Фаиг Абдуллайев


Ответств. секретарь Н. Гейдаров



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   19

 
Ответств. секретарь Н. Гейдаров. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
93
Tərcüməsi aşağıdakı kimidir: 
Azərbaycan  Respublikasının  Prezident Aparatının 
Siyasi Sənədlər Arxivi 
FOND:               1 
SİYAHI:             2 
SAX.VAH.         96 
Zəngəzur Qəza Kommunist Partiyası  
28 aprel 1921-ci il. 
Qubadlı kəndi
 
Yoldaşlar! 
Biz yerli kommunistlər son dərəcə  ağır  şəraitdə  fəaliyyət 
göstərmək məcburiyyətində qalmışıq,  imkansızlıq üzündən 
heç kəslə  sıx  əlaqəyə girə bilmirik, böyük təzyiqlər altında 
yaşayırıq, son zamanlar isə vəziyyətimiz həddindən artıq çə- 
tinləşmişdir.  Martın 23-də Eyvazlı kəndinə gələn  daşnak nü- 
mayəndələri yerli mülkədarlarla əlbir olub  yolun açılmasını 
tələb etdilər. Qurultayda qərara alındı ki, martın 27-də Eyvaz- 
lı kəndində daşnakların və yerli kommunistlərin nümayəndə- 
ləri gələcəkdə xalqı vaxtı-vaxtında məlumatlandırmaq üçün 
bir daha görüşsünlər. 
Üç nəfərdən ibarət göndərilən kommunist nümayəndələr 
Gorusa gedib daşnaklardan mühüm məlumatları almalıydılar. 
Onların çağırışları barədə bütün  məlumatlar haqqında  Şu- 
şa Mərkəzi Kommunist Partiyası  məlumatlandırılsın. Yollar 
artıq açılır və daşnaklarla münasibətlər qurulacaq. Belə ki, 
bunun qarşısını almaq üçün yerli hakimiyyətin əlində  milisin 
özbaşınalığının qarşısını almağa gücü yoxdur. Qəzada və 
ayrı-ayrı sahələrin  milisinin başında dayananlar yalnız öz 
məqsədlərini güdürlər.  Əlbəttə ki, qəza  İnqilab Komitəsinin 
başında  kommunist partiyasının  üzvü  olmayan Xudabaxış 
bəy Sultanov dayanırsa elə bütün rəhbər vəzifələri də onun 
yaxın qohumları tutmuşdur. Nəticədə də belə bir hərc-mərclik 

Фаиг Абдуллайев____________________________________  
 
94
yaranmışdır. Kommunist Partiyası buna qarşı tədbir görməyə 
çalışsa da bir nəticə  əldə etməyib. Yerli hökumətə qarşı 
mübarizə aparmaq üçün kommunist Partiyasının ixtiyarında  
heç bir güc yoxdur.  
Onu da nəzərinizə çatdırıram ki, vəziyyət gündən-günə 
daha da gərginləşir,  qarşıda kommunistlərin məhvi gözləni- 
lir. Xahiş edirik ki, bizim gələcək taleyimizlə bağlı bir tədbir 
görəsiniz.  
Qeyd: hər şeyi tam dəqiqliyi ilə çatdıra bilmirəm, nə vaxt 
gücümüz olarsa o zaman hər  şey məlum olacaq. 
Yerli Kommunist Partiyasının məsul katibi Nəzər 
Heydərov. 
Təsdiq edilib 
Məsələyə yerli kommunistlərin  Qubadlı kəndində çağırı- 
lan 24 mart tarixli  qurultayında münasibət bildirildi və qərara 
alındı ki, daşnaklarla bütün əlaqələr kəsilsin.   
(müəlif: arxiv sənədində  əldə etdiyimiz məruzədən isə 
açıq aydın məlum olur ki, 200 nəfərdən ibarət qızıl ordu 
əsgərinin göndərilməsini Nəzər, Savalan və qeyriləri tələb 
ediblər ).   
 
**** 
 Nəzər Heydərovun 28 aprel 1921-ci il tarixli və yuxarıda 
mətnini sizə  təqdim etdiyimiz bu arxiv sənədini təhlil edər- 
kən, hadisələrlə bağlı bir çox məqamlara toxunduqda açıq 
şəkildə  nəzərə çarpır ki, Nəzər Heydərov yenə  də öz prin- 
sipinə sadiq qalaraq yerli qəza hökumətinin rəhbərlərini 
ləkələmək üçün əlindən gələn hər şeyi edir. Onun bu məktu- 
bundan aydın olur ki, müəllif  ənənəsinə sadiq qalaraq əsas 
hədəfə–qəza milis idarəsinə  və onun rəhbərliyinə toxunur. 
Müəllif yazır ki, guya yerli hökumətin gücü çatmır ki, milisə 
qarşı müqavimət göstərə, onun özbaşınıalıqlarının qarşısını 
almaq üçün gücü çatmır. Başda Qəza milis idarəsinin  rəisi 
olmaqla ayrı-ayrı sahələrin milis rəisləri yalnız öz şəxsi 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
95
mənafelərini düşünən adamlardan ibarətdir. Nəzər Heydərov 
yanğı ilə yazır ki, yerli hökumətin başında kommunist par- 
tiyası üzvü olmayan Xudabaxış Sultanov dayanırsa o da 
mövqeyindən istifadə edərək bütün məsul vəzifələrə öz 
qohum-əqrabalarını təyin eləyir. Nəticədə də qəzanın idarəçi- 
lik sistemində  belə hərc-mərclik yaranıb. Daha sonra da im- 
dad notları ilə yazır ki, əgər vaxtında bizə köməklik edilməsə 
bütün qəza kommunistlərini ölüm gözləyir. 
Bunlara diqqət yetirdikdə bu adamın necə yalan və böhtan 
yolunu tutmağı  nəzərdən qaçmır. Bunu daha dolğunluğu ilə 
sübut etmək üçün bir fakta diqqət edək. Nəzər Heydərov 
insanları  çaşdırmaq üçün yenə də öz ənənəsinə sadiq qalaraq 
yazır ki, guya qəza milis idarsənin rəisi Aslan Sultanovla 
Qəza  İnqilab komitəsinin sədri Xudabaxış Sultanovun 
arasında hansısa bir ziddiyyət var və Xudabaxış  bəyin də 
gücü çatmır ki, milisin özbaşınalıqlarının qarşısını alsın. Bu 
adam nədənsə unudur ki, Xudabaxış  bəy Sultanovla Aslan 
bəy Sultanov əmioğludurlar və onun bu vəzifədə  təmsil 
olunmasının səbəbkarı da Aslan bəy özüdür. Əgər Xudabaxış 
bəyin, Behbud bəyin,  İsrafil bəyin Aslan bəyə  qədər bir 
fəaliyyəti olsaydı o zaman Nəzər Heydərov “Zəngəzur 
dağlarında” adlı kitabında Aslan bəydən və digərlərindən 
yazdığı vaxt onların da fəaliyyətindən nəsə yazardı. O çox 
gözəl bilirdi ki, daşnaklara qarşı mübarizədə Aslan bəyə 
mərkəz tərəfindən verilən  fövqəladə səlahiyyətlər zamanı bu 
Sultanovları  qəzanın rəhbərləri vəzifəsinə Aslan bəy təyin 
etmişdi.  Əgər onlar arasında hər hansı bir ziddiyyət olsaydı 
Nəzər Heydərovgil və onun əqidə yoldaşları  xəlvətcə danos 
yazıb Xudabaxış  bəyi həbs etdirdiyi zaman Aslan bəy 
Xudabaxış  bəyin müdafiəsinə qalxmaz, onun günahsızlığını 
sübut etdirməz və onun azad olunmasına nail olmazdı. Bu 
fakt onu göstərir ki, Nəzər Heydərov yenə riyakarlıq edərək 
guya iki əmioğlu arasında ciddi konfliktlərin yaşandığını 

Фаиг Абдуллайев____________________________________  
 
96
göstərməyə çalışır. Halbuki mərkəz çox gözəl bilirdi ki, 
Zəngəzurdakı yerli hakimiyyət Aslan bəy tərəfindən bəy- 
lərdən – Sultanovlardan təşkil edilmiş yerli hakimiyyətdir. 
Buradan da belə bir nəticə çıxır ki, mərkəzin də gözəl bildiyi 
bu həqiqəti Nəzər Heydərovun bu şəkildə  təhrif edərək 
ötürməsi mərkəz tərəfindən qabaqcadan düşünülmüş bir 
məkrli oyundur. O ki, qaldı “belə gedərsə kommunistləri 
ölüm gözləyir”  fikirlərinə münasibət olaraq qeyd etmək istə- 
yirirk ki, Aslan  bəygilin komandası üçün heç bir  partiya 
mənsubiyyətinin, heç bir siyasi düşüncə tərzinin fərqi yox idi, 
onunçün  əsas olan qanunlar, ədalətin təntənəsi, haqlı-haqsız 
fərqi vardı. Əgər elə olmasaydı, Aslan bəy Sultanovun içində 
kommunistlərə  və yaxud da digər siyasi baxışlı insanalara 
qarşı qisasçılıq hissi olmuş olsaydı onun bircə  əmri kifayət 
edərdi ki, ətrafında və  əlinin altında olan hərbi qüvvələr 
həmin adamları  məhv etsinlər. Aslan bəy üçün yeganə düş- 
mən daşnaklar, bir də daşnaklardan da betər olan içimiz- 
dəki xainlər  idi və Aslan bəy  bütün şüurlu ömrünü həmin  
düşmənlərə qarşı amansız mübarizəyə həsr etmişdi.  
Sizə təqdim etdiyimiz bu müqayisəli təhlillər də bir daha 
xalqımızın təmiz və vicdanlı oğullarına qarşı içimizdən olan 
xainlərin etdikləri xəyanətlər açıq-aydın üzə  çıxarır. Bu 
müqayisəli təhlillə çalışdıq ki, Nəzər Heydərovun sizə təqdim 
etdiyimiz mərkəzə ötürdüyü yuxarıdakı qərəz və böhtan dolu 
məlumatının əsl mahiyyətini göstərə bilək.  Bir məsələyə də 
diqqət edək ki, bundan bir-neçə gün əvvəl, həmin ilin aprel 
ayının 4-də Savalan Şirinovun mərkəzə göndərdiyi başqa bir 
məlumatında da Savalan Şirinov sənəddə adları göstərilən 
bütün yerli kommunistlərin fikirlərinin eyni olduğuna istinad 
edərək xalqımızın qəhrəman oğullarını  əksinqilabçı damğası 
ilə damğalayaraq onların həbs edilməsini tələb etmiş  və 
sənədin sonunda da öz şəxsi imzalarını qoymuşdular. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
97
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 2, saxlama vahidi 105  

Фаиг Абдуллайев____________________________________  
 
98

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
99
 
 

Фаиг Абдуллайев____________________________________  
 
100
 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
101
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi 
 
FOND:               1 
SİYAHI:             2  
SAX. VAH.      105 
 
В Центральный Комитет Партии 
Копии:  Предазревкому  тов.  Нариман  Нариманову  и 
Председателю  Высшего  Экономического  Совета  тов. 
Мирза Давуд Гусейнову 
 
Докладная Записка 
 
Объехав  порученные  мне  уезды  Карягинский, 
Шушинский и Кубатлинский для проведения выборов на 
все азербайджанский Съезд Советов, я вынес следующие 
впечатления о советском и партийном строительстве. 
Вообще  говоря,  ни  в  одном  из  этих  уездов  не 
установилась твердая советская власть.  Советская власть 
более  всего  проведена  в  части    Карягинского  и  Шу- 
шинского уездов, что же касается  Кубатлинского уезда, 
то там и помину нет о Советской  власти.  Кубатлинский 
уезд забытый всеми на границе с дашнаками, переживает 
дни  ужаса  от  холода,  голода,  отсутствия  продуктов, 
хлеба,  мануфактуры,  керосина,  соли  и  проч.  Полное 
отсутствие власти превратила жизнь в уезде в сплошной 
кошмар,  нет  предела  воровству,  грабежам  и  проч. 
Население,  очутившийся  в  таком  положении,  буквально 
мечется и готово броситься в объятия или дашнаков, или 
персидский ханов. Со стороны их обоих были предложе- 
ния примкнуть к ним. Соединение с дашнаками задержи- 
вается  по  видимому  враждой  с  последними,  а  с 

Фаиг Абдуллайев____________________________________  
 
102
персидскими  ханами  пока  связались  широкой  спекул- 
яцией.  
Необходимо  принять  самые  решительные  меры  к 
восстановлению  Советской  Власти.  Местное  население 
имеет представление о  Советской Власти лишь по рабо- 
те  Особых  Отделов  Красной  Армии.  Большинство 
населения превратилось в беглецов и разбойников, из за 
того, что агенты  Особых  Отделов пугали и клеймили их 
словом  «контрреволюционеры».  Названные  контрре-
волюционерами  переправлялись  в  Персию  и  частенько 
делали набеги на свои же селения. Многие из кулаков и 
местных  беков  служа  проводниками  Красной  Армии  в 
дашнакской  Армении  создали  себе  репутацию  хороших 
честных работников и даже пожалуй хороших коммунис- 
тов.  Указанные  лица,  владея  русским  языком,  легко 
могли  создать  себе  это  положение.  Имея  вражду  к 
армянам вообще, они с готовностью проводили красные 
войска  в  армянские  селения  и,  после  прохождения 
красной  армии,  занимались  грабежами,  обогащалась  за 
счет  беднейшего  класса  армянских  селений.  По  уходе 
Красной армии, эти лица, вошедшие в доверие ваенкомов 
и  ответственных  работников,  посланных  из  центра, 
заняли  ответственные  посты  в  уезде.  Таким  образом , в 
уезде  создалась  так  называемая        Советская    Власть  из 
беков  и  кулаков,  которые  по  прежнему  /по  мусаватски/ 
проводили  власть  в  стране.  В  итоге  всего  партийные 
работники  и  беднейшее  крестьянство  были  в  большом 
загоне.  По  рассказам  нынешнего  ответственного  секре- 
таря  компартии,  тов.  Назара  Гейдарова  все  полит-
работники  собирались  несколько  раз  эвакуироваться  и 
вели  работу  как  в  подполье.  К  приезду  моему  в  
Кубатлинском  уезде  частичные  успехи  дашнаков  и 
циркулирующие  провокационные  слухи  врагов  Советс- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
103
кой Власти заставили разоренные селения, бросая остат- 
ки  своего  имущества  эвакуироваться  в  соседние  уезды. 
Мой  приезд  нейтрализовал  создавшееся  положение  и 
население возвращалось в свои селения. 
В  уезде  милиции  абсолютно  не  имеется.  Милиционе- 
ры  не  получая  за 10 месяцев  жалованья,  принуждены 
были  продать  своих  коней,  домашний  скарб  и  превра- 
тились форменно и босую команду. Представители мили- 
ции    заявляли  мне,  что  подобное  положение  заставляет 
их  самых  заниматься  грабежом  и  разбоем.  В  милицию 
записались почти все беки и кулаки  ясно для того, чтобы 
беречь  от  «подводной»  повинности  своих  коней  и 
называться советскими работниками. Начальник уездной 
милиции,  Аслан  бек  Султанов  лихой  стрелок  и  враг 
армян.  Начальником  участковой  милиции  назначен 
Исфандяр  Бек  Ходжаганский,  бывший  беглец.  Предрев- 
комом  состоял  Худабахыш  Бек  Султанов,  по  профессии 
учитель. Помощником начальника милиции 4-го участка 
тоже  уезда  Али  Бек  Хораманский.  Руководителем 
партийных работ в уезде был одно время Мухтар Байра- 
мов,  взяточник,  интригант,  не  имеющий  партийного 
стажа и даже не зачисленный в партию. 
Вот,  в  общем  характерная  картина,  представляющая 
советское  и  партийное  строительство.  Худабахыш-Бек  
Султанов,  по рассказам партийных товарищей был арес- 
тован  по  наговору  Мухтара  Байрамова  за  то  что,  услы- 
шав  о  прибытии  в  село  армян  и  подозревая  в  них 
дашнаков,  потребовал    у  них  предьявления  мандатов. 
Был  отпущен  через  полтора  месяца  по  требованию 
комитета партии Кубатлинского уезда и по выяснении не 
виновности.  Контрреволюционером  его  назвать  нельзя. 
Он без условно не  коммунист, но из него может выйти 
хороший работник.  

Фаиг Абдуллайев____________________________________  
 
104
 
Azərbaycan Respublikası Baş Milli Dövlət Arxivi, 
Fond 410, siyahı 1, iş 98, vərəqə 5 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
105
 
Aşağıdakı  sənədin təhlili göstərir ki, akademik Püstə 
xanım  Əzizbəyovanın “Ailə  şərəfi” kitabında 12-ci 
səhifəsində göstərdiyi kimi Lenin Nərimanovu hələ Bakını XI 
ordu işğal etməmişdən bir neçə gün əvvəl qəbul edərək onu 
qiyabi olaraq Azərbaycan  İnqilab Komitəsinin sədri təyin 
etmişdir. Bu zaman Nərimanov öz üzərinə  Zəngəzurun, 
Qarabağın və Naxçıvanın ermənilərə verilməsi kimi 
cinayətkar öhdəlik götürmüşdür.  əks halda ona bu vəzifəni 
verməzdilər. Nərimanovun da içərisindəki hakimiyyət 
ehtirasını söndürmək üçün başqa yolu yox idi. 
Sənəddə göstərilir ki, Zəngəzuru iyunun axırında ləğv 
etmək, təcili hərbi  əməliyyata başlamaq, Meqrinin tutulması 
üçün təcili tədbirlər görmək. Bəyannamədə    Dağlıq 
Qarabağın erməni hökumətinə  mənsub olduğunu göstərmək. 
Zəngəzuru və Kürdüstanı ləğv etmək. 

Фаиг Абдуллайев____________________________________  
 
106
Sənədin tərcüməsi aşağıdakı kimidir: 
Azərbaycan Respublikası    Президент    Апаратынын  Ишляр 
Идарясинин Siyasi Sənədlər Arxivi. 
Fond 1, siyahı 2, iş 105. vərəq 48-51 
Partiyanın Mərkəzi Komitəsinə 
Surəti:  
Azərbaycan  İnqilab Komitəsinin sədri Nəriman Nərima- 
nova 
Kommunist Partiyası Ali İqtisad  Şurasının sədri yoldaş 
Mirzə Davud Hüseynova 
29 may 1921-ci il. 
Məlumat Qeydləri 
Ümumazərbaycan Sovetlər Qurultayına seçki keçirmək 
üçün mənə tapşırılan Qaryagin, Şuşa və Qubadlı  qəzalarını 
gəzib dolanarkən partiya sovet quruculuğu ilə bağlı aşağıda- 
kıları müəyyənləşdirdim: 
Bir sözlə demək olar ki, bu qəzaların heç birində    sоvet 
hakimiyyəti tam olaraq bərqərar olmayıb. Azacıq da olsa 
Qaryagin və  Şuşa qəzalarında sovet hakimiyyətinin möv- 
cudluğu hiss olunsa da Qubadlı  qəzasında sovet hakimiy- 
yətinin varlığından söhbət belə gedə bilməz. Qubadlı  qəzası 
daşnaklarla həmsərhəd bir yerdə olduğundan tam olaraq 
unudulmuş bir yer təsiri bağışlayır.  Soyuq camaatı  dəhşətli 
dərəcədə sınağa çəkir, aclıq və səfalət hökm sürür. Ərzaq və 
çörək tapılmır, manufaktura, neft, duz və başqa  şeylər yox- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
107
dur. Hakimiyyətsizlik qəzadakı  həyatı  dəhşətli bir vəziyyətə 
gətirib çıxarıb.  Soyğunçuluq, qulldurluq və başqa cinayət 
hallarının  həddi-hüdudu yoxdur. Bu vəziyyətdə yaşayan əha- 
li  hər an daşnaklara  və ya İran xanlarına sığınmağa hazırdır. 
Hər iki tərəfdən də bu barədə  təkliflər alınıb. Daşnakların 
birləşmə  təklifini  düşmən olduqları üçün birmənalı  olaraq 
rədd ediblər. Lakin İran xanları ilə  hələlik geniş ticarət 
əlaqələri etməkdədirlər.   
Sovet Hakimiyyətinin tam olaraq bərpa olunması üçün 
təcili tədbirlər görmək lazımdır. Yerli əhalinin nəzərində 
Sovet Hakimiyyəti Qızıl Ordunun xüsusi şöbələrinin işi  
təsəvvüründən uzağa getmir.  Xüsusi şöbələrin  əhaliyə “əks- 
inqilabçı” hədə-qorxusunun nəticəsi olaraq yerli camaatın 
əksər hissəsi qaçağa, quldura çevrilib. Əksinqilabçı adlandırı- 
lanlar İrana keçirlər  və tez-tez qaçaq yolla öz kəndlərinə baş 
çəkirlər. Yerli mülkədarların və bəylərin çoxu  Qızıl Ordunun 
daşnak Ermənistanına qarşı hücumuna bələdçilik edərək özlə-
rinə yaxşı hörmət,  ad-san, etibarlı  işçi və yaxşı kommunist  
imici  qazana biliblər.  Rus dilində  sərbəst danışa bilən bu 
adamlar özləri üçün bu imici çox asanlıqla qazana biliblər. 
Ermənilərlə  qatı düşmən olan bu bəylər  böyük məmnuniy- 
yətlə  qızıl ordunun erməni kəndlərinə hücum etməsinə 
bələdçilik ediblər. Qızıl Ordu aldıqları yerlərdən çəkildikdən 

Фаиг Абдуллайев____________________________________  
 
108
sonra onlara bələdçilik edən adamlar kəndləri qarət və talan 
etməklə kasıb erməni kəndlərinin  əhalisi hesabına varlanır- 
dılar.  
Qızıl Ordu hissələri Zəngəzurun  ərazilərini tərk etdikdən  
sonra bu adamlar mərkəzdən göndərilən  hərbi komissarların 
və məsul şəxslərin etibarını qazanaraq  qəzada rəhbər vəzifə- 
ləri tutublar. Bununla da  qəzadakı sovet hakimiyyəti yerli 
bəylərdən və mülkədarlardan (müsavat hakimiyyəti dövründə 
olduğu kimi) ibarət adamlardan təşkil olundu. Nəticədə 
partiya işçiləri və kasıb kəndlilər böyük təhlükə altında 
qalmışlar.  Qəza kommunist partiyasının hazırkı məsul katibi 
Nəzər Heydərovun dediklərinə görə bütün partiya işçiləri bir-
neçə dəfə başqa yerə köçmək və gizli fəaliyyətə keçmək məc- 
buriyyətində qalıblar. Daşnakların və Sovet hakimiyyətinin 
düşmənləri tərəfindən yayılan təxribat xarakterli şaiyələrin 
yayılması  məcbur edirdi ki, talan olaraq müflis olmuş  əhali 
var-yoxunu ataraq qonşu qəzalara köçsün, mənim Qubadlı 
qəzasına  gəlməyimin nəticəsi  olaraq    vəziyyət sabitləşdi və 
əhalinin köçünün qarşısı alındı,  əhali öz əvvəlki yurd-
yuvasına qayıtdı. 
Qəzada milisin fəaliyyəti demək olar ki, görünmür. Son on 
ay  ərzində  əmək haqqı almayan milis işçiləri atlarını, ev 
əşyalarını satmağa məcbur olur, müflis olmuş bir komandaya 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
109
çevrilirdilər. Milis işçilərinin nümayəndələri mənə bildirdilər 
ki, yaranmış vəziyyət onların özünü də soyğunçuluq və talan- 
çılıq etməyə vadar edir. Milis orqanlarına qəbul olunanlar 
demək olar ki, bəylərdən və mülkədarlardan ibarətdir. Bunun- 
la da onlar sudan duru çıxmaq və özlərini sovet işçiləri kimi 
qələmə vermək məqsədi güdürlər.  Qəza milis idarəsinin rəisi 
Aslan bəy Sultanov, sərrast atıcı  və ermənilərin düşmənidir. 
Qəza milis idarəsinin sahə müvəkkiləri  şöbəsinin rəisi 
vəzifəsinə  İsfəndiyar bəy Hocaxanski təyin edilmişdir, o, 
keçmiş qaçaqdır. Qəza inqilab komitəsinin  sədri Xudabaxış 
bəy Sultanov təyin edilmişdir, peşəsi müəllimdir.  Qəza milis 
idarəsini rəisinin köməkçisi, 4-cü sahənin rəisi  Əli bəy Xora- 
manskidir. 
Rüşvətxor, araqarışdıran, partiya stajı olmayan, hətta 
partiya sıralarına daxil olmayan (müəl: Mirzə Muxtar Bayra- 
mov  bir müddət Qəza kommunist Partiyasına rəhbərlik 
etmişdir. Partiya üzvü olmaya-olmaya). 
Partiya və sovet quruculuğunun qısa mənzərəsi belədir:  
Mirzə Muxtar Bayramovun  böhtanı ilə həbs olunan Xudaba- 
xış  bəy Sultanov Partiya  yoldaşlarımızın dediklərinə görə 
ermənilərin kəndə gəlməsindən xəbur tutub, onların arasında 
daşnakların ola biləcəyindən  şübhələnərək onlardan mandat 
tələb edib, mandatları aldıqdan və  gələnlərin  şəxsiyyəti 

Фаиг Абдуллайев____________________________________  
 
110
müəyyən edildikdən sonra   isə onların fəaliyyətinə maneçilik 
törədilməyib.  Ay yarımdan sonra Mirzə Muxtar Bayramovun 
və ona sadiq qüvvələrin şəri və  böhtanı üzə çıxıb, Xudabaxış 
bəy Sultanovun günahsızlığı sübuta yetirilib və Qubadlı 
qəzası partiya komitəsinin  tələbi ilə  həbsdən azad edilib. 
Onu  əksinqilabçı adlandırmaq olmaz. Sözsüz ki, o kommu- 
nist partiyasının üzvü deyil, ancaq ondan yaxşı işçi çıxar... 
Bu oyunların və təşkil edilmiş donos kampaniyasının hara- 
dan və nə üçün təşkil olunduğunu dəqiqləşdirmək üçün gəlin 
hadisələrin xronoloji ardıcıllığına bir daha nəzər yetirək;  
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin