1.1920-ci ilin dekabr ayında Gorusda keçirilən qurultay.
Xəyanətin başlanğıcı və satılmış yerli kommunistlərin Zəngə-
zurun ermənilərə verilməsi zəruriliyini ortaya atmaları və
sənədi imzalamaları. Fond 410, siyahı 1, iş 130.
2.1921-ci ilin yanvar ayında Erməni məxfi işçilərinin
Zəngəzura göndərilməsi və yerli hakimiyyətin rəhbərlərini
ləkələmək üçün mərkəzə göndərilən böhtan dolu məlumat.
Fond 1, siyahı 2, iş 136.
3.1921-ci ilin mart ayında Erməni kommunist partiyasının
sədrinin N.Nərimanova göndərdiyi Zəngəzurun satılmasında
birbaşça iştirak edən kommunist xainlərin siyahısı. Onların
rəhbər vəzifələrə irəli çəkilməsi tələbi. Nəriman Nərimanov
___________________Зянэязур асланы–Аслан бяй Султанов
111
tərəfindən bu tələbin qeyd-şərtsiz yerinə yetirilməsi. Fond
27, siyahı 1, iş 150.
4.1921-il aprel ayının 4-də Ç.İldırımın himayə etdiyi yerli
xainlərin yerli hökumətin rəhbərlərini ləkləməyə və məhv
etməyə yönəldilmiş, qəza kommunist partiyasının üzlərinin
nümayəndə kimi seçib mərkəzə göndərdikləri Savalan
Şirinovun Bakıya gələrək Az. KPMK də məruzəsi. Fond 1,
siyahı 2, iş 139.
5.1921-ci ilin 10 aprelində, hadisələrdən dərhal xəbər
tutan Aslan bəyin mərkəzə göndərdiyi ittihamedici məruzəsi.
Həmin məruzədəki tezislər, Aslan bəyin analizləri və onun
son dərəcə haqlı olduğunu isbat edən sonrakı hadisələr. Fond
410, siyahı 1, iş 205.
6.1921-ci ilin aprel ayının 28-də Nəzər Heydərovun
mərkəzə göndərdiyi danoc və yerli hökumətin üzvlərinin heç
birinin Kompartiya üzvü olmamaqla suçlaması və yerli
hakimiyyətə qara yaxaraq yerli hakimiyyətin kommunustləri
məhv etmək niyyətində olmalarını bildirməsi. Fond 1, siyahı
2, iş 96.
7. Həmin ilin may ayında Nəriman Nərimanovun göndər-
diyi komissiyanın məruzəsi. Məruzədəki yerli hakimiyyətlə
bağlı ləkələmə kampaniyasının davamı və daha əvvəlki da-
noslardan fərqli olaraq ictimai rəyin təzyiqi qarşısında aciz-
Фаиг Абдуллайев____________________________________
112
liyin hiss olunması, daha öncəki ittihamların təkzibi, Aslan
bəyin ermənilərin düşməni və sərrast atıcı damğası ilə
damğalanması. Fond 1. Siyahı 2. İş 105.
Бак–рабочи 1920, 4 декабря, стр. 4
Советская Армения и Советский Азербайджан.
Декларициа Правительства А ССР
О Сов. Армении.
1-го декабря на торжественной заседании Бак Совета
тов. Нариманов от имени А ССР огласил нижесле-
дующую декларацию. Обьявляеть что отныне никакие
территориальные вопросы не могут стать причиной вза-
имного кравопускание двух вековых соседних народов:
армян и мусульман.
Территории Зангезурского и Нахчиванского уездов
являются нераздельной частью Советской Армении, а
трудовому крестьянсву нагорного Карабаха предоставля-
ется полное право самаопредельяться;
Декларации Нариман Нариманова.
1920-жи илин 4 декабрында «Бакы фящляси» гязетиндя
Няриманов билдирир ки, Зянэязур вя Нахчыванын яразиси Ер-
мянистанын айрылмаз щиссясидир вя Даьлыг Гарабаьын зящ-
мяткеш кяндлиляриня ися юз мцгяддяратларыны щялл етмяк цчцн
там щцгуг верилир.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
113
Фаиг Абдуллайев____________________________________
114
Коммунист 1921 января стр. 2
В Советской Армении
Прекрашение Армяно–Азербайджанских разногласий.
Тиялис 28 декабря «Мшак» 28 декабря по поводу
москвоской
конференции
пишет
каждый
занитересованный
миром
востока
приветствует
конференцию созывающую в Москве.
После обьявления деклариции Нариман Нариманова по
которой уступается Армении Карабах и Зенгезур.
Армянский народ не может иметь сушественных разно-
гласий с Азербайджанским народом.
Этой декларацией кончаются армяно–Азербайджанс-
кая вражда.
Sənəddən göründüyü kimi, 21-ci ilin yanvar ayında
Moskvada çağırılan konfransda Nərimanovun bəyənatı
səslənmiş və burada göstərilir ki, Qarabağ və Zəngəzur
ermənistana verilir. Axırıncı cümlədə göstərilir ki, Qarabağın
və Zəngəzurun ermənilərə verilməsi ilə bu iki xalqın arasında
düşmənçiliyə son qoyulur.
Yuxarıda göstərilən qəzet yazılarını Azərbaycan Res-
publikasının Prezident aparatının siyasi sənədlər arxivində
fond 1, siyahı 1, iş 24 qrifi ilə saxlanılan arxiv sənədi təsdiq
edir.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
115
Фаиг Абдуллайев____________________________________
116
___________________Зянэязур асланы–Аслан бяй Султанов
117
Bu sənədlərin ardıcıllıqla təhlili bir daha göstərir ki,
millətimizin mənafeyi yolunda canından belə keçməyə hazır
olan qəhrəman insanları aradan götürmədən Zəngəzurun
verilməsi kimi məkrli və xəyanət dolu bir planı həyata
keçirmək mümkün olmayacaqdı. Ona görə də lap əvvəldən
başlayaraq planlı şəkildə həmin vətənpərvər insanları
ləkələmək, onlara qara yaxmaq kimi iyrənc metodlardan
istifadə edərək, onları öz yollarından götürmək üçün hər cür
çirkin vasitələrə əl atmışlar.
Bu xronologiyanı ardıcıl olaraq oxuculara çatdırmaqda
məqsədimiz arxiv sənədləri əldə olunana qədər qaranlıq qalan
və bir çox müəlliflərin təhrif edərək xalqa çatdırdıqları
Zəngəzur həqiqətlərini üzə çıxarmaqdır.
****
Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi
Sənədlər Arxivində fond 1, siyahı 1, saxlama vahidi 24 qrifi
ilə saxlanan sənəddə aşağıdakı faktlar diqqəti çəkir.
“Protokol N8
Siyasi və Təşkilat bürosunun birgə iclasının Protokolu
30 noyabr 1920-ci il
İştirak edirlər: N.Nərimanov, Kaminskiy, Stasova,
Orcenikidze, Sarkis, Yeqorov, Hüseynov, Qasımov,Qarayev,
Serebrovski”.
Bu iclasda gündəlik məsələ olaraq altı məsələ müzakirə
edilsə də, ən çox bizim diqqətimizi çəkən bir məsələyə sizin
də fikrinizi yönəltmək istəyirik.
“Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir
sərhəd yoxdur. Zəngəzurla Naxçıvan Ermənistana aiddir.
Dağlıq Qarabağa isə öz müqəddəratını təyin etmək hüququ
verilir. Və s. və ilx.”
Bu da bu vaxta qədər milli qəhrəman edərək heykəlini
başımız üstə qaldırdığımız Nərimanovun xalqımıza etdiyi
Фаиг Абдуллайев____________________________________
118
xəyanət. Gəlin açıq etiraf edək ki, bu gün bizim nəslimiz o
dövrdəki xəyanətlərin acısını hələ də çəkir.
1920-ci illərə aid edilən sənədlərdən biri diqqəti çəkir.
Həmin sənəd Azərbaycan Respublikası Prezident Aparatının
Siyasi Sənədlər Arxivində fond 1, siyahı 2, saxlama vahidi
18 qrifi ilə qorunur. Sənədin məzmunu ilə sizi qısaca tanış
etmək istəyirik. Sənəddə göstərilir ki, Qubadlı qəzasında
Partiyanın vəziyyəti yaxşı deyil, yerli ilk partiya təşkilatı
yaradılaraq yoldaş Sailyan onun məsul katibi seçilmişdir.
Yoldaş Sailyan Bakıya gedərkən yerinə müavini Nəzər
Heyədərovu təyin edib.
Bu sənəddən açıq aydın görünür ki, Qubadlı qəzasının ilk
partiya təşkilatının məsul katibi erməni Sailyan, onun
müavini isə Nəzər Heydərov olmuşdur. Ermənilərin Nəzər
Heydərova bəslədikləri xüsusi rəğbətin arxasında hansı
niyyətlərin dayanmasını sonrakı arxiv sənədləri göstərəcək.
****
Azərbaycan Respublikası Milli Dövlət arxivi 410-cu
fond siyahı 1, iş 73 qrifi ilə saxlanan arxiv sənədlərin
arasında 1920-ci ilin dekabrında bir erməni tərəfindən yazılan
məktub diqqəti cəlb edir. Erməni ümumi məsələlərdən və öz
problemlərindən, planlarından bəhs etdikdən sonra sevinclə
məlumat verir ki, Nərimanovun teleqramını aldıq. Yoldaşlar,
Zəngəzur və Naxçıvan Yeni Ermənistana verildi”.
Bu sadəlövh məktubdan da məlum olur ki, Zəngəzuru və
Naxçıvanı ermənilərə bağışlayan Nərimanov erməniləri
hədsiz dərəcədə sevindirə bilib.
Zəngəzurun verilməsi ilə bağlı çoxsaylı arxiv sənədləri var.
Bu işlərdə xüsusi fəallıq göstərənlərdən biri də əslən
Zəngəzurdan olan və gizli fəaliyyət göstərən xəyanətkar
kommunistləri himayə edən Çingiz İldırım olmuşdur. Bu da
onun imzaladığı sənəd:
___________________Зянэязур асланы–Аслан бяй Султанов
119
Azərbaycan Respublikası Baş Milli Dövlət Arxivi:
Fond: 410
Siyahı: 1
İş: 114
А.С.С.Р
Народный Комиссариат Путей Сообщения
Отдел ОБЩЕ-АДМ.
«___» Декабря 1920 г.
№ 19/сек. Г. Баку
В Азревком
В ночь с 27 на 28 Апреля сего года, в целях свержения
Мусаватскому Правительству и установления диктатуры
пролетариата, принимая вместе со мной деятельное
участие в подготовке к выступлению флота и отправки
ультиматума Мусаватскому Правительству о сдаче
власти тов. Владимир Хутулошвили.
Отмечая с удовольствием революционную энергию
тов. Хутулошвили завершившуюся свержением гнета
мусаватистов и торжеством советской власти в
Азербайджане, прошу о награждении его орденом
Красного Знамени А.С.С.Р.
НАРКОМПУТЬ
Xalq Yollar və Rabitə Komissarı Çingiz İldırım.
Azərbaycan İnqilab Komitəsinə.
Bu ilin 27 apreldən 28 aprelinə keçən gecədə Musavat
Hökumətinin devrilməsi və proletariatın diktarurasını qurmaq
məqsədi ilə mənimlə birlikdə fəaliyyət göstərən, hərbi dəniz
qüvvələrinin hücumunu təşkil edən ultimatumu Müsavat
hökumətinə təqdim edən və hakimiyyətin alınmasını tələb
edən – yoldaş Vladimir Xutuloşvili.
Yoldaş Xutulaşvilinin inqilabi enerjisinin böyük ruh
yüksəkliyi ilə qeyd etməklə nəzərinizə çatdırmaq istəyirəm
Фаиг Абдуллайев____________________________________
120
ki, musavat hakimiyyətinin devrilməsi və sovet hakimiyyə-
tinin bərqərar olmasında onun xüsusi xidmətlərini nəzərə alıb
yoldaş Xutulaşvilini Az. SSR-nin Qırmızı Bayraq Ordeni ilə
təltif edəsiniz.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
121
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi
Sənədlər Arxivi, fond 1, siyahı 74, saxlama vahidi 146
Фаиг Абдуллайев____________________________________
122
___________________Зянэязур асланы–Аслан бяй Султанов
123
Birinci sənəddə Çingiz İldırım göstərir ki, mənimlə
birlikdə fəaliyyət göstərən Xutulaşvili Müsavat hökumətinin
devrilməsi və hərbi dəniz qüvvələrinin hücumunu təşkil edən
ultimatumu Müsavat hökumətinə təqdim edən Xutulaşvili
“Qırmızı bayraq” ordeni ilə təltif edilsin.
İkinci sənəddə, yəni fond 1, siyahı 74, iş 146 qrifi ilə
qorunan sənəddə Çingiz İldırımın qardaşı Çingiz İldırımın
üzvü olduğu hökumət tərəfindən həbs olunduğu göstərilir.
Şamil bəy Sultanovun antisovet mövqedə və eyni zamanda
bəy olduğu göstərilir.
Sənəddə xüsusi pafosla göstərilir ki, Qubadlı kəndinin
sakini olan Şamil bəy İldırım bəy oğlu həbs olunub. Buradan
açıq-aydın görünür ki, Çingiz İldırımın xeyir –duası olmasa
onun qardaşı Şamil bəy Sultanovu həbs edib, sonra da bəyan
etməzdilər ki, bizim İldırımın qardaşı Şamil bəy Sultanovu
həbs etdik. Bu sənəd özü-özlüyündə Çingiz İldırımın hansı
mənəviyyatın sahibi olduğunu açıq-aydın göstərir. Şahidlərin
dediyinə görə, Çingiz İldırımın atası İldırım bəy oğlu Çin-
gizlə küsülü olaraq dünyasını dəyişib. İldırım bəyin ittihamı o
olub ki, sən bizi kafirlərə satdın. Göründüyü kimi, Çingiz İl-
dırımın həm atası, həm də qardaşı Şamil bəy onunla tamamilə
əks mövqedə olub. Bu günün prizmasindan baxdıqda isə
kimin milli, kimin antimilli mövqedə olmağı tam çılpaqlığı
ilə görünür.
Yollar və rabitə komissarı: Çingiz İldırım.
Bəli, Nəriman Nərimanovlar, Çingiz İldırımlar xalqın
hakimiyyətini, xalqın dövlətini devirənlərə, millətin qanını
tökənlərə ordenlərin verilməsini tələb edənlər, o ordenləri
təqdim edənlərdir.
Фаиг Абдуллайев____________________________________
124
O zaman 1920-ci ilin dekabr ayında çağrılan qurultayın
çıxardığı qərar Nəriman Nərimanova göndərilmişdi və (1921-
ci ilin martın 28-də Erməni rəhbərlərinin göndərdiyi siyahı)
ona məlum idi ki, bu siyahı Zəngəzurun ermənilərə verilmə-
sində birbaşa iştirak edən yerli xainlərin siyahısı idi. Bura-
dan da belə nəticə çıxarmaq olur ki, Nəriman Nərimanov bu
işlərdən bilavasitə xəbadar imiş və bu məslələrin bilavasitə
təşkilatçısıymış. O, həmin dövrdə Azərbaycan İnqilab komi-
təsinin sədri idi. Bu da o demək idi ki, Nəriman Nərimanov
Azərbaycanın ən ali hakimiyyətinə rəhbərlik edirdi. Onun
icazəsi və xəbəri olmadan belə taleyüklü bir məsələ kimlərsə
tərəfindən həll oluna bilməzdi.
****
1920-ci ilə aid sənədlərin birindən (Siyasi Sənədlər Arxivi.
fond 1, siyahı 1, saxlama vahidi 126) məlum olur ki, 1933-
1953-cü illərdə Azərbaycan Kommunist partiyası MK birinci
katibi olmuş Mir Cəfər Bağırov Qarabağ inqilab komitəsi
sədrinin müavini, daxili işlər şöbəsinin müdiri, təşkilat və
təbliğat şöbəsinin rəhbəri olub. Bu sənəd təsdiq edir ki, Mir
Cəfər Bağırov həmin dövrlərdə Qarabağda işləyib, Aslan bəy
Sultanovla yaxın münasibətləri olub. Aslan bəy Sultanov Qa-
rabağın və Zəngəzurun fövqəladə komissarı olduğu dövrlərdə
Mir Cəfər Bağırov da Qarabağda tutduğu vəzifələrə görə As-
lan bəy Sultanovun tabeçiliyi altında çalışmışdır. O özü dəfə-
lərlə şahid olmuşdur ki, Aslan bəy Sultanov daşnaklara qarşı
müharibədə necə qəhrəmanlıqlar göstərir.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
125
Sonrakı dövrlərdə Bağırov AzÇK-nın sədri olanda Zəngə-
zura gələrkən onu banditlər mühasirəyə alıb məhv etmək istə-
dikdə, onu müşayət edənlərdən biri qaçmağa imkan taparaq
Aslan bəyə müraciət edir və vəziyyəti ona izah edərək deyir:
-Aslan bəy, banditlər bizi mühasirəyə alıblar, bizi öldürə-
cəklər.
Nədən məhz Aslan bəyə xəbər göndərilir? Çünki Bağırov
artıq yaxşı bilirdi ki, onları belə bir vəziyyətdə xilas edə bilə-
cək yeganə adam Aslan bəydir. Çünki, Bağırov Aslan bəyin
bütün şücaətlərindən xəbərdar idi və o yaxşı bilirdi ki, 28-ci
diviziyanı daşnak təcavüzündən də məhz Aslan bəy xilas
etmişdi.
Eyni zamanda bir vaxtlar 1920-ci ildə Mircəfər Bağırov
Qarabağda inqilab komitəsinin müavini işləyərkən, Aslan bəy
isə bütün Qarabağın və Zəngəzurun fövqəladə komissarı ol-
muşdur. Bu da o deməkdir ki, Mircəfər Bağırov Aslan bəyin
tabeçiliyində işləmiş və onun bütün fəaliyyətini şəxsən özü
görmüşdür. Bundan sonra Mircəfər Bağırov mərkəzə yüksək
vəzifəyə irəli çəriləndən sonra da Aslan bəyin necə qəhrəman
olması barədə ətrafdakılara ağızdolusu danışırmış.
Bu fikirləri Azərbaycan Respublikası Siyasi Sənədlər
Arxivində fond 1, siyahı 1, saxlama vahidi 126 qrifi ilə
qorunub saxlanılan arxiv sənədi təsdiq edir.
Фаиг Абдуллайев____________________________________
126
Fond 1, siyahı 1, saxlama vahidi 126
___________________Зянэязур асланы–Аслан бяй Султанов
127
Aslan bəy M.C.Bağırovun xahişini alan kimi o bir an vaxt
itirmədən Zəngəzur igidlərini ayağa qaldırır və dərhal
Bağırovun mühasirəyə düşdüyü istiqamətə hərəkət edir, ora
yetişərək bir-neçə tərəfdən mühasirəni yarır, Mir Cəfər
Bağırovu xilas edir. Həmin döyüşdə Aslan bəyin dəstəsindən
olan iki nəfər də düşmən gülləsindən qəhrəmanlıqla şəhid
olur.
Ölüm şokundan çıxan Mir Cəfər Bağırov Aslan bəyi
qucaqlayıb bağrına basıb və deyib ki:
-Aslan bəy, bizim sənə bir can borcumuz var...
Daha sonra Mir Cəfər Bağırov Bakıda işlədiyi dövrlərdə
təməli Qarabağda qoyulmuş dostluğuna sadiq qalaraq Aslan
bəy Sultanova olan dərin hörmət və ehtiramını qoruyub
saxlayıb, onu bir sıra problemlərdən vaxtında xəbərdar
etməklə kömək edib.
Bu barədə daha ətraflı sonrakı fəsillərdə məlumat
verəcəyik.
Фаиг Абдуллайев____________________________________
128
Dördüncü fəsil
Zəngəzurun Ermənilərə Verilməsi
Ya Da Xainin Vətəni Olmur
(Arxiv sənədlərinin təhlilləri)
Əldə edilən arxiv sənədlərinin təhlili həmin sənədləri
qruplaşdırmağın və qruplaşdırılmış sənədlər üzərində ayrı-
ayrılıqda analizlər aparmağın zəruriliyini ortaya qoydu.
Həmin sənədlərin arasında 1920-ci ilin dekabrında keçirilən
qurultay, qurultayın çıxardığı qərar və mərkəzi rəhbərliyin
həmin qərara münasibəti və reaksiyası diqqəti çəkir.
Zəngəzurdan olan yerli kommunistlər 1920-ci ilin deka-
brında Gorusda qurultay çağırır və Zəngəzurun ermənilərə
verilməsinin labüd olduğunu bəyan edirlər. Bu barədə daha
ətraflı faktlar gətirməyə və təhlillər aparmağa çalışacağıq.
Lakin nəzərə almaq lazımdır ki, həmin qərarın müqabilində
adı məlum olan o yerli xainlərin erməni rəhbərliyi tərəfindən
mükafatlandırılması birmənalı şəkildə Azərbaycanın mərkəzi
hökuməti qarşısında qoyulur. Onların siyahısı tərtib edilərək
Azərbaycan inqilab komitəsinə, şəxsən Nəriman Nərimanova
göndərilir.
Sənəddə qeyd edilir ki, guya yerli qəza hakimiyyətinin
başında duran rəhbər şəxslər qatı əksinqilabçılardırlar və
təcili oaraq onların geri çağırılmaları tələb olunur, yerlərinə
isə ermənilərə işləyən yerli xainlər təyin edilməsi təklif
edilir.
Əslində qurultayın qərarı Nərimanova çox yaxşı məlum
idi, çünki əldə etdiyimiz arxiv sənədləri təsdiq edir ki, qəra-
rın mətni qurultay bitər-bitməz ona – yəni Azərbaycan İnqi-
lab komitəsinin sədri Nəriman Nərimanova və Azərbay-can
Kommunist partiyasının Mərkəzi Komitəsinə göndərilmişdi.
Daha dərinə getdiktdə isə ortaya çıxır ki, Nəriman Nərimanov
___________________Зянэязур асланы–Аслан бяй Султанов
129
Azərbaycan İnqilab komitəsinə sədr təyin edildikdə Zəngəzu-
run, Qarabağın və Naxçıvanın ermənilərə verilməsi kimi
xəyanətkar bir öhdəliyi üzərinə götürmüşdü, əks halda bu
vəzifə ona həvalə olunmazdı.
Birbaşa Kremldən idarə olunan bu məkrli oyunlar Kremlin
müti qulu olan Nəriman Nərimanova gün işığı kimi aydın idi.
Elə ona görə də heç bir araşdırma, yoxlama, təhlil aparmadan
ermənilərin göndərdiyi siyahını təsdiq edir. Məhz bu hadisə-
dən sonra onların xəyanətlərinə qarşı insanları ayağa qaldıra
biləcək yerli hökumətin rəhbərlərinə və şəxsən o hökuməti
quran, daşnak hökumətinin məhv edilməsi hərbi planının
birbaşa müəllifi, qəhrəman Aslan bəy Sultanova qarşı Nəri-
man Nərimanovun xeyir-duası ilə qarayaxma kompaniyası
başlayır.
****
Nəriman Nərimanov bu qarayaxma kompaniyasını təşkil
etməyi birbaşa Aslan bəy Sultanovun əmisi oğlu Çingiz
İldırıma həvalə etmişdi. Çingiz İldırımın himayə etdiyi yerli
kommunist partiyası üzvləri və Mirzoyanın yaratdığı “Xınzi-
rək” təşkilatının üzvləri (Gorus Kommunist partiyasının
filialı) əlbir olaraq, məqsədli şəkildə böhtan və qarayaxma
kompaniyasını həyata keçirdilər. Bunu əlimizdə olan arxiv
sənədləri də təsdiq edir.
1921-ci ilin yanvar ayında mərkəzdən (Bakıdan)
göndərilən erməni məxfi işçiləri Zəngəzur qəzasına gələrək
yerli hakimiyyətin başında duranları ləkləyən və onları
daşnaklarla əməkdaşlıqda ittiham edən şər və böhtan dolu
məlumatları mərkəzə ötürməyə başladılar. Həmin sənəddə
Azərbaycan Kommunist partiyası MK-nin mandatı ilə gön-
dərilən (milliyətcə erməni olan) məxfi işçilər bildirirlər ki,
Qəza İnqilab Komitəsinin Sədri Xudabaxış bəy Sultanov və
Фаиг Абдуллайев____________________________________
130
qəza milis idarəsinin rəisi Aslan bəy Sultanov qırx milis işçisi
ilə gələrək onları tərksilah edərək həbs ediblər. Sonra onlar-
dan mandat tələb olunub. Onları həbs etməkdə məqsəd
aralarında daşnakların olub-olmamasını araşdırmaq olub. Bü-
tün diqqəti bu məqama xüsusilə yönəltmək lazımdır- o
adamların arasında daşnakların olub-olmamasını dəqiqləş-
dirmək! Bəli, onlar daşnak olmaqda şübhəli bilindikləri üçün
həbs ediliblər. Mandatlar yoxlanıldıqdan və onların daşnak
olmadıqları dəqiqləşdikdən sonra isə azad ediliblər. Bu sə-
nədin o biri səhifəsində isə göstərilir ki, guya qəza rəhbərləri
daşnaklarla birgə fəaliyyət göstərirlər. Bununla da açıq-aydın
özləri-özlərini təkzib edirlər və öz ötürdükləri sənədlə təsdiq
edirlər ki, onlar yalnız daşnaklara qarşı mübarizə aparırlar.
Nəzərə almaq lazımdır ki, göndərilən məxfi işçilər erməni
idilər, əgər yerli hakimiyyət bütövlükdə erməniləri düşmən
hesab edərək onları məhv etməyi qarşılarına məqsəd qoymuş-
dusa, o zaman məxfi işçilərin erməni olduqları kifayət edirdi
ki, onlar yerlərindəcə güllələnsinlər. Özləri də qeyd etdikləri
kimi, Aslan bəy Sultanov 40 nəfər milis işçisi ilə onları tərk-
silah etmişdi, bü güc bəs edirdi ki, 7-8 nəfəri bir göz qırpı-
mında aradan götürsünlər.
Bu yerdə Aslan bəyin 1921-ci ilin aprel ayının 10-da
Azərbaycan İnqilab Komitəsinə ünvanladığı ittihamedici mə-
ruzəsi diqqəti çəkir. Aslan bəy məruzəsində bildirir ki, Xuda-
baxış bəy Sultanov əksinqilabçı deyil və bu fikrini təsdiq
edən arqumentlər də gətirir. (Xoşbəxtlikdən həmin o ittiham-
edici məruzənin əlyazması əlimizdədir və bu əlyazma
Azərbaycan İnqilab Komitəsində çap olunaraq Nərimano-
vun iştirak etdiyi yığıncaqda dinlənilib) O, Xudabaxış bəyin
qəza inqilab komitəsinin sədri olduğu vaxt yazılı şəkildə
verdiyi əmri xatırladır. Əmrdə göstərilir ki, kim daşnaklarla
___________________Зянэязур асланы–Аслан бяй Султанов
131
hər hansı bir əlaqəyə girsə yerindəcə güllələnsin. Bu fakt
Xudabaxış bəyin əksinqilabçı olmadığını təsdiq edir.
Azərbaycan KP MK tərəfindən göndərilən (Mirzoyanın)
əvvəlcədən təlimatlandırılımş erməni məxfi işçiləri məruzələ-
rinin əvvəlində onları daşnak hesab edərək həbs edən insanla-
rı, həmin məruzənin sonunda onları himayə etdiyi daşnaklara
ərzaq, silah-sursat və başqa zəruri köməklər göstərən qüvvə-
lər kimi qələmə verirlər. Hətta ürəklərində Aslan bəy xofu
olan ermənilər Aslan bəyin onlarla mərkəzdən göndərilən
Arsen Karentsovu öldürmək istəməsini də qeyd edirlər. Guya
ki, Karentsov meşəyə qaçaraq canını qurtara bilib. Bu da
növbəti ağ yalandan başqa bir şey deyil! Arxiv sənədləri və
şahidlərin dediyi kimi, quşu gözündən vura bilən sərrast
atıcının qabağından qaçıb can qurtarmaq mümkün ola bilər-
dimi?
Məruzənin sonunda göstərilən qarayaxmalar onu bir daha
sübut edir ki, bütün bu kompaniyalar məhz Aslan bəy
Sultanova qarşı ünvanlanıb. Arxiv sənədləri göstərir ki, əslən
Xələc kəndindən olan Aslan bəyin baş milis işçisi (cinayət
axtarış şöbəsinin rəisi) Həsənqulu bəy guya camaatı yığaraq
bəyan edib ki, mən bütün kommunistlərin hamısını qıraca-
ğam, onlar bizim aramızda zərərli elementlərdirlər. Biz daş-
naklarla birləşməliyik. Bakıda ruslar geri çəkilir, ingilislər
gəlir. Məruzənin sonunda isə qeyd edilir ki, bütün bunları ona
Aslan bəy Sultanov diqtə edir. Yenə də aydın şəkildə görünür
ki, məruzənin əvvəli ilə sonu bir-birini təkzib edir.
1921-ci ilin aprel ayında isə yerli kommunist partiyasının
üzvlərinin, Zəngəzurun satılmasının əsas ideyaverənlərinin
mərkəzə ezam etdikləri Savalan Şirinov Zəngəzur qəzası
barədə mərkəzə məlumat vermək üçün Bakıya KP MK-nə
gələrək çıxış edir və məruzəsində bildirir ki, guya daşnak
hökumətinin nümayəndələri qəzaya gələrək onlara – yəni
Фаиг Абдуллайев____________________________________
132
yerli kommunistlərə təklif ediblər ki, bizim Zəngəzur müsəl-
manları ilə heç bir problemimiz yoxdur və biz ancaq bolşe-
viklərə qarşı mübarizə aparırıq. Ona görə də biz mütləq
müştərək bazar açmalı, birgə ticarət etməliyik. Bundan sonra
daşnak hökumətinin nümayəndələri bizə təklif etdilər ki,
müsəlman ərazilərində olan erməni kommunistləri tutub
onlara təhvil verək. Gülməlidir, elə deyilmi?
Daşnak hökumətinin nümayəndələri Azərbaycan tərəfin
kommunistlərinə erməni tərəfin kommunistlərinin tutulma-
sını təklif edir. Sual olunur, özlərinin də təbirincə desək gizli
fəaliyyətə sıxışdırılan yerli kommunist partiyasının üzvlərinin
əlində hansı güc və səlahiyyət var idi ki, daşnak hökuməti
nümayəndələri onlara təklif etsin ki, kimisə tutub onlara təh-
vil versinlər və birgə bazar yaratsınlar. Onlar sonra da qeyd
edirlər ki, biz yerli kommunistlər daşnak hökumətinin bütün
təkliflərini rədd etdik.
Çingiz İldırımın himayə etdiyi bu yerli xainlər utanmadan
bildirirlər ki, yerli hakimiyyətin rəhbərləri olan bəylər daş-
nakların səsinə səs verdilər. Hansı ki, Çingiz İldırım və onun
himayə etdiyi yerli xainlər yaxşı bilirdilər ki, daşnak hökumə-
tinin dağıdılmasının hərbi planının müəllifi, yerli hakimiyyə-
tin və hərbi qüvvələrin başında duran məhz Aslan bəy
Sultanov olmuşdur və elə ona görə də mərkəz onun fəaliyyə-
tinə qiymət vermiş, onu qızıl medalla təltif etmişdi. Bundan
sonra isə ona daha böyük etimad göstərilmiş, o bütün
Qarabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə
irəli çəkilmişdi. Bu vəzifədə olarkən də Aslan bəy mərkəzi
Şuşa olan Qarabağ və Zəngəzurun fövqəladə komissarı
olmaqla 20-yə qədər rayonun birbaşa rəhbəri olmuşdu.
Lakin onlar (yerli kommunistlər) ona görə heç nədən
çəkinmədən bu qarayaxma kompaniyasını aparırdılar ki,
Nəriman Nərimanovun onlara birbaşa dəstək verdiyindən
___________________Зянэязур асланы–Аслан бяй Султанов
133
yaxşı xəbərdar idilər. Çingiz İldırım da Nəriman Nərimano-
vun xeyir-duası ilə öz əmisi oğlanlarına qarşı bu böhtan və
qarayaxma kompaniyasına başçılıq edirdi. Aslan bəy öz mə-
ruzəsində daşnak hökumətinin başçısı general Nijdenin bir-
ləşmək üçün ona müraciət etdiyini (Aqarak kəndində) və
onun bu müraciəti rədd etdiyi barədə mərkəzə məluimat
verdiyini göstərir.
Bir şeyi nəzərinizə çatdırmaq istəyirik ki, daşnak hökuməti
yerli hökumətin rəhbərlərini qoyub guya gizli fəaliyyət
göstərən və əllərində heç bir səlahiyyət olmayanlara müraciət
edir. Buradan da belə bir nəticə çıxır ki, bütün bu oyunların
arxasında sadəcə mərdləri qovaraq namərd etmək siyasəti
dayanırmış.
Daha sonra Savalan Şirinov bildirir ki, bütün rəhbər vəzi-
fələri sovet maskası altında gizlənən keçmiş müsavatçılar tu-
tur. Məruzənin sonunda göstərir ki, qəza milis idarəsinin rəisi
Aslan bəy Sultanov Şuşadan aldığı bütün pulları öz yaxın
adamlarına paylayır. Çingiz İldırımın idarə etdiyi bu yerli
xainlər daha sonra mərkəzdən 200 qızıl ordu əsgərinin kömək
üçün göndərilməsini və qəzanın bütün rəhbər işçilərinin
gizlinə sıxışdırılan kommunistlərin təkidi ilə həbs edilməsini
tələb ediblər. Həmin sənədi isə aşağıdakılar imzalayıblar:
Savalan Şirinov, Nəzər Heydərov, Mirzə Muxtar Bayramov
və başqaları...
Dostları ilə paylaş: |