****
fond 410, siyahı 1, iş 227
“ Qubadlı qəzası. Xalq hərbi dəniz komisarlığının ştabı
xəbər verir ki, Azərbaycan İnqilab komitəsinin sədri Nəriman
Nərimanovun yazılı razılığına əsasən bildirilir ki, Qubadlı
qəzasında daşnaklara və banditizmə qarşı mübarizədə bila-
vasitə yerli özünümüdafiə qüvvələrinə kömək etmək 28-ci
diviziyanın komandiri Semyonova və xüsusi təyinatlı dəstənin
komandiri Laqofetə həvalə edilir.”
Bu sənəd bir daha onu sübut edir ki, Aslan bəy “mənim
haqqımda məlumatları qərəzsiz adamlardan, 28-ci diviziyanın
komandiri Semyonovdan və digər alay komandirlərindən so-
ruşun” yazdıqda Semyonovun onun işlərindən birbaşa xəbər-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
283
dar olduğuna işarə edirdi. Bu sənəddən də görünür ki,
Nəriman Nərimanov Zəngəzurdakı hadisələri nizamlamağı
birbaşa Semyonova tövsiyə edib. Nərimanov Semyonovu çox
yaxşı tanıya-tanıya Aslan bəy haqqında ondan deyil Zəngəzu-
run verilməsinə qol çəkən Savalan, Nəzər və sairə kimi
xainlərdən soruşur.
Aslan bəy Nəriman Nərimanova deyir ki, mənim haqqım-
da məlumatları, mənim başımdan yaralanmağım barədə Sem-
yonovdan soruş. 28-ci diviziyadan tibbi arayışım var. Nə
üçün Nəriman Nərimanov qərəzsiz ruslardan, general Semyo-
novdan deyil, yerli xainlərdən məlumat almağa üstünlük
verir.
Bunu təhlil etmək lazımdır.
Burada digər bir məsələni də qeyd etmək yerinə düşər ki,
Aslan bəy mərkəzə etdiyi məruzəsindən sonra həyatını xilas
etdiyi dostu Semyonovla görüşür və vəziyyəti ona izah edir.
Deyir ki, Xudabaxış bəyi aldadaraq Şuşaya iclasa çağrıb ,
orada onu əksiniqilabçı damğası ilə həbs ediblər. Bu xəbəri
eşidən Sem-
yonov bərk hiddətlənib, onu daşnak hökumətinə qarşı müha-
ribə gedən dövrlərdə yerli hökumətin başçısı olaraq xalqına,
millətinə necə sədaqətlə xidmət etdiyini, daşnaklara qarşı ne-
cə barışmaz olduğunu bir daha vurğuladı. Daha sonra Aslan
bəy Semyonova bildirir ki, məni də vəzifəmdən azad ediblər,
bu barədə Nəriman Nərimanov rəsmi olaraq heç bir məlumat
vermir. Xudabaxış bəyin şər atılaraq həbs olunması mənim
işdən çıxarılmam və bunun gizlin saxlanılması açıq aydın onu
göstərir ki, mərkəzin Zəngəzurla bağlı nəsə məkrli bir planı
var. Bu zaman Semyonov ətrafındakı komandirlərlə birlikdə
ilk olaraq XI qızıl ordunun komandanlığına məlumat verir ki,
bizim diviziyanı daşnak mühasirəsindən xilas edərək ölüm-
dən qurtaran Aslan bəyə əksinqilabçı, daşnakların dostu itti-
Фаиг Абдуллайев____________________________________
284
hamları ilə damğalamağa çalışırlar. Onun əmisi onlunu, yerli
hökumətin rəhbəri Xudabaxış Sultanovu aldadaraq Şuşaya
iclasa çağırıb həbs ediblər.
Daha sonra Semyonov və onun ətrafındakı hərbçilər Nəri-
man Nərimanova məlumat verərək bildiriblər ki, bizim divi-
ziyanı daşnaklara qarşı mübarizədə xilas edən, daşnak höku-
mətinin məhv olması planının müəllifi olan, daşnaklarla
müharibədə amansızlıqla mübarizə aparan, Nijde qoşunları-
nın baş komandanı general Sumbatı şəxsən öldürən, buna
görə daşnaklar tərəfindən başına külli miqdarda pul qoyulan,
bu xidmətlərinə görə mərkəz tərəfindən mənimlə birlikdə
qızıl medala layiq görülən bir şəxsə- Aslan bəy Sultanov kimi
bir sərkərdəyə, bir el qəhrəmanına, bir peşəkar hərbçiyə qarşı
böhtan və şər kompaniyasının başlanması anlaşılmazdır. Ne-
cə ola bilər ki, belə bir şəxsiyyət daşnakların dostu,
əksinqilabçı ola bilsin?
Yerli camaatın mütəşəkkil şəkildə öz qəhrəmanının arxa-
sında dayanması, ictimai rəy, Semyonovun və digər koman-
dirlərin birbaşa XI qızıl ordunun komandanlığına, XI ordu-
nun komandanlığının da Nəriman Nərimanova birbaşa təsiri
və təzyiqi, Savalan Şirinovun da sonralar etiraf etdiyi kimi XI
ordunun komandiri və onnun xüsusi idarəsinin rəisi general
Pankratovun Nəriman Nərimanova birbaşa təzyiqləri onu geri
çəkilməyə məcbur etdi. Bu təzyiqləırin nəticəsi olaraq Nəri-
manov başladığı təxribat planlarının baş tutmadığını görüb
geri addım atmağa məcbur olaraq Zəngəzur qəzasına növbəti
bir komissiya göndərib. Bu barədə ətraflı olaraq sizlərə məlu-
mat vermişdik. Bir daha xatırlatmaq istəyirik ki, Nəriman Nə-
rimanovun bu komissiyası son rəyində bildirir ki, Xudabaxış
Sultanov əksinqilabçı deyil. Düzdür o kommunist partiyası-
nın üzvü deyil, ancaq ondan yaxşı işçi çıxar.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
285
Bu yerdə bir sual vermək yerinə düşür: Əgər qəza rəhbəri
əksinqilabçı deyildisə, komissiyanın verdiyi rəyə görə o yaxşı
işçidirsə, nədən günahsız yerə həbs olunan və sonra da
günahsızlıqı sübut olunaraq azadlığıa çıxan Xudabaxış
Sultanovu həbs edənlər, onu şərləyənlər, onu yalandan olaraq
ağır cinayətdə ittiham edənlər nə üçün Nəriman Nərimanov
tərəfindən öz layiqli cəzalarını almadılar? Cavab aydındır,
ona görə ki, bu oyunların hamısını Nəriman Nərimanov özü
qurmuşdu, sadəcə olaraq bu oyunları qurduqda xalqın və
Semyonovun təzyiqləri ilə qarşılaşacağını hesablaya
bilməmişdi.
Əgər Nəriman Nərimanovun komissiyası təsdiq edirsə ki,
Xudabaxış Sultanov təmiz işçidir və günahsızdır, o zaman
ortaya sual çıxır ki, qəzanın digır rəhbər işçiləri də təmiz və
əqidəli insanlardır. Bu da o deməkdir ki, Aslan bəyə
fövqəladə səlahiyyət verilərkən o kadr siyasətini son dərəcə
dəqiqliklə apara bilib.
Qurulmuş oyunlarda ortaya atılan bütün ittihamlar puça
çıxdıqdan sonra artıq yeganə bir ittiham qalırdı ki, daşnak
Şaumyanın müti qulu olan Nərimanov öz ağasının, daşnak
Şaumyanın düşməninə erməni xalqının düşməni ittihamını
ortaya atsın. Bu ittiham aydın göstərir ki, Nəriman Nərima-
nov Aslan bəyi daşnaklara qarşı mübarizə apardığı üçün it-
tiham edir. Daha çox da daşnak Şaumyana yarınmaq üçün bu
addımı atır, amma, Aslan bəyi “lixoy strelok” yəni göydə
quşu gözündən vuran sərrast atıcı” ittihamı ilə ittiham etmək
haradan irəli gəlirdi? Bu da o demək idi ki, Nərimanovun
komissiyası xüsusi vurğu ilə Aslan bəyin daşnak generallarını
öldürməsinə və bununla da daşnak Şaumyanın ürəyinə dağ
çəkməsinə işarə edir.
Фаиг Абдуллайев____________________________________
286
Bütün bunları analiz etdikdə bir sual ortaya çıxır: məgər
sərrast atıcı olmaq, düşmənə qarşı amansız olmaq sərkərdəyə
xas olan ən yüksək keyfiyyətlər deyilmi?
****
fond 410, siyahı 1, iş 227
Zəngəzur qəzasının 1-ci sahəsində daşnaklara qarşı döyüş
gedir. Qızıl ordu hissələrinin güclü arteleriya atəşlərunə
baxmayaraq daşnaklar geri çəkilmirlər. Qarabağda və Zəngə-
zurda Tevan bandasının zülmü davam edir ki, buna qarşı
təcili tədbirlər götrülməsi vacibdir. (Şuşa siyasi bürosunun
rəis müavini Tairov. N 227)
Həmin o Tevan və Tarxanın başçılıq etdiyi dəstələr gah
Qarabağda, gah da Zəngəzurda aranı qarışdırır, müsəlman
əhalisinə qarşı olmazın təcavüzlər edir, insanları amansızlıqla
qətlə yetirirdilər.
Qarabağda Andronikin göndərdiyi Tevan, Tarxan kimi
quldurbaşıların dəstələrinin kökünü kəsmək üçün Aslan bəy
Sultanov XI qızıl ordunun rəhbərliyi tərəfindən Qarabağa və
Zəngəzura fövqəladə komissar təyin edilmişdi. Son damla
qanına qədər düşmənə qarşı mübarizə aparan Aslan bəy Sul-
tanov, Lətif, Kərim və digər qəhrəman oğullara qarşı içi-
mizdən olan xainlər tərəfindən məkrli planlar hazırlanmış,
onların fiziki cəhətdən məhv edilmələri üçün bütün iyrənc
yollardan istifadə edilmişdir.
Dəhşət doğuran hal odur ki, belə qəhrəman insanların
erməni xalqının düşməni kimi ittiham olunmaq üçün erməni-
lərə verilməsinə Nəriman Nərimanov birbaşa razılıq vermiş-
dir. Nəriman Nərimanovun bu addımını qiymətləndirməyi siz
oxucuların ixtiyarına buraxırıq.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
287
****
Azərbaycan Baş dövlət Arxivi fond 410, siyahı 1, iş 227
“Şuşa qəzası. Zəngəzurda daşnaklar tərəfindən həm
erməni, həm də müsəlman əhalisi arasında qızğın əksinqila-
bi təbliğat işləri aparılır. Yerli bəylər və mülkədarlar daşnak-
lara gizli köməkliklər göstərirlər. Fəhlə kəndlilər və qulluq-
çular bahalı və cüzi ərzaq payına görə narazılıq edirlər.
(Az.Fövqəladə Komitəsinin məlumatı. Aprel 1921-ci il)”
Bu sənəddə guya yerli bəylərin daşnaklara gizli kömək
göstərmələri ortaya atılır. Bu məlumat birbaşa Az. Fövqəladə
Komitəsinə göndərilib. Bu da onu göstərir ki, həmin dövrdə
bütün hədəf hakimiyyətdə olan bəylərin daşnaklarla əlbir
olduqlarını, onlara hər cür kömək göstərmələri ortaya atmaq-
la onları ləkləyərək fiziki cəhətdən məhv etməyə yönəlmişdi.
Bu da o demək idi ki, əgər onlar daşnakların dostudursa,
demək bizim düşmənimizdir. Yəni düşmənim dostu mənim
düşmənimdir.
****
1990-cı ildə, Sovet hökuməti hələ dağılmamış, ermənilər
yenidən Qarabağda və Zəngəzurda baş qaldırdıqları vaxt yerli
camaat o dəqiqə öz tarixi qəhrəmanını, daşnaklara qarşı
amansız mübarizə aparan Aslan bəyi xatırlayır, 1920-ci
illərin tarixini bilən insanlar ürək ağrısı ilə Aslan bəyin
ruhuna dualar oxuyurdular. Nurəli Təmrasoğlu “Bərgüşad”
qəzetinin 4 sentyabr 1991-ci il tarixli nömrəsində çap
olunmuş “Çaylı Aslan kimdir?” adlı məqaləsində yazır:
Qubadlı rayonu erməni quldurları tərəfindən işğal olunduğu
zaman Mahruzlu kəndinin sakini Baxşəli oğlu Əli kişi
deyirmiş: “Anan ölməsin, Maclı Aslan bəy, hardan alım səni?
Aslan bəy əsl xalq qəhrəmanı idi. Ermənilər onun qorxusun-
Фаиг Абдуллайев____________________________________
288
dan bu tərəflərə səmt düşməzdilər. Dörd nəfər silahlı erməni
dağdan gələn köçün qabağını kəsir. Qoyunları alıb gedirlər.
Heç bir müqavimət göstərə bilməyən azərbaycanlılar kəndə
çatanda Aslan bəyin qonşu kənddə dostunun toy məclisində
olduğunu eşidirlər. Gedib dərdlərini Aslan bəyə söyləyirlər.
Aslan bəy vaxt itirmədən 4 nəfər atlı götürüb quldurların
dalınca çapır. O, quldurları tərksilah edir, qoyunları alıb
kəndə qayıdır. Aslan bəy hər vaxt kasıbların əlindən tutardı.”
Bəli, Aslan bəy Sultanov əsl xalq qəhrəmanı kimi o
dövrdə təkbaşına, ətrafına topladığı özünü müdafiə qüvvələri,
Zəngəzur igidləri və yerli milis işçiləri ilə birlikdə daşnak
hökumətinə qarşı mübarizə aparmaq qüdrətinə malik idi.
1990-ci illərdə isə yerli sovet rəhbərləri, başda Moskva
olmaqla bütün kommunist rəhbərlər azərbaycanda baş qal-
dıran erməni dalğasına qarşı acizlik göstərdilər. Amma bəzi
ermənipərəst qüvvələr isə Aslan bəyin adına olan küçənin
varlığına qarşı çıxır, narahatlıq bildirir, Nəzər Heydərovun da
kitabında yazdığı kimi antisovet bandaya rəhbərlik edən,
sovet hökumətinin düşməninin adına küçə verilməsinə etiraz
edirdilər.
Nəzər Heydərov kitabının “Banditizm” fəslində yazır ki,
Lətiflə Kərimin Qubadlıdakı antisovet bandasına Aslan Sulta-
nov başçılıq edirdi. Bununla da Nəzər Heydərov Aslan bəyin
hökumətə qarşı çıxmağını özünəməxsus pafosla vurğulamağa
çalışır. Burada bir sual ortaya çıxır; Aslan bəy nə etməliydi?
Tabe olub Nəriman Nərimanov hökumətinin “vraq armyan”
yəni erməni xalqının düşməsi damğası ilə razılaşmalı və itti-
ham olunmaq üçün ermənilərə təhvil verilməsi ilə barışma-
lıydı?
Aslan bəy özünün haqlı olduğunu sübut etmək üçün
dəfələrlə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman
___________________Зянэязур асланы–Аслан бяй Султанов
289
Nərimanova, onun komandasına ittihamedici faktlarla yazılı
şəkildə məlumatlar vermiş və onların bu ədalətsizliyinə- Zən-
gəzurun ermənilərə bağışlanmasına görə nə vaxtsa tarix və
zaman qarşısında cavab verəcəklərini dəfələrlə qeyd etmişdi.
Bu itihamedici məlumatlardan sonra mərkəz tərəfindən Aslan
bəyə qarşı təqiblər daha da aktivləşmiş, onun ləkələnməsi
kompaniyası başlanmışdır. Bunları görən və onu gözləyən
xəyanətlərdən xəbər tutan Aslan bəy vaxtında hökumətdən
uzaqlaşmağı qərara almış və böyüyüb boya-başa çatdığı
torpaqların azadlığı uğrunda mübarizəyə qalxmışdır. Hadisə-
lərin sonrakı gedişatı da onun tamamilə haqlı olduğunu
göstərmişdir. Yəni 1929-cu ilin yayında o öz evinə gəlib
uşaqları ilə görüşərkən onu içəridən yaxın adamlardan biri
satmış mərkəzdən gələrək onun məhv olunmasına əmr alan
qüvvələr evini mühasirəyə almışlar. Onlar öz nümayəndə-
lərini Aslan bəyin yanına göndərmiş, onu aldadaraq dilə
tutmağa çalışmışlar ki, Aslan bəy, sizin bu xalq qarşısında
böyük xidmətləriniz var, siz xalqın qəhrəman oğlusuz, ona
görə də hökumətə qarşı çıxmağınız düz deyil. Sizə hökumətə
tabe olmağınızı, məhkəmədə özünüzün haqlı olmağınızı
sübut etmənizi təklif edirik. Müqavimət göstərməyiniz
yersizdir.
Əslində mərkəzdən gələnlərin Aslan bəyi dilə tutaraq canlı
şəkildə ermənilərə təhvil vermək istəkləri Şaumyanın Nəri-
man Nərimanova sifarişinin icrasını həyata keçirmək istə-
yiydi. Bununla da daşnak Şaumyan daşnaklara divan tutmuş,
Azərbaycan xalqının qisasını daşnaklardan yetərincə almış
Aslan bəydən daşnakların qisasını almış olurdu. Bu zaman
Aslan bəy fikirləşmək üçün bir qədər vaxt istəyib, uşaqları ilə
görüşüb halallaşdıqdan sonra gələnlərə deyib:
Фаиг Абдуллайев____________________________________
290
– Siz elə fikirləşirsiz ki, mən bir canıma görə silah qaba-
ğında gedəcəyəm? Gedin sizi bura göndərənlərə mənim
fikirlərimi çatdırın!
Gələnlər bayıra çıxdıqdan sonra Aslan bəy bu namərdlərin
evi atəşə tutacaqlarını əvvəlcədən dərk edib və evi tərk edib,
silahına sarılıb düz meşə istiqamətində gedir. Bu zaman yol
boyu onu görən və əvvəllər onun tabeçiliyi altında işləyən
heç kəs ona qarşı hörmətsizlik etməyib, güllə atmayıb, üzünü
yana çevirib, getməsinə şərait yaradıblar. Lakin qəfildən, qızı
Gülüzar atasının uzaqlaşdığını və evdəki gərginliyi, həyətdəki
silahlı adamları gördüyü zaman həyəcanını gizlədə bilməyib,
evdən çıxaraq atasının arxasınca qışqırıb:
–Ata, bizi hara qoyub gedirsən?
Bu zaman Aslan bəy qızının səsini eşidib, ayaq saxlayıb
və qıza deyib:
–Qayıt gir evə, yoxsa sənə güllə dəyər.
Onun səsini eşidən mərkəzdən gələn qüvvələr başa düşüb-
lər ki, gedən Aslan bəydir və ona qarşı əməliyyata başlayıb-
lar. Mərkəzdən gələn snayperlər onu atəşə tutublar. Aslan bəy
çevrilərək ona arxadan atəş açanlara bir-neçə dəfə güllə atıb.
Ona güllə atan snayperin kəlləsi parça-parça olub. Bu zaman
atəş dayanıb, heç kəs cürət edib onun arxasınca gedə bilmə-
yib. Aslan bəy yaralı olmağına baxmayaraq bir xeyli məsafə-
ni qət edərək Pəyhan adlanan yerə qədər gedib çıxa bilir. Ora-
da kürəyini böyük qaya parçasına söykəyərək nəfəsini dərir.
Bu zaman Tisix ləqəbli bir nəfərin yaxınlıqdan keçdiyini
görür, onu yanına çağırır və silahdaşlarına xəbər göndərməsi-
ni tapşırır. Tisix Aslan bəyin yaralı olduğunu görərək bir
vaxtlar onu etdiyi cinayətə görə həbs edən Aslan bəydən qi-
sas almağa məqam düşdüyünü yəqinləşdirib və ona arxadan,
___________________Зянэязур асланы–Аслан бяй Султанов
291
namərdcəsinə bir-neçə güllə vurur, bundan bir qədər sonra
Aslan bəy dünyasını dəyişir.
Göründüyü kimi Allah ona şərəfli ölüm qismət edib. Aslan
bəy son nəfəsində də ölümün gözünə dik baxmış, düşmən
qarşısında əyilməmiş, şərəfli ölümü düşmən qarşısında əsir
kimi getməkdən üstün tutmuşdur. Şaumyanın onu ermənilərə
vermək istəyi də baş tutmayır, arzusu gözündə qalır. Bununla
da Aslan bəy son nəfəsinə qədər öz həyat yolunu, əqidəsini
dəyişmədən ölümü ilə də yeni bir qəhrəmanlıq dastanı yaza
bilir...
Təəsüflər olsun ki, Aslan bəyin ölümündən az sonra Lətif-
lə Kərimin aldadılaraq içimizdən olan xainlərin əli ilə ittiham
olunmaq üçün ermənilərə təhvil verilməsi Aslan bəyin nə
qədər haqlı olduğunu sübut etdi. Lətiflə Kərim kimi əliyalın
qəhrəmanlar erməni cəlladları qarşısında amansız işgəncələrə
məruz qalaraq məhv edildilər.
Kitabın 145-ci səhifəsində Nəzər Heydərov yazır ki,
“Xallava kəndindən olan Kərimin və Xələc kəndindən olan
Lətifin bandası Zəngəzurda tüğyan edirdi. İş o yerə gəlib çat-
mışdı ki, orda-burda qalmış müsavatçı və daşnak ünsürləri az
qalırdılar ki, bizim qəzanın bu və ya digər rəhbərlərini öldür-
məyi onlardan tələb etsin. Kərimlə Lətifin bandası Bərgüşad
dağlarında, Kəpəzin yaxınlığında meşədə gizlə-nirdilər”.
Nəzər Heydərov Kərimlə Lətifin bandası dedikdə Aslan
bəyin qəhrəman dəstə komandirləri və həmişə haqq-ədalət
müdafiəçiləri olan insanları nəzərdə tuturdu. Həmin insanlar
hər zaman xalqın yanındaydılar və xalq onlara inanırdı, he-
sablaşırdı və pozulmuş haqq-ədalətin bərpa olunmasını Aslan
bəydən və onun dəstə komandirləri olan Lətiflə Kərimdən xa-
hiş edirdilər. Bir fakt heyrət doğurur ki, müəllif Nəzər
Heydərov kitabında dəfələrlə “müsavatçı-daşnak” fikirlərini
Фаиг Абдуллайев____________________________________
292
eyniləşdirərək onları azərbaycan xalqının bərabər, ortaq düş-
məni kimi qələmə verməyə çalışır.
Kərbəlayi Hüseyn Ocağının Övladları
Allah Kərbəlayi Hüseynə 4 oğul əta etmişdi.
1.Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov mərd,
qoçaq, dediyindən dönməyən, bir az da dəliqanlı olub. Qu-
badlı kəndində əmisi oğlu Həsən bəy Sultanovun müdir ol-
duğu ikisinifli 4 illik təhsil müddəti olan məktəbi bitirmişdir.
Rus dilində sərbəst danışır, yazır və oxuyurmuş. Sonra Qori
seminariyasını bitirmiş, daha sonra ali hərbi təhsil almış-
dır.`Çox böyük sərkərdəlik məharətinə malik imiş. Onun
cəsarəti, hərbi sahədəki istedadı daşnak ordusunun bütün
zümrələrdən olan zabitlərini, o cümlədən Andranik Ozanyanı
belə Aslan bəy ilə hesablaşmağa məcbur etmişdir.
2.Murad bəy Kərbəlayi Hüseyn oğlu Sultanov rus dilini
mükəmməl bilirdi. O da Həsən bəyin Qubadlıda açılan 4 illik
məktəbini bitirmişdir. Murad bəyin xasiyyəti ilə Aslan bəyin
xasiyyəti təzad təşkil edirdi. O, ipək kimi yumşaq, həlim xa-
siyyətli bir insan idi. Bir müddət Zəngəzurun Qafan rayo-
nundakı kəndlərində müəllimlik etmiş, sonra isə Laçında və
Xanlıqda hakim kimi fəaliyyət göstərmişdir.
3.Şirin bəy Kəlbəlayi Hüseyn oğlu Sultanov. Həsən
bəyin məktəbini bitirmişdir. Atasının təsərrüfatına rəhbərlik
etmişdir. Qohumlara qarşı həddindən artıq qayğıkeş və meh-
riban idi.
4.Süleyman bəy Kərbəlayi Hüseyn oğlu Sultanov.
O biri qardaşlarının xasiyyətlərinin bir sıra müsbət cəhətləri
Süleyman bəyə xas idi.
Bir fakt çox maraqlıdır ki, cəmi 4 il təhsil verən rus-tatar
məktəbini bitirən bütün məzunlar rus dilini təmiz bilir, riya-
ziyyat və digər fənləri yüksək səviyyədə mənimsəyirdilər.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
293
Həmin məktəbim məzunu M.Axundov mənimlə birlikdə
Qubadlı orta məktəbində nəinki rus dilini, hətta bəzi illərdə
V-ci siniflərdə riyaziyyatı tədris etmişdir.
Halbuki, Sovet məktəblərində 11 il rus dili tədris olunan
məktəblilər rus dilində nə sərbəst danışa və nə də yaza bilir-
dilər.
Necə olub ki, cəmi 4 il təhsil alan o vaxtkı gənclər tədris
edilən fənləri tələb edilən səviyyədə öyrənməklə bərabər, gö-
zəl xətlə yazmağı, rus dilində sərbəst danışmağı, yazıb-oxu-
mağı öyrənmişlər. Bu barədə fikirləşməyə dəyər.
1917-ci ildə Çar Rusiyası devrildikdən sonra xain qonşula-
rımız olan ermənilər, növbəti dəfə bizim ata-babalarımızın
mal-mülkünü talamaq, onları didərgin salmaq məqsədilə hər
cür riyakarlıqdan istifadə edir, hər cür cinayətlərə əl atırdılar.
Zəngəzur qəzasının mərkəzi sayılan Gorus şəhərində An-
dronik Ozanyanın yaratdığı daşnak hökümətinə başçılıq edən
general Nijdenin rəhbərliyi ilə ordu yaradılmağa başlandı.
Şuşada daşnak generalı Dronun, habelə Zəngəzurda daşnak-
ların lideri, general xain Andronik Ozanyanın zühr etməsi
ermənilərin iştahını birə-on artırmışdı. Artıq Qafan və Goru-
sun azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən
törədilən qətl-qarətlər adi hal almışdı. Bütün bu hadisələr
quşu gözündən vuran Aslan bəyin gözü qarşısında baş
verirdi. Ona görə də Aslan bəy Mac kəndinin cavanlarını bir
yerə toplayıb özünümüdafiə dəstəsi yaratdı və bu dəstəni
fədailər dəstəsi adlandırdı. İlk əvvəl fədailər dəstəsinə Mac
cavanları, sonralar isə bütün Zəngəzur cavanları daxil oldular.
Mac kəndi və onun ətrafında fəaliyyət göstərərkən dəstənin
500 nəfər üzvü olmuşdur. Az müddətdə dəstənin şöhrəti, qo-
caqlığı təkcə məhəlli erməniləri deyil, bütün Zəngəzur ermə-
Фаиг Абдуллайев____________________________________
294
nilərini qorxuya salmışdır. Ona görə də uzun müddət Mac
kəndinə dəyib-dolaşan olmamışdır.
Aslan bəyin fədailəri, Qafan və Gorus rayonlarının neçə-
neçə azərbaycanlı sakinini daşnak əsarətinə düşmək təhlükə-
sindən xilas etmişdir.
İndi, həmin dövrdə baş vermiş bir sıra hadisələri nəzəri-
nizə çatdıraq:
76 yaşlı, ali təhsilli, MirZeynal Mirələsgər oğlu Mirhəşim-
linin öz əli ilə yazdıqlarından: 1918-1920-ci illərdə Qafan
rayonunun Dorhnu kəndinin camaatı ermənilər tərəfindən iki
dəfə qovulub kənddən çıxarılıblar. Onlar Kraxtın (Cəbrayıl)
və Malakan (Füzuli) rayonunun kəndlərinə qədər gedib çıxıb-
lar. Ara bir az sakitləşdikdən sonra Dorhnulular öz kəndlərinə
qayıtmışdı. Atam nəql edirdi ki, həmkəndlim İmamqulu ilə
qoyun-quzu otarırdıq. Qəflətən daşnak əsgərləri bizi ələ ke-
çirdilər. Hər ikimizə silah-sursat şəlləyib qatdılar qabaqlarına.
Xeyli yol qət etdikdən sonra Təpəsər adlanan bir dağa dır-
manmağa başladıq (sonralar öyrəndik ki, Andronikin qərarga-
hı həmin dağın başında yerləşir). Bildik ki, bizi öldürməyə
aparırlar. Atam, Mirələsgər Mirhəşim oğlu təklif edir ki,
İmamqulu, gəl silahları yerə atıb qaçaq. İmamqulu deyir ki,
bizi aparanlar hamısı silahlıdır, qaçan kimi vuracaqlar. Atam
cavab verir ki, əziyyətlə ölməkdən bu daha yaxşıdır. Bu
əsnada bir nərə səsi eşidilir. Ə, daşnak köpəkuşağı əsir aparır-
sınız? Ermənilər: “Aslan bəy!..” deyib öz silahlarını da atıb
qaçdılar. Aslan bəy atama yaxınlaşıb deyir ki, Seyid anan
namaz üstə idi, yoxsa əclaflar sizi güllələyəcəkdi. Atamın və
İmamqulunun xilasından sevinən babam Mirhəşim və digər
kənd camaatı Aslan bəyə minnətdarlıq məktubu göndərdilər.
Həmin məktubu sizə təqdim edirik:
___________________Зянэязур асланы–Аслан бяй Султанов
295
Фаиг Абдуллайев____________________________________
296
___________________Зянэязур асланы–Аслан бяй Султанов
297
Bir gün erməni nümayəndə heyəti ağ bayraqla Mac kən-
dinə gəlir. Aslan bəy onlara atəş açmaq istəyən dəliqanlı
cavanları bu işdən çəkindirdi. Onlar erməni generalı Andro-
nik Ozanyandan Aslan Sultanova məktub gətirmişdilər. Mək-
tubda o, Andronikin Təpəsər adlanan yüksəklikdə yerləşən
qərargahına dəvət olunurdu. Aslan bəy qısa məsləhətləşmə-
dən sonra dəvətə müsbət cavab verdi. Görüş sabah saat
10.00-a təyin olundu.
Səhər saat 9.00-da Aslan bəy kiçik bir heyətlə yola düşdü.
Görüşdə Qurdqalaq kənd sakini, Aslan bəyin əsgəri olmuş
Geroy ləqəbli Əli də iştirak etmişdir. Hansı ki, 70-ci illərə
qədər Gorusun Qurdqalaq kəndində yaşamışdır.
Geroy Əlinin dediyinə görə Aslan bəyin qəbulu üçün təm-
təraqlı bir mərasim düzəldilmişdir. Aslan bəy mərasim
qaydalarına riayət etmədən onu müşaiyət eləyən döyüşçüləri-
lə birlikdə birbaşa qərargahın qarşısına yönəldi və Androniklə
orada görüşdü. Andronik ona müraciət edərək dedi:
–Nə üçün imkan vermədiniz ki, bizim himnimiz səslənsin?
Sizin də varsa himniniz, yoxdursa istədiyiniz musiqi parçası
ifa olunsun.
Aslan bəy cavab verdi ki, biz dövlət yox, xalq qisasçıla-
rıyıq. Sizin dediyiniz tərzdə olan görüş Azərbaycanda yeni
hökümət bərqərar olduqdan sonra baş tuta bilər.
Erməni generalı dedi:
– Aslan bəy onda razısınızsa, birbaşa mətləbə keçək.
Aslan bəy:
– Sizi dinləyirəm.
– Mən öz qoşunlarımla birlikdə Şuşa şəhərinə general Dro
ilə görüşə getmək istəyirəm. Ancaq sənin dəstən əlverişli və-
ziyyətdən istifadə edərək bizim dəstədə böyük tələfat yarada
bilər. Ona görə də xahiş edirəm bizə itkisiz Şuşaya qədər get-
məyə şərait yaradın. Söz verirəm ki, bizim tərəfimizdən sizin
Фаиг Абдуллайев____________________________________
298
ətraf kəndlərinizə heç bir pislik olmayacaq. Bundan sonra
Zəngəzur müsəlmanlarına qarşı bizim tərəfdən heç bir basqı
olmayacaq.
Aslan bəy Andronikə dedi:
– Mən bu barədə düşünməliyəm. Üç gündən sonra sənə
xəbər göndərərəm.
Andronik Aslan bəyi onun atının yanına qədər müşayət
etdi. Aslan bəy qayıdandan dərhal sonra Xələcli Lətif ilə
Xallavalı Kərimi yanına çağırıb dedi:
– Qardaşlarım, Andronik mənə təklif etdi ki, mən onun
təhlükəsizliyinə təminat verim ki, itgisiz Susaya gedib gene-
ralı Dro ilə görüşə bilsin. Mən artıq bu barədə öz qərarımı
vermişəm. Bu barədə öz hərbi planım da hazırdır. Bu hərbi
plana görə Andranikin dəstəsi Laçının Mığı dərəsinə qədər
getməli və orada mühasirəyə alınmalıdır. Bundan sonra bi-
zimkilər planda göstərdiyim istiqamətlərdən hücuma keçməli
və onları darmadağın etməlidir. Siz mənim çəkdiyim hərbi
planı götürüb Laçına gedin və Sultan bəylə görüşün. Yaran-
mış vəziyyətin ciddiliyini ona başa salın və deyin ki, mən üç
gündən sonra Andronikə xəbər göndərməliyəm.
Lətiflə Kərim həmin an atlanıb Ağbulaq yolu ilə Laçına
yola düşdülər.
Bir müddətdən sonra Laçına çatıb, Sultan bəylə görüşdü-
lər. Sultan bəy onları xüsusi hörmətlə qarşıladı. Lətiflə Kərim
Aslan bəyin Androniklə görüşməsi və bu görüşdə müzakirə
olunan məsələlər barədə Sultan bəyi məlumatlandırdılar.
Aslan bəyin hərbi planı ilə onu tanış etdilər və bildirdilər ki,
Aslan bəy daşnakları məhv etmək üçün ən münasib yer Mığı
dərəsini seçib. Sultan bəy bir mənalı olaraq Aslan bəyin hərbi
planını bəyəndiyini bildirdi. Sonra Lətiflə Kərimə dedi ki,
Aslan bəyə bildirin, biz onun hərbi planı üzrə hərəkət etməyə
hazırıq. Lətif və Kərim dərhal geriyə Aslan bəyin yanına
___________________Зянэязур асланы–Аслан бяй Султанов
299
qayıtdılar və Laçındakı görüşləri barədə ona məlumat ver-
dilər. Üç günün tamamında Aslan bəy Andronikin göndərdiyi
nümayəndə heyətini qəbul etdi və onların təhlükəsiz hərəkə-
tinə təminat verdi. Ancaq bir şərtlə: O, insanların şübhələri-
nin tamamilə götürülməsi üçün əvvəlcə silahlarını göndərmə-
yi, sonra isə özlərinin hərəkət etmələrini şərt kimi irəli sürdü.
Gələn adamlar bildirdilər ki, Andronik Aslan bəyin bütün
şərtlərini qəbul etməyə hazırdır. Razılıq əsasında Andronik
əvvəlcə silah-sursatı yola salır, sonra isə özləri hərəkət etmə-
yə başlayırlar. Aslan bəy plana uyğun olaraq döyüşçülərinə
göstəriş verir ki, Laçına – Mığı dərəsinə çatıncaya qədər heç
kim daşnaklara toxunmasın. Andranik hiyləsinin baş tutduğu-
nu düşünərək arxayınlıqla öz dəstəsiylə Laçına doğru hərəkət
etməyə başladı. Bir nüddətdən sonra Mığı dərəsinə çatdıqda
isə tamamilə başqa bir mənzərə ilə qarşılaşdı. Aslan bəyin
planına uyğun olaraq daşnaklar üzük qaşı kimi mühasirəyə
alınmışdı. Bir tərəfdən Lətiflə Kərimin, digər tərəfdən Sultan
bəyin, başqa istiqamətdən Kəlbəcərdən və Zəngəzurun digər
bölgələrindən gəlmiş igid oğulların mühasirəsində qalmış
erməni daşnakları bu mənzərədən şok vəziyyətinə düşmüşdü-
lər. Aslan bəyin hərbi planına uyğun olaraq müxtəlif istiqa-
mətlərdən eyni zamanda hücum başlandı və daşnak ordusu
tamamilə darmadağın edildi. Ancaq təəssüflər olsun ki, kiçi-
cik bir dəstə ilə Andronik qaçıb canını qurtara bilmişdi.
Bununla da onun Dro ilə görüşmək planı alt-üst olur və çox
böyük bir məğlubiyyətə uğrayır.
Dostları ilə paylaş: |