Фаиг Абдуллайев____________________________________
270
Xatirələr... Xatirələr... Xatirələr...
Bu fəsildə arxiv sənədləri və əldə etdiyimiz digər
sənədlərdən kənara çıxaraq hadisələrin birbaşa şahidləri
olmuş, müxtəlif insanların xatirələri və şifahi danışıqlar
əsasında əldə etdiyimz materialları təqdim etməyə
çalışacağıq.
İlk olаraq isə sizə Елбрус Шащмарын «Ханиманым Гу-
бадлы» китабында 23-жц сящифядя Аслан бяй Султанов щаг-
гында йаздыьы йазыны тягдим едирик:
Аслан бяй Кярбялайи Щцсейн оьлу Султанов барядя, яс-
линдя о, бюйцк бир йазынын гящряманыдыр. Анжаг барясиндя
о вахт мялумат алдым ки, артыг щямин вахт китаб чапда
иди. Еля билирям буна эюря онун рущу мяни баьышлар.
Аслан бяй Султанов 1889-жу илдя Губадлы гязасынын
Щажылы кяндиндя анадан олмушдур. Сонралар атасы Кярбя-
лайы Щцсейн бяй Эорусун Мач кяндини щюкумятдян алыб
вя орада йашайыб. Лакин бир мцддятдян сонра ермяниляр
бу аилянин орада йашамасына имкан вермяйибляр. Она эюря
кярбялайы Щцсейн бяй Чардахлы кяндинин йахынлыьында олан
Гараьаж кяндиня кючцр.
Аслан бяйин эянжлик илляри бцтцнлцкля, ермянилярля саваш-
да кечиб. Онун тяшяббцсц иля жамаат сярщядя йахын олан
бир нечя кянддя истещкамлар гурур, сянэярляр йарадыр.
Аслан бяй мярд вя жясарятли, ейни заманда касыблара, ялсиз-
айагсызлара щямишя кюмяк ялини узадыб. Щямишя касыбларын
тяряфини сахлайыб вя щямишя онлары юзцня, юзцнц дя онларa
арха-дайаг билиб.
Илк дяфя атам Шащмардан, сонра щямкарым вя достум
Бахшейишин атасы, йашы 100-ü щагламыш Мащрузлу кяндиндян
олан Яли Бахшяли оьлундан ешитмишям.
О, Азярбайжан Демократик Республикасы заманы йцз-
башы, пристав, вя гяза ряисинин щярби мясяляляр цзря мцавини
___________________Зянэязур асланы–Аслан бяй Султанов
271
олуб. Совет щюкумятинин илк илляриндя ися Губадлы гязасы-
нын илк милис ряиси, Ханлыг гязасынын щярби комиссары, Шуша
даирясинин милис ряиси вязифяляриндя ишляйиб. ХЫ орду Зянэя-
зура эяляркян ХЫ орду иля бирляшяряк ермяни дашнакларына
гаршы гящряманлыгла вурушур вя гызыл медала лайиг эюрцлцр.
Qubadlıdakı Həsən bəy məktəbinin (orta məktəbin) son
illərə qədər direktoru olmuş, xidmətləri dövlət tərəfindən
qiymətləndirilərək Tərəqqi medalı ilə təltif edilmiş, əqidəli
insan, gözəl pedaqoq, el ağsaqqallarından biri, hələ arxiv
sənədlərinə gedən qapılar bağlı olduğu dövrlərdə Aslan bəyin
fəaliyyətinin tədqiqi ilə məşqul olan, bu yolda bir sıra çətin-
liklər çəkən, atası Aslan bəylə şəxsən yaxın olan Nuşirəvan
Əsədovun xatirələrini təqdim edəcəyik.
Nuşirəvan müəllim deyirdi ki, tariximizdə elə şəxsiyytələr
olub ki, onlar öz xoşbəxtliklərini, ailə həyatını, hətta öz
canını belə xalq yolunda qurban verib əvəzində isə heç bir
təmənnada olmayıblar. Belə şəxsiyyətlərdən bəziləri nəinki
tarixdə öz layiq olduğu yerini tutmuş, hətta tarixdən silinmək
təhlükəsi ilə üzləşmişlər. Böhtanlar, represiyalar belə şəxsiy-
yətlərin gənc nəslə tanıtdırılmasının qarşısını almış, onların
layiq olduqları qiyməti almalarına mane olmuşdur.
DTK xofundan qurtula bilməyən tədqiqatçılarımız əksər
hallarda belə adamlar haqqında söhbət açmaqdan çəkinmiş,
necə deyərlər “ağrımayan başlarını ağrıtmaq” istəməmişlər.
Ona görə də belə adamları üzə çıxarmaq, onları gənc nəslə
tanıtdırmaq, göstərdikləri qəhrəmanlıqlar haqqında məlumat
vermək bizim hər birimizin ən şərəfli işi olmalıdır.
Nuşirəvan Əsədov da vaxtilə DTK arxivinıə müraciət
etmiş, Aslan bəy Sultanovun tam günahsız olduğuna əmin
olduqdan sonra, onun haqqında ilk dəfə 1982-ci ildə mətbuat
səhifələrində yazılar dərc edilmiş, ona layiq olduğu qiymətin
verilməsinə təşəbbüs göstərmişdir.
Фаиг Абдуллайев____________________________________
272
Mac kəndi Aslan bəyin atasının olmuşdur. Nuşirəvan
müəllim həmin kənd haqqında deyir ki, Kiçik Qafqaz dağla-
rının Ermənistan ərazisinə düşən hissəsində, Ağbulaq, Şam-
sız, Qurdqalaq, Mac, Danzaver (Armudluq) adlı Azərbaycan
kəndləri yerləşir. Bu kəndlərdə Ağbulaq, Şamsız, Qurdqalaq
kəndləri 1988-ci ilə kimi öz kəndlik simasını qoruyub
saxlamış, Danzaver Erməni kəndinə çevrilmiş, vaxtilə bizim
kəndimiz olan Armudluq erməniləşdirilərək Danzaver kəndi-
nə çevrilmiş, Mac kəndi isə yer üzündən silinmişdir. Tarix-
dən də məlumdur ki, Mac və Armudluq (erməniləşərək Dan-
zaver olmuş) kəndlərinin bütün əhalisi yalnız azərbaycan-
lılardan ibarət olmuş, yalnız 1920-ci ildən sonra Armudluq
kəndi tamamilə erməniləşdirilərək Danzaver adını almışdır.
“Dansa” sözü elə ermənicə “armud” deməkdir və ermənilər
bu kəndin adını tərcümə edərək erməniləşdirmişlər. Bir də
onu demək lazımdır ki, Macla Armudluq kəndinin arasında
cəmisi üç kilometrə yaxın məsafə olmuşdur. Mac kəndi
Aslan bəyin atası Kərbəlayi Hüseyin bəyə məxsus olmuş,
Armudluq kəndi isə Aslan bəyin əmisigillərə məxsus olmuş-
dur. Ermənilər Armudluq kəndinin bəylərinin mülklərinə
sahib olmuş, Mac kəndi isə dağıdılaraq ərazisi Armudluq və
Kürdlük kəndləri arasında bölüşdürülmüşdür.
Mac kəndi o yerlər üçün xarakterik olmayan böyük bir
düzəngahın ərazisində salınmışdır. Ermənilər qorxurdular ki,
nə vaxtsa Aslan bəy qayıdıb kəndi geri ala bilər. Ona görə də
ermənilərə xas olan bir hiyləgərliklə Mac kəndində olan bü-
tün tikililəri söküb dağıtmış, ərazisini isə iki kənd arasında
bölmüşlər. Baxmayaraq ki, Mac kəndi yaşayış üçün ətrafdakı
kəndlərdən daha əlverişli idi. Macın sol sahilində kəndin hər
yerini su ilə təmin edən kiçik çay axır, ön tərəfdə isə Ağa çayı
adlanan və Çayzəmi deyilən böyük çay axırdı.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
273
Qeyd etdiyim kimi kəndin qarşısında o relyef üçün az qala
möcüzə sayılan geniş bir düzəngah var idi ki, 1988-ci ilə
qədər ora Macın düzü deyirdilər. Kəndi su ilə təmin edən
kiçik çayın kənarında bir bulaq axır, adına Lələm bulağı
deyirmişlər. Yayın istisində barmağını onun içində saxlasan
donardı. Mac kəndinin qarşısında bir Alban kilsəsi var idi,
ermənilər onu erməniləşdirib qoruyub saxlamışdılar. Mac
kəndində 1970-ci illərdə bir otaq və böyründə bir uçurulub
dağıdılmış bir tikili qalmışdı.
****
Qubadlı ağsaqqallarının sinəsi Aslan bəylə bağlı xatirə-
lərlə dolu idi, onlar bəzən bu xatirələri göz yaşları içərisində
xatırlayır, Aslan bəyin ruhunu ehtiramla yad edirdilər. Bu
xatirələrdən biri ilə sizi tanış etmək istəyirik.
Deyilənlərə görə baş verən hadisələrdən və məlum səbəb-
lərdən, Aslan bəygil hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra
Qubadlıda ilk rus-tatar məktəbinin qurucusu, Aslan bəyin
əmisi oğlu, Qori seminariyasını Üzeyir bəy Hacıbəyovla bir-
likdə bitirmiş, eyni zamanda çox yaxın dost olmuş gözəl
ziyalı Həsən bəy Sultanova qarşı yeni hökumət tərəfindən
hücumlar başlamışdı. Bir gün yeni hakimiyyətdə kommunist
rəhbərlərdən biri, camaatı yığaraq bildirir ki, sabah hər kəs
gözdə-qulaqda olsun, tövlənin yanındakı meydana toplaşsın,
müəllimə (yəni Həsən bəy Sultanova) tövlə təmizlətdirəcə-
yəm. Camaat bu xəbərdən çox sarsılır, adamlar Həsən bəy
kimi bir insana belə münasibət göstərməyin haqsızlıq oldu-
ğunu düşünsələr də, canlarının qorxusundan hökumət adam-
larına açıq müqavimət göstərməkdən çəkinirmişlər. Bu hadi-
səni kimlərinsə xoşuna gəlmək üçün eləmək istəyən həmin
adamsa hələ ki, xülyalarla yaşayırdı. Çünki Aslan bəy Lətifin,
Kərimin dəstələrinə başçılıq etməklə yanaşı qəzanın içində
Фаиг Абдуллайев____________________________________
274
qurduğu kəşfiyyatından vaxtı-vaxtında dəqiq məlumatlar
alırdı. Qəzada quş səksəydi Aslan bəy xəbər tuturdu.
Aslan bəy Kəpəz dağının ətrafında olduğu vaxt kəşfiy-
yatdan bir xəbər alır və sabahkı gündə Həsən bəyə qarşı
ediləcək təhqir planından xəbər tutur. Bu zaman Aslan bəy
dərhal əməliyyat planı hazırladır, ətrafındakı adamlara bildirir
ki, Həsən bəyi təhqir etmək istəyən binamusun atasını öldür-
mək istəyirdilər, o da gəlib mənim ayağıma düşdü ki, onun
canını qurtaram. Bu da onun bizə çoxsağolu. İndi o Həsən
bəyə yox, elə mənə sataşır, qoy sataşsın!
Aslan bəy lazımi adamlarını çağırararq onları təlimatlandı-
rır. Ertəsi gün deyilən vaxt adamlar həmin meydana toplaşır-
lar, adamların əksəriyyəti göz yaşları içərisində baş verəcək
hadisənin nə ilə qurtaracağını gözləyir, Həsən bəy kimi ziya-
lı, mötəbər bir adama belə təhqiri heç cürə sığışdıra bilmirdi-
lər. Hətta kişilər də göz yaşları axıdır, bütün qəza camaatına o
qədər yaxşılıqlar etmiş bir adama belə hərəkəti yaraşdırmır,
Həsən bəyin bu təhqirə dözə bilməyəcəyini, ürəyi partlayaca-
ğını fikirləşirdilər.
Vaxt tamam olmuşdu, hamı çaşqınlıq içində gözləyirdi,
adam iki saatdan da artıq vaxt gecikirdi. Adamlar gecikmənin
arxasında nəsə bir şeyin, bir vacib xəbərin dayandığını hiss
etmişdilər. Birdən silahlı hökumət nümayəndələri gəldilər və
meydana toplaşan adamlardan xəbər aldılar ki, bəs o adam
(Həsən bəyə tövlə təmizlətdirmək istəyən adam) haradadır?
Adamlar da cavab veriblər ki, iki saatdır hər kəs onu gözlə-
yir, ondan hələ də bir xəbər yoxdur.
Hökumət adamları heç bir söz demədən həmin adamın
evinə gedirlər, evdə isə dəhşətli bir mənzərə ilə qarşılaşırlar.
Dünən Həsən bəy kimi sakit, ziyalı, maarifçi bir adama mey-
dan oxuyan, onu təhqir edəcəyi ilə qürrələnən adam evinin
___________________Зянэязур асланы–Аслан бяй Султанов
275
tavanından asılı vəziyyətdə qalmış, dili isə boğazından dibin-
dən qoparılaraq atılmışdı...
Meydana toplaşaraq başqa bir mənzərə görəcəyi ilə sar-
sıntı içində olan adamlar bu xəbəri eşidən kimi sevinclərini
gizlədə bilməmiş, haqqın-ədalətin bərqarar olduğuna sevin-
miş, bir-birlərini təbrik edirlərmiş. Camaat deyirmiş ki, Aslan
bəyin nəfəsi gəlib gedirsə heç kim onun əmisi oğluna sataşa
bilməz!
****
Xatirələrdən biri isə Zəngəzur qəzasının istintaq komissi-
yasının üzvü, eyni zamanda Aslan bəyin işçisi olmuş Behbud
dəy Sultanovun (Aslan bəyin əmisi oğlu) həyat yoldaşı Minə
xanımın haqqındadır. Minə xanım günlərin birində duyuq dü-
şür ki, onun qadın xidmətçilərindən biri hamilədir. Əri olma-
yan bir qadının hamilə olması Minə xanımı bərk qəzəbləndi-
rir və Minə xanım xidmətçini evindən qovur. Qış ayları, qar-
lı-şaxtalı bir gün olduğundan xidmətçi gedərkən yolda sancı-
lanır, doğuş başlayır və xidmətçi qarın üstündə doğduğundan
ölür.
Minə xanımın qayını Abış bəyin oğlu Əziz bu hadisəni
dərhal hökumət nümayəndələrinə çatdırır və Minə xanımdan
şikayət edir ki, baş verən ölümün səbəbkarı odur. Bununla da
Əziz əmisinin həyat yoldaşını ağır cinayətə səbəb olmaqda
ittiham edir.
Hökumət nümayəndələrinin içindən Aslan bəyə işləyən
qüvvələrdən biri dərhal Aslan bəyə xəbər çatdırır ki, Minə
xanımı istintaqa cəlb etmək istəyirlər və onu da çatdırırlar ki,
şikayətçi də onun əmisi nəvəsi, eyni zamanda bacısı oğlu
Əzizdir.
Aslan bəy Minə xanımı istintaqa cəlb etmək istəyən adam-
lara dərhal mesajını göndərir və bildirir ki, əgər Minə xanım
Фаиг Абдуллайев____________________________________
276
hökumət idarəsinə çağırılsa məndən inciməyin. Bu hadisə də
Həsən bəylə bağlı hadisədən sonra baş verdiyindən hökumət
adamları əks təqdirdə nə baş verəcəyini göz önünə gətiriblər
və Minə xanımı istintaqa çağırmaqdan daşınıblar, Aslan bəyə
xoş gəlmək üçün ona çatdırıblar ki, onsuz da biz Minə xanımı
istintaqa çağırmayacaqdıq, bu sadəcə olaraq şikayətçini
sakitləşdirmık üçün buraxılan şayədir.
Təbii ki, Həsən bəyə qarşı xəyanət cəhdinin cavabından
xəbərdar olanlar yaxşı bilirdilər ki, Aslan bəyin mesajları
sadəcə söz deyil, onun arxasında konkret əməl dayanır. Ona
görə də Aslan bəyin mesajı Minə xanıma qarşı qaldırılan
iddiaların hamısının üstündən xətt çəkdi.
Daha sonra Aslan bəy Əzizə də mesaj göndərir ki, əgər
Minə xanım hökumət idarəsinə çağırılsa beynini deşik-deşik
edəcəyəm. Bu xəbərdən sonra Əziz qorxu içərisində yaşayır-
mış, hətta ayaqyoluna belə tək getməyə qorxurmuş, gecənin
yarısını gözləyirmiş ki, tam qaranlıq düşsün, göz-gözü gör-
məsin.
O vaxtın adamlarının dediklərinə görə qohumların arasın-
da Çingiz İldırıma tərəf olan adamlardan kimsə hadisəni
Çingiz İldırıma çatdırır, hökumət adamları da Çingiz İldırı-
mın xeyir-duasıyla Əzizlə Aslan bəyin arasındakı konflikt-
dən istifadə etməyi planlaşdırıb Əzizi Aslan bəyə agent qo-
yurlar. Əzizin bu agentliyi Aslan bəyin xəyanət nəticəsində
öldürülməsinə səbəb olur, bu barədə Aslan bəyin ölüm səhnə-
sində məlumat verəcəyik.
Əzizin Aslan bəyə agent qoyulması xəbərini Çardaqlı
kəndindən olan Murad kişi dərhal Aslan bəyə çatdırır. Bu
xəbəri Murad kişiyə də Aslan bəyin hökumət içində olan
adamlarından biri vermişdi.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
277
****
Zəngəzurun Ermənistan hissəsində yerləşən Azərbaycan
kəndlərindən Aslan bəyə tükürpədici bir xəbər çatır. Xəbərdə
deyilir ki, Andranikin adamları iki kəndin camaatını tama-
milə qırıb, uşaqları süngüyə keçirmiş, hamilə qadınların
qarınlarını yarmış, döşlərini kəsmiş, qocaların belinə qaynar
samovar bağlayaraq onlara olmazın işgəncələr vermiş, sonra
da kəndləri qarət edərək od vurub yandırmışlar.
Kəndlərdən sağ qalan adamlar Aslan bəyə müraciət edərək
ondan kömək istəmiş, ona çatdrımışdılar ki, Aslan bəy ümidi-
miz göydə allaha, yerdə sənədir, əgər özünü vaxtında bizə
köməyə çatdırmasan eyni hadisələr başqa kəndlərə də keçə-
cək, camaatımız qırılıb-çatılacaq. Aslan bəy də xəbər göndə-
rir ki, allah şəhidlərimizə rəhmət eləsin, ancaq qoy daşnaklar
da bilsinlər ki, orda ölən hər bir şəhidin qanı artıqlaması ilə
alınacaq.
Aslan bəy vaxt itirmədən əməliyyat planı hazırlayır,
Ermənistanın içində fəaliyyət göstərən başda erməni keşişi
olan digər erməni agentləri vasitəsilə tam olaraq dəqiqləşdi-
rir ki, bu hadisələrin təşkilatçıları kimdir. Tam dəqiqləşmə-
dən sonra Aslan bəy özü birbaşa əməliyyata rəhbərlik edir,
gecə ikən adamları evlərindən çıxardır, onların başlarını kəs-
dirərək Gorusun ən mərkəzi yerlərində divarlara mismarladır.
Aslan bəy bu əməliyyatı daşnak yuvası Gorusun içində, heç
bir qorxu-hürkü bilmədən həyata keçirir və vəhşiləşmiş daş-
naklara göz dağı verir.
Səhər açılarkən belə dəhşətli mənzərə ilə qarşılaşan daş-
naklar şoka düşürlər. Hər kəsin içində qorxu və xof yaşanır
ki, daşnakların mərkəzində, azərbaycanlı kəndlərində insanla-
ra işgəncələr verən, kəndləri yandıran quldurların, onların
təşkilatçılarının, başçılarının bu gün başları kəsilərək divarla-
ra mismarlanırsa, bu aqibət başqalarını da gözləyə bilər. Bu
Фаиг Абдуллайев____________________________________
278
həm də daşnak rəhbəri Andronikə ciddi bir xəbərdarlıq idi.
Doğmalarının qanı soyumadan qisası alınan insanlar Aslan
bəyə minnətdarlıq məktubları göndərir, ona hədsiz sayğıları-
nı bildirirdilər. Camaat Aslan bəyin simasında öz xilaskarını
görürdü.
****
Bu yaxınlarda dünyasını dəyişmiş, vaxtilə Zəngəzurun
Ermənistan hissəsində yaşamış, son deportasiya dövründə
(1988-ci ildə) köçərək Xızı rayonunda məskunlaşmış Məm-
məd kişi xatirələrində qeyd edirdi ki, Aslan bəyi şəxsən
görüb, o fəxrlə bildiridi ki, Aslan bəy silah-sursatlarının bir
hissəsini Ermənistanın içində, atam İmanın evində saxlatdırır.
Daha sonra əlavə olaraq deyirdi ki, Aslan bəyin Ermənistanın
müxtəlif yerlərində saxlatdırdığı silah-sursatları daşnaklar
azərbaycan kəndlərini dağıdarkən onlara qarşı istifadə edirdi.
Hətta təəccüblə deyirdi ki, Ermənistanın içində məxfi forma-
da silah saxlatdırmağın nə demək olduğunu dərk etmək o
qədər də çətin deyil. Yalnız Aslan bəy kimi təcrübəli, fitri
istedadlı hərbçilər müharibələr dövründə güclü agentura xid-
məti yarada bilərlərdilər. O ağız dolusu Aslan bəyin qəhrə-
manlıqlarından danışır, deyirdi ki, o Zəngəzurun erməni tərə-
fində yaşayan insanların ümid yeriydi.
Sonra bir əhvalat da danışdı: Bir gün daşnaklar qəfildən
Azərbaycan kəndlərindən birinə hücum edir, kəndi mühasirə-
yə alırlar. Bu xəbər qonşu kənddəki adamlar vasitəsiylə Aslan
bəyə çatdırılır. Müraciətdə deyilir ki, Aslan bəy əgər özünü
vaxtında bizə çatdırmasan bütün camaatımızı qırıb çatacaq-
lar. Aslan bəy dərhal başçılıq etdiyi Zəngəzur igidlərini ayağa
qaldırır və sürətlə həmin kəndə doğru irəliləyirlər. Bu zaman
yol boyu Aslan bəy özünün fitri hərbi istedadı ilə döyüş pla-
nını qururdu. Aslan bəy həmin əraziyə çatdıqda elə bir hərbi
___________________Зянэязур асланы–Аслан бяй Султанов
279
taktika seçərək qüvvələrini elə yerləşdirir ki, heç kəs döyüş
meydanından qaça bilməsin. Əsgərlər elə düzülür ki, kim qa-
çarsa onu görə və vura bilsinlər. Sonralar hərbçilər onun bu
düzülüş qaydasına heyrət edirlərmiş... Aslan bəy döyüş əmri
verir, plan üzrə Aslan bəyin adamları daşnakları qəfildən
mühasirəyə alaraq məhv edirlər, kənddə bir nəfərə güllə
atmağa macal tapmayan düşmənlər tamamilə məhv olunur,
döyüşdən sonra Aslan bəyin qüvvələri çoxlu miqdarda hərbi
qənimət əldə edirlər.
Məmməd kişi onu da deyirdi ki, Aslan bəy Zəngəzurun
müsəlman əhalisini həmişə böyük qəhrəmanlıqla müdafiə
edir, onlardan bizim qisasımızı alırdı. Ona görə də hamı
Aslan bəyi çox istəyirdi.
****
“Azərbaycan gəncləri” qəzetinin 28 iyun 1990-cı il tarixli
77 (10983) sayında Bəyalı Safaoğlunun “Özümlə oynadığım
şahmata güldüm” adlı məqaləısində müəllif Aslan bəy Sulta-
novla bağlı bir sıra xatirələrə və tarixi faktlara toxunmuş, bəzi
məqamlara aydınlıq gətirməyə çalışmışdır. Zəngəzur camaa-
tının ağsaqqalları, XX əsrin əvvəllərində Zəngəzurda və onun
ətra-
fında baş verən qanlı olayların canlı şahidləri ilə söhbətlər
aparmışdır.
“Aslan bəy Sultanov bütün Zəngəzuru daşnaklardan, eləcə
də öz içimizdə olan namərdlərdən qoruya bilirdi. Quldurlar-
dan saldırdığı mal-qaranı, qiymətli əşyaları təmənnasız olaraq
sahiblərinə qaytarırdı. Qubadlıda yaşayan 81 yaşlı el ağsaq-
qalı Bəndalı baba (maşallah ona bu yaşı verməzsən! (Bəndalı
babanın əmisi Burcalı Hüseynov Aslan bəyin dəstəsində
Фаиг Абдуллайев____________________________________
280
vuruşan igidlərdən biri olub)) danışır ki, Hüseyn dağda
hazırladığı yağı, pendiri arabaya yığıb kəndə qayıdırmış.
Ermənilər onun qabağını kəsib balalarının illik azuqəsini
əlindən alıb, özünü də möhkəm döyürlər. Kəndlinin də malını
almaq canını almaq kimi bir şeydir. Hüseyn başına-gözünə
döyə-döyə oturub ah-zar edirmiş. Allah bu ara Aslan bəyi ye-
tirir, əhvalatdan hali olub atını verir Hüseynə: “Mən qayaların
arası ilə onlara çatacağam,- deyir,- Sən də yavaş-yavaş sür
gəl”.
Aslan bəy soyğunçuları xeyli izləyir, nəhayət münasib
vaxtda başlarının üstünü kəsdirir. Yoğun bir ağacın arxasına
keçib qışqırır: “Silahları atın, yoxsa hamınızı qıracam”.
Ermənilər silahları, arabanı verib canlarını qurtarırlar. Hü-
seyn yalvarır ki, motallardan brini götür. Bəy kişiyə tərs-tərs
baxıb: “Ə, dörd-beş əlitüfəngli erməninin qabağına bir motal
pendirinə görə çıxmışdım?” – deyir və uzaqlaşır.”
Müəllif Aslan bəyin Qarabadakı fəaliyyəti haqqında Şuşa-
da yaşayan ağsaqqallardan səhih məlumatlar toplamış,
onlardan biri haqqında öz məqaləsində söz açmışdır.
“...Aslan bəyə yeni bir etimad göstərdilər. Bu dəfə onu
Şuşa, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarını bir-
ləşdirən Şuşa dairəsinə milis rəisi təyin etdilər. (müəllif: Bu-
rada bəzi yanlışlığa yol verilib, ona görə ki, Şuşa dairəsi
deyilən bir ərazi vahidi olmayıb Şuşa qəzası olub. Qarabağa
və Zəngəzura daxil olan bütün qəzalar da mərkəzi Şuşa şəhəri
olan ərazi vahidinə daxil olublar. Bu qəzaların da rəhbəri
Qarabağın və Zəngəzurun fövqəladə və səlahiyyətli komissarı
olub, həmin vəzifəni də Aslan bəy Sultanov tutub.) Rəis
olmasına baxmayaraq (burada “rəis” sözü də düz deyil, çün-
ki Qarabağın və Zəngəzurun fövqəladə komissarı general
___________________Зянэязур асланы–Аслан бяй Султанов
281
səlahiyyətli bir vəzifədir) inqilab əleyhdarları ilə, qaçaq-qul-
durlarla mübarizədə (“qaçaq-quldur” deyildikdə də o dövrdə
yerli camaata qarşı haqsızlıq edən, cinayətlər törədən qüvvə-
lər nəzərdə tutulur, onlarla mübarizə aparmaq fövqəladə
komissarın bilavasitə səlahiyyətlərinə daxil olan bir sahə idi)
bilavasitə iştirak edirdi. Onun əməliyyatlardan birini bəzi ağ-
saqqallar indi də xatırlayırlar. A.Sultanov atlara motal və yağ
dağarcıqları yüklətdirib dörd milis işçisi ilə birlikdə çoban
pal-paltarı geyinib yola çıxır. Gecə Əsgəran kəndindən ke-
çəndə quldurlar qabağını kəsir, yüklərini alıb özlərini də pi-
yada yola salmaq istəyirlər. Çoban bilib saya salmadıqları mi-
lis işçiləri fürsət tapıb yeddi nəfər qulduru tərksilah etdilər.
Onları qala türməsinə gətirdilər. ”
Məqalədə maraqlı bir abzas da var ki, diqqəti çox çəkir.
“... Su uçdiyi quyuya tüpürən, onu adam edib adamlar
içinə çıxaran, paşa rütbəsinə qədər yüksəldən türk ordusuna
xəyanət etmiş qulağıkəsik (türk xalqalrı ancaq küçüyün qula-
ğını kəsirlər) Andronik növbəti xəyanətə əl atmışdı. Ətrafına
çoxlu erməni yığıb onları təpədən dırnağa qədər silahlandır-
mışdı. Bu silahlar Zəngəzurun kəndlərində açılırdı. Əliyalın
azərbaycanlılar kənd-kənd tüfəngdən, süngüdən keçirilir,
adamları dam-daş doldurub qocalı, cavanlı, körpəli yandırır-
dılar. Andranik türk qadınlarını heysiyyətsizləşdirib zülm ilə
öldürməkdən xüsusi zövq alardı. Təkcə Andranikmi?
Azərbaycan həmin illərdə əli-ayağı qandallanmış Promete-
yə bənzəyirdi. Qarğa-quzğun çox asanlıqla onun iti gözlərini,
qüvvətli əzələlərini didib parçalayırdı... ”
Biz yaxşı bilirik ki, o dövrlərdə Aslan bəy Sultanov və
onun sadiq, vətənpərvər, igid əsgərləri olmasaydı Zəngəzurda
və Qarabağda tökülən qanların sayı-hesabı olmazda...
Фаиг Абдуллайев____________________________________
282
fond 410, siyahı 1, iş 227
“Qubadlı qəzası. Fars quldurlarının soyğunçuluğu böyük
itkilərə səsəb olmuşdur: 9\V may tarixində Əlibəylilərdən,
Sarıslılardan və Xuramalılaradan 20 iribuynuzlu və 400
qoyun aparılıb. 16\V ay tarixində Əlibəyli, Sarlı və Xuramalı
kəndlərinə olan basqının qarşısı alınıb. Çona-Doradan bütün
sürü oğurlanıb.11\V tarixdə Vartazdan gələn karvana basqın
edilib. Quldurlar bütün atları aparıb, iki nəfəri də öldürüb-
lər.”
Bu sənəd bir daha onu təsdiq edir ki, o dövrdə yerli qəza
milis idarəsi və ona tabe olan digər hərbi qüvvələr tək bir
daşnaklara qarşı mübarizə aparmırdı. 35 kiliometrlik bir əra-
zidə İranla sərhəddi olan Zəngəzurda daşnaklar ayağa qalxan
kimi, digər tərəfdən iran xanları, quldurları vəziyyət-
dən istifadə edərək müsəlman ərazilərində talançılıqla məşqul
olublar. Bunlara qarşı mübarizə aparan yeganə qüvvə isə qəza
milis idarəsi və yerli özünümdafiə dəstələri olub ki, bu
qüvvələrin də başında Aslan bəy Sultanov dayanıb.
Dostları ilə paylaş: |