Nəticə və təkliflər.
Tikili mallar insan tələbatının çox mühüm və geniş sahəsini əhatə edən
mürəkkəb çeşidli istehlak üçün hazır toxuculuq mallarıdır. Tikili malların çeşidinin
genişliyinə görə çox mürəkkəb mal qrupu sayılır. Tikili mallar qeyri-ərzaq malları
içərisində mal dövriyyəsinin 30%-ni təşkil edir.
Paltarın ən birinci əhəmiyyəti insan bədənini soyuqdan mühafizə etməsidir.
Paltardan istifadə etməklə insan bədənində istiliyin sərf edilməsini nizama salır.
Çünki paltar bədəndən ayrılan istilik şüalarının ətrafa yayılmasına maneçilik
göstərərək istiliyi bədənin yaxınlığında saxlayır. Deməli paltarın əsas rolu bədənə
daxil olan havanın hərəkətini nizamlamaqdan ibarətdir. Paltar insan bədənindən
şüalanan istiliyin 50%-ni bədən ətrafında saxlayır.
Beləliklə, insan yaşayışında paltar birinci əhəmiyyətə malik olan əşyaya
çevrilmiş və insanın yaşına, peşəsinə, ictimai məşğulliyətinə uyğunlaşdırılmışdır.
Tikili malların keyfiyyəti onların istehsal prosesində formalaşır.
Paltarların
kütləvi surətdə istehsalı aşağıdakı ardıcıllıqla aparılan mərhələlərdən ibarətdir.
1. modelləşdirmə,
2. quraşdırma (konstruksiya prosesləri),
3. parçanın biçilməyə hazırlanması və biçilməsi,
4. məmulatın tikilməsi,
5. bəzək əməliyyatı.
Birinci iki mərhələyə (modelləşdirmə və quraşdırma) paltarın layihələndirilməsi
deyilir.
Insan bədəninin ölçü xarakteristikası ayrı-ayrı ölçüləri və yaxud ölçü
əlamətlərini özündə cəmləşdirir. Geyimlərdə istifadə olunan bütün ölçü
əlamətlərinə döş çevrəsinin, bədənin eni və uzunu ölçüləri aiddir.
59
Ikinci mühüm göstərici boydur. Boy dedikdə bədənin ayaqqabısız baş
nahiyyəsindən dabana qədər sm-lə uzunluğu kimi başa düşülür. Kişilərdə I boy 158
sm-dən başlayaraq ± 3 (6 sm-ə qədər ) artırıla bilər. Kişilərdə boy 0-7-yə qədər,
qadınlarda isə 1-7-yə qədər olur. Böyüklər üçün olan hər bir geyim üçün 5
variantda boy uzunluğu vardır: I, II, III, IV və V.
Doluluq dedikdə bel və omba yarımçevrəsi uzunluğunun döş yarımçevrəsi
uzunluğuna (sm-lə) olan nisbəti kimi başa düşülür. Bu göstərici bədii mürəkkəbliyi
tipini və yaşlı adamların fiqurlarının yaş dəyişkənliyini xarakterizə edir.
Tikili malların hazırlanmasında əsas mərhələlərdən biri də paltarların
modelləşdirməsidir. Modelləşdirmənin əsas vəzifəsi gözəl, rahat və müxtəlif
fasonlu gigiyenik tələblərə cavab verə bilən geyimlərin hazırlanmasından ibarətdir.
Geyim modellərinin işlənib hazırlanması rəssam-modelçilər və konstruktorlar
tərəfindən müasir modanın istiqamətlərini, istehsalın və ticarətin vəziyyətini nəzərə
almaqla başa çatdırılır.
Paltarların biçim əməliyyatları üçün istehsalın quraşdırma (konstruksiya)
prosesinin çox böyük əhəmiyyəti vardır. Platarların konstruksiyalaşdırılması
zamanı təsdiq edilmiş model üzrə məmulatın detallarının çertiyojları hazırlanır,
habelə lekalların hazırlanması və yoxlanılması başa çatdırılır. Lekallar, yəni
məmulatın detallarının ülgüsü kartondan və kağızdan hazırlanır. Texniki
çertiyojları, lekalları, onların yoxlanılmasının və dəqiqləşdirilməsini geyimlərin
konstruktorları hazırlayırlar.
Biçmə prosesi hazırlıq və əsas əməliyyatlardan ibarətdir. Parçaların biçim
əməliyyatları üçün istehsalın düzgün təşkilinin böyük əhəmiyyəti var. Stol
üzərində üst-üstə yığılmış parça laylarının üzərinə ülgülər düzülür, təbaşir ilə xət
aparılır və maşın vasitəsilə kəsirlər. Parça biçildikdən sonra dəstləşdirmə
əməliyyatı aparılır. Dəstləşdirilmiş detallar tikiş sexinə göndərilir. Məmulatlar tikiş
sexində tikildikdən sonra ütüləmə əməliyyatından keçirilir.
60
Son arayışlandırma əməliyyatı – tikiş prosesindəki bu əməliyyata ilgəklərin
açılması, düymələrin tikilməsi, qarmaqların və knopkaların tikilməsi, bəndlərin
hazırlanması, məmulatın təmizlənməsi, axırıncı dəfə ütülənməsi və buxara
verilməsi kimi əməliyyatlar daxildir.
Paltata qarşı qoyulan tələblər həmin paltarın təyinatına uyğun olmalıdır. Qış
paltarı yüksək istilik saxlamaq qabiliyyətinə malik olmalıdır, yay paltarı əksinə
yaxşı hava və isti keçirən olmalıdır.
Paltarlara verilən tələbləri 3 qrupaya bölmək olar:estetik tələblər, gigiyenik
tələblər, istismar tələbləri.
Geyimlərin estetik tələb xassələri onların təyinatı və istehlak şəraiti ilə təyin
olunur.
Geyimlərə verilən gigiyenik tələblər insanların həyat fəaliyyəti üçün olduqca
zəruridir. Geyimlərin gigiyenik olması istehlakçıların həyat fəaliyyətini təmin edir.
Belə ki, geyimlərin gigiyenik xassələrinin yüksək olması istehlakçının istilik
itirməsini azaldır, bədəndə daimi temperaturun olması üçün şərait yaradır,
orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa
imkan verir. Geyimlərə qoyulan ən vacib tələblərdən birisidə onun istismar
müddətinin uzun olması və yaxud xidmətinin daha çox olmasıdır.
Geyimlərin keyfiyyətinin qiymətləndirilməsində orqanoleptik, ekspert,
sosioloji, laboratoriya metodlarından istifadə olunur.
Yerli ticarət təşkilatına tikili mallar Türkiyədən, İtaliyadan, İngiltərədən,
Polşadan, Rusiyadan, Dubaydan, Çindən, Fransadan daxil olur.
Bütün tikili mallar xarici görünüşünə, materialına, hazırlanma keyfiyyətinə
görə texniki normativ sənədlərin tələblərinə uyğun olmalıdır. Onlarda rast gələn
nöqsanların xarakteri, ölçüsü, yerləşdiyi yer və miqdarı, əsas materialın xarici
görünüşündəki nöqsanlar və sortu standarta əsasən normalaşdırılır.
61
Yerli ticarət təşkilatlarında satılan tikili məmulatlarda bir sıra nöqsanlar
aşkar etdim. Bu haqda təcrübi hissənin ikinci bölməsində ətraflı məlumat
vermişəm.
Beləliklə, yuxarıda yazılanlara əsasən aşağıdakı təkilifləri verirər.
1.
Qadın kostyumları həddindən çox baha olduğundan əhalinin çoxunun
büdcəsinin imkanı zəruri lazım olan qarderobları almaqda çətinlik çəkirlər. Yaxşı
olardı ki, dövlətin qiymət siyasətində bu problemin alıcının xeyrinə həll ediləydi.
2. Respublikamız müharibə şəraitində olduğuna görə tikiş fabrikləri
müharibə üçün lazım olan məmulatları tikirlər. Yaxşı olardı ki, bunlarla bərabər
qadın geyimləri də istehsal edilsin.
3. Azərbaycan respublikasının ticarət təşkilatına həddindən çox müxtəlif
çeşidli parçalar daxil olur və respublikamızda çoxlu tikiş fabrikləri vardır. Yaxşı
olardı ki, gətirilən parçaların hesabına tikiş fabriklərində qadın üst geyimlərinin
istehsal edilməsi məqsədə uyğundur, həm əhali ucuz geyimlərlə, həm də işlə təmin
olar.
4. Bazar iqtisadiyyatına keçid şəraitində rəqabət mühitinin yaradılması qadın
geyimlərinin keyf iyyətinə verilən tələblər daha da artdığından alıcılar heç də
həmişə razı qalmır. Buna görə də istehlakçıların hüququnun qorunması baxımından
istehlak bazarına daxil olan qadın kostyumlarının keyfiyyətinə nəzarətin təşkili
labüddür.
62
Ədəbiyyat.
1. Ə.P.Həsənov və başqaları. Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları.
Bakı 2010.
2.Ə.P.Həsənov və başqaları. Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2009.
3. Ə.P.Həsənov, C.M.Vəliməmmədov. Toxuculuq malları. Bakı 1982.
4. Ə.P.Həsənov, C.M.Vəliməmmədov. Tikili mallar əmtəəşünaslığı. Bakı 1982.
5.Ə.P.Həsənov
və başqaları. İstehlak
mallarının ekspertizasının
nəzəri
əsasları.Bakı 2003
6. Ə.P.Həsənov, A.H.Həsənov və başqaları. Əmtəəşünaslıq və kimya. Bakı,”Elm”
2006
7. Ə.P.Həsənov və başqaları.Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı II hissə
Bakı 2005,
8. Ə.P.Həsənov və başqaları.Qeyri-ərzaq malları əmtəəşünaslığı. Bakı 1987
9. Azərbaycan sovet ensklopediyası.Bakı IX cild 1986
10. Т.Г.Багатырева и др. Справочник товароведа непродовольственные
товары. Москва Экономика,1 том 1988
11. Г.Ф.Пугачевский и др. Товароведение промышленных товаров.Москва,
Экономика 1978
12.
Г.А.Барисова.
(редактор).Товароведение
текстильных,
швейных,
трикотажных и пушно-меховых товаров. Москва, Экономика 1971.
13. Л.И.Деряабина Товаровидение тканей, одежды, обуви. Москва,
Экономика 1979.
14.
К.В.Большаков
и
др.
Спровочник
товароведа
промышленных
товаров.1том. Москва, Экономика 1974
63
15. К.В.Большаков и др. Спровочник товароведа непродовольственных
товаров.1том. Москва, Экономика 1982
16. Т.С.Гусейнова и др. Товароведение швейных и трикотажных товаров.
Москва, Экономика 1971.
17. Т.С.Гусейнова и др. Товароведение швейных и трикотажных товаров.
Москва, Экономика 1991.
18. В.Г.Агбаш и др. Товароведение непродовольственных товаров. Москва
Экономика 1989.
19. Л.А.Легкун. Контрол качества одежда в торговле. Москва, Экономика
1988
20. И.М.Лифиц и др. Исследование непродовольственных товаров. Москва,
Экономика 1988
21. В.П.Горбунова, Э.П.Тесля Парядок и факт приемни товаров по
количеству и качеству. Москва Экспортное бюро 1995
22. В.И.Теплов Коомерческое товароведение. Москва Издательский Дом-
Дашков и компанич 2000
23.
И.В.Егоров
Курс
лекций
Коммерческое
товароведение
непродовольственных товаров. Московской университет потребительской
кооперации 1999.
24. М.Бурова. Товароведение непродовольственных товаров. Москва.
Изд.2001
25. З.Г.Савина, М.С.Комаровская Практические работы по товароведение
непродовольственных товаров. Москва, Эко-ка.1982
26. В.Ф.Елизарова Товароведение непродовольственных товаров. Москва,
Экономика 1983.
64
27. ГОСТ 15467-70 «Качествю продукции Терминь »
28. А.Т.Галубятникова и др. Исследование непродовольственных товаров.
Москва, Эко-ка.1982
29. Н.С.Казанцева Товароведение непродовольственых товаров. Москва 2008
30. М.А.Николаева Товароведение потребительских товаров. Москва 1997
31. Azərbaycan sənayesi. Bakı 2010
.
32. Ticarət təşkilatlarının materialları
33. İnternet materialları
Dostları ilə paylaş: |