhlil edir və hadisələrin sonrakı inkişafı onun
tamamilə haqlı olduğunu sübut edir. Məruzəsində bildirir; “
Mən əminəm ki, bütün bunlar qəzanın bəzi məsul şəxslərinin
və hakimiyyətin düşmənlərinin Mərkəzə ötürdükləri yalan və
böhtan dolu məlumatların nəticəsində baş verib. Əldə etdiyim
məlumata əsasən Qubadlı kəndinin sakini, fırıldaqçı, qaçaq,
18 cinayət əməlində birbaşa təqsiri sübuta yetirilən Mirzə
Muxtar Bayramov özünün fırıldaqçı məharəti nəticəsində
kommunist partiya üzvü olmadan Qubadlı qəzasının kommu-
nist partiyası təşkilatının katibi təyin edilib və partiya maska-
sı altında gizlənərək öz hakimiyyətini gücləndirmiş, bir sıra
qeyri-qanuni hərəkətlərə yol vermiş, daşnak rayonlarından
Qubadlıya gələn gizli erməni-işçilər ilə görüşmüş, onları
bir-neçə gün evində qonaq saxlamış və daha sonra Bakıya
yola salmışdır. Öz cinayətkar əməllərini ört-basdır etmək və
günahı onların üstünə atmaq üçün isə başqa bir əclaflıqla
onları Nijdenin və burjuaların tərəfdarı kimi qələmə vermiş-
dir. Eyni zamanda Mirzə Muxtar Bayramovun təşkilatçılığı
sayəsində Şuşada, eləcə də Mərkəzdə rəhbər orqanların Qu-
badlının məsul şəxslərinə qarşı mənfi münasibəti formalaşır.
Elə bu səbəbdəndir ki, tamamilə yalan və böhtan dolu
məlumat nəticəsində heç kəs tərəfindən yoxlanılmadan əks-
inqilabi fəaliyyətdə günahlandırılaraq Qubadlı qəza İnqilab
Фаиг Абдуллайев____________________________________
152
Komitəsinin sədri Xudabaxış bəy Sultanov Şuşada həsb olu-
nub. Hansı ki, o bütün varlığı ilə Sovet hakimiyyətinə
sədaqətli olduğu ilə seçilən bir şəxsdir (Müəllif: onlar həqiqə-
tən bu hakimiyyətin fəhlə-kəndli hakimiyyəti, demokratik bir
quruluş olduğuna inanırdılar.) Məlumatın sonunda bu fikri
Aslan bəyin özü də etiraf edir. Aslan bəy bildirir ki, əgər biz
bütün gücümüzü və enerjimizi bu quruluşun saxlanmasına,
möhkəmlənməsinə sərf ediriksə bunu yalnız o inamla, düşün-
cə ilə edirik ki, yeni yaranmış fəhlə-kəndli hökuməti (Sovet
hökuməti) xalqı xoşbəxtliyə, xilasa aparır. İnqilab komitəsin-
də işlədiyi dövrdə Xudabaxış bəy kasıb və ehtiyac içində olan
xalqa həmişə təmənnasız olaraq yardım etmiş, onların mənəvi
dayağına çevrilmişdir. Xudabaxış bəy Sultanov İnqilab komi-
təsinin sədri olduğu dövrdə sərhəd ərazisində yerləşən Ələd-
din postunun rəhbəri Abbasəli Almuradova yazılı olaraq əmr
verir ki, daşnakların və şübhəli müsəlmanların birgə alver
etdikləri “avdan yarmarkası”nda daşnaklara ərzaq satanların
hamısı nəinki həbs edilərək malları müsadirə edilsin, hətta
daşnaklarla əlaqəyə girən hər kəs yerindəcə güllələnsin. Bu
yazılı əmr faktı tam olaraq aydın göstərir ki, Xudabaxış bəy
Sultanov əksinqilabçı deyil.”
Bu yerdə bir haşiyəyə çıxmaq istəyirik. Onun əmri ilə
qəzanın keçmiş milis rəisi Əli Şərifov yarım milyon dövlət
pulunu mənimsədiyi üçün həbs olunub. Bu həmin Əli Şərifov
idi vaxtilə Aslan bəy Sultanova fövqəladə səlahiyyət verilər-
kən qəzada milis rəisi olmasını mərkəzə o təklif edib. Lakin
sonralar onun cinayət törətdiyini bildikdən sonra artıq onun
həbs edilməsi barədə qərar qəbul olunub. Onu da bildirmək
yerinə düşər ki, hər bir inqilab komitəsinin rəhbəri mərkəzdən
göstəriş almadan qəza milis idarəsinin rəisini həbs edə bil-
məz. Aslan bəyin belə müstəqil hərəkətləri mərkəzi qıcıqlan-
dırırdı. Erməni rəhbərləri Nərimanova göndərdiyi siyahıda
___________________Зянэязур асланы–Аслан бяй Султанов
153
təklif edir ki, Nəzər Heydərov inqilab komitəsinin sədri, Əli
Şərifov isə qəza milisinin rəisi olsun. Bunu arxiv sənədi də
təsdiq edir. Cinayəti sübut olunmuş Əli Şərifov da erməni
rəhbərlərinin xoşuna gəlir. Onun kimi yarım milyon dövlət
pulunu mənimsəyən bir cinayətkarın da adı olan siyahını
(qəzada cinayətkarlara qarşı mübarizə aparacaq olan bir və-
zifəyə) Nərimanov təsdiq edir. Paradoks ondadır ki, cinayət-
kar bundan sonra qəzada milis rəisi olaraq cinayətkarlara
qarşı mübarizə aparacadı.
Sonra Xudabaxış bəyin əmri ilə Xanlıq sahə inqilab komi-
təsinin sədr Yusif Yusifov da bir sıra cinayətlərdə ittiham
olunaraq həbs olunur. O eyni zamanda fırıldaqçı, cinayətkar
Mirzə Muxtar Bayramovun cinayətlərinin izinə düşərək onu
həbs etmək istəyir, hansı ki, yalandan özünü partiya üzvü
kimi göstərmişdir. Onun partiya üzvü olmaması barədə yerli
kommunist partiyasından arayış da var.
Sonra onu törətdiyi cinayətlərə görə həbs etmək istəyərkən
qaçıb hakimiyyətdən və qanundan gizlənə bilmişdir. Həmin
bu Mirzə Muxtar Bayramovun partiya üzvü olmadığını Nəri-
manovun göndərdiyi komissiya da təsdiq edir. Diqqət edin,
Savalan Şirinov mərkəzdə etdiyi məruzədə hansı ki, axırda
200 qızıl ordu əsgəri tələb edirlər ki, yerli rəhbərləri həbs et-
sinlər. Özlərinin dediyi kimi gizlinə sıxışdırlmış kommunist
partiyası üzvlərinin tələbi ilə. İmza edirlər Savalan Şirinov,
Nəzər Heydərov, Mirzə Muxtar Bayramov və qeyriləri.
Erməni rəhbərlərinin dəyirmanına su tökən, Zəngəzurun er-
mənilərə verilməsinə imza atan bu xainlər növbəti olaraq
qəhrəmanlarının həbs olunmasına imza atdılar. 200 əsgər ça-
ğırmaq onları fiziki cəhətdən məhv etmək məqsədi daşıyırdı.
Nərimanov ona görə rəsmi olaraq heç nə bildirmirdi. Guya
yerli insanlar özləri 200 əsgər tələb edirlər. Ancaq Nərima-
novun gizli planını Aslan bəy məruzəsində ona bildirir. Nəri-
Фаиг Абдуллайев____________________________________
154
manova bildirir ki, bu günlərdə mənə məlum olub ki, qəza
hökuməti (yəni Aslan bəyin qurduğu yerli hökumət) yenidən
mərkəz tərəfindən təşkil olunub və mən də tutduğum vəzifə-
dən azad olunmuşam. Nə üçün mənə bu barədə rəsmi məlu-
mat verilmir. Bu mesaj ilə Aslan bəy əslində Nərimanova
onun gizlində qurduğu oyunlarından xəbərdar olduğunu bil-
dirmək istəyirdi. Aslan bəyə bu məlumatları ötürənlər quru-
lan məkrli planların arxasında nəyin durduğunu da bildirmiş-
dilər.
Həqiqət gün kimi aydın idi. Sadəcə həqiqəti bilmək Nəri-
manovun və onun ətrafındakıların xəyanətkar niyyətlərinin
həyata keçməsinə mane olardı. Çünki qarşıda Zəngəzurun və
Qarabağın ermənilərə verilməsi kimi tarixi bir xəyanət sse-
narisi dururdu. Buna görə də bu ssenariyə qarşı çıxa biləcək
insanları ləkələmək və məhv etmək, əksinə onların cinayətkar
planlarına dəstək verənləri isə mükafatlandırmaq lazım idi.
Ona görə də həqiqəti bilmək onlara sərf etmirdi. Bu cür
adamlar üçün həqiqət nəyin bahasına olursa-olsun kariyera
əldə etmək və onu qoruyub saxlamaqdır. Onunçün də belə
anlarda insan müdrik qərar qəbul etməlidir, ya kariyerasını
mənəviyyatına qurban verməli, ya da əksinə mənəviyyatını
kariyerasına qurban verməlidir. Çox təəssüflər olsun ki, Nəri-
man Nərimanov müdrik qərar qəbul edə bilmədi. Ona görə də
xalqın qəhrəman oğullarına qarşı qurulmuş böhtan kompani-
yasına nəinki göz yumdu, hətta Zəngəzurun və onun qəhrə-
man insanlarının taleyini öz kariyerasına qurban verdi. Bu an-
da Aslan bəy Sultanovun öz məruzəsində göstərdiyi bir
məqama nəzər salaq; Məruzəsində yazır ki, bugünlərdə mənə
məlum oldu ki, qəza hakimiyyəti mərkəzdən qurulub. Bu nə
demək idi? Yəni ən çətin, mürəkkəb tarixi şəraitdə, qarşıda
daşnak hökumətinə qarşı ağır müharibə dayanırdı, o zaman
mərkəz öz seçimini etmişdi və yerli sərkədə Aslan bəyə
___________________Зянэязур асланы–Аслан бяй Султанов
155
bütün ümidlərini bağlamışdı elə ona görə də o zonada bütün
fövqəladə səlahiyyət ona verilmiş, o da öz növbəsində
inandığı sədaqətli insanlardan ibarət yerli hakimiyyəti təşkil
etmişdi. Hadisələrin sonrakı inkişafı bu seçimin nə qədər
doğru olduğunu sübut etmişdi. Ancaq Nərimanov özünü elə
qələmə verməyə çalışırdı ki, guya hakimiyyətin nə məqsədlə
kommunist partiyasının üzvü olmayan Sultanovların sima-
sında təmsil olunmağının hansı tarixi zərurətdən yarandığını
bilmir.
Yerli hökumətdə təmsil olunan Sultanovlar Aslan bəy Sul-
tanovun ən yaxın qohumları olmaqla ən ağır sınaq dövründə
daşnak hökuməti ilə ağır müharibələrdə sınaqdan çıxan insan-
lar idilər. Onlar öz sədaqətlərinin sübut etmişdilər. Təsadüfi
deyil ki, daşnaklarla müharibədə qələbə çalındıqdan sonra
Aslan bəyə yeni böyük etimad göstərilir və onu bütün
Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin edirlər.
Bu yerdə bir məsələyə diqqət yetirək, əgər onun yaratdığı
yerli hökumət doğrudan da özünü doğrultmasaydı Aslan bəyi
general səlahiyyətli bir vəzifəyə irəli çəkməzdilər. Nərimnov
və onun əlaltıları Aslan bəy Sultanovu da, onun çiyindaşlarını
da, yaratdığı yerli hökumətin üzvlərinin kimliyini də çox
yaxşı bilirdi. Araşdırmalarımız zamanı bir şeyi də yəqinləş-
dirdik ki, fövqəladə komissar vəzifəsi tabeçiliynə daxil olan
bütün ərazilərdə Ali Hakimiyyət, onun fövqəaladə komissarı
isə ali hakimiyytəin başında dayanan şəxs hesab edilirdi.
Artıq Qarabağda da missiyasını şərəflə başa vuran Aslan bəy
mərkəzə daha böyük vəzifəyə çağırılır. Aslan bəy kimi ayıq,
tükü-tükdən seçən, hətta erməni keşişini özünə işlədən bir
sərkərdə yaxşı başa düşürdü ki, bu təklif ancaq onun üçün
hazırlanan bir tələdir. Onu mərkəzə dəvət edən şəxslər onun
xarakterini çox gözəl bilirdilər. Bilirdilər ki, o heç vaxt
partiya üzvü olmayacaq, bununla da həm bəy nəslindən
Фаиг Абдуллайев____________________________________
156
olması, həm də kommunist partiyasının üzvlüyünü qəbul
etməyən bir insanın böyük dövlər vəzifəsinə təyin olunması
sual altında qalacaq. Ən başlıcası da onu ona sadiq hərbi
qüvvələrdən uzaqlaşdırmaq, sonra da həbs edərək “ermə-
nilərin düşməni” adı altında ermənilərə təhvil vermək idi. Bu
da Şaumyanların rəğbətinin qazanmaq üçün Nəriman Nəri-
manovların, Çingiz İldırımların, Əliheydər Qarayevlərin bö-
yük şans əldə etməsi sayılardı. Aslan bəyin kəşfiyyatı mər-
kəzdən ona qarşı hansı tələnin qurulması barədə məlumat
vermişdi. Ona görə də mərkəzin ona daha böyük etimad gös-
tərməsinin arxasında hansı məkrli planın dayandığını Aslan
bəy çox gözəl bilirdi.
Artıq mərkəzdə Aslan bəyin yaratdığı yerli qəza hökumə-
tinə ironiya ilə bəylərdən ibarət olan inqilab komitəsi deyirdi-
lər. Axı bəylər Sovet hökuməti üçün sinfi düşmən sayılırdı.
Ona görə də ən tutarlı damğalardan biri də “bəy” damğası idi.
Əvvəl bu bəylərin gücündən, nüfuzundan istifadə edib daşnak
müharibəsini qələbə ilə başa çatdırmaq, sonra isə onları bəy,
əksinqilabçı damğası ilə aradan götürmək. Ataların dediyi
kimi mərdi qova-qova namərd etmək.
Aslan bəy mərkəzdəkilərə kommunist partiyasına keçmə-
yəcəyini və heç bir böyük vəzifə iddiasında olmadığını, öz
yerinə qayıdaraq qəzanın milis idarəsinə rəhbərlik etməklə
cinayətkarlığa qarşı mübarizə aparacağnı bildirmişdi. Əslində
özünün yaratdığı qəza hökumətinə rəhbərlik etmişdi. Görün-
düyü kimi mərkəzi hakimiyyətin hiyləsi baş tutmur. Qəzada
işləyərkən onu işdən azad etməsini və ona rəsmi olaraq heç
bir məlumat bildirilməməsini məruzəsində yazır. Diqqət edin
qəzada otura-otura mərkəzdə Nərimanovun kabinetində quru-
lan bütün gizli oyunları bilir. Hadisələrin gələcək inkişafı da
onun tamamilə haqlı olduğunu sübut etdi. Yəni Aslan bəy
1929-cu ildə xaincəsinə öldürüldükdən sonra onun qəhrəman
___________________Зянэязур асланы–Аслан бяй Султанов
157
dəstə rəhbərləri Lətiflə Kərim aldadıldılar. Onlara yalandan
deyildi ki, guya məhkəmə onlara bəraət verəcək, qaçaqlıq
damğası üzərlərindən götürüləcək və onlar bu xalqın qəhrə-
man oğulları olmaqla tarixdə qalacaqlar. Düzdü, onlar tarixdə
xalqın qəhrəman oğulları kimi qaldılar və bu gün də ürəklər-
də yaşayırlar. Lakin çox təəssüf ki, Lətiflə Kərim də növbəti
xəyanətin qurbanları oldular. İçimizdə olan xainlər onları
aldadaraq ermənilərə təhvil verdilər və onların sonrakı talelə-
rindən heç bir məlumat olmadı. Çox güman ki, illər boyu
daşnaklara qan udduran bu qəhrəman xalq oğulları erməni
qəsbkarlarının əlində olmazın işgəncələrə məruz qalıblar.
Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Zaman bizə
bir həqiqəti də sübut etdi ki, qəhrəmanlar ölmür, onlar öz
xalqının tarixində, yaddaşlarında daim yaşayır və yaşayacaq.
Onların ruhları o zaman rahatlıq tapır ki, arzuları, ideyaları və
tapdanmış haqları gerçəkləşir və qiymətini alır. Yəqin ki, bu
anlarda Aslan bəyin, onun yaxın silahdaşlarının və əqidə qar-
daşlarının, Lətiflə Kərim kimi mərd oğulların ruhları dinclik
tapır, şad olur. Amma çox güman ki, bu anlarda əzab çəkən,
rahatlıq tapmayan xain ruhlar da var və o ruhlar zamanın gər-
dişindən, həqiqətlərin üzə çıxmasından çox narahatdırlar!
Nəriman Nərimanovun komissiyasının heç bir arqumet
gətirmədən və heç bir ittiham sübuta yetirilmədən Aslan bəyi
ittiham etməsi və bu ittihamlar əsassız olduğuna görə ictimai
rəy tərəfindən rədd edildikdən sonra Aslan bəyə qarşı yeganə
və gülüş doğuran bir ittiham tapılır: (Lixoy strelok, vraq
Dostları ilə paylaş: |