Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   11   12   13   14   15   16   17   18   19

41-жи  сящифядя  ися  эюстярир  ки,  мцсават  щакимиййяти 
дюврцндя Зянэязур гязасынын ряиси Мящяммяд бяй Щясян-
гулу  бяй  оьлу  Сярмястбяйов  иди.  Гяза-мащал  приставы  ися 
Султановлардан  иди.  Диггят  един,  гяза  ряисинин  адыны  бц- 
тцнлцкля  йазыр,  амма  чашгынлыг  йаратмаг  цчцн  гяза-ма- 
щал приставынын адыны вя атасынын адыны ися бцтцнлцкля йаз- 
мыр.  Чцнки  гяза-мащал  приставы  щямин  дюврдя  Аслан  бяй 
Кярбялайи  Щцсейн  бяй  оьлу  Султанов  олмушдур.  Гязанын 
бу ики фигуруну хцсуси олараг вурьулайыр. 
 
səh 145 
 
Bu səhifədə müəllif yazır:- “Xallava kəndindən olan 
Kərimin  və Xalac kəndindən olan Lətifin bandası Zəngəzur-
da tüğyan edirdi. Bu iki banda iki qəzada normal həyatı ta- 
mam pozmuşdu. Hər cür əksinqilabçı ünsürlər baş qaldır- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
251
mışdılar. İş o yerə çatmışdı ki, orda burda qalmış müsavatçı 
və daşnak ünsürlər az qalırdı ki, bizim qəzanın bu və ya digər 
rəhbərlərini öldürməyi onlardan tələb etsinlər. Kərimlə Ləti- 
fin Bərgüşad dağlarında, Kəpəzin yaxınlığında, meşədə giz- 
lənmiş bandası iki dəfə Qara İlyasovun və  mənim üstümə 
düşmək istəmişdilər, ancaq baş tutmamışdı”.  
 
səh 146 
Kitabın  146-cı  səhifəsində müəllifin növbəti bir yalanı 
diqqəti çəkir.  
“Şükürün verdiyi xəbər (16 yaşlı naxırçı Şükür) Sultanovu 
(söhbət Aslan bяy Sultanovdan gedir. Müəllif Aslan bəyi 
soyadı ilə qələmə verərək yenə fikirləri yayındırmağa çalışır)  
bərk hiddятlяndirdi. O həmin on nəfərəi izləməyi mənə təklif 
etdi. Mən Sultanovun fikrini başa düşdüm. O qəsdən Lətifin 
və Kərimin dəstəsini meşədə pusquda qoymuşdu. O,  əvvəlcə 
mənə  hədə-hərbə  gəldi, dedi ki, qəzanın bütün təşkilat 
rəhbərləri kimi məni də  hər vaxt hər yerdə ölüm gösləyir. 
Sultanov riyakarlıq edirdi. Banditləri izləməyi təklif etməklə 
məni inandırmaq istəyirdi ki, onları    məhv etməyə  həmişə 
hazırdır. Mən özümü elə göstərdim ki, guya ona inanıram. 
İzləmək gözlənildiyi kimi heç bir nəticə vermədi.  Biz Sulta-
novla sakitliklə ayrıldıq ”. Бунунла  Нязяр Щейдяров билдир-
мяк истяйир ки, Аслан бяй онлары ики дяфя юлдцрмяк истяйиб, 
анжаг баш тутмайыб. Ахы Лятиф вя Кяримин  дястясиня Аслан 
бяй башчылыг едирди. 
 
səh147 
 “Ertəsi gün Zəngəzurdan gəlmiş məsul milis işçisi Makar 
Aqababov bizə  xəbər verdi ki, Sultanovun və onun bəzi 
dostlarının beynəlmiləlçi banda ilə əlaqəsi var. Bu banda öz 
qarşısına yalnız soyğunçuluq deyil, mahalın rəhbər işçilərinin 
cismın  məhv etməyi də  məqsəd qоymuşdur. Həm də bunu 

Фаиг Абдуллайев____________________________________  
 
252
elə  təşkil edirdilər ki, özləri sudan quru çıxır, heç kim heç 
vaxt onları cinayət üstdə tuta bilmirdi”. 
Kitabın  əvvəlində Aslan bəy, sonrakı  fəsillərdə Sultanov 
yazmaqda onun hansı məqsəd daşıdığını araşdırmağa çalışaq.  
Onun Aslan  bəy yazdığı  fəsillər tarixi dövr kimi qəzada 
müsavat hakimiyyətinin dövrünə düşür. Bu zaman o çox 
böyük ürək ağrısı ilə Aslan bəyin onun kürəkəni və ağsaqqalı 
sayılan, nəslin “lotusu” Molla Abbası, qardaşını  və onun 
özünü necə  həbs edib Şuşa həbsxanasına göndərməyindən 
yazır.  “Banditizmlə mübarizə”  fəslində isə Sultanov yaz-
maqla izi azdırmağa çalışır. Daha irəli gedərək Sultanovun 
Lətiflə Kərimin antisovet bandasına rəhbərlik etməsindən söz 
açır. Bu yerdə oxucuları çaşdırmağa çalışaraq guya Sulta-
novun onunla ünsiyyət qurmağa çalşımasından, başqa yerdə 
də  Lətiflə  Kərimin dəstəsini onu yaxalamaq üçün meşədə 
pusquya qoymağından yazır. Daha sonra da Aslan bəyin ona 
hədə-qorxu gələrək qəzanın bütün təşkilat rəhbərləri kimi onu 
da hər an hər yerdə ölüm gözlədiyini  bildirir. Sonra da özünə 
yaraşan “riyakar” adını Sultanova qoyaraq yazır ki, guya 
Sultanov banditləri məhv eməyə  həmişə hazırdı. Bu yerdə 
Nəzər Heydərov yenə eyforiyaya qapanır.  Əvvəlki  fəsillər- 
dən sizə artıq məlumdur ki, Aslan bəy heç vaxt haqqı-na- 
haqqa verməyib. Onun Lətiflə Kərim kimi el qəhrəmanlarını 
əqidəsini satan  xəyanətkar, riyakar, minüzlü Nəzər Heydəro- 
va dəyişməyi söz ola bilməzdi. Müəllif  əvvəlki fəsillərdə 
yazırdı ki, Aslan bəy Molla Abbası, məni və qardaşımı döy- 
dürmüş,  əziyyət verdirmişdi.  İndi necə ola bilərdi ki, Aslan 
bəy onunla hər hansısa bir ünsiyyətə girmiş olsun. Belə 
yazmaqla o yenə özünəməxsus  şəkildə oxucuları aldatmağa 
çalışır.  
Kitabda: “... ertəsi gün Zəngəzurdan gəlmiş  məsul milis 
işçisi Makar Aqababaov bizə  xəbər verdi ki, Sultanovun və 
onun bəzi dostlarının beynəlmiləl banda ilə  əlaqəsi var ”,- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
253
yazır. Bu fikirlərin nə  qədər doğru , yaxud yalan olduğunu 
sübuta yetirmək üçün Nəzər Heydərovun komandasının fəali 
üzvləırindən bir olan Savalan Şirinovun Azərb.KP Qubadlı 
Rayon Komitəsinin və rayon Xalq deputatları sovetinin 
orqanı olan “AVANQARD” qəzetinin 11 noyabr 1984-cü il, 
133 (3980) sayında Qubadlıdakı Qara İlyasov (əslində isə 
bütün Qubadlı camaatı o məktəbi Həsən bəyin məktəbi kimi 
tanıyırdı) adına orta məktəbin 100 illik yubileyində fəxri qo- 
naqlar sırasında olan Savalan Şirinov (həmin tədbirdə Azər- 
baycan  SSR Maarif naziri Kamran Rəhimov da iştirak 
edirdi) O dövrdə Aslan Sultanovun Ermənistan tərəfin milis 
rəisi Makar Aqababovla yaxın dostluq münasibətində olduğu- 
nu”,- qeyd edib. Amma az əvvəl sizə çatdırdıq ki, Nəzər 
Heydərov kitabda Sultanovun (yəni Aslan bəyin) antisovet 
beynəlmiləçi banda ilə  sıx  əlaqəsi var. Amma illər sonra 
Savalan  Şirinov dövlət tərəfindən təşkil edilmiş yubiley 
tədbirində Aslan bəyin xüsusi xidmətlərindən söz açaraq, 
onun bölgədə necə nüfuz sahibi olmağını deyir. Əgər Aslan 
bəy həqiqətən də antisovet bandaya rəhbərlik etmiş olsaydı o 
zaman 1984-cü ildəki yubiley tədbirində, sovet hökumətinin 
ayaqda olduğu bir vaxtda Savalan Şirinov kimi təcrübəli bir 
kommunist Aslan bəyin adını belə çəkməyə çəsarət etməzdi. 
Məhz həmin o yubileydə iştirak edən Az SSR Maarif naziri 
Kamran Rəhimovun da iştirak etdiyi iclasda, yüzlərlə tama- 
şaçının gözü qarşısında Savalan Şirinov bəyan edib ki, 1922-
ci ildə, oktyabrın 18-də baş vermiş Xanlıq üsyanını da Aslan 
bəy Sultanov yatırdıb və üsyana  başçılıq edən Qoçu Təhməzi 
də  şəxsən Aslan bəy özü öldürüb.  Bu tarixdən iki il əvvəl 
Savalan  Şirinov “Sovet kəndi”  (21 yanvar, 182-ci il. N9 
(5806))  qəzetninin müxbiri Teymur Miralıyevlə söhbətində  
qeyd edib ki, “1921-ci ilin aprel ayında daşnak generalı Nijde 

Фаиг Абдуллайев____________________________________  
 
254
Qubadlı rayonunu Gorusla birləşdirmək üçün Eyvazlı kəndin- 
də konfrans təşkil etdi...  
May ayında daşnaklar bizim dəstəyə qarşı 200 nəfər silahlı 
quldur yolladılar... Qəza Milis idarəsinin rəisi  Sultanov (As- 
lan bəy) bizim köməyimizə  gəldi.  Daşnaklar geri çəkildi-
lər...” 
Bu faktın özü də təsdiq edir ki, bir vaxtlar  Aslan bəyi lə- 
kələməyə çalışan dəstənin fəal üzvlərindən biri olan Savalan 
Şirinov illər sonra ictimai rəydən ehtiyat edərək bir vaxtlar 
olduğu kimi Aslan bəy haqqında həqiqətləri gizlətməyə ürək 
etməyib. Savalan Şirinov kimilər elə o dövrdə də ictimai rəy- 
dən ehtiyat edirdilər, yoxsa fikirlərini donos şəklində, gizli 
olaraq deyil, açıq-aydın deyərdilər, Aslan bəylə açıq mübari- 
zə aparardılar. Lakin əvvəldə  də qeyd etdiyimiz kimi tarix 
amansız təzadları ilə bu yazıqları çaşbaş salıb. Faktlar üzə 
çıxdıqca, arxiv sənədləri ictimaiyyətə təqdim olduqca onların 
məkrli və iyrənc fəaliyyətləri haqqında hər  şey ortaya çıxır. 
Və o adamlar haqqında bir sözlə belə fikir demək olar: 
Yazıqlar! 
Yuxarıda adını  çəkdiyimiz “Avanqard” qəzetinin elə  hə- 
mən sayında və  həmən məqalədə yubiley iştirakçıları, və 
minlərlə oxucu aldadılaraq təhqir olunur. Savalan Şirinov bö- 
yük fəxarət hissiylə qeyd edir ki; “1920-ci ilin dekabrında 
Gorus kəndində  çağırılımş Zəngəzur  Qəza Partiya Qurultayı  
Qəza Kommunistlərinin Rəyasət heyətinə Armenak Qara-
gözov, Akop Komari, Xristofor Mkrtıçyan, Maqiç Maşiryan, 
Oruc Babayev, Nəzər Heydərov, Kərim İsgəndərov, Ayrapet 
Tatyan kimi mətin kommunistləri seçmişdir”.  Bu barədə da-
ha  əvəl Nəzər Heydərovun kitabından da məlumat vermiş
əldə etdiyimiz arxiv sənədləri ilə müqayisələr aparmışdıq. 
İndi də Savalan Şirinovun çıxışının üstündən sükutla keçmək 
olmur. Əqidə qardaşı, yoldaşı Nəzər Heydərov kimi Savalan 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
255
Şirinov da qurultayın hansı qərarı qəbul etdiyindən danışmır. 
Arxiv sənədləri olmasaydı  yəqin ki, elə biz özümüz də bir 
çoxları kimi bu məsləyə barmaqarası baxar, adi bir kommu- 
nist qurultayı kimi dəyər verərdik.  Əslində isə bu qurultay 
Azərbaycanın və türk dünyasının parçalanması üçün atılan ilk 
xəyanətkar addımdır. Məhz yuxarıda adları çəkilən qurultayın  
azərbaycanlı  nümayəndələrinin təkidi ilə primitiv və gülüş 
doğuran bəhanələr gətirilərək Zəngəzurun Ermənistana bir- 
ləşdirilməsi təkilifi irəli sürülüb və bu təklif qəbul edildikdən 
sonra təklifi verən və  dəstəkləyən xainlər mükafat olaraq 
qəza icrayə komitəsinin rəyasət heyətinə üzv seçildilər. Onla- 
rın sonrakı “işıqlı” bolşevik taleləri haqqında yazmışıq. Məhz 
o qurultaydan üç ay ötdükdən sonra erməni rəhbərləri Azər- 
baycan tərəfə,  İnqilab komitəsinin sədri olan Nəriman Nəri- 
manovdan tələb edirlər ki, həmin yoldaşlar yerli hakimiyyətin 
rəhbər vəzifələrdə təmsil olunsunlar. Bu tələb də Nərimanov 
tərəfindən müzakirə edilmədən icra olunur. Aradan ötən  
illərdə  həmin o insanlar xalqın gözündə mötəbər pillələrdə 
dayanmış, adları xüsusi rəğbətlə  çəkilmişdi. Lakin arxiv 
sənədləri bütün bu pərdə altınmda olan tarixi gerçəkliyə işıq 
saldı. Onların kim olduqları, hansı taleyüklü xəyanətlərə imza 
atmaları üzə çıxdı. 
 
səh 52  
Nəzər Heydərov yazır: “Mən Teymur Müsgənli kənd 
icmasında kənd mirzəsi idim. Bu bizə  Xınzirək kəndinin 
erməni kommunistləri ilə  əlbir hərəkət etməyə  və onalrın 
vasitəsiylə Gorus komitəsi  ilə  əlaqə saxlamağa imkan 
verirdi”. 
 
səh 53 – də yazır ki: “Bəylərin hüququnu təmin etmək və 
dikbaş  kəndliləri cəzalandırmaq üçün cəza dəstəsi yaradıldı. 

Фаиг Абдуллайев____________________________________  
 
256
Həmin dəstəyə başçı Aslan bəy Sultanov təyin olundu”. Daha 
sonra  isə yazır ki, -“ 1919-cu il aprel ayının axırları idi. 
Yoldaşlarımızdan biri- Əli Xudaverdi oğlu Səfərov 
Qubadlıya, gizli işləyən kommunist Abbas Sultanovun yanına 
yola düşdü”. 
 
səh  127  
Bu səhifədə  Nəzər Heydərov  əqidə qardaşı S.Şirinova 
istinad edərək yazır ki,  Savalan Şirinov evə girib dedi: 
–Sən doğru deyirsən, Armenak. Azərbaycanlılarla erməni-
lər qardaş olublar, qardaşdılar və qardaş olacaqlar...” 
Bu yerdə adam Saval Şirinovdan xəbər almaq istəyir ki, 
bəs nə oldu, niyə qardaş ola bilmədilər. Xocalıda tökülən 
günahsız qanları, qocalara, uşaqlara, qadınlara verilən işgən- 
cələri kimin adına yazaq. Bəs ağız dolusu dediyin qardaşlığa 
kim mane oldu? Cavabı çox sadədir.  Əgər 1920-ci ildə 
xəlvətə  çəkilb Azərbaycanın gələcək taleyini Ermənistanla 
bağlayaraq Azərbaycanı türk dünyasından, türk dünyasını 
coğrafi cəhətdən bir-birindən ayrı salmaqla böyük və bağış- 
lanmaz bir xəyanətə, tarixi cinayətə imza atmasaydız bu gün 
o faciələr baş verməzdi. Sizlər zaman-zaman sovet dönə- 
mində etdiyiniz xəyanətin mükafatını aldınız. Yüksək vəzifə- 
lər sahibi oldunuz, Savalan Ermənistanın Amasya rayonunun 
1-ci katibi də olub. Adınızı kommunist tarixinin “şərəfli səhi- 
fələri”nə yazdıra bildiniz. Lakin zaman öz hökmünü gec də 
olsa verdi. Bu yerdə bir atalar məsəlini xatırlatmaq yerinə 
düşərdi: Allah gec eləyir, amma güc eləyir. Bəli gec oldu 
qaranlıqların üzündən pərdənin çəkilməsi, gec oldu haqq-əda- 
lətin öz yerini tutması, gec oldu tarixdə imzasını  şərəflə 
qoyan kişilərin xalqın yaddaşına dönməsi, amma oldu... Sizsə 
tarixin  şərəfsizlər arxivinə göndərməklə öz əməllərinizin 
cəzasını aldınız. 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
257
səh 206-da Abbas Sultanov barədə yazır ki;- “1920-ci ilin 
mayında Abbas Sultanov (bəy) kürdlər arasında iş aparmaq 
üçün Bakıdan Laçın rayonuna göndərildi. 
Abbasın rayona gəldiyini Sultan bəy  (Laçınlı) bilirdi. 
Bəyin inanılmış adamları kommunistləri gözdən qoymurdu- 
lar. 
Abbas bir gecə Minkənddə inqilab komitəsinin binasında 
keçmiş kanvansarada qalmışdı. Birdən Həmid bəy Nəbibəyov 
və Teymur Qulu oğlu Allahverdiyev içəri girirlər. Bina, 
əlbətdə mühasirəyə alınmışdı.  
– Sultanov, sizsiniz?- deyə, onlar soruşdu. 
– Bəli mənəm. –Əgər siz bəyin qohumusunuzsa niyə onun 
evinə düşməmisiniz? 
– Mən sizin bəyin qohumu deyiləm, familyamız birdir... 
– Ancaq, görünür siz məhşur nəsildənsiniz? Bu cür adam- 
lar bura gələndə  həmişə Sultan bəyin evinə düşürlər. O çox 
qonaqpərvər adamdır.  
– Sultan bəy əmr etdi ki, sizi onun yanına aparaq. Biz siz- 
siz qayıda bilmərik. 
Abbas başa düşdü ki, müqavimət göstərmək yersizdir. 
Abbas Sultanov öz-özündən soruşurdu: Baharın belə xoş 
vaxtı kim təbiətin gözəl qucağını qoyub, qaranlıq zindana ge- 
dər? 
Sultan bəy onu balkonda qarşıladı,  əlini sıxıb qonaq ota- 
ğına dəvət etdi. Bu parket döşəməli böyük bir otaq idi. Otağın 
divarına yağlı rəng çəkilmiş, qiymətli xalılar vurulmuşdu. İri, 
işıqlı pəncərələrin arasına alçaq dəyirmi stol və göy məxmər 
üz çəkilmiş yumşaq kreslolar qoyulmuşdu. 
Sultan bəy Abbasdan soruşdu: - Təzə  nə var, nə yox, ay 
əmoğlu? 

Фаиг Абдуллайев____________________________________  
 
258
– Yaxşı  xəbərlər çoxdu, Sultan bəy... Mən gəlmişəm ki, 
rayonda sovet hökuməti qurmaqda camaata kömək eləyim. 
– Bəs niyə öz Qubadlınıza yox, Laçına gəlmisiniz? 
– Ora başqa yoldaşlar gedibdir... Mən sizə məsləhət görü- 
rəm ki, bu silahlı adamları buraxın, rayonda sovet hökuməti 
qurulmasını bir dost kimi qarşılayın. 
– Bəs sonra? 
– Sonra qoy adamılar dinc əməklə məşqul olsun. 
– Bəs mən nə eləyim? 
Bu suala cavab vermək çox çətin idi, lakin Abbas bəyə acı 
həqiqəti deməyi qərara alıb əlavə etdi: 
– Bu sizin cəzanızı çox yüngülləşdirər. 
– Bəs mənim var-dövlətim necə olacaq? 
– Onlar xalqın malı kimi sizdən alınacaqdır. Xalqın əli ilə 
yaradılan hər şey xalqındır. 
– Pis düşünməmisiniz, əziz əmioğlu! Demək ağıllı adam- 
lar düz deyir: “Gödək adam gündə bir-neçə dəfə allahlıq tə- 
mənnasına düşər”. Yaxşısı budur doğrusunu deyəsən, özün 
mənim var-dövlətimə sahib olmaq istəyirsən! 
– Bəy, mən sizə başqa bir məsəllə cavab verəcəyəm: 
“Uzun adamın ağlı topuğunda olar”.  
Dalınca Sultan bəy o saat özündən çıxdı: 
– Unutmayın ki siz mənim duz-çörəyimi yemisiniz... 
– Bəli! Mən sizin qonağınızam. Məgər bizim xalqın adəti 
qonağı təhqir etməyə yol verirmi? 
Bəy bir qədər səsini alçaltdı: 
– Biz bir yerdə duz-çörək yemişik. Siz onun xatirinə mənə 
doğrusunu deməlisiniz. Duz-çörəyi sizə buna görə xatır- 
latdım. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
259
...Həbs edilən günün sabahısı Abbası Sultan bəyin yanına 
gətirdilər. Sultan bəyin xırıltılı  səsi onu fikirdən ayırdı. O, 
dedi: 
– Sizin nəsliniz çox qədim nəsildir. Siz Hüseynqulu Sulta- 
nın nəslindənsiniz. Əslin danan  haramzadadır. Nə qədər gec 
deyil səhvinizi düzəldin.  Sizdən çox şey tələb olunmur. Siz 
bir-neçə  kənddə iclasda çıxış edib kəndlilərə deməlisiz ki, 
bolşeviklərə qoşulmaqda səhv eləmisiz. Mən sizi öyrətmək 
istəmirəm. Necə danışmağı siz məndən yaxşı bilirsiz. Bu 
deduklərimi eləsəniz sizi buraxaram , üstəlik də nə istəsəniz 
verərəm. 
... Bəy yaxın adamlarından birini, seyid Həmidi yanına ça- 
ğırdı, ona tapşırıqlar verdi, o da bəyə  nəsə cavab verərkən 
bəy ona dedi: 
-Siz nə bacarıqsız adamsınız! Yoxsa sən də bu ağılsız Ab- 
bas kimi əslini danmısan?”. 
 
səh 213 
O dövrdə qaçaqçılıq və yerli müqavimət hərakatı elə bir 
məcraya çatdı ki, bu müqavimət qarşısında tab gətirə bilmə- 
yən mərkəz geri addım atmaq məcburiyətində qaldı. 
Zəngəzur verilən zaman başlanan müqavimət hərəkatının 
və tökülən  şəhid qanlarının alovlanaraq Qarabağda və digər 
bölgələrdə geniş vüsət alması barədə ictimaiyyətə bu vaxta 
qədər kifayət qədər həqiqətlər çatdırılmayıb. Azərbaycan 
xalqı bilməlidir ki, 1988-ci ilə qədər Azərbaycanın tərkib his- 
səsi sayılan və o illərdə növbəti xəyanət dalğasının qurbanı 
olan Qarabağ tökülən şəhiq qanları, Aslan bəy və onun silah- 
daşları kimi xalq qəhrəmanlarının ölüm-dirim mücadiləsi sa- 
yəsində Azərbaycanın tərkibində qalmışdır. 

Фаиг Абдуллайев____________________________________  
 
260
Azərbaycan Respublikası Prezident aparatının Siyasi 
Sənədlər Arxivi, fond 246, siyahı 1, saxlama vahidi 127 
 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
261
 
 

Фаиг Абдуллайев____________________________________  
 
262
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
263

Фаиг Абдуллайев____________________________________  
 
264

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
265
**** 
səh 215 
Kitabın bu səhifəsində diqqəti çəkən bir məqam var. Nəzər 
Heydərov yazır ki: “Molla Məhəmməd atı qapıda bağlayıb 
içəri girəndə  Zəngəzurun erməni tərəfinin komissarı Arme- 
nak Qaragözov Tatdərə kəndliləri ilə söhbət edirdi: 
-İşlər pisdir, Armenak! 
-Nə var, Abbas Sultanova nə olub? Hələ  də quldurun 
(laçınlı Sultan bəyin)  əsiridir? Onu iki dəfə güllələməyə 
aparıblar, amma güllələməyiblər.  
-Bəs Vəliyev, Musayev haradadır? 
-Onlar məni Biləvli meşəsində gözləyirlər.  
-Bilirsən nə var? Mən elə bu gün Sultan bəydən tələb 
edəcəyəm ki, Abbas Sultanovu azad etsin. Ancaq gözləyin, 
Sultan bəyin adamları Abbas Sultanovu yolda öldürə bilərlər! 
Seyid Həmid Abbas Sultanovu dilə tutduğu vaxt Sultan 
bəyin yanına bir atlı gəlib, Zəngəzurun erməni tərəfinin föv- 
qəladə komissarının tələbnaməsini ona verdi. Komissar Qara- 
gözov yazmışdı: “Abbas Sultanov üçün, indi bizdə olan 
Xosrov bəy Sultanov (qardaşı) başda olmaqla, bütün qohum-
əqrabanızla cavab verməli olacaqsız!” 
Komissarın hədəsi bəyi doğrudan da qorxutdu...” 
Burdan belə bir sual çıxır ortalığa; Zəngəzurun Ermənistan 
tərəfinin fövqəladə komissarı olan Armenak Qaragözovgilin 
əlində girov olan Xosrov bəy Sultanovu və onun girovluqda 
olan qohum-əqrabasını görəsən kim xilas etdi? 
Bu yerdə kitabın 46-cı  səhifəsindəki bir məsələyə bir də  
diqqət yetirək, Nəzər Heydərov:- “Nəzərə alın ki, daşnaklar 
və müsavatçılar bolşevik sözünün özünü belə  eşitmək istə- 
mirlər. Siz yəqin ki, bilirsiniz, daşnaklar Gorusda Armenak 
Qaragözovu həbs edib vəhşicəsinə işgəncə veriblər. Biz çox 
böyük çətinliklə onu qurtara bildik,”- yazır.  

Фаиг Абдуллайев____________________________________  
 
266
Kitabın  127-ci  səhifəsində yazılır ki: “Mən irəlidə “Qəza 
Partiya Komitəsi” deyəndə indi oxucu elə düşünə bilər ki, bu 
komitə  qəza  şəhərinin gözəl binalarından birindəydi. Onun 
neçə-neçə otağı,  şöbələri vardı. Hər gün ora saysız-hesabsız 
məktublar gəlirdi. Ancaq  belə deyildi. Qəza komitəsinin bü-
tün vacib sənədləri bir qovluğun içində saxlanılırdı. Biz onu 
özümüzlə kəndbəkənd gəzdirirdik.  
Qəza komitəsinin heç otağı da yox idi. Katib, qəza komitə- 
sinin üzvləri, təlimatçılar və operativ tapşırıqları yerinə yeti- 
rən  digər işçilər (onlar 20 nəfər idilər) Əbilcə kəndində Hacı  
Teymur bəyin evində bir otaqda yaşayırdılar”. 
Göründüyü kimi bu yerdə Nəzər Heydərov hissə qapılaraq 
qəza komitəsinin hansı  vəziyyətdə  fəaliyyət göstərməsini və 
komitənin hansı gücə qadir olduğunu öz fikirləri ilə  təsdiq 
edir. Belə olan halda heç bir gücü olmayan kommunist parti- 
yası üzvləri Ermənistanın içindən daşnaların həbs etdiyi 
Armenak Qaragözovu necə gedib xilas edə bilərdilər? Bu 
eyniylə  Bəhlul  əfəndi hərəkatı, yəni Xanlıq üsyanı zamanı 
özünün də kitabda səhifə 176-da etiraf etdiyi kimi, Qoçu Təh- 
məz gəlib Xanlığı alıb və bütün qəza rəhbərlərini qəza mər- 
kəzindən qovub, sonra da bir-neçə atlı göndərərək Nəzərin 
evini mühasirəyə alıb. Həmin yerdə  Nəzər Heydərov özü 
etiraf edirdi ki, “Qoçu Təhməz bilmirdi ki, mən artıq qaçıb 
canımı qurtarmışam”. Göründüyü kimi, çətin anlarda, döyüş- 
mək, vuruşmaq lazım olduğu məqamlarda həmişə  qaçmağa 
üstünlük verən Nəzər Heydərov sonra yazır ki,  guya kommu- 
nistlər güc toplayıb, Qoçu Təhməzə qarşı müqavimət göstə- 
riblər və kimsə Qoçu Təhməzi güllə ilə vurub və o da ağ atın 
belində, bir qədər sonra aldığı yaradan ölüb. Halbuki dövrü- 
nün qoçusu Təhməzi  əvvəllərdə qeyd etdiyimiz kimi Aslan 
bəy Sultanov güllə ilə vurmuşdu. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
267
Qoçu Təhməz hərəkatını böyük ustalıqla öz adına çıxar- 
mağa çalışan Nəzər Heydərov  yenə böyük məharətlə, öz ya- 
lançı istedadı ilə oxucunu aldatmağa çalışır ki, guya Ermə- 
nistanın içindən Armenak Qaragözovu da o xilas edib... Bu 
hadisənin reallığını  təsdiq edən Savalan Şirinov və digər 
şahidlər təsdiq edirlər ki, A.Garagozovu xilas edən şəxs qəza- 
da xüsusi hərbi gücü olan Aslan bəy Sultanov olub və o 
xüsusi  əməliyyat təşkil edərək Armenakı azad edib. Nəzər 
Heydərov kitabında özü yazır ki, daşnak generalı Dro Arme- 
nak Qaragözovun atası Mkrtıç Qaragözovu hər kəsin gözü 
qarşısında güllələmişdi. Bundan sonra o Armenakın axtarışı- 
na başladıqda Armenak o vaxt Zəngəzurun Ermənistan tərəfi- 
nin milis rəisi Makar Aqababovla birlikdə qaçaraq Azər- 
baycan tərəfinə keçmişdir. Çünki onların sığınmağa başqa 
yerləri yox idi, o zaman Ermənistanda daşnak hökuməti 
hökm sürürdü. Azərbaycan tərəfin hərbiçiləri onları saxla- 
yarkən Armenak deyib ki, məni Aslan bəyin yanına aparın, 
mənim ona vacib sözüm var. Aslan bəy bu barədə  xəbər 
tutduqda hərbiçilərə göstəriş verib ki, gedin baxın görün onun 
üzündə böyük qara xalı varsa gətirin yanıma. Hərbiçilər 
təkrarən onların yanına qayıdırlar və A.Qaragözova deyirlər 
ki, üzünü aç baxaq. A.Qaragözov çaşıb qalıb və soruşub ki, 
niyə üzümü açım. Hərbiçilər deyiblər ki, baxaq görək üzündə 
yekə xalın var ya yox. Armenak Qaragözov gülümsəyərək 
vəziyyəti başa düşüb və bilib ki, artıq Aslan bəyin xəbəri var. 
O üzündəki xalı açıb göstərir, hərbçilər onun üzündəki xalı 
görən kimi deyirlər ki, gedək Aslan bəyin yanına. Hətta bu 
fikrin doğruluğunu təsdiq edən və mətbuatda gedən bir faktı 
sizin nəzərinizə çatdırmaq istəyirik. 
1984-cü ildə, Həsən bəy məktəbinin 100 illiyi tədbirində 
iştirak edən ümumittifaq əhmiyyətli fərdi təqaüdçü Savalan 
Şirinov erməni-azərbaycan dostluğuna misal gətirərək yazır 
ki, erməni-azərbaycan dostluğuna misal Makar Aqababovla 

Фаиг Абдуллайев____________________________________  
 
268
(Zəngəzurun Ermənistan tərifinin milis idarəsini rəisi) Aslan 
bəy Sultanovun dostluğunu göstərmək olar. Eyni zаmanda da 
yazır ki, Armenak Qaragözla da Nəzər Heydərovun dostlu- 
ğunu misal göstərmək olar. Bu fikir bir daha təsdiq edir ki, 
M.Aqababovu da, A. Qaragözovu da Aslan bəy Dronun cay- 
nağından xilas etdikdən sonra onların ikisi də Aslan bəyin 
kəşfiyyatına işləyiblər. Çünki onlar kommunist olduqlarına 
görə daşnaklar həm də onların düşmənləri idi. Armenakın da 
atasını Dro güllələmişdi və Armenak üçün daşnaklar bağış- 
lanılmaz düşmən hesab edirlirdi. Elə ona görə də onlar çətin 
günlərində daşnakların qənimi olan Aslan bəyə sığınmışdılar, 
Aslan bəy o vaxtlarda qəza milis idarəsini bir güclü, döyüş 
qabiliyyətli orduya çevirmişdi. Elə ona görə də Savalan Şiri- 
novun və qeyri ağsaqqalların dediklərinə görə o vaxt Arme- 
nak Qaragözovgilin əlində girov olan Laçınlı Sultan bəıyin 
qardaşı Xosrov bəy Sultanovu  da Aslan bəy xilas edib. O nu 
da qeyd etmək yerinə düşər ki, 1920-ci ildə Xosrov bəy 
Sultanovun, Sultan  bəy Sultanovun, Yüzbaşı Babanın  və 
qeyrilərinin  İran sərhəddindən keçərək həyatlarının xilas 
olunmasına  Aslan bəy səbəb olmuşdur. Çünki həmin zaman- 
lar hakimiyyət Aslan bəyin əlində olmuşdur, o cümlədən 35 
km-lik  İran sərhəddinə  rəhbərlik edən  Əli bəy Xoramanski 
Aslan bəyin köməkçisi və  sərhəd yanı IV sahənin rəisi 
olmuşdur.  Aslan bəy Əli bəy Xoramanskiyə göstəriş vermiş- 
dir ki, bu insanların İran  sərhəddindən təhlükəsiz  və manesiz 
İrana  keçməsi üçün şərait yaratsın. Beləliklə, zamanında 
müəyyən xidmətləri olmuş çoxlu insanların Aslan bəy bu 
yolla həyatını xilas etmişdir.  
Adi bir təhlükə olduqda özünün kitabda yazdığı kimi qaçıb 
gizlənməyə üstünlük verən, hətta Calal bəy onun atasını, 
bacısını  şillələdiyi zaman qaçıb kolun arxasında gizlənən 
Nəzər Heydərov utanmadan başqa fəsillərdə Aslan bəyin bü-
tün xidmətlərini gizlinə  sıxışdırılmış kommunistlərin aya-
ğına yazmağa, özünün şəxsi şücaətləri kimi qələmə verməyə 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
269
çalışır. Hansı ki, Nəzərin fikirlərinə istinad edərək bizə 
məlum oldu ki, kommunist partiyasının bircə qovluğu olub və 
bəyləri  sinfi düşmən kimi görməyə gözü olmayan kommu-
nistlər  Əbilcə  kəndində Hacı Teymur bəyin evindəki bir 
otağa sığınıblar. Həyasızlığın bundan böyük nümunəsi olmur. 
Bu insan özü-özünü işfa etməklə, öz simasını, daha doğrusu 
simasızlğını ortaya qoymaqla məşğul imiş.  
Bu məsələləri müqayisəli şəkildə oxucuların nəzərinə çat- 
dırmaqla onu demək istəyirik ki, Nəzər Heydərov kitabda o 
dövrdə Zəngəzurda və onun ətrafında baş verən bir sıra əksər 
hadisələrə toxunsa da, o hadisələri tamamilə saxtalaşdırıb, 
tarixi şəxsiyyətlərin xidmətlərini kommunistlərin öz adlarına  
çıxarıb, özlərini həmin dövrün və baş verən hadisələrin əsas 
fiqurları kimi qələmə verməyə çalışıb. Çox güman bu da   on- 
dan irəli gəlirdi ki, Nəzər Heydərov və onun əqidə qardaşları 
gündən-günə qüdrətlənən sovet hökumətinin nə vaxtsa 
 
dağılacağını  ağıllarına da gətirməyiblər və düşünüblər ki, 
arxivlər heç vaxt açılmayacaq, ya da ki, arxayın idilər ki, 
rəhbərlik göstəriş verib Aslan bəyin xidmətlərini təsdiq edən 
arxiv sənədlərini məhv edəcəkdir, onlar da öz yalançı 
qəhrəmanlıqlarının pərdəsi altında yaşaya biləcəklər.   
Nəzər Heydərov baş verən hadisələrin 1920-1921-ci 
illərdə cərəyan etməsi haqqında kitabında yazır, lakin nədən- 
sə  həmin illərdə  qəzada hakimiyyətin başında Sultanovların 
dayandığını, Aslan bəyin bütün Qarabağın və  Zəngəzurun 
fövqəladə komissarı olmağını, əmisi oğlu Xudabaxış Sultano- 
vun qəza inqilab komitəsinin sədri olmasını, bir sözlə Sul- 
tanovların bütün hərbi gücün və hakimiyyətin başında dayan- 
dıqları haqqında bir sətir belə yazmır. Yalnız Savalan Şirinov 
1982-ci ildəki söhbətində bir yerdə deyirdi ki, 1921-ci ildə 
qəza milis idarəsinin rəisi Aslan Sultanov gəlib bizi daşnak 
təcavüzündən xilas etdi. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin