1.4.
Tikili malların keyfiyyətinin
qiymətləndirilməsi metodları.
Tikili malların keyfiyyət göstəricilərionların xassələrinə görə təyin olunur.
33
Həmin xassələri texnoloji proseslərin köməyi ilə lazimi isttiqamətlərdə dəyişdirmək
olar. Lakin hazır məmulatların xassələrini dəyişdirmək mümkün olmur. Həmin
göstəricilər məmulatın keyfiyyətinə və onun təyinatına, istismar şəraitinə nə
dərəcədə uyğun gəldiyini müəyyən etməyə imkan verir. Sənaye müəssisələrində
məmulatlar tam keyfiyyətcə formaya salındıqdan sonra texniki nəzarət şöbələri
tərəfindən keyfiyyətcə qiymətləndirilir. Müvafiq qaydada sortlara ayrılır.
Bildiyimiz kimi tikili malların keyfiyyəti, onların yararlılığını təyin edən
xassələrin məcmusudur. Bu xassə göstəricilərini təyin etmək üçün isə orqanoleptik,
ekspert, sosioloji, alət, hesablama və təcrübə istismar üsullarından istifadə olunur.
Orqanoleptik üsul sadə olmaqla, tək-tək xassə göstəricilərini insanın hiss
üzvlərinin vasitəsilə ilə qiymətləndirilməsinə əsaslanır. Bu üsulla aparılan yoxlamalrın
nəticələrini əldə etmək üçün sadə cihazlar və vasitələrdən istifadə edir. Bunlara
lupaları, xətkeşləri misal göstərmək olar. Orqanoleptik üsulla xassə göstəricilərinin
təyin edilməsində nəticələr balla ifadə olunur.
Orqanoleptik üsulun bir çox üstün və çatışmayan cəhəti vardır. Bu üsulun
üstünlüyü onun sadəliyindən və xassə göstəricilərinin tez qiymətləndirilməsindən
ibarətdir. Bu zaman təhlil üçün xüsusi otaqların cihaz və alətlərin olması tələb
olunmur. Xassə göstəricilərindən alınmış nəticələrin doğruluğu mütəxəssislərin
ixtisas dərəcəsindən və praktiki təcrübəsindən asılıdır. Çatışmamazlıqlara
baxmayaraq orqanoleptik üsul əmtəəşünaslıq təcrübəsində xüsusilə məmulattların
nöqsanlarına görə sortunun təyin edilməsində geniş tətbiq olunur.
Əmtəələrin xassə göstəricilərinin ekspert üsulu ilə təyini bir adamın deyil, bir
qrup ixtisasçının-ekspertin fikrinə əsaslanır. Ekspert kommisiyasının tərkibinə
maddi marağı olan şəxslər daxil edilməməlidir. Qrupun tərkibi 7 nəfərdən az
olmamalıdır. Ekspert metodu ilə məmulatların xassə göstəriciləri balla
qiymətləndirilir. Bu zaman keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin 4 ballıq
sistemindən istifadə edirlər. -əla, yaxşı, kafi, pis. Belə qiymətləndirmə 5, 4, 3, 0.
Tikili malların keyfiyyətinin laboratoriya metodu ilə təyin olunmasnda
34
müxtəlif cihazlardan və kimyəvi maddələrdən istifadə olunur. Bu metodun özünə
məxsus üstün və çatışmayan cəhəti vardır. Bu metodla keyfiyyəti təyin edən zaman
digər metodlardan fərqli olaraq təsadüflüyə yol verilmir. Laboratoriya metodu üzrə
xassə göstəriciləri təyin edilərkən nəzərdə tutulmuş otağın temperaturu və nisbi
rütubəti normaya uyğun olmalıdır. Burada xüsusi hazırlıqlı kadırların olması tələb
olunur. Bu üsula məmulatların xassə göstəricilərinin təyin olunmasına çox vaxt sərf
olunur, əksər hallarda material və məmulatın korlanması zərurəti meydana çıxır.
Lakin bu metodun nəticələrinin dəqiq göstəricisi əldə olunur.
Əmtəəşünaslıq təhlillərində ən çox yayılmış üsullarından biridə alət üsuludur.
Tikili malların keyfiyyəti ən çox orqanoleptik metodla qiymətləndirilir. Tikili
malların orqanoleptik metodla qiymətləndirilməsində geyimin insan bədənində
oturması keyfiyyətinin qiymətləndirilməsi, insan bədənində ölçü və yaş doluluq
əlamətlərinə görə təsnifatı, madelin konstruksiya və emalın geyimin keyfiyyətinə
təsiri, onların keyfiyyətinin təhlili və sortunun təyin edilməsi öyrənilir.
Geyimin insan bədənində oturması keyfiyyətinin qiymətləndirilməsi.
Insan bədəni bir ölçüdə, hündürlükdə və doluluqda olmasına baxamyaraq,
çiyin hündürlüyü və gövdənin və ya qamətin vəziyyətinə görə fərqlənə bilər.
Istehsalatda geyim modelləri və konstruksiyaları yalnız normal qamətli və çiyini orta
vəziyyətdə olan fiqurlar üçün hazırlanırlar. Faktiki olaraq qamətə görə beli bükük,
çox bükük, normal, düz, çox düz, hündür, orta və alçaq çiyinli insanlara rast gəlmək
olur.
Çiyin hündürlüyünü (H
ç
), çiyin endirməsinin enini (E
ç
) və çiyin
hündürlüyünün əyriliyini (H
çə
)ölçməklə hesablama yolu ilə, yaxud üfüqi xətlə çiyin
nöqtəsinə qədər olan məsafəni təyin etmək olar.
Insan bədənində H
ç
göstəriciləri aşağıdakı cədvəl üzrə fərqlənir.
Cədvəl 4.
35
Ç i y i n h ü n d ü r l ü y ü (H
ç
), sm
Hündür çiyin
Orta çiyin
Alçaq çiyin
Kişilərdə
4,5
6,0
7,5
Qadınlarda
3,0
4,5
6,0
Insan qaməti onurğanın əyilməsi və başqa ölçülərə görə döş qəfəsinin həcmi,
çiyinlərin açılması və s. xarakterizə olunur. Tədris şəraitində qaməti gövdənin
vəziyyətinin (V
g
) göstəricisi ilə təyin edirlər. Gövdənin vəziyyəti 7-ci onurğa
fəqərəsindən səthilikdə kürəklərə toxunan xətt ilə xarakterizə olunur.
Qamət döş yarımçevrəsinin ölçülməsi yolu ilə hesablanıb Z işarəsi ilə qeyd
edilir.
Z
kişi
= U
bö
– L
ba
– U
ba
+ 7,0 – 0,2 S
dy
Z
qadın
= U
bö
– L
ba
– U
ba
– (S
d1
– S
dII
)
L
ba
= S
b
/3 + 1
Burada: Z – qamət, sm;
U
ba
– belin ön tərəfdən uzunluğu, sm;
U
ba
– belin arxa tərəfdən uzunluğu, sm;
S
dy
– döş yarımçevrəsi, sm;
S
d1
– döş yarımçevrəsinin birinci ölçüsü, sm;
S
dıı
– döş yarımçevrəsinin ikinci ölçüsü, sm;
S
b
– boyun yarımçevrəsi, sm;
L
ba
– boyun ardı, sm.
Insan bədəninin ölçü və yaş-doluluq əlamətlərinə görə təsnifatı .
36
Eyni ölçü və boyda olmaqla bel və ya çanaq çevrəsinin ölçülərindən asılı
olaraq fiqur tipləri yaş-doluluq qruplarına bölünür. Geyim model və konstruksiyaları
hər yaş-doluluq qrupu üçün ayrı-ayrılıqda hazırlanır, çünki ölçü və boy
göstəricilərinin eyni olmasına baxmayaraq insan yaşa dolduqca bədən quruluşunda,
eləcədə onun proporsiyalarında dəyişikliklər baş verir.
Modelin geyimin keyfiyyətinə təsiri.
Mal alışı müqavilələri bağlanan zaman müəssisə tərəfindən görülən ilk iş
alıcılara yeni buraxılan modellərin şəkil və texniki təsvirini əks etdirən kataloqları
göndərməkdir. Əmtəəşünas isə bu modellərin içərisindən onu maraqlandıranları
seçir. Istehsalatda kolleksiya yalnız bir baza modeli üzərində yaradılır, bu da ilk
baxışdan çeşidin çox olması təəssüratını yaradır. Buna görə sifariş hazırlanan zaman
modellər rəssamlıq həlli və başqa istehlak xassələrinə görə təhlil olunmalıdır.
Model seriyasını aparıcı əlamətlərinə: təyinatına, üslubuna, siluetinə, hər
qrupda əsas modelini ayırmaqla tikilişinə görə qruplara bölürlər. Hər qrupun ümumi
xarakteristikasını verib, modanın müasir və perispektiv istiqamətinə uyğunluğunu
qiymətləndirirlər və sifariş üçün ən maraqlı modelləri seçərək, başqa modellərdən nə
səbəbə görə imtina edilməsinə əsaslandırılmış rəy verirlər. Model qruplarının
ümumi xarakteristikası sxemi aşağıdakı kimidir:
- məmulatın adı (namenklaturaya görə növü) və üst materialı;
- təyinatı istehlakçının cins və yaşı, ölçü və boy qrupları, doluluq, mövsüm,
istehlak şəraiti (ziyafət, ev üçün, gündəlik, iş üçün, gündüz və s.);
- formanın surət həlli (kompozisiyanın xarakteri – ciddi, fantaziyalı, idman,
işgüzar, klassik, folklor və yaxud başqa üslubda);
- formanın həcmi-fəza həlli siluet və proporsiyaları, biçimi, konstruktiv və
dekorativ xəttləri, detalların ölçüsü və konfiqurasiyası, düymələnməsi;
- rəng həlli, tərtibat və materialların xassələri;
- ümumi kompozisiyanın bütövlüyü və mənalılığı (kompozisiya mərkəzinin
mövcudluğu, təyinatın formaya uyğunlaşma dərəcəsi);
37
- erqonomik xassələr – istisaxlama, küləyə davamlılıq, uşaq bədəninin
xüsusiyyətlərinin nəzərə alınması, istifadə rahatlığı, tozgötürmə və s.
- etibarlılıq və təqribi istehlak müddəti.
Hər qrupda baza modelinin ətraflı xarakteristikasını, başqa modellər üçün isə
forma quruluşunun xüsusiyyətlərini və xassələrində olan fərqi qeyd edirlər.
Model qruplarını bir-biri ilə müqaisə edib, sifariş üçün modellər seçib,
müqavilə bağlanması üçün mal göndərənlər tərəfindən təklif olunan məmulatların
çeşid müxtəlifliyinə qiymət verirlər.
Konstruksiya və emalın geyimin keyfiyyətinə təsiri.
Geyimin konstruksiyasının layihələndirilməsi zamanı model dəqiq təsvir
olunmalı və qabaqcadan təyin edilmiş bütün insan fiqur tiplərinə düzgün oturması
təmin edilməlidir. Konstruksiya geyimin əksər xassələrinə - xarici görünüşünə,
məmulatın istifadə rahatlığına, formasaxlamasına, təmir mümkünlüyü və təkrar
istifadəsinə, istifadə müddətinə təsir edir. Bütün bu xassələr detalların cizgi
quruluşlarının düzgün hesablanması, geyimin bədənə sərbəst yapışması üçün
cəmlənmiş açılmaların düzgün təyin edilməsi, bundan başqa formalaşma seçiminin
bu və ya başqa üsulunun seçilməsi emalı, detalların birləşməsindən və s. asılıdır.
Balansın geyimin keyfiyyətinə təsiri. – balansı empirik düstur ilə
hesablayırlar:
b = (U
bq
- U
bk
)/ 2 + 0,2 (C
dyI
- C
dyII
) – 0,2(C
ş
+ a)
burada: U
bq
– belin uzunluğu qabaqdan, sm,
U
bk
– belin uzunluğu kürəkdən, sm,
(C
dyI
, C
dyII
) – döş yarımçevrəsi 1-ci və 2-ci, sm,
C
ş
– boyun yarımçevrəsi, sm,
a – kənarlaşma məmulatın növündən asılıdır, sm.
38
Rəqəmlər standartda tiplərin ölçüləri cədvəlindən götürülür.
Kənarlaşmanın məmulatın keyfiyyətinə təsiri.
Hazır məmulatın hansısa bir hissəsinin (Ö
məm
) ölçü həcmini aşağıda göstərilən
düsturla təyin edirlər.
Ö
məm
= Ö
f
+ A
boş
Ö
f
– həmin hissənin fiqur ölçülməsi;
A
sq
– bel layihəsində sərbəst yapışma üçün kənarlaşma göstəricisi;
Deməli, hazır məmulatda A
boş
= Ö
məm
– Ö
f
olacaq.
Məmulatın ölçülərinin nəticələrini və fiqur tipinin ölçülmələrinin
məlumatlarını cədvələ salırlar, kənarlaşmaları hesablayıb, onların təyinatını izah
edirlər.
Kənarlaşma ölçülərini kiçildəndə məmulat dar olur, ensizlik nöqsanı yaradır
və istifadə zamanı eninə istiqamətində qırışlar və büzmələr nöqsanı kimi üzə çıxır.
Bundan başqa, daraldılmış məmulat müntəzəm təsir edən dartıcı yük nəyicəsində
etibarsız olub daha tez dağılmaya məruz qalır.
Cədvəl. 5
№
Məmulatın ölçüsünün adı
Məmulatın
ölçüsü, sm.
Fiqur tipinin
ölçüsü, sm.
Sərbəst
oturmanın
kənarlaşma
qiyməti, sm
1
Məmulatın qol yeri altından
eni
60,0
C
b
=50,0
+10,0
2
Bel xəttinin eni
45,0
C
b
=40,0
+5,0
3
Çanaq xəttinin eni
62,0
C
o
=55,0
+7,0
39
4
Qol altı yerin eni (açıq
görünüşdə)
35,0
Ç
o
=30,3
+4,7
5
Qolun aşağıdan eni
25,0
Ç
bilək
=22,0
+3,0
6
Qolun uzunluğu
60.0
U
q
=61,0
- 1,0
7
Belin ən ensiz yerində eni
(qolların birləşən yerin tikişlə
arası)
20,5
E
kürək
=19,0
+1,5
8
Qabaqdan orta xəttən qol
yerindən
ensiz
yeri
xəttdinədək ətəyin eni
23,0
E
oyma
=21,0
+2,0
Geyimin çeşidinin öyrənilməsi.
Geyimin çeşidi optimal, elmi əsaslandırılmış, rasional strukturlu olmalıdır.
Çox vacibdir ki, bu adi analoji, bir-birindən az fərqlənən məmulat yığımı yox,
xassələrinə görə bir-birindən fərqlənən və müxtəlif ehtiyacları təmin edən məmulat
toplusu olsun.
Yəni böyüklər üçün qadın geyimlərinin çeşidi dedikdə “ünvansız” modellər
libasları yox, ziyafət və gündəlik, iş, ev, dincəlmək üçün donlar, bununla belə don-
kostyum, don-palto, sarafan, bluzkalar, bluzalar, yubkalar, şalvarlar, jaketlər,
kardiqan, jilet-palto, pelerina, bəzəkli ansambıllar, çimərlik dəstləri olmalıdır. bu
məmulatların modelləri müxtəlif yaş qruplarına – cavan, orta yaşlı və s. –
istehlakçılar üçün nəzərdə tutlmuşdur.
Bundan başqa, hər məmulatın payı ümumi kütlədə hesblanıb əsaslanmalıdır.
Məsələn, ayrı-ayrı ölçülərin, boy və doluluqların nisbəti verilən regionun əhalisinin
strukturu bədən quruluşunun tiplərinə görə uyğun olmalıdır.
40
Nameklatura və məmulatın təyinatını öyrənərkən standartlar və hərəsindən 1
nüsxə olan palro, kostyum, don, dəyişək və korset məmulatı, baş geyimindən ibarət
olan 5-6 ədəd məmulat dəsti əsas materiallar sayılıb istifadə olunmalıdır.
Terminalogiyanı öyrənərkən analoji təyinatlı olan müxtəlif növ məmulatların
forma xüsusiyyətlərini və ya analoji adlarını qeyd edirlər.
Dəstə daxil olan məmulatı xarakterizə edərkən onun təyinatını öyrənmək və
istifadə qaydalarını əsaslandırmaq lazımdır. Məmulatın təsvirində geyimin hansı
qruppaya aid olduğu (məişət, idarə, idman və ya xüsusi), nameklaturaya görə adı,
əsas materialı, hansı yaş-cins qrupuna və iqlim şəraitinə məxsus olduğu və s.
göstərilir. Məmulatın başqa təyinat xüsusiyyətlərini və istifadə qaydalarını – yüngül
və yaxud üst geyimi olduğunu; gündəlik və ya bəzəkli, ziyafət üçün; gündüz və ya
gecə vaxtı, ev və ya iş üçün olduğunu qeyd edirlər.
Çeşidi
ixtisaslandırılmış
ticarət
müəssisələrində
öyrənmək
daha
məqsədəuyğundur. Tədris şəraitində bu məqsəd üçün jurnal, kataloq və müxtəlif cür
çiyin və kəmərli məmulat və baş geyimlərindən ibarət olan məmulat dəstlərindən
istifadə etmək olar.
Tikili malların keyfiyyətinin təhlili və sortunun təyin edilməsi.
Tikili malların keyfiyyətini öyrənərkən dərslik, mühazirə mətni, standart və
texniki şərtlər, tikili malların hazırlanmasının keyfiyyətinə verilən texniki
tələblərdən istifadə olunur. Standartda verilən hazır tikili məmulatlarının
keyfiyyətinin yoxlanılması və məişət tikili mallarının sortunu (sortlaşmasını)
diqqətlə öyrənirlər.
Qruplar üzrə nəzərdən keçirilən tikili malların nöqsanlarının öyrənilməsi
zamanı əsas diqqət xarici görünüşünə, geyimin bədəndə oturması, məmulatın
biçilməsi və tikilməsinə, parçaların xarici görünüşünə yetirilir.
Yuxarıda göstərilən materialı mənimsədikdən sonra 3 cür məmulatı seçərək
41
(üst, yüngül və alt geyimi) keyfiyyətinə görə qəbul edirlər.
Tikili malların keyfiyyətini yoxlayarkən onların üz və astar tərəfdən xarici
görünüşünü nəzərdən keçirib, bütövlükdə və ayrı-ayrı detal və hissələrini ölçürlər.
Məmulatın xarici görünüşü, onun bədəndə oturması, texnoloji emalın keyfiyyəti
yoxlamanın əsas obyektləri sayılır.
Məmulatın emalının keyfiyyətinin yoxlanılması.
Məmulata müqəvva və stol üzərində çöl və iç hissələrinə baxırlar. Bu zaman
məmulatın emalına verilən texniki tələblərdən istifadə edilməlidir. Biçim
keyfiyyətini, məmulatın tikilməsi və emalını “tikili malların keyfiyyətinə görə
qəbulu” Dövlət standartında göstərilən qəbul etmənin əsas qaydalarına görə
yoxlayırlar.
Geyimin texnoloji emalının keyfiyyəti onun bütün detallarının olması, astar
və aralıq, detalların forma və simmetrikliyinin düzgünlüyü, geyim və hissələrin
qıraqlarının düzgünlüyü, tikişlərin, sırıqların, ilgəklərin dəqiqliyi, nəmli-isti emalı
və s. amillərlə xarakterizə olunur.
Məmulatın xarici nöqsanlarına görə keyfiyyətinin təhlili.
Tikili məmulatların keyfiyyətcə qəbulu zamanı material və furnituranın
keyfiyyəti diqqətlə yoxlanılır. Aşkar olunan nöqsanları onların xarakterinə, yerinə
və ölçülərinə görə xarakterizə edirlər.
Tikili məmulatlarda aşağıdakı nöqsanlar yol verilməzdir: rəngin ton fərqi,
zibilli olması, qabarma, çökmələr, qırışlar, naxışın pozulması. Etalonlarda təyin
olunmuş bu nöqsanlar azgörünən olduqda 2-ci sort məmulatlarda yol veriləndir.
1-ci sort tikili məmulatlarda deşiklər, boya, yağ və çirk ləkələrinə yol
verilmir. Örtülü hissələrdə bu nöqsanlar astar tərəfdən gözənməlidir.
Tikili malların sortlaşdırılmasına aid standarta görə göstərilən parça
42
nöqsanları örtülü detal və hissələrdə yerləşibsə, sayılmırlar.
Tikili malların sortunun təyini.
Tikili malların sortunu onların keyfiyyətcə qəbulu zamanı standarta əsasən
müəyyən edirlər.
Məmulatın sortunu təyin edərkən sorta aid olan DÜİST-ə nöqsanların siyahısı
və yol verilmənin ölçüsünü göstərən cədvəllərdən istifadə edirlər. Burada
məmulatın, geyimin istahlak xassələrinə - xarici görünüşünə, ölçüsünə, fiqurda
oturmasına, materialların çeşidi və keyfiyyətinə, hazır məmulatın qəbul olunmuş
nümunəyə və texniki sənədlərin (standart və texniki məlumatların) uyğunluğuna
əməl edirlər.
Yoxlanılan məmulatın sortunu təyin etdikdən sonra onların keyfiyyətinin
yoxlanması və qəbulu metodikasını, həmçinin yoxlanmanın nəticələrini qeyd
edirlər. Təyin olunmuş istehsal və digər nöqsanlara lazımi xarakteristika verir,
onların əmələ gəlmə səbəblərini göstərirlər.
43
II. Təcrübi hissə
2.1. Respublika bazarına daxil olan tikili malların
təsnifatı və çeşidinin təhlili
Tikili malların növləri olduqca çox müxtəlifdir. Onlar bir birindən fasonuna,
mürəkkəbliyinə, siluetinə, biçiminə, materialına texnoloji emalına və digər
əlamətlərinə görə fərqlənirlər.
Təyinatına görə bütün tikili mallar beş sinifə bölünür: məişət məmulatları,
idman məmulatları, xüsusi geyimlər, idarə geyimləri və milli geyimlər. Istifadə
şəraitindən asılı olaraq ayrı-ayrı qruplara bölünür.
Hər bir sinif tikili mallarda öz növbəsində beş qrupa bölünür: bunlara üst
geyimləri, yüngül donlar, dəyişəklər, tikili xırdavatları, baş geyimləri, ləvazimatlar
və başqa məmulatlar aiddir.
Tikili mallar istehlakçının cins-yaş əlamətlərinə görə kişilər, qadınlar, uşaqlar
üçün nəzərdə tutulur.
Onlar mövsümünə və geyilmə vaxtına görə qış, yay və istənilən vaxt istifadə
edilən olurlar.
Tikili malların hazırlanması üçün yun, ipək, pambıq, kətan və kimyəvi
liflərdən olan parçalardan istifadə edilir. Son zamanlar tikili malların istehsalında
göndən, zamşadan, toxunmayan parça materiallarından, xəzdən və s. geniş istifadə
edilməkdədir.
Təyinatına görə tikili malları ev, gündəlik, çıxış, iş və istirahət üçün nəzərdə
tutulur.
Tikili malların təsnifatı sinif, qrup, yarımqrup və növ üzrə xarakteristikası
aşağıdakı kimi verilir.
44
Cədvəl 6
Qrup
Yarımqrup
Növ (nameklatura üzrə)
Üst paltarı
Palto
Kostyumlar
Palto, yarımpalto, buşlat, plaş, jaket, şinel, plaş-palto,
kurtrka, milli xələtlər, çiyinlik və s.
Kostyum, pencəklər, jilet, jaket, mondir, tolstafka,
yubkalar, vatalı kurtka, kombinizon vəs.
Yüngül
Donlar
Bluzkalar
Yubkalar
Başqa don məmu-rı
Don, don-palto, palto-kastyum, sarafan, xalat, çimərlik
kostyumları.
Bluzkalar, jiletlər, matroskalar, çiyinlik,
Yubkalar, yubka-şalvar, şarovarlar.
Önlüklər, boyunluq, manjet
Dəyişəklər
Üst dəyişəkləri,
Yatacaq
Geyimə aid ol-yan
tikiş xırdavatı
Gündüz köynəkləri, fantaziya və idman üçün
ukrayinka, kubankalar, gecəliklər, boyunluq və s.
Kalson, yataq köynəkləri, dəstlər, üzmək və çimmək
dəyişəyi, trusiklər, pazunkalar, uşaq kambinizonları.
Prostinlər, adiyal altı, yastıq üzü, dəsmallar, təzə
doğulmuş uşaqlar üçün dəst, burun dəsmalı, kasinkalar
və s.
Baş geyimləri
Kepkalar
və
furajkalar
Şilyapalar
Şapkalar
Kepkalar,
matroskalar,
beretkalar,
kapitanka,
furajkalar, pilot və s.
Fetr şlyapalar, samandan olan şilyapalar, ipək
şilyapalar, panama və s.
Uşanki, fin, şapoçkilər, müalicə kalpakları.
Inventarlar
Fərdi və ictimai
istifadə üçün olan
Texniki
təyinatlı
ləvazimatlar
Çantalar, qolçaqlar, əlcəklər, paqonlar və s.
Avtomobil çexolu örtük brezentləri, palatkalar,
meşoklar.
Kişi paltarları 3, qadın paltarları 4 mürəkkəblik kateqoriyasına ayrılır.
Tikili məmulatların hər bir çeşidi üçün xarakteristika vermək mümkün
olmadığından mən onların çeşid xarakteristikasını bir mal qrupu yəni Respublika
bazarına daxil olan qadın geyimlərinin çeşidinin xarakteristikasını verirəm.
|