Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 454,27 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix17.04.2017
ölçüsü454,27 Kb.
#14302
  1   2   3   4   5

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

FAKULTƏ: “Əmtəəşünaslıq” 

İXTİSAS:”İstehlak mallarının ekspertizası və marketinqi” 

 

 

  B U R A X I L I Ş   İ Ş İ  



Mövzu: Respublika bazarına daxil olan tikili malların istehlak 

xassələri və keyfiyyət  ekspertizası   

 

 



 

 

 



     

İşin rəhbəri:  Dos.X.M.Abbasova 

 

 

 

 

 

 

Tələbə:   Məmmədova İlahə Novruz   

 

 



 

 

 



Bölmə: azərbaycan  

Qrup:  

312   


 

 

Təsdiq edirəm” 



Kafedra müdiri: 

 

 

 

    prof.Ə.P.Həsənov 

 

 

 

 

 

 

 

 

 



 

 

BAKI     2015 



 

MÜNDƏRİCAT 

                           

Səh   


Giriş …………………………………………………………      4  

I Nəzəri hissə  

1.1.Azərbaycan  Respublikasında  tikili  malların  istehsalının 

vəziyyəti......................................................................................    6  

1.2.  Tikili  malların  istehlak  xassələri  və  onların  keyfiyyətinə 

verilən tələblər............................................................................  10  

1.3.Tikili 

malların 

keyfiyyətini 

formalaşdıran 

amillərin 

xarakteristikası..........................................................................   22 

1.4. Tikili malların keyfiyyətinin qiymətləndirilməsi metodları. 34 

 

II. Təcrübi hissə  

2.1.  Respublika  bazarına  daxil  olan  tikili  malların  təsnifatı  və 

çeşidinin təhlili...........................................................................  44 

2.2.  Respublika  bazarına  daxil  olan  tikili  malların  keyfiyyətinin 

ekspertizası.................................................................................  52 

2.3.  Respublika  bazarına  daxil  olan  tikili  malların  keyfiyyətinin 

standarta uyğunluğunun yoxlanılması.......................................   56 

 

Nəticə və təkliflər....................................................................    59 



Ədəbiyyat................................................................................    63 

 

 



 

 



 

 

 



        Giriş.     

Paltar  insanı  birinci  növbədə  onu  əhatə  edən  xarici  təsirdən  mühafizə  edir. 

Insan orqanizmi məlum olduğu kimi müəyyən istilik mənbəidir. Bu istilik kimyəvi 

fizioloji  proseslər  zamanı  meydana  gəlir.  Bu  proses  daim  dəyişərək  insanın  həyat 

fəaliyyətini  təmin  edir.  Orqanizmin  fəaliyyətindən  və  onu  əhatə  edən  mühitdən 

asılı  olaraq  istilik  müxtəlif  sürətlə  dəyişir.  Lakin  hər  halda  sağlam  bədəndə  istilik 

dərəcəsi  bir  səviyyədə  (36-37

0

)  qalmalıdır.  Odur  ki,  müxtəlif  şəraitdə  yaşayan  və 



əmək fəaliyyəti ilə məşğul olan insanlar, özlərini isti və soyuqdan mühafizə etmək, 

hərarətinin sabitliyini saxlamaq üçün bədənlərini örtməyə başlayırlar.

 

Paltarın  ən  birinci  əhəmiyyəti  insan  bədənini  soyuqdan  mühafizə  etməsidir. 



Paltardan  istifadə  etməklə  insan  bədənində  istiliyin  sərf  edilməsini  nizama  salır. 

Çünki  paltar  bədəndən  ayrılan  istilik  şüalarının  ətrafa  yayılmasına  maneçilik 

göstərərək istiliyi bədənin yaxınlığında saxlayır. Deməli,  paltarın əsas rolu bədənə 

daxil  olan  havanın  hərəkətini  nizamlamaqdan  ibarətdir.  Paltar  insan  bədənindən 

şüalanan istiliyin təxminən 50%-ni bədən ətrafında saxlayır.  

Beləliklə,  insan  yaşayışında  paltar  birinci  əhəmiyyətə  malik  olan  əşyaya 

çevrilmiş 

və 


insanların 

yaşına, 


peşəsinə, 

ictimai 


məşğulliyyətinə 

uyğunlaşdırılmışdır. Insanların mədəni səviyyəsi və bədii fəaliyyəti inkişaf etdikcə 

onlar  paltarlarının  formasını  və  bəzəklərini  zənginləşdirməyə  fikir  vermişlər.  Ona 

görə  də  paltarın  forma  və  bəzəyinin  zənginləşməsi  cəmiyyətin  mədəniyyətinin  və 

istehsal münasibətlərinin inkişafı ilə nəticəyə gəlmək olur ki, paltar yalnız istehsal 

predmeti olmayıb, həm də tətbiqi  incəsənət obyektidir. Bu  fikirdən bir daha aydın 

olur ki, paltarın inkişafı ilə əlaqədar olaraq vaxtaşırı dəyişilir.  

Tikiş  sənayesi  yüngül  sənaye  sahəsi  olub,  müxtəlif  parçadan,  təbii  və  süni 

göndən,  trikotajdan,  yeni  konstruksiyalı  materialdan,  müxtəlif  bərk  və  furnitur 

materiallardan paltar, həmçinin məişət və texniki təyinatlı məmulat hazırlayır. 

Müasir  şəraitdə  tikili  malların  hazırlanması  üçün  yeni  sintetik  parçalardan, 

toxunmamış  materiallardan,  eləcə  də  xüsusi  növ  arayışlandırmadan  keçirilmiş  – 



 

küləyə  davamlı,  əzilməyə,  az  yığılan,  su  keçirməyən  parçalardan  istifadə  olunur. 



Paltarların  modelini  işləyən  zaman  elmi  əsaslardan  standartlaşdırılmış  detal  və 

hissələrdən istifadə edilir. Odur ki, daima tikiş texnologiyasının təkminləşdirilməsi 

zərurətini meydana çıxarır. 

Ölkəmizdə başqa xalq istehlakı malları kimi əhali tərəfindən tikili mallarada 

çox  tələbat  var.  Bu  cəhətdən  mənim  buraxılış  işimin  mövzusuda  “Respublika 

bazarına  daxil  olan  tikili  malların  istehlak  xassələri  və  keyfiyyətinin 

ekspertizası”na  həsr edilir.  Buraxılış  işinin  mövzusu  müasir  və aktual sayıla bilər. 

Bu  mövzu  işin  məqsədini aydın  göstərir. Əsas  məqsədə nail  olmaq  üçün buraxılış 

işində aşağıdakı vəzifələr həyata keçirilmişdir. 

a)  Tikili malların istehlak xassələri və keyfiyyətinə verilən tələblər. 

b)  Tikili malların keyfiyyətini formalaşdıran amillərin xarakteristikası  

c)  Tikili malların keyfiyyətinin qiymətləndirilməsi  

d)  Respublika bazarına daxil olan tikili malların təsnifatı və çeşidinin təhlili. 

e) 


 Respublika bazarına daxil olan tikili malların keyfiyyətinin ekspertizası

Buraxılış işinin sonunda nəticə və təkliflər verilmişdir. 



Buraxılış  işinin  yazılmasında  müxtəlif  ədəbiyyat  mənbələrindən,  ticarət 

təşkilatının materiallarından istifadə edilmişdir. 

 

 

 



 

 

 



 

 


 

1.1. 



Azərbaycan Respublikasında tikili malların  

istehsalının vəziyyəti 

 

Tikili  mallar  insan  tələbatının  çox  mühüm  və  geniş  sahəsini  əhatə  edən 

mürəkkəb çeşidli istehlak üçün hazır toxuculuq mallarıdır. Tikili malların istehsalı 

tarixi  yol  keçmişdir.  Lap  qədim  zamanlardan  insanlar  geyim  üçün  material  kimi 

ağacın  keyfiyyətli  yarpağından  və  qabığından  istifadə  etmişdirlər.  Müəyyən  dövr 

keçdikdən  sonra  həmin  xammalı  heyvan  dəriləri  əvəz  etmişdir.  Geyimin  xammalı 

və xarici görünüşü əsrlər boyunca dəyişmişdir.  

Tikili mallar çeşidinin genişliyinə görə ən mürəkkəb mal qrupu sayılır. Tikili 

mallar insan tələbatının çox mühüm və güniş sahəsini əhatə edən mürəkkəb çeşidli, 

istehlak üçün hazır toxuculuq mallarıdır. 

Tikiş  maşını  ixtira  olunana  qədər  tikili  məmulatlar  hazırlamaq  üçün  əl 

əməyindən  istifadə  edirdilər.  Ilk  tikiş  maşını  1755-ci  ildə  İngiltərədə  ixtira 

edilmişdir.  1845-ci  ildə  Amerikada  Exoy  məkikli  tikiş  maşını  üçün  patent  aldı. 

İ.M.Zinger (1851),  A.Vilson (1950) və başqalarının düzəltdiyi tikiş maşınında isə 

iynə  şaquli,  parça  isə  üfüqi  yerləşdirildi.  Beləliklə,  tikiş  maşınını  XVIII  əsrin 

axırlarında təkmilləşdirməyə başlamışdılar. 

Inqilaba  qədər  Rusiyada  tikiş  məmulatlarının  istehsalı  tək-tək,  kustar  sənəti 

formasında  idi.    Kustar  formasında  olan  emalatxanalar  sadə  avadanlıqlarla  təchiz 

edilmişdir.  Bu  dövrdə  tikiş  müəsisələri  Rusiyanın  Peterburq,  Moskva,  Odessa, 

Kiyev,  Xarkov,  Kazan,  Aşağı  Novoqorod  şəhərlərində  yerləşdirilmişdir.  Bu 

müəsisələr  Rusiyanın  məşhur  sahibkarlarının  və  xarici  ticarət  firmaları  olan 

“Mandel”,  “Petixov  qardaşları”,  “Tamin”in  əlində  idi.  Bundan  başqa  Rusiyada 

evlərdə  də  paltar  tikməklə  məşğul  olurdular.  Bu  tikiş  işləri  mövsümi  xarakter 

daşıyırdı.  Mövsüm  mart  ayından  iyula  qədər  və  sentiyabırdan  dekabıra  qədər  bir 

dövrü  əhatə  edirdi.  Onların  əsas  işçi  qüvvəsi  qadın  və  uşaqlar  idi,  bu  da  70%-i 

təşkil edirdi.  



 

Tikili  mallar  istehsalı  Rusiyada  Sovet  hakimiyyəti  illərində  sürətlə  inkişaf 



etmiş, ixtisaslaşmış və mütərəqqi sənaye sahələrindən birinə çevrilmişdir.  

Inqilaba  qədər  Azərbaycanda  paltar  istehsalı  kustar  üsulla  tikilirdi,  tikiş 

fabrikləri yox idi. Iri şəhərlərdə əyanlara və ruhanilərə xidmət göstərən sənətkarlar 

vardır, ticarət firmaları muzdur əməyindən geniş istifadə edirdilər.  

Azərbaycanda  da  Sovet  hakiməyyəti  qurulduqdan  sonra  tikiş  sənayesi 

sürətlə  inkişaf  etməyə  başladı.  Ilk  dəfə  1920-ci  ilin  mayında  S.Kirov  və 

S.Orcenikidzenin  rəhbərliyi  altında  Bakıya  gəlmiş  XI  qızıl  ordunu  paltarla  təmin 

etmək  üçün  ilk  tikiş  emalatxanası  yaradıldı.  1922-ci  ildə  bu  kiçik  emalatxananın 

əsasında çoxda böyük olmayan tikiş fabrikini “Azərbaycan tikiş malları”  yaradıldı. 

Sonralar  isə  1№  Voladarski  adına  fabrika  adlandı  və  bundan  sonra  fabrika  yeni 

avadanlıqlarla  təmin  olundu.  Fabrika  1928-ci  ildə  keçirilən  Ümumittifaq 

müsabiqədə  II  yeri  tutmuş  və  xalq  təsərrüfatı  Ali  sovetinin  tərifnaməsi  ilə  təltif 

olunmuşdur.  Bu  müsabiqədə  I  yeri  qədim  və  iri  müəssisə  olan  Moskva  və 

Leninqrad tikiş fabrikləri tutmuşdur.  

Respublikanın  tikiş  sənayesinin  sonrakı  inkişafına  bu  fabrikin  sahəsinin 

kiçikliyi  mane  olurdu.  Buna  görə  də  Azərbaycan  toxuculuq  tresti  birliyi  Bakıda 

yeni  tikiş  fabriki  tikmək  qərarına  gəldi.  Fabrikin  tikinti  işlərinə  1930-cu  ildə 

başladılar.  Fabrika  erməni  kənddə  boş  yer  olan  sahədə  tikildi.  Burada  nə  yaşayış 

binası,  nə  bağ,  nə  bağça,  heç  nə  yox  idi.  Tikinti  işləri  1934-cü  ildə  qurtardı  və 

beləliklə,  erməni  kənddə  gözəl,  yaraşıqlı,  işıqlı  böyük  bir  tikiş  fabrikinin  binası 

hazır oldu. Voladarski fabriki buraya köçürüldü.  Köhnə yerində isə Əli Bayramov 

adına  tikiş  fabriki  yaradıldı.  Yeni  tikilən  fabrikin  istehsal  sahəsi  on  min  m

2

  idi. 


Tezliklə  fabrikin ətrafında uşaq bağçası, uşaq yaslısı, çox  mərtəbəli  yaşayış binası 

tikildi, park və bağ salındı. Fabrik yeni avadanlıqlarla təmin edildi.  

Böyük  vətən  müharibəsi  illərində  fabrik  digər  müəssisələr  kimi  Sovet 

ordusunu  hərbi  geyimlə  təmin  etməyə  başladı.  1944-cü  ildə  fabrik  SSRİ  Ali 

Sovetin  Rəyasət  heyətinin  əmri  ilə  “Qırmızı  əmək  bayrağı”  ordeni  ilə  təltif 


 

olundu.  Müharibənin  qurtarması  ilə  əlaqədar  olaraq  fabrik  mülki  məqsədlər  üçün 



istifadə olumağa başladı. Hazırda bu fabrikdə əsgər paltarı tikilir.  

Azərbaycan ikinci böyük tikiş fabriki Əli Bayramov adına müəssisəsidir. Bu 

fabrika  1928-ci  ildə  Azərbaycan  kommunisti  Ceyranxanım  Bayramovanın 

rəhbərliyi  ilə  Şərqin  qadınlar  kulubunda  təşkil  olunmuşdur.  Bu  kulubda  iştirak 

edən  qadınların  sayı  700-ə  çatmışdı.  Beləliklə,  Azərbaycan  hökuməti  belə  qərar 

qəbul  etdiki,  keçmiş  neft  sənayesi  milioneri  olan  bolşevik  Ə.Bayramovun  sarayı 

qadınlar  klubuna  verilsin.  Klubda  rəsm,  musiqi,  tikiş  və  başqa  dərnəklər  fəaliyyət 

göstərirdi. 

Ilk  dövrdə  tikiş  maşınının  çatışmadığına  görə  qadınlar  tikiş  emalatxanasına 

özlərinin  tikiş  maşınını  gətirirdilər.  Getdikcə  tikiş  emalatxanası  böyüyüb  fabrikə 

çevrildi  və  fabrikə    Ə.Bayramov  adı  verildi.  Böyük  vətən  müharibəsi  illərində  bu 

fabrika  gecə  -  gündüz  işləmiş  və  hərbi  geyim  hazırlamışdır.  Ə.  Bayramov  adına 

tikiş fabriki 1988- ci ilə qədər tam gücü ilə işləmiş, müxtəlif çeşidli qadın donları, 

uşaq  paltarları  istehsal  edilmişdir.  Bakıda  iri  fabriklərdən  başqa  kiçik  tikiş 

fabrikləridə  var  idi.  Bunlardan  başqa  tikiş  fabrikləri  Azərbaycanın  Gəncə,  Bərdə, 

Yevlax, Lənkəran, Naxçıvan və s. şəhərlərində yerləşmişdir. 

Azərbaycanın  müxtəlif  şəhərlərində  yerləşən  bütün  tikiş  fabrikləri  1988-ci 

ilə  qədər  tam  gücü  ilə  işləmişlər.  Bu  fabriklərdə  kişi  üst  paltarları,  qadın  üst 

paltarları, donlar, üşaq paltarları və s. istehsal edilmişdir.  

Müstəqil  Azərbaycan  Respublikasında  1988-ci  ildən  sonra  tikili  malların 

istehsalının  azalmasına,  iqtisadi  və  siyasi  böhranlar,  keçmiş  SSRİ-də  olan 

respublikalar  arasındakı  əlaqənin  kəsilməsi  və  qonşu  respublika  ilə  müharibə 

şəraiti səbəb olmuşdur. 

Müstəqil  Azərbaycan  Respublikasında  ən  böyük  tikiş  fabriklərindən  biri 

“Bakı tikiş fabriki”dir. Bu fabrika Volodarski tikiş fabrikinin əsasında yaradılıbdır. 

Bu  fabrikanın  yaranma  tarixi  haqqında  yuxarıda  məlumat  vermişəm.  Hazırda  bu 

müəssisənin  material – texniki bazası dəyişmiş, fabrika müasir yeni avadanlıqlarla 


 

təmin  edilmişdir.  Müəsisədə  Avropanın,  Almanyanın,  İtalyanın  ,  Yaponyanın  və 



Türkiyənin son  yeni  texnologiiyası tətbiq edilir  və təcrübəli avropa  mütəxəssisləri 

və  ekspertləri  cəlb  edilmişdir.  Hazırda  bu  fabrikada  xüsusi  geyimlər  (uniforma  və 

forma  )  buraxılır  ki,  bu  da  yüksək  keyfiyyətli  və  təhlükəsizlik  göstəricisinə 

malikdir.  Həmçinin  Avropa  və  dünya  standartlarının  göstəricilərinə  uyğun  gələn 

5000  adda  trikotaj  məhsulları  istehsal  edir,  dövlət  sifarişlərini  və  kompanya 

sifarişlərini yerinə yetirir. 

“Alyans  toxucu”  kompanyası  müasir  standartlara  uyğun  fəhlə  və  xüsusi 

geyimlər  (kombinizonlar,  fəhlə  kostyumları,  gödəkcələr  və  s.)  istehsal  edir. 

Yaponya  və  Almanyanın  yüksək  keyfiyyətli  avadanlıqların  tətbiq  edilməsi 

nəticəsində istehsal prosesi beynəlxalq standartların tələbinə tam cavab verir.     

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

     1.2.Tikili malların istehlak xassələri və  



    onların keyfiyyətinə verilən tələblər 

Başqa  mal  qrupları  kimi  tikili  mallar  da  müəyyən  istehlak  xasələrinə  malik 

olmalıdır.  

Hazırda  tikili  məmulatların  hazırlanmasında  tətbiq  olunan  materiallar, 

məmulatın  layihələşdirilməsinin  müasir  sistemi  (modelləşdirmə  və  geyimin 

quraşdırılması)  və  tikili  məmulatların  istehsal  texnologiyası  (  biçilmə  və  tikilmə 

prosesləri) müəyyən istehlak xassələrinə malik olan tikili məmulatların alınmasına 

səbəb olur.  

Kütləvi  surətdə  istehsal  olunan  paltarların  əsas  istehlak  xassələrindən  biri 

insan  bədəninin  fiqurasının  ölçülərinə  və  forması  paltara  uyğun  gəlməsi  statik  və 

dinamik paltar antropoloji xassəsi ilə xarakterizə olunur.  

Kütləvi  istehsal  olunan  geyimlərin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu 

geyimlər  kütləvi  istehlakçılar  üçün  tikilərək  fiquranın  ölçülməsinə  və  bədəninin 

formasına  görə  fərqlənir.  Kütləvi  surətdə  istehsal  olunan  paltarların  ölçüləri  və 

forması istehlakçıların fiqurasının ölçülərinə və formasına uyğun olmalıdır. Sənaye 

tərəfindən istehsal olunan geyimlər fiqurların tiplərinə əsasən hazırlanır. Fiqurların 

tipləri  və  onların  ölçüləri  əhalinin  kütləvi  antropoloji  ölçüləri  əsasında  müəyyən 

edilir. 


Paltarların 

kütləvi 


istehsalı 

üçün 


insan 

fiqurlarının 

düzgün 

qruplaşdırılmasının da əhəmiyyəti böyükdür. 



Burada  ən  çox  rast  gələn  fiqur  əsas  götürülür.  Bu  məmulatları  antropoloji 

ölçüləri  götürməklə  əldə  edilir,  fiqurlar  ölçü  və  formasına  görə  qruplaşdırılır. 

Burada əsas vəzifə tiplərin standartlaşdırılmasından ibarətdir.  

Tikiş sənayesində əsas əlamət olaraq ölçü, boy, doluluq götürülür. Ölçü döş 

qəfəsindən  kürəkdən  çevrənin  yarısının  sm-lə  ifadəsidir.  Insan  boyu  ayaqqabısız 

başın yuxarı nöqtəsindən dabana qədər olan ölçü göstəricisidir.  



10 

 

Doluluq  döş  yarımçevrəsi  uzunluğun  olan  nisbəti  ilə  xarakterizə  edilir. 



Beləliklə, qadınlar üçün 3 variant, yəni M, C, B (kiçik, orta, böyük, kişilər isə 56-

60  ölçülər  üçün  ЧБ  çox  böyük  ОБ)  doluluqda  qəbul  edilmişdir.  Burada  yaşın 

xüsusi  əhəmiyyəti  vardır,  yəni  20  yaşda  insan  fiquru  tərtib  olunur  və  60  yaşdan 

sonra  dəyişiklik  gedir.  Bunlar  hamısı  modelləşdirmə  və  layihələşdirmə  zamanı 

nəzərə alınmalıdır.  

Kişilərin  döş  çevrəsi,  boy,  doluluq  və  yaş  qrupları  üzrə  fiqur  tiplərinin 

təsnifatı. 

  

 



 

 

 



 

 

 



 

 

Cədvəl 1 



Doluluq 

qrup 


nömrəsi  

             

                             Fiqurların tipləri 

    


      Yaş qrupları 

1. 


Döş çevrəsi  

Bel çevrəsi 

92    96    100    104  108 

70    76     82     88    94 

 

 

 



 

 Kiçik 


Orta 

Boy  


164  164  164  164  164 

170  170  170  170  170  

176  176  176  176  176  

  -     182  182  182  182 

  -     188  188  188  188 

2. 


Döş çevrəsi  

Bel çevrəsi 

88    92    96    100   104 

70    76    82     88     94 

 

 

 



 

Kiçik 


Orta 

 

Böyük  



 

Boy  


 

 

 



 

158  158  158  158  158 

164  164  164  164  164 

170  170  170  170  170  

176  176  176  176  176  

  -     182  182  182  182 

  -     188  188  188  188 

Döş çevrəsi  

Bel çevrəsi 

                                       108  112  116  120 

                                       100  106  112  118 

 

 



 

 

 



Orta 

Böyük  


Boy  

                                       164    -       -      - 

                                       170  170  170  170 


11 

 

                                       176  176  176  176 



                                       182  182  182  182 

                                       188   188  188  188 

3. 

Döş çevrəsi  



Bel çevrəsi 

88    92   96    100   104 

76    82    88    94     100 

 

 



 

 

Kiçik 



Orta 

Böyük  


Boy  

158  158  158  158    - 

164  164  164  164  164 

170  170  170  170  170  

-    176  176  176  176  

Döş çevrəsi  

Bel çevrəsi 

                                 108  112  116  120  124  128 

                                 100  106  112  118  130  136 

 

 



 

Orta  


Böyük  

 

Boy  



                                 170  170  170  170  170  170 

                                 176  176  176  176  176  176 

 

Qadınların  döş  çevrəsi,  boy,  doluluq  və  yaş  qrupları  üzrə  fiqur  tiplərinin 



təsnifatı. 

 

 



 

 

 



 

 

 



 

 

 



Cədvəl 2 

Doluluq 


qrup 

nömrəsi  

             

                             Fiqurların tipləri 

    

      Yaş qrupları 



1. 

Döş çevrəsi  

Bel çevrəsi 

88   92     96   100  104 

92    96   100  104  108 

 

 



 

 

 Kiçik 



Orta 

Böyük  


Boy  

-      -      -      -      - 

152  152  152  152  152   

158  158  158  158  158 

164  164  164  164  164 

170  170  170  170  170  

2. 

Döş çevrəsi  



Bel çevrəsi 

88    92    96    100   104 

96   100   104   108   112 

 

 



12 

 

 



Boy  

 

 



 

 

146  146  146   -      - 



152  152  152  152  152 

158  158  158  158  158 

164  164  164  164  164 

170  170  170  170  170  

   -       -    176  176  176  

 

Kiçik 



Orta 

 

Böyük 



  

Döş çevrəsi  

Bel çevrəsi 

                                       108  112  116  120 

                                       116  120  124  128 

 

 



 

 

 



Orta 

Böyük  


Boy  

                                       152    -       -      - 

                                       158  158  158  158 

                                       164  164  164  164 

                                       170  170  170  170                      

3. 


Döş çevrəsi  

Bel çevrəsi 

88      92   96    100   104 

100   104  108  112    116 

 

 

 



 

Kiçik 


Orta 

Böyük  


Boy  

146    -        -      -        - 

152  152  152  152  152 

158  158  158  158  158  

164  164  164  164  164  

Döş çevrəsi  

Bel çevrəsi 

                                         108  112  116  120   

                                         120  124  128  132   

 

 



 

Orta  


Böyük  

 

Boy  



                                       158  158  158  158 

                                       164  164  164  164 

 

Hər bir paltarın ölçü rəqəmləri həmin paltar üçün təsdiq edilmiş texniki şərt 



cədvəlində verilmişdir.  

Aparılan  antropoloji  təhlilər  nəticəsində  paltarın  quraşdırılması  üçün  kişi, 

qadın  və  uşaq  qamətlərinin  ölçü  tiplərinin  cədvəlləri  qurulmuşdur.  Müxtəlif 

yerlərdə  yaşayan  kişi,  qadın  və  uşaqların  ölçü,  boy,  şkalası  tətbiq  edilmişdir.  Bu 

ölçü  boy  və  doluluq  şkalaları  arasında  əhalinin  müxtəlif  ölçülü  tikili  mallara  olan 

ehtiyacı ödənilir.  



13 

 

Uşaqların  ölçüsü  və  boyu  yaşdan  asılı  olaraq  dəyişkən  olduğuna  görə  onlar 



üçün  dəyişkən  şkala  təyin  edilmişdir.  Yəni  hər  ölçünün  xüsusi  boy  şkalası  vardır. 

Deməli  uşaq  fiqurlarının  təsnifatını  işləyən  zaman  xüsusilə  diqqətli  olmaq 

lazımdır.  Uşaq  ölçülərini  standartlaşdıran  zaman  aşağıdakı  yaş  qrupları 

müəyyənləşdirilmişdir.  

Son  illərdə  uşaqların,  xüsusilə  yeniyetmələrin  boyları  xeyli  artdığına  görə 

yeni  şkalalar  hazırlanır.  Bu  şkalalarda  müxtəlif  qruplar  üçün  ölçü-boylar,  bəzi 

dəyişikliklər aparılmışdır. Məsələn, yeniyetmələr üçün 48 ölçüdə paltar hazırlanır.  

Tikili məmulatların ən vacib istehlak xassələri estetik, gigiyenik və istismara 

davamlı olmasıdır. 

 

Paltar insanı birinci növbədə onu əhatə edən xarici təsirlərdən mühafizə edir. 



O  insanı  əmək  prosesində  mexaniki  və  kimyəvi  təsirlərdən  qoruyur.  Paltarın  ən 

birinci  əhəmiyyəti  insanın  bədənini  soyuqdan  mühafizə  etməsidir.  Ondan  istifadə 

etməklə  insan  bədənində  istiliyin  sərf  edilməsini  nizama  salır.  Çünki  paltar 

bədəndən  ayrılan  istilik  şüalarının  ətrafa  yayılmasına  maneçilik  göstərərək  istiliyi 

bədənin yaxınlığında saxlayır.

 

 Qeyd etmək lazımdır ki, istiliyin bədən ətrafında saxlanılmasını paltar üçün 



işlədilən  parçanın  məsamələrində  yerləşən  hava  təmin  edir.  Deməli  paltarın  əsas 

rolu  bədənə  daxil  olan  havanın  hərəkətini  nizamlamaqdan  ibarətdir.  Hava  paltarın 

məsamələrinə  daxil  olaraq  24-30

0

-yə  qədər  qızır  və  paltar  ilə  bədən  arasında  az 



hərəkət edən, istini pis keçirən mikroiqlim yaradır. Paltar insan bədənində şüalanan 

istiliyin təxminən 50%-ni  bədən ətrafında saxlayır. Paltar insanın əmək prosesində 

mexaniki və kimyəvi təsirlərdən mühafizə edir. Beləliklə, insan yaşayışından paltar 

birinci  dərəcəli  əhəmiyyəti  olan  əşyaya  çevrilmiş  və  insanların  yaşayışına, 

peşəsinə, ictimai məşğuliyyətinə uyğunlaşdırılmışdır. 

Paltara qarşı qoyulan tələblər həmin paltarın təyinatına uyğun olmalıdır. Qış 

paltarı  yüksək  istilik  saxlama  xassəsinə  malik  olmamalıdır,  yay  paltarı  isə  əksinə 

yaxşı hava keçirən olmalıdır.  



14 

 

Əmtəəşünaslıq  nöqteyi-nəzərincə  geyim  məmulatlarına  verilən  tələbləri  3 



qrupa bölmək olar.  

1.  Geyim məmulatlarına verilən estetik tələblər 

2.  Geyim məmulatlarına verilən gigiyenik tələblər 

3.  Geyim  məmulatlarına  verilən  istismar  tələbləri(xidmət  müddətini 

təyin edən tələblər ) 

Geyim məmulatlarına verilən tələblərə daha konkret yanaşmaq aydın olar ki, 

ayrı  ayrı  geyim  əşyalarına  verilən  tələblər  onların  təyinatından  və  spesifik 

xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilər. Odur ki, geyim əşyalarına verilən 

tələblər onların təyinat və istismar şəraitindən asılı olaraq dəyişilir. Belə ki, bir növ 

tikili  mallar  üçün  möhkəm  və  gigiyenik  olmaq  zəruri  olduğu  halda  digəri  üçün 

xarici  görünüşünün  gözəl olması  vacibdir.  Məsələn,  metal əridən sexlərdə  istifadə 

edilən geyimlər(xüsusi geyimlər) rahat və gigiyenik olmalıdır. 

Geyim  məmulatlarına  verilən  tələblərin  əhəmiyyətini  nəzərə  alaraq  onların 

hər birinə qısa xarakteristika verirəm. 



Yüklə 454,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin