Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

**** 
Aslan bəyin Zəngəzur mahalı ilə bağlı həyat və fəaliyyəti 
dövrü o qədər marqlı və diqqətiçəkəndir ki, həmin hadisələr 
haqqında arxiv materialları və faktlarla danışmadıqda hər şey 
əfsanəyə oxşayır. 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə- 
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 108-də  diq- 
qəti çəkən və 1920-ci ilin yazına aid olan bir arxiv sənədi var. 
Həmin arxiv sənədinin qısa mətni ilə sizi tanış etməık istə- 
yirik: “Qarabağ. Mayın 25 DRO Andronikin əmri ilə (daşnak 
generalı Dro) Qarabağdan Zəngəzura hərəkətə keçdi. ” 
Məlum məsələ idi ki, o zaman Andronikin birbaşa əmri və 
təlimatı olmadan heç bir daşnak generalı müstəqil qərar qəbul 

Фаиг Абдуллайев____________________________________  
 
174
edə bilməzdi. Dronun Qarabağdan Zəngəzura getməyinin də 
səbəbi daşnak qüvvələrinin daha da gücləndirmək üçün Zən- 
gəzurdakı daşnak hökümətinin başçısı general Nijde ilə 
qüvvələri birləşdirmək və birgə fəaliyyət göstərmək idi. 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
175

Фаиг Абдуллайев____________________________________  
 
176
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
177
**** 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 2, saxlama vahidi 139.  
Sənəd 1920-ci ilə aiddir. 
Zəngəzur qəza kommunist partiya üzvlərinin birləşmiş 
iclasının protokolu. Həmin iclasa sədrliyi Nəzər Heydərov, 
katibliyi isə Canbaxış Abdullazadə edib.  
Bu protokolla bağlı bir məqamı diqqətinizə çatdırmaq 
istəyirik. Protokolda qeyd olunur  ki, Çingiz İldırım təxminən 
aprel aylarında Bakıdan qəzaya gəlmişdi, onun gəlişi bizi- 
yəni yerli kommunistləri ruhlandırdı. Bizi ruhlandıran Ç.İldı- 
rımın Sovet hökuməti, onun gücü haqqında verdiyi 
məlumatlar oldu. O sanki bizi silahlandırdı.  
Bu sənəd bir daha təsdiq edir ki, Zəngəzurda yerli kommu- 
nistləri ruhlandıran, onları  mərkəzlə  əlaqələndirən, eyni za- 
manda yerli hakimiyyətin rəhbərlərinə, əmisi oğlanlarına qara 
yaxmağa təhrik edən Çingiz İldırım olmuşdur. 
 
**** 
1920-ci il. 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 1, saxlama 127.  
Həmin sənədi doktor Ambarsumyan imzalayaraq göndə- 
rib. Sənəd birbaşa Azərbaycan  İnqilab komitəsinin sədri 
Nəriman Nərimanova göndərilib. 
Sənəddə açıq-aydın bir həyəcan hiss olunur. Qeyd olunur 
ki, daşnak generalı Dro Qarabağın sərhədlərini  tərk edərək 
Zəngəzura gedir. Əslində bu məruzənin Nərimanova edilməsi 
vəziyyətin doğrudan da ciddiliyindən xəbər verirdi. Çünki 
onsuz da kifayət qədər gücə malik olan daşnak hökuməti 
başçısı Nijde Dro ilə qüvvələrinin birləşdirdikdən sonra daha 
da güclənəcəkdi. Bu məruzənin başqa bir yerində yazılır ki, 

Фаиг Абдуллайев____________________________________  
 
178
Dro  əsgərləri kifayət qədər pulemyotla və böyük çaplı 
silahlarla təhciz olunmuşdu.  
Amma biz tarixi faktlardan və arxiv sənədlərindən yaxşı 
bilirik ki, Aslan bəy Sultanovun başçılığı ilə aparılan mühari- 
bə və hərbi əməliyyatlar məhz 1921-ci ildə,daşnak hökuməti 
tam qüvvə topladığı bir məqamda aparılmış və həmin o qüv- 
vətli ordu Aslan bəyin düzgün hərbi planı sayəsində diz çök- 
müşdü.  
 
**** 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə- 
nədlər Arxivi,  1920-ci ilə aid olan və siyasi sənədlər arxivi, 
fond 1, siyahı 2, saxlama vahidi 100 qrifi ilə qorunan 
sənəddə göstərilir ki, Andronikin keçmiş köməkçisi, Daşnak 
hərbi qüvvələrinin baş komandanı Sumbat tabeliyində olan 
600 piyada və süvari qoşunları, 1 ədəd top və pulemyotlarla 
silahlanaraq  Tevana kəndinə hücum etməyə hazırlaşır. 
Bu həmin baş komandan Sumbatdır ki, Aslan bəy Sulta- 
nov onu uzaq məsafədən alnının ortasından vuraraq qətlə 
yetirib və qoşunu pərən-pərən salaraq məhv etdikdən sonra 
artıq daşnak hökumətinin başçısı  general Nijdeyə ultimatum 
verib.  
 
**** 
Azərbaycan Respublikası Milli Dövlət Arxivində fond 27, 
siyahı 1, iş 17 qrifi ilə qorunan sənəd 1920-ci ildə Azərbay-
canda sovet hökuməti qurulduğu vaxtda Zəngəzur qəzasında 
bəy nəslindən olan Sultanovların qəza hakimiyyətinin başın- 
da dayanmasının əsil səbəbini təsdiq edir. 
Həmin sənəddə göstərilir ki, Qarabağın və  Zəngəzurun 
keçmiş fövqəladə komissarının sərəncamı ilə Qubadlı  qəza 
inqilab komitəsi təşkil edilib, yəni yerli hökumət qurulub. Bu 
bir daha göstərir ki,  Aslan bəyə fövqəladə səlahiyyət verilən 
zaman o daha çox etibar etdiyi insanlara – doğma əmisi oğ- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
179
lanlarına  hakimiyyəti həvalə edib. Çünki qarşıda daşnak hö- 
kumətinə qarşı böyük bir müharibə dayanırdı, və Aslan bəy 
bu müharibənin bütün məsuliyyətini öz üzərinə götürmüşdü. 
Ona görə  də Aslan bəy Sultanovları – öz əqidə qardaşlarını 
yerli hökumətin başına gətirdi. Çünki müharibə dövründə ən 
kiçik bir xəyanətin son dərəcə  ağır nəticəsi olduğunu Aslan 
bəy yaxşı bilirdi.  
Zaman Aslan bəy Sultanovun bu seçimdə nə qədər doğru 
olduğunu təsdiq etdi. 
 
**** 
Diqqətimizi çəkən aşağıdakı başqa bir arxiv  sənədi  
1921-ci ilə aiддир. Onu sizə təqdim edirik. 
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin  fond 27 
siyahı 1, iş 17 qrifi ilə qorunan sənəddə göstərilir ki, inqilab 
komitəsinin sədri Xudabaxış Sultanov və onun katibi Möhba- 
lı Əmiraslanov qəzadakı vəziyyət barədə Qarabağın və Zən- 
gəzurun fövqəladə komissarı Aslan  bəy Sultanova hesabat 
verirlər. 

Фаиг Абдуллайев____________________________________  
 
180
 
Bu həmin Möhbalı Əmiraslanovdur ki, sovetlər dövründə 
Azərbaycan  Kommunist Partiyasının  Mərkəzi Komitəsinin 
katibi və Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müa- 
vini vəzifələrində işləmişdir.  
Möhbalı Əmiraslanov internetdə yerləşdirilmiş saytında da 
onun 1920-ci ildə Qubadlı  qəzasında milis idarəsinə  işə 
götürülməsi  öz təsdiqini tapır. 
İndi isə sizə  fond 410, iş 202, siyahı  1 qrifi ilə qorunub 
saxlanılan başqa bir arxiv sənədini təqdim edirik. 
Bundan sonra Aslan bəy Sultanovun 1920-ci ildə Qubadlı 
qəzasının milis idarəsinə  işə götürdüyü Ələkbər Abdullayev 
isə Sovet dönəmində 1930-cu ildə Dövlət Təhlükəsizlik 
Komitəsinin sədri vəzifəsində işləmişdir. Sonralar isə Daxili 
İşlər  Nazirliyinin banditizmə qarşı mübarizə idarəsinin rəisi 
vəzifəsinə qədər yüksəlmişdir. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
181
Bu sistemdə polkovnik rütbəsinə  qədər ucalmışdır. 
Ələkbər Abdullayev sonralar da Aslan bəyə  sədaqətini 
bildirmiş, onun qəhrəmanlıqlarından  ətrafındakı insanlara 
bəhs etmişdir və bildirmişdir ki, mən və bir çoxları  məhz 
Aslan bəy Sultanov məktəbinin yetirmələriyik. 
 
 
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
fond 410, iş 202, siyahı 1. vərəqə 70 
Şuşadan Bakıya xalq daxili işlər komissarlığına 
göndərilmiş 611 saylı  Teleqram. 
Qubadlı  qəzası tez-tez  Sovet hakimiyyətinin  xarici düş- 
mənlərinin təcavüzünə məruz qalır.  Bir tərəfdən  iran xanla-
rının  iranla sərhədboyu ərazilərdə talançılıq etmələrinə qarşı, 
digər tərəfdən də daşnakların yerli əhaliyə onlarla ticari 

Фаиг Абдуллайев____________________________________  
 
182
əlaqələrə girmək kimi təkidlərinə cavab olaraq partizan hərə- 
katı ilə müqavimət göstərmək zorunda  qalmışlar. Üçüncü bir 
tərəfdən də müxtəlif   quldur  dəstələri ilə mübarizə aparırıq 
və bütün bunlar  ölkənin daxilində yerli hakimiyyətin  nüfu- 
zunu aşağı salır. Bu barədə, qəza inqilab komitəsinin vəziy- 
yəti haqqında mərkəzə dəfələrlə xəbərdarlıq edilsə də bu vax- 
ta qədər mərkəz tərəfindən heç bir ölçü götürülməmişdir. 
Sizdən xahiş edirəm ki, təcili surətdə qəzadakı mövcud duru- 
mu yoluna qoymaq üçün  ciddi ölçülər götürəsiniz. Əks təq- 
dirdə qəzada  hakimiyyətsizlik və anarxiya baş alıb gedəcək. 
İnqilab Komitəsinin sədri Xudabaxış Sultanov. 
7 mart 1921-ci il. 
 
 
**** 
Başqa bir sənəddə, Azərbaycan Respublikası Prezident 
Aparatının Siyasi Sənədlər Arxivi,  fond 1, siyahı 2, saxlama 
vahidi 136 qrifi ilə qorunan və  Nəzər Heydərova aid olan 
əlyazma Şuşa Mərkəzi Qəza Kommunist Partiyasına ünvanla- 
nıb. Sənəddə yerli kommunist partiyasının fəal nümayəndəsi 
yenə özünü və partiya yoldaşlarını yalandan qəhrəman kimi 
qələmə verməyə çalışaraq elə yazır ki, guya əllərində heç bir 
silahı olmayan kommunistlər təpədən dırnağadək silahlanmış 
daşnaklara qarşı mübarizə  aparırlar. Halbuki  başqa arxiv sə- 
nədlərindən və  Nəzər Heydərovun özünün yazdığı xatirə-
lərdən (kitabından) yaxşı  məlumdur ki, həmin dövrdə yerli 
kommunustlər tam fəaliyyətsiz  şəkildə gizlinə  sıxışdırımış, 
heç bir siyasi və hərbi müdaxilələrdə iştirak etmək qabiliyyə- 
tində olmamışdır. 
Diqqəti çəkən ən mühüm məqam isə  digər arxiv sənədlə- 
rində rastlaşdığımız bir məqamdır. Nəzər Heydərov böyük 
ürək ağrısı ilə yazır ki, yerli kommunistlərin  əlində heç bir 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
183
güc yoxdur ki, yerli qəza hakimiyyəti ilə, partiya üzvü 
olmayan bəylərlə mübarizə apara bilsin. Bu yerdə bir məntiqi 
sual ortaya çıxır, necə ola bilir ki, yerli qəza hakimiyyətilə 
bacara bilməyən, gizlinə  sıxışdırılan kommunistlər təpədən 
dırnağadək silahlanmış daşnak hökumətinə qarşı müqavimət 
göstərə bilir. Belə  çıxır ki, yerli kommunistlər daşnaklarla 
əliyalın vuruşurmuşlar... Bu yerdə adamın lap böyük türk 
şairi Məmməd İsmayılın təbirincə “Kimi aldadırsan, ay zalım 
oğlu...” sualı lap yerinə düşür.   
Son dərəcə  çətinliklə oxunan yazının sonunda da Nəzər 
Heydərov qeyd edir ki, bu yazını Arşak Balayanın vasitəsilə 
göndərirəm.  
Son dərəcə  çətinliklə oxunan yazı dedikdə bu o demək 
deyil ki, yazı pozularaq oxunmur, sadəcə olaraq xəttin özü 
son dərəcə bərbad və səliqəsizdir.    
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə- 
nədlər Arxivi, fond 1, siyahı 2, saxlama 105 qrifi ilə qoru- 
nan 1921-ci ilin aprel ayına aid sənədlərdən birində  Nəzər 
Heydərovun imzası  və “mübarək” dəst-xətti ilə yazılan bir 
sənəd diqqətimizi çəkdi. Bu sənədi asanlıqla oxumaq çox 
çətinlik yaratsa da, ancaq diqqəti çəkən bəzi məqamları sizə 
də çatdırmaq istəyirik. Həmin sənəddən də  məlum olur ki
Nəzər Heydərov öz “vəzifə borcuna”  sadiq qalaraq yenə də 
yerli hökumətə qara yaxmaq və böhtan atmaqla məşqul olur.  
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə 
danos yazaraq bildirir ki, qəza hakimiyyətinin başında duran- 
lar partiyanın üzvü olmayan, kommunistlərə göz verib işıq 
verməyən bəylərdi. Daha sonra yenə də ilk olaraq qəza milis 
idarəsinin rəisini və onun idarəsini hədəfə götürür və yazır ki, 
Aslan bəy Sultanovun rəhbərliyi altında fəaliyyət göstərən 
milis hərc-mərclik şəraitində işləyir, heç kəs ona toxuna bil- 
mir. Yerli kommunistlərin də  əlində elə bir güc yoxdur ki, 

Фаиг Абдуллайев____________________________________  
 
184
yerli hakimiyyətin rəhbərlərinin bu özbaşınalığının qarşısını 
ala bilsin. 
Məruzənin başqa bir yerində  də 28-ci diviziyanın Zəngə- 
zurun bir hissəsi olan Sisyanda daşnaklara qarşı mübarizə 
aparması haqqında yazır. Ancaq yenə yazmır ki, həmin dövr- 
də adı çəkilən 28-ci diviziyaya faktiki olaraq Aslan bəy rəh- 
bərlik edirdi”. 
 
**** 
Azərbaycan Respblikası Milli Arxiv İdarəsinin  keçmiş 
məxfi  fond olan 410, iş 227, vərəq 10 qrif ilə qorunan  
1921-ci ilin 28 aprel tarixli 9 saylı Partiya Bülleteninin Zən- 
gəzur qəzasına  aid hissəsində yazılıb; 
Milisin tamamilə başıpozuqluğu sayəsində  Qəza  İnqilab 
Komitəsi sədri Xudabaxış Sultanov başda olmaqla  hakimiy-
yətin  bəzi məsuliyyətsiz nümayəndələrinin öz vəzifələrinə 
layiq olmadıqları üçün, eyni zamanda Partiya Komitəsinin 
anti-sovet elementlərlə mübarizədə  zəiflik göstərməsi ilə 
Zəngəzurda vəziyyət gündən-günə daha da pisləşir. (Zəngə- 
zur Qəza Kommunist Partiyasının müraciəti.  Şuşa Mərkəzi 
Komitəsinin rəisi. 28.IV. 1921-ci il. N 117). 
Bu sənəddən də görünür ki, yenə  də  ənənəvi olaraq ilk 
hədəf qəza milis idarəsidir. Bu sənəddə həm də subardinasi-
yaya riayət olunmamışdır, qəza inqilab komitəsi sədri qəza- 
nın ilk mühüm rəhbər  vəzifəsi  sayılsa da, bu sənəddə ilk ola- 
raq qəza milis idarəsinin adı çəkilir, bu da o deməkdir ki,  bu 
məlumatı verənlər yaxşı bilirmişlər ki, qəzada real güc sahibi 
kimdir və faktiki rəhbərlik kimin əlindədir. 
Sənədin sonunda da yazılır ki, Zəngəzurda vəziyyət günü-
gündən pisləşir. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
185
**** 
1921-ci ilə aid arxiv sənədləri arasında Azərbaycan 
Respublikası Prezident Aparatının Siyasi Sənədlər Arxivində 
fond 1, siyahı 2, saxlama vahidi 212 qrifi ilə qorunan bir 
sənəd də var. Həmin sənəddə qeyd olunmuşdur ki, sovet ida- 
rəçiliyi sisteminin başında bəylər və xanlar oturublar. Sovet 
hökumətinin əleyhinə daşnaklar tərəfindən güclü təbliğat işlə- 
ri aparılır. Qatı  əksinqilabçıların  şəxsiyyəti məlumdur, yəni 
həmin  şəxslər Nəriman Nərimanovun təyin etdiyi qəza rəh- 
bərləridir.   
Milis işçiləri və digər məsul işçilər müsavatçılardırlar. 
Qeyd: Qubadlı  qəza kommunist partiyasının  təlimatçısı  
yoldaş Savalan Şirinovun məruzəsi əsasında hazırlanmışdır. 
Burada belə bir məntiqi sual doğur ki, bu məlumatları 
yuxarı ötürən adamlar adı  çəkilən bəylər və xanlar Nərima- 
novun təyinatı ilə  həmin rəhbər vəzifələrə  təyin edildikləri 
zaman niyə etiraz etmir, Nərimanova onların sinfi düşmən 
olduqlarını demir və  nəyə görə  məhz həmin insanların o 
vəzifələrə  təyin edilməsini soruşmurdular? Çünki alacaqları 
cavabı bilirdilər... 
Göründüyü kimi yenə hədəf milisdir və bəylər, xanlardır. 
Biz artıq yaxşı bilirik ki, belə məlumatlarda bəylər, xanlar de- 
yildikdə konkret olaraq kimlər nəzərdə tutulur. Bu məlumat-
lardan açıq şəkildə aydın  olur ki, məlumatı ötürən-lərin sinfi 
düşmən hesab edilən insanlara qarşı qərəzli və məkrli siyasət 
aparmalarının səbəbi qısqanclıq və onların saf, əqidəli insan- 
ların  nailiyyətlərinə nə yolla olursa olsun kölgə salmaq istəyi 
idi.  
Bir məsələ də ondan ibarətdir ki, məlumatda yazılır ki, so- 
vet idarəçiliyinin başında bəylər və xanlar dayanır. Ancaq bu 
hiyləgər göstərmir ki, nədən Nəriman Nərimanov o idarələrin 
başına məhz adı çəkilən bəyləri, xanları təyin edib?  
Arxiv sənədlərini araşdırdıqca həmin illərdə baş verən ha- 
disələrin  bir tərəfində millətini sevən və ona sədaqətlə xid- 

Фаиг Абдуллайев____________________________________  
 
186
mət göstərən, bunun müqabilində isə heç bir təmənna güdmə- 
yən insanlarla, digər tərəfdən öz şəxsi mənafeyi naminə 
başdan-başa xəyanət yolunu seçərək  gələcək nüfuz və mən- 
səb barədə fikirləşənlərin açıq-aydın mübarizəsini, bəlkə  də 
xeyirlə-şərin mübarizəsini görürük. 
Diqqəti çəkən sənədlərdən biri də 1921-ci ilin 10 aprel 
tarixində Qubadlı  Qəzası Milis İdarəsinin rəisi Aslan bəy 
Sultanov tərəfindən Azrəbaycan Mərkəzi İnqilab Komitəsinə 
ünvanlanan ittihamedici məlumatıdır.  
Sənəd Azərbaycan Respublikası Milli Arxivində keçmiş 
məxfi fond hesab edilən 410 saylı fondda, siyahı 1, iş 205 
qrifi ilə qorunub saxlanılır. 
А.С.С.Р. 
Начальник Кубадлинской Уездной Милиции 
№603 10-го апреля 1921 г. Ходжалан 
 
 Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
A.S.S.R. 
Qubadlı Qəza Milis İdarəsinin  rəisi Aslan Sultanovdan 
 
**** 
Aslan bəyin yazdığı  məlumatın özündən də açıq-aydın 
görünür ki, bütün varlığı ilə xalqına bağlı olan bu insan 
ətrafda baş verən ən kiçik məsələyə belə vaxında  müdaxilə 
etməyi bacarmış, vəzifəsindən, kimliyindən asılı olmayaraq 
hər kəsə sözünü deyə bilmiş, xalqı qarşısında göstərdiyi 
xidmətlər müqabilində umacağı xalq sevgisindən başqa bir 
şey olmamışdır. 
Vəzifəyə,  şöhrətə, xoş güzarana görə xalqını, millətini 
sataraq onunçün yüz illər boyu həlli müşkülə çevrilən prob- 
lemlər yaradan  bəzi “soydaşlarımızdan”  fərqli olaraq Aslan  
bəy Sultanov yaşadığı  mənalı  və  şərəfli ömür boyu bir dəfə 
də olsa nəfsinin quluna çevrilməmiş, özü üçün seçdiyi yaşam 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
187
prinsipinə, qarşısına qoyduğu məqsədə,  əqidəsinə  və  həyat 
tərzinə bircə dəfə də olsa dönük çıxmamışdır. 
Aslan bəy bütün mənalı ömrü boyu düşmən  əhatəsində 
yaşamışdı. Bir tərəfdən tarixi və barışmaz düşməni olan 
daşnakların, bir tərəfdən sinfi düşmənlərin, bir tərfdən də 
qarşısında quyruq bulayıb kənarda onun üçün quyu qazan 
“mehriban düşmənlər”in əhatəsində. Lakin buna baxmayaraq 
Aslan bəy Sultanov heç vaxt düşmənə qarşı kürəyini çevir- 
məmiş, onlarla həmişə üzü-üzə dayanmaq, onların gözlərinin 
içinə dik baxmaq yolunu seçmişdi. Elə ona görədir ki, Aslan 
bəyin xaincəsinə qətlə yetirilməsindən yüz ilə yaxın (1929-cu 
ilin yay aylarında qətlə yetirilib) bir zaman  keçsə belə, bu ta- 
rixi  şəxsiyyət, bu igid və  cəsur sərkərdə haqqında hələ  də 
xatirlərdə yaşayan çoxsaylı maraqlı əfsanələr, xatiratlar yaşa- 
yır. Ancaq əldə etdiyimiz arxiv sənədləri xatirələrdə yaşayan 
xatiratlardan fərqli olaraq  bu insanın gerçək tarixindən xəbər 
verən faktiki sənədlərdir. Biz də daha çox həmin sənədlər 
ətrafında gəzişmələr etməyi bir məqsəd kimi qarşımıza 
qoymuşuq. 
Arxiv sənədləri arasında tarixinə  və mühümlüyünə görə 
diqqəti çəkən ilk sənəd aşağıdakıdır... 
 
**** 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qarabağın və 
Zəngəzurun mərkəzi  Şuşa sayıldığı üçün bütün məlumatlar 
Şuşaya, oradan da mərkəzə ötürülürdü. Ona görə  bu sənəd də 
Şuşaya yazılıb.  
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi  
Sənədlər Arxivi fond 1, siyahı 1, iş 24. 
Bu yerdə Azərbaycan Respublikası Baş Dövlət Milli Arxi- 
vinin  fond 27 siyahı 1, iş 17 qrifi ilə qorunan sənədi diqqəti 
çəkir.  
Həmin sənəd 1920-ci ilin son gününə, 31 dekabra aiddir.  

Фаиг Абдуллайев____________________________________  
 
188
Sənəddən görünür ki, onu Qarabağın və Zəngəzurun föv- 
qəladə komissarı imzalayıb. Sənəddəki bəzi məqamları  sizə 
təqdim etməyi zəruri hesab edirik: 
“...Zəngəzurda və Gorusda Katar yəni (Kafan) üsyanına 
rəhbərlik edən Nijdenin daşnak hakimiyyəti hökmranlıq edir. 
Ümumiyyələ  həmin qüvvələr sovet hökumətinin varlığına 
nifrət bəsləyirlər. Qızıl Ordu Zəngəzuru tərk etdikdən sonra 
daşnaklar tərəfindən bizim ərazilərə  və yerli partizan 
hərəkatına qarşı  xaincəsinə hücumlar mütəmadi hal alıb. 
Bizim müdafiəçilərimizin odlu silaha böyük ehtiyacları var. 
Zəngəzur qəza milisi xüsusi olaraq İranla sərhəddə olan milis 
atlı  dəstəsi məcburiyyət qarşısında nəinki daxili xidmət 
aparır, eyni zamanda döyüş mövqeyndə xidmət göstərir, həm 
sərhəd boyu xidmət aparır. Həmin o fövqəladə ehtiyacı silah 
çatışmamazlığını  nəzərə alaraq xahiş edirik ki, sovet 
hökumətini qoruyub saxlamaq naminə yox, heç olmazsa 
insanlıq naminə bu xahişə etiraz etməyəsiniz. Şuşadakı silah 
anbarından bizim silah tələbatımızı təmin etmək və Zəngəzur 
qəza milisinə min ədəd tüfəng və patron verilməsini təmin 
edəsiniz ”.  
Bu sənəd bir daha göstrir ki, o dövrlərdə  Zəngəzurdakı 
qızıl ordu hissələrinin müvəqqəti olaraq Qarabağa çəkildiyi 
zamanlarda Zəngəzur qəza milisi düşmən qarşısında acizlik 
nümayiş etdirməmiş, bütün qüvvələri səfərbər edərək nizamlı 
bir ordu şəklində düşmənə qarşı güclü müqavimət 
göstərmişdir. 
Bu sənəddən də aydın olur ki, Aslan bəyin, onun koman- 
dasının heç bir siyasi ambisiyası olmayıb və mərkəzdən silah 
tələb edərkən də açıq-aydın  bildirir ki, bunu Sovet hökuməti- 
nin saxlanması naminə deyil, heç olmazsa insanlıq naminə 
etmək lazımdır. Bu son cümlə də onu göstərir ki, bu insanlar 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
189
üçün hər  şeydən vacib insan taleyi, millətin gəlcək taleyi 
olub. 
 
**** 
Aslan bəy Sultanova mərkəzi hakimiyyət tərəfindən  
1920-ci ildə mandat və xüsusi səlahiyyət verildikdən sonra o 
Qarabağ  və  Zəngəzur qəzalarının mərkəzi olan Şuşada otu-
rurdu. O zamankı Şuşalılar Aslan bəyə Çaylı Aslan bəy deyə 
müraciət edirdilər. Qubadlı elindən Bərgüşad və Həkəri çay- 
ları axdığından o yerin camaatına çaylılar deyilirdi. Aslan bəy 
bu vəzifəsində də öz missiyasını şərəf və ləyaqətlə başa vur- 
duqdan, Andronikin daşnak tör-töküntülərini məhv etdikdən 
sonra mərkəz onun missiyasını bitmiş hesab edərək öz yolun- 
da onu real və böyük bir maneə kimi görür. O kommunist 
partiyası sıralarına daxil olmaq şərti ilə mərkəzə yüksək vəzi- 
fəyə dəvət olunur. İlk baxışdan bu elə görünə bilərdi ki, guya 
mərkəz Aslan bəyin bu vaxta qədər etdiyi xidmətlərə  dəyər 
verir və ona daha böyük etimad göstərməyə çalışır. Lakin 
bütün bu işlərin arxasında nəyin və hansı məqsədin dayandı- 
ğını zərgər dəqiqliyi ilə bilən Aslan bəy mərkəzin bu məkrli 
təklifini qəbul etməyərək bəyan edir ki, mən hərbçiyəm, heç 
bir pariyanın üzvü olmaq istəımirəm, vəzifə iddiasında da 
deyiləm. Mən öz qəzamıza qayıdıb yenə  də  hərbi vəzifə 
tutmaq və xalqımın düşmənlərinə qarşı mübarizə aparmaq 
niyyətindəyəm. Aslan bəy könüllü olaraq fövqəladə komissar 
vəzifəsindən imtina edərək Zəngəzur qəzasına milis idarəsi- 
nin rəisi vəzifəsinə gedir. O zaman Zəngəzur qəzasındakı 
bütün məsul vəzifələri onun təyin etdiyi kadrlar tutduğundan 
əslində o təkcə milis idarəsinin deyil, həm də qəzanın başçısı, 
qəzadakı real gücün sahibi idi. 
Mərkəzdən onunçün qazılan quyuya düşməyən Aslan bəy 
sonrakı  fəaliyyətində ona sadiq qüvvələrin arasında olmağı 

Фаиг Абдуллайев____________________________________  
 
190
daha üstün tutur. Səksəninci illərdə Savalan Şirinovun özü- 
nün etirafına görə bu məsələləri mərkəzdən Aslan bəyə  ötü- 
rən  adam Mir Cəfər Bağırov özü imiş, hansı ki, Aslan bəy 
onu Zəngəzur banditləri ilə mübarizədə real ölümdən xilas 
edibmiş. Bu barədə daha sonrakı  fəsillərdə  ətraflı  məlumat 
verməyə çalışacağıq. 
Mərkəzin məkrli planını reallaşdırmaq üçün Aslan bəyə 
qarşı düşünülmüş qarayaxma kompaniyasına start verilir. Bir-
birinin ardınca Zəngəzura yoxlamaya göndərilən açıq və 
məxfi kommunistlər nə yolla olursa-olsun Aslan bəyi və onun 
ətrafındakı bütün qüvvələri şərləməyə, ləkələməyə səy göstə- 
rirlər. Bu komissiyaların  əsas məqsədi Aslan bəyin qurduğu 
yerli hökuməti xain damğası ilə ləkələyərək aradan götürmək 
və gizli  fəaliyyətə çəkilən kommunistləri hakimiyyətə gətirə- 
rək Zəngəzurun ermənilərə verilməsini sözdən reallığa çevir- 
mək. Aslan bəyi məhv etməklə isə onların məqsədi yerli ca- 
maatın gözünü qorxutmaq, onları  təkləmək və bütün yerli 
özünümüdafiə qüvvələrini zərərsizləşdirmək istəyirdilər. Bu- 
nunla da  heç bir maneə və müqavimətlə qarşılaşmadan məq- 
sədlərinə nail olmaq, xəyanətkar oyunun nəticəsi olaraq öz 
şəxsi kariyeralarını qurmaq istəyirdilər. Bu yerdə xüsusilə 
qeyd etmək lazımdır ki, Zəngəzurun verilməsinə etiraz olaraq 
başlanmış müqavimət hərəkatı geniş vüsət alaraq Qarabağ 
ərazisinə də keçir bu yolda canlarından keçən şəhidlərimizin 
qanı bahasına Qarabağın verilməsinin qarşısı alınır. Sonradan 
əldə etdiyimiz arxiv sənədləri də  təsdiq edir ki, Nəriman 
Nərimanov (“Kommunist” qəzeti, 1921-ci  il, səh 2) Zəngə- 
zurla bərabər bütün Qarabağın da ermənilərə birləşdiril- 
məsinə razılıq verərək imza amışdır.  
Zəngəzurun və Qarabağın ermənilərə verilməsini təhlükə 
olaraq görən camaat bununla mübarizə yolunu qaçaqçılıq 
hərəkatının başlanmasında gördü. Bu həm də xalqın öz mü- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
191
qəddəratına qarşı biganə qala bilməməyin,  ətrafında baş ve- 
rən xəyanətlərlə bu yolla mübarizə aparmağın, əslində isə ye- 
ni igidlik və  qəhrəmanlıq səhifəsinin açılması demək idi. 
Nəzər Heydərov öz kitabında bu səhifəni də xüsusilə qeyd 
edib. Müəllif yazır ki, “... Digər Sultanovlar (Aslan bəy Sul- 
tanov) Qubadlı sahəsində Lətifin və Kərimin antisovet banda- 
sına başçılıq edirdilər. Sonradan bu banda daşnaklarla birlə- 
şərək iki qəzanın arasında dolanmağa başladı”. (N.Heydərov. 
“Zəngəzur dağlarında” kitabı, Azərnəşr 1989. səh 130). Bu 
həmin Aslan Sultanovdur ki, daşnaklar general Manuku 
öldürdüyü üçün  (Ermənistan 3 gün yas saxlayıb) onun başına 
külli miqdarda pul qoymuşdular. Bu zaman daşnaklarla hansı 
birləşmədən söz getdiyini anlamaq və daşnak dəyirmanına 
kimin su tökdüyünü dərk etmək o qədər də çətin deyil. Bu hə- 
min Nəzər Heydərovdur ki, 1920-ci ilin dekabrında Zəngə- 
zurun ermənilərə verilməsinə öz dəst-xətti ilə imza atmışdı.   
Aslan bəyin başçılıq etdiyi və  Nəzər Heydərovun banda 
adlandırdığı  Lətiflə  Kərimin qaçaq dəstəsi  əslində  Zəngəzu- 
run və Qarabağın azadlığı uğrunda, baş verən haqsızlıqlara və 
tarixi cinayətlərə etiraz əlaməti olaraq hökumətə qarşı çıxmaq 
məcburiyyətində qalmış, hadisələrə biganə qala bilməmişdi- 
lər. Aslan bəy Qarabağın və Zəngəzurun fövqəladə komissarı 
olduğu vaxt çoxlu sayda özünə sadiq  hərbi kadrları müxtəlif 
vəzifələrdə yerləşdirmişdi. Bu kadrlar sonradan Aslan bəyə 
mərkəzin xəyanətkar oyunlarına qarşı müqavimət göstərmək- 
də bilavasitə kömək  edirdilər. Məhz bu fədakar insanların 
silaha sarılaraq hökümətə qarşı apardıqları mübarizə de-yure 
ermənilərə verilmiş Qarabağın de-fakto verilməsinin qarşısını 
aldı.   
O dövrdə yaşayan və hadisələrin birbaşa  şahidləri olan 
yaşlı insanların dediklərinə görə bu dəstələr olmasaydı  Zən- 
gəzurda və Qarabağda müsəlman  əhalisinə qarşı tutulan di- 

Фаиг Абдуллайев____________________________________  
 
192
vanların, axıdılan qanların miqdarını sözlə demək çətin olar- 
dı. Təkcə Lətiflə Kərim hər biri  bu illər ərzində 700-ə qədər 
daşnak məhv etmişdilər. Elə ona görə idi ki, yerli kommunist- 
lər öz erməni qardaşlarına yarınmaq, onlarla iş birliyində ol- 
maq, vəzifə tutmaq, var-dövlət sahibi olmaq üçün Aslan 
bəyin, Lətifin, Kərimin və bir çox başqa mübariz insanların, 
xalq qəhrəmanlarının ermənilərə verilməsini, onları ermənilə- 
rin mühakimə etməsini istəyirdilər. Buna nə ad vermək olar? 
Xalqa, onun igid və qoçaq övladlarına nifrət, yoxsa vətəninə 
xəyanət, satqınlıq, şərəfsizlik. Özünüz deyin!  
Aslan bəyin necə bir insan olduğunu bilmək üçün sadəcə 
bir faktı nəzərinizə çatdırmaqla kifayətlənmək istəyirəm. Bü- 
tün vəzifələrini itirdikdən və vəzifələrdə olan əqidə qardaşla- 
rından uzaq düşdükdən sonrakı 8 il ərzində Aslan bəy Sulta- 
nov qaçaqçılıq hərakatına başçılıq etmişdi.    
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin