1. Geyimlərə verilən estetik tələblər.
Geyim insanların xarici görünüşünün müəyyən qaydada tərtib edilməsində
əsas vəzifəni yerinə yetirir. Buna görə də məmulatların bədii cəhətdən tərtib
edilməsi çox vacib və bəzəndə birinci dərəcəli tələb sayılır. Geyim nəinki özü-
özülüyündə gözəl olmalıdır, eyni zamanda insanı bəzəndirmə qabiliyyətinə malik
olmalıdır. O növ geyim məmulatları yüksək estetik tələblərə uyğun gələ bilər ki,
onun modası müasir, gözəllik qanunauyğunluqlarına və tamaşaçı baxışına cavab
verə bilsin. Belə halda həmin məmulat insanlarda estetik hisslərin oyanmasına və
ödənilməsinə səbəb ola bilər.
Hər bir cəmiyyətin gözəllik haqqında estetik ideaları olmuşdur. Müasir
şəraitdə geyimlərin estetik idealı onun istifadəsinin rahatlılığı, gözəl tərtib
edilməsinin əmək və məişətə uyğun gəlməsi, həm də müasir insanın xarici
görünüşünə cavab verməsidir. Ölkəmizdə avropa geyim biçiminin tətbiqi zamanı
15
milli geyimlərin elementləri, daha çox tətbiq edilir. Milli kostyumlar özlərinin
yararlılıq və estetik xassələrini özündə əks etdirə bilir.
Geyimlərin estetik tələblərinə təsir edən ən vacib amillərdən birisi moda və
stildir (üslub). Stil və yaxud da üslub dedikdə müəyyən dövrün incəsənəti üçün
səciyyəvi olan obrazlı sistemin ümumiliyi, bədii ifadə vasitələri başa düşülür.
Hər hansı bir üslub çərçivəsi daxilində geyimin formasında müəyyən
dəyişikliklərin edilməsi modaya aiddir. Moda dedikdə müəyyən ictimai mühitdə bu
və ya digər zövqlərin geyimdə ağalıq etməsi başa düşülür. Moda orjinallıqdan,
qeyri-adi görünmək və yaxud fərdi zövqü ifadə edən bir şey yaratmaq cəhdindən
başlanır. Insanın zövqlə və moda ilə geyinmək arzusu tamamilə təbiidir. Moda öz
kostyumuna, mənzilinə, şəxsi zövq payı gətirilməsinə maneəçilik törətmir.
Modanın daim dəyişməsində məişətdə yeninin və daha yaxşının yaradıcı surətdə
axtarışı əks olunur. modanın səbəbi və onun zəruriliyi də elə məhz bundan
ibarətdir.
Modanın dəyişilməsinə müxtəlif amillərin təsiri vardır. Buraya ilk anda
istehsalına sərf edilən materiaalın dəyəri və əlverişliliyi aiddir. Bununla bərabər bu
və ya digər geyim formasının genişlənməsinə idealoji amillərində böyük təsiri
vardır.
Geyim modalarının dəyişilməsində insanların pisixoloji amillərinin də rolu
vardır. Insan bahalanmaya, orjinallığa və yeniliyə doğru sövq etməyə daha çox
həssas olur. gözəl bir geyimi görən hər bir şəxs onu özü üçün almağa can atır.
Moda o zaman təsdiq edilmiş hesab olunar ki, əhalinin əksəriyyət hissəsi ona meyl
etmiş olsun.
Siluet dedikdə əşyanın kölgəsinin müstəvi halında bir rəngli əksi başa
dşülməlidir. Siluet məmulatın bel nahiyyəsinə yapışma dərəcəsi, çiyinin
hündürlüyü və eni, qolunun biçilməsi və ətəyinin tərtibatı ilə xarakterizə olunur.
siluet məmulatın bədii cəhətdən tərtibatında ən əsas element sayılmaqla modaya
nisbətən daha çox hərəkətdə olur.
16
Geyimlərin estetik tələb xassələri onların təyinatı və istehlak şəraiti ilə təyin
olunur. Məsələn, rəqs və ev işi üçün istehsal olunan geyimlərin forması tamamilə
biri-birilərindən fərqlənir; müəyyən bir formanı yaratmaq üçün müəyyən xassəli
parça lazımdır. Məmulatın təyinatından asılı olaraq onun rənginin, həlli və
kompozisiyasının səlisliyi müəyyən edilir; müəllimlər, ekskursiya və buna bənzər
sənət, peşə adamlarının geyimlərində rəngin seçilməsi elə olmalıdır ki, baxan
adamların gözünü yormamaqla onları özünə cəlb etməməlidir. Lakin bunun əksinə
olaraq müğənnilərin geyimlərinin rəngi elə olmalıdır ki, o dinləyiciləri özünə daha
çox cəlb edə bilsin.
Geyimlərin estetik xassələri nəinki onun modelindən asılıdır, həm də
materialın xassəsindən, konstruksiyasından və məmulatın texnoloji emalından da
çox asılıdır. Müasir gözəl geyimlərin yaradılmasında parçanın tərtibatını, xassəsini,
lif tərkibini nəzərə almamaq mümkün deyil. Onun insan bədəninə düzgün oturması
dəqiq konstruksiyalaşdırmanın yerinə yetirilməsindən çox asılıdır.
2.Geyimlərə verilən gigiyenik tələblər.
Geyimlərə verilən gigiyenik tələblər insanların həyat fəaliyyəti üçün olduqca
zəruridir. Geyimlərin gigiyenik olması istehlakçıların həyat fəaliyyətini təmin edir.
Belə ki, geyimlərin gigiyenik xassələrinin yüksək olması istehlakçının istilik
itirməsini azaldır, bədəndə daimi temperaturun olması üçün şərait yaradır,
orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa
imkan verir. Geyimlərə verilən gigiyenik tələblər insan orqanizminin fizioloji
xüsusiyyətləri ilə sıx surətdə bağlıdır.
Geyimlərə verilən gigiyenik tələblərin əsas vəzifəsi ondan ibarətdir ki, onlar
insanın normal həyat fəaliyyətini təmin etmiş olsun, istilik itirilməsini aşağı
salmaqla bədənin daimi temperaturasının saxlanılması üçün lazımi şərait yaradsın,
orqanizmanı mühafizə etməklə müxtəlif iqlim şəraitində insanın iş fəaliyyətini
saxlaya bilsin. Bütün göstərilən bu tələblər bilavasitə insan orqanizminin fizioloji
xüsusiyyətləri sıxı surətdə bağlıdır.
17
Geyimlərin gigiyenik funksiyasını nəzərə alaraq bu tələbləri iki əsas qurupa
bölmək olar:
1. İnsan bədənini xarici mühitin xoşagəlməz amillərindən qoruya bilməsi.
Burada aşağı və yüksək temperaturanın təsirləri, artıq günəş şüalarının,
küləyin, çənin, yağışın, qarın, mexaniki zədələnmələrin təsirləri daxildir.
2. Orqanizmanın normal funksiyasını təmin etmək üçün lazımi şəraitin
yaradılması. Buraya bədənin daimi temperaturasının saxlanılması, maddələr
mübadiləsi məhsullarının (su buxarları, duzlar, yağlar və s.) kənar edilməsi,
bədən təmizliyinin qorunması, tozun, çirkin, mikroorqanizmilərin bədənə
daxil olunmasının qarşısının alınması, normal qan dövranının təmin
edilməsi, normal nəfəs alma və bədən hərəkətini sərbəst olaraq təmin
edilməsi kimi amillər daxildir.
Baxmayaraq ki, müxtəlif təyinatlı geyimlər üçün bu göstərilən tələblərin
əhəmiyyət dərəcəsi müxtəlifdir. Lakin istənilən hər hansı bir geyim məmulatı
yuxarıda adları çəkilən gigiyenik tələb göstəricilərinə malik olmalıdır. Məsələn,
qış geyimlərinə qoyulan əsas gigiyenik tələblərbədəni soyuqdan qoruması, alt
geyimlərinə qoyulan əsas gigiyenik tələblər isə insan bədənində baş verən
maddələr mübadiləsi məhsullarını özünə cəlb etmək və ətraf mühitə verməkdən
ibarətdir.
Xüsusi təyinatlı geyimlər insan orqanizmasını kimyəvi, radioaktiv,
bakterioloji təsirlərdən qorumaqla yanaşı onlar bir neçə əlavə tələblərə də cavab
verməlidir.
Gigiyenik tələblərin ödənilməsi öz növbəsində bir neçə amillərdən yəni
materialların xassəsindən (lifin növü və xassəsi, parçanın quruluşu, həcmi çəkisi)
modelin seçilməsindən, məmulatın konstruksiyasının emalından çox asılıdır.
Məlumdur ki, geyim insan bədəninin 80%-ə qədərini örtə bilir və bununlada
bir başa günəş şüalarının, istinin, küləyin, yağışın təsirindən qorumaqla
orqanizmanı artıq istilik itirmədən və qızmadan qoruya bilir. Geyim ilə bədən
arasında mikroiqlim şəraiti yaradır.
18
Insanın normal həyat fəaliyyətinin qorunub saxlanılmasında geyimlərin
formasının, insan ölçüsünə uyğunluğunu, onun buxar və hava keçirməsinin,
hiqroskopikliyinin,
çəkisinin
ağır
olmasının,
az
çirklənməsinin
və
elektrikləşməsinin də böyük rolu vardır. Geyimlərin gigiyenik cəhətdən əlverişli
olmasında materialın rənginin də müəyyən rolu vardır. Geyimin rəngi günəş
şüalarının qəbul edilməsində və dəf edilməsində böyük əhəmiyyəti olduğundan isti
şəraitdə belə geyimlərin əlverişli olması daha məqsədəuyğundur. Məlumdur ki, ağ
material günəş şüalarını 98% dəf edirsə, qara material isə 99,5% udur. Qırmızı
rəng istilik şüalarını yaxşı dəf edir və materialı qızmadan qoruyur. Qara material
çirklənməni gizlədir, bununlada onun gigiyenik xassəsi pisləşir.
Geyimlərin gigiyenik xassəsini lazımi tələb göstəricilərinə uyğun
gəlməsində çirklənmənin və elektrikləşmənin də xüsusi rolu vardır. Materialın toz
götürməsi onun xarici səthinin xarakteri ilə müəyyən olur. Bundan əlavə burada
lifinin növü və məmulatın konstruksiyasının da əhəmiyyəti çoxdur. Məlumdur ki,
hamar səthli material tozu az götürür, lakin xovlu və mürəkkəb tikiş sırıqlarına
malik məmulat nisbətən çox toz götürə bilir. Geyimlərin çirklənməsinə təsir edən
ən vacib şərtlərdən birisi parçanın elektrikləşməsidir. Adətən sintetik və süni
liflərin bəziləri yüksək elektrikləşmə xassəsinə malik olduğundan bu növ
materiallardan olan geyimlər istehlak zamanı asanlıqla çirklənirlər.
3.Geyimlərə verilən istismar tələblər.
Geyimlərə qoyulan ən vacib tələblərdən birisidə onun istismar müddətinin
uzun olması və yaxud xidmətinin daha çox olmasıdır. Geyimlərin xidmət müddəti
dedikdə məmulatın dağılana qədər təqvim müddəti başa düşülür ki, bunu da
saatlarla, günlərlə, aylar və illərlə hesablayırlar. Geyimin xidmət müddətinin
qurtarması istər məmulatın tam dağılması ilə yaxud da onun xassələrinin
pisləşməsi, modasının dəyişməsi, istehlakçının boy və ölşüsünün dəyişməsi ilə
başa çata bilər.
19
Xidmət müddətinin davam etməsinə birinci növbədə məmulatın dağılmaya
qarşı davamlılığı daha çox təsir göstərir. Məmulatın dağılması dedikdə isə nəticə
etibarı ilə onun xassəsinin pisləşməsi və yaxud parçalanıb sıradan çıxması başa
düşülür. Məmulatın dağılması bir neçə amillərin təsirindən baş verirş bunlardan ən
başlıcası mexaniki, bioloji, fotokimyəvi təsirlərin kompleks halda təsiri, materialın
müxtəlif səthlər vasitəsilə sürtünməsi, material ilə birləşdirilmiş yerlərin müxtəlif
dartıcı və əyici qüvvələrin təsirindən yorulması, parça və digər materialların
havanın oksigeni, işıq, rütubət, temperatura və s. təsirindən köhnəlməsi hesab
edilir. Məmulatın dağıdıcı amillərin təsirinə qarşı əks dayanması onların geyilməyə
qarşı davamlılığı adlanır.
Beləliklə məmulatın xidmət müddətinin başa çatmasına iki əsas amil təsir
göstərir. Məmulatın dağılamı yaxud onun xassələrinin pisləşməsi və istelak
şəraitinin dəyişməsi ilə məmulata olan əhali təlabatının dəyişməsi. Bununla
bərabər məmulatda fiziki və mənəvi köhnəlmə gedir.
Mənəvi köhnəlmə onunla xarakterizə olunur ki, məmulat digər yararlı
xassələrini saxlamaqla xarici görünüşcə istehlakçının tələbini ödəmir, materialının
rəngi onun formasına uyğunlaşmır və nəticədə istehlakçının ölçüsünə uyğun
gəlməməklə məmulat sıradan çıxır. Fiziki köhnəlmə məmulata xarici təsirlərin
kompleks halda təsiri zamanı baş verir. Bu təsirlərin dərəcəsi isə onun təyinatı və
istehlak şəraitindən çox asılıdır.
Məmulatın xidmət müddətinə eyni zamanda onun formasının davamlılığı və
istifadəsinin rahatlığıda böyük təsir göstərir.
Son zamanlar tikili mallar istehsalında yaxşı formalaşma qabiliyyətinə malik
xüsusi parçalardan istifadə edilir. Bunu isə xüsusi arayışlandırıcı maddələrin
iştirakı ilə əldə edilir. Həmin maddə əzilməyə qarşı davamlılıq göstəricisi verir.
Məmulatın istifadəsi zamanı rahatlılığı və ona qulluq etmə qaydası insan
bədəninin ölçülərinin düzgün götürülməsindən, konstruksiyalaşdırılma zamanı
20
çertiyojların
düzgün
yerləşdirilməsindən,
habelə
detalların
formasından,
ölçüsündən, tikişlərin sayından, qatlanmalardan və s. çox asılıdır.
Geyimlərin xidmət müddətinin iqtisadi amillərdən asılılığı vardır.
Geyimlərin ucuz və bahalılığı ölkənin iqtisadi inkişafının ümumi səviyyəsi ilə,
sənayenin vəziyyəti ilə, tikiş sənayesinin texnologiyasının müasirliyi və təşkili ilə,
habelə digər işlərin obyektiv iqtisadi amilləri ilə təyin olunur.
21
1.3. Tikili malların keyfiyyətini
formalaşdıran amillərin xarakteristikası.
Tikili malların keyfiyyəti onların istehsal prosesində formalaşır. Buraya
etalon nümunə halında olan gələcək məmulatın layihəsinin yaradılması və bunun
əsasında geyimin tikiş müəsisəsində hazırlanması daxildir. Kişi üst geyimlərinin
keyfiyyəti bir sıra amillərdən asılıdır. Belə amillərə kişi üst geyimlərinin
tikilməsinə sərf edilən materiallar, layihənin keyfiyyəti (model və quraşdırma) və
məmulatın hazırlanması aiddir.
Paltarın iri qruplar üzrə küllü miqdarda kütləvi və seriyalı istehsalı dövlət
tikiş fabriklərində yerli sənaye müəssisələrində və artellərdə aparılır. Kütləvi
surətdə eyni tipli tikili məmulat istehsalı ixtisaslaşdırılmış iri tikiş fabriklərində
aparılır. Belə fabriklər min və on minlərlə tikili məmulat buraxılır. Seriyalı
istehsalda məmulat ayrı-ayrı seriyalar üzrə aparılır. Seriyalar iri (500-dən 2000
ədədə qədər) və xırda ( 300-dən 500-ə qədər) ola bilər. Fərdi sifariş ilə paltar
tikdikdə onun ölçüsü sifariş verən şəxsin bədəninə görə təyin edilir. Buna
baxmayaraq kütləvi surətdə tikilmiş paltar istehlakçıların əksəriyyətinin boy və
ölçü tələbatına uyğun olmalıdır. Deməli, kütləvi surətdə paltar istehsal etmək üçün
müxtəlif insan qamətlərini öyrənmək, ümumi boy-ölçü şkalaları hazırlamaq
lazımdır. Ümumi qəbul edilmiş ölçülər uyğun olmayan adamlar üçün paltar fərdi
sifariş üzrə tiklir.
Paltarların kütləvi surətdə istehsalı aşağıdakı ardıcıllıqla aparılan
mərhələlərdən ibarətdir.
1.modelləşdirmə,
2.quraşdırma (konstruksiya prosesləri),
3.parçanın biçilməyə hazırlanması və biçilməsi,
4.məmulatın tikilməsi,
5.bəzək əməliyyatı.
22
Birinci
iki
mərhələyə
(modelləşdirmə
və
quraşdırma)
paltarın
layihələndirilməsi deyilir. Layihələndirmə prosesləri bütün sifariş edilmiş mal
partiyası üçün bir dəfə aparılır. Yəni modelin layihəsi hazırlanır, onun etalonu
yaradılır və bu etalon üzrə məmulat hazırlanır.
Paltarın kütləvi istehsalı üçün fiqurların təsnifatı.
Adından məlum olduğu kimi kütləvi tikiş kütləvi istehsalçılar üçün
hazırlanan geyimlərin istehsalında tətbiq edilir. Bunun özünə məxsus xüsusiyyəti
vardır. Burada həmin fiqur olmur. Burada elə ölçü götürülür ki, həmin ölçü
əksəriyyət istehlakçının ölçüsünə uyğun gəlir. Burada ən çox rast gələn fiqur əsas
götürülür. Bu məmulatlar antropoloji ölçüləri götürməklə əldə edilir. Fiqurlar ölçü
və formasına görə qruplaşdırılır. Standart tipli fiqurların aydınlaşdırılması standart
antropoloji ölçülərin əsas vəzifələrindən birisi sayılır.
Insan bədəninin ölçü xarakteristikası ayrı-ayrı ölçüləri və yaxud ölçü
əlamətlərini özündə cəmləşdirir. Geyimlərdə istifadə olunan bütün ölçü
əlamətlərinə döş çevrəsinin, bədənin eni və uzunu ölçüləri aiddir.
Tikiş sənayesində əsas əlamətlər kimi ölçü, boy və doluluq göstəriciləri
istifadə olunur.
Geyimdə ölçü insan fiqurunun və məmulatın döş yarımçevrəsinin sm-lərlə
uzunluğu kimi başa düşülür. Buna uyğun olaraq tipik fiqurların ölçülərə görə
aşağıdakı kimi sinifləşdirilməsi vardır. Lakin əvvəllər ölçü döş çevrəsinin
uzunluğunun yarısı kimi götürülürdü və təsnif edilirdi. Hər bir ölçü təsnifatı
əslində kişilər üçün 92, 96,100,104,108 və sair kimi artırıla bilər.
Ikinci mühüm göstərici boydur. Boy dedikdə bədənin ayaqqabısız baş
nahiyyəsindən dabana qədər sm-lə uzunluğu kimi başa düşülür. Kişilərdə I boy 158
sm-dən başlayaraq ± 3 (6 sm-ə qədər ) artırıla bilər. Kişilərdə boy 0-7-yə qədər,
qadınlarda isə 1-7-yə qədər olur. Boy üzrə insan fiqurlarının təsnifatı aşağıdakı
kimidir.
23
Cədvəl 3.
Boyun nömrəsi
Kişilər
Qadınlar
Boy
Boyun
orta
göstəricisi,
sm-lə,
Boy
Boyun orta
göstəricisi,
sm-lə,
O - kiçik
146-151,9
149
-
-
I - kiçik
152-157,9
155
141-146,9
144
II - ortadan kiçik
158-163,9
161
147-152,9
150
III - orta
164-169,9
167
153-158,9
156
I V - ortadan
böyük
170-175,9
173
159-164,9
162
V - böyük
176-181,9
179
165-170,9
168
V I - böyük
182-187,9
185
171-176,9
174
VII - böyük
188-194
191
177-183
180
24
Böyüklər üçün olan hər bir geyim üçün 5 variantda boy uzunluğu vardır: I, II, III, IV
və V.
Doluluq dedikdə bel və omba yarımçevrəsi uzunluğunun döş yarımçevrəsi
uzunluğuna (sm-lə) olan nisbəti kimi başa düşülür. Bu göstərici bədii mürəkkəbliyi
tipini və yaşlı adamların fiqurlarının yaş dəyişkənliyini xarakterizə edir.
Doluluq əhalinin yaş xüsusiyyətini aşkar edir, yəni böyük doluluq yaşlılar
üçün və kiçik doluluq isə cavanlar üçün nəzərdə tutulur.
Təcrübədə bel çevrəsinin və omba çevrəsinin uzunluğu standartda təsnif
edilir. Kişidə 92 (döş qəfəsi ) ölçüdə bel çevrəsi 70-dən başlayır.
Tikiş materialları.
Paltarların hazırlanması üçün materiallar təyinatına görə əsas, aralıq, istilik
mühafizə edən, hissələri birləşdirən, bəzək və furnitura materiallarına bölünür. Əsas
materiallara üz materiaları və astarlıq üçün olan yun, ipək, pambıq, kətan,
toxunmamış materiallar, süni xəzlər, zamşa, təbii gönləri və sairə daxildir. Son
illərdə və hal hazırda süni və sintetik materialların tətbiqi daha genişlənmişdir.
Paltarların təyinatından asılı olaraq müxtəlif parça və digər materiallar tətbiq
edilə bilər. Bu materiallar sürtünməə davamlı, yaxşı isti saxlayan və gigiyenik
olmalıdır. Süni xəzlər parça və trikotaj əsaslı olur. Təbii və süni gönlərdən palto,
yarım palto, kurtka, baş geyimləri və s. hazırlanır. Aralıq üçün olan materiallar
paltara upruqluq, bərklik və sair üçün işlədilir. Bura yan (döş, ətək) üçün bərklik
verici (kətan-tük, yarımkətan, pambıq) tük parça, flizelin, cuna, tesma və s. aiddir.
Bunlar özləri də müxtəlif olurlar. Məsələ ,bərklik vericilər sıx, saya, rəngli və s.
olur.
Istilik mühafizə edici material kimi vata(pambıq, yun) təbəqə, vata porolon,
tiftik, süni gön, təbii gön, xəz, boyunluq, manjet və s. işlənilir.
Paltarların istehsalında işlənən bərkidici, birləşdirici material kimi –tikiş
25
sapları, yapışqan və termoplastik materiallar və s. daxildir. Bəzək materiallarına sap,
iplik, muncuqlar, şüşə lifləri, kurujeva, tül, qaytan, lent və s. aiddir.
Furnituralar – düymələr, ilmələr, toqqalar, saplar, basma düymələr və s.
aiddir.
Paltarların modelləşdirilməsi.
Geyimlərin modelləşdirilməsi dedikdə birinci növbədə modelin hazırlanması
prosesi başa düşülür ki, gələcəkdə istər kütləvi halda, istərsədə fərdi halda geyimlər
buna əsasən hazırlanır.
Modelləşdirmənin əsas vəzifəsi gözəl, rahat və müxtəlif fasonlu gigiyenik
tələblərə cavab verə bilən geyimlərin hazırlanmasından ibarətdir. Geyim
modellərinin işlənib hazırlanması rəssam-modelçilər və konstruktorlar tərəfindən
müasir modanın istiqamətlərini, istehsalın və ticarətin vəziyyətini nəzərə almaqla
başa çatdırılır.
Geyimlərin modelləşdirilməsi modalar evində, tikiş sənayesinin təcrübi-
texniki laboratoriyalarında və son illərdə isə iri həcmli tikiş fabrikləri və birliklərinin
eksperimental sexlərində həyata keçirilir.
Modelləşdirilmə prosesi zamanı modelin əsasını yaradan onun forması sayılır.
Bu isə özü bir neçə amillərdən, yəni insan bədəninin formasından, onun yaşından,
xarici görünüşündən, onun fəaliyyətinin xarakterindən, ilin vaxtlarından çox asılıdır.
Geyim formasının insan bədəninin formasından asılılığı geyimin təyinatı,
habelə onlara qoyulan yararlılıq və gigiyeniklik tələbləri ilə sıxı surətdə bağlıdır.
Geyimin forması və rəngi ilin fəsilləri dəyişdikcə dəyişə bilər. Bununla
bərabər o, estetik tələblərdən və modadan da çox asılıdır.
Geyimlərdə cizgilər modelin ümumi konturunun (çevrəsinin) və ayrı-ayrı
detallarının konturunun yaradılmasında əsas rol oynayır. Geyimlərdə 3 qrup cizgilər
mövcuddur: siluet, konstruktiv və dekorativ cizgilər. Siluet cizgilərinə çiyin, bel və
26
aşağı hissə cizgiləri aiddir.
Geyimlərdə əsas 4 cür siluet mövcuddur: bədənə yapışan, yarım yapışan, düz
və sərbəst siluetlər.
Geyimlərdə yaradılmış forma müxtəlifliyi 3 əsas yerə bölünür: ciddi, idman
və fantaziyalı forma.
Ciddi formalı məmulatlar üçün düz və yığcam cizgilər düz və yaxud da
yarımyapışan siluet, arayışlandırma tətbiq edilmədən minimum detallara malik olma
əsas elementlərdir.
Idman formalı geyimlərdə insan bədəninin boy-buxunluluğu və idmançıya xas
olan elementləri hiss edilir. Belə geyimlər üçün üsdən qoyulan ciblər, qapaqlar,
kəmər, manjetlər, kəmərcik, koketka (büzmə), arayışlandırıcı sırıqlar daha
xarakterik haldır.
Fantaziya formalı geyimlər digərlərindənmürəkkəb konstruktiv və dekorativ
cizgilərin olması, detalların müxtəlifliyi, biçiminin mürəkkəbliyi və müxtəlif
arayışlandırıcılı olması ilə fərqlənir.
Modelləşdirmə prosesi 2 mərhələdən, yəni modelin kompozisiyasının
yaradılmasından və onun material üzərində yerinə yetirilməsindən ibarətdir. Birinci
mərhələdə rəssam modelçi modelin kompozisiyası üzərində işləyir. Modelin
kompozisiyası eskiz və rəssamlıq planında tətbiq oluna bilər. Modelin şəkli
rəssamın fikrini daha dolğun və obrazlı halda ifadə edə bilər. Elə bu mərhələdədə
yaradılan model üçün parça və arayışlandırıcı materiallar seçilir. Sonra isə rəssamın
fikri materiallar üzərində ifadə olunur və onun detalları parça üzərində qırmızı
qələmlə cızılır və onun maketi alınır. Bu əməliyyatdan sonra material biçilməyə
başlayır. Bu yolla hazırlanmlş model bədii şüra üzvlərinin baxımına verilir. Təsdiq
edilmiş modelin layihəsi modelləşdirici təşkilata verilir və burada isə detalların
leqalları hazırlanır ki, bununda əsasında kütləvi halda materialların biçilməsi
başlanır. Bununla bərabər modelləşdirici təşkilat tikiş fabriklərinə məmulatın texniki
27
sənədlərini də təqdim edir.
Paltarın quraşdırılması (konstruksiyalaşdırılması)
Paltar istehsalında quraşdırma (konstruksiya) prosesinin çox böyük
əhəmiyyəti vardır. Platarların konstruksiyalaşdırılması zamanı təsdiq edilmiş model
üzrə məmulatın detallarının çertiyojları hazırlanır, habelə lekalların hazırlanması və
yoxlanılması başa çatdırılır. Lekallar, yəni məmulatın detallarının ülgüsü kartondan
və kağızdan hazırlanır. Texniki çertiyojları, lekalları, onların yoxlanılmasının və
dəqiqləşdirilməsini geyimlərin konstruktorları hazırlayırlar.
Geyimlərin düzgün konstruksiyalaşdırılmasından asılı olaraq onun rahatlığı,
insan bədəninə düzgün oturma dərəcəsi, material sərfi, texnoloji prosesin xarakteri
kimi vacib əlamətlər müəyyənləşdirilə bilər.
Tikili malların konstruksiyalaşdırılmasına aşağıdakı əsas tələblər qoyulur.
1.
Məmulatın konstruksiyası ilkin modelin nümunəsinə tam halda
uyğun gəlməlidir. Buna görə də hazırlanacaq məmulatın təsdiq
edilmiş modelə tam uyğun gəlməsi üçün konstruksiyalaşdırma
zamanı ülgülərin yoxlanılmasına və dəqiqləşdirilməsinə daha çox
diqqət verilməlidir.
2.
Geyimlərin konstruksiyalaşdırılması geyimlərə qoyulan şəxsi
tələblərin yerinə yetirilməsinə tam surətdə uyğun gəlməlidir. Bu
tələblərə ölçünün insan fiqurunun ölçüəlrinə uyğunluğu, istehlak
zamanı rahatlığı, çəkisi, istehlak zamanı etibarlılığı və s. kimi
tələblər aiddir.
3.
Geyimlərin konstruksiyası iqtisadi cəhətdən əlverişli olmalıdır.
materialın xüsusi çəkisi istehsal olunmuş məmulatın qiymətinin 85-
90%-ni təşkil edir. Buna görə də məmulatın konstruksiyası onun
hazırlanmasına minimum material sərfini əvvəlcədən nəzərə
almalıdır, bununla bərabər konstruksiya biçilmə prosesi zamanı
materialın minimum itkisini də əvəlcədən müəyyən etməlidir.
28
4.
Məmulatın konstruksiyası texnoloji olmalıdır. texnologiya dedikdə
məmulatın detal və qovşaqların elə konstruksiyası başa düşülür ki,
bu kütləvi istehsal prosesi zamanı ən yeni və müasir avadanlıqlarla
məmulatın emal edilməsi imkanını təmin edə bilsin. Konstruksiyanın
texnologiyalılığı modelin ardıcıllığından, tipliliyindən, konstruksiya
elementlərinin unifikasiya və standartlaşdırılmasından çox asılıdır.
Modelin ardıcıllığı vahid konstruksiya əsasında modelin layihələşdirilməsi
zamanı təmin olunur. Yeni modelin layihələşdirilməsi zamanı tipik konstruksiyanın
istifadə edilməsi məmulatın texnoloji emalının müasirləşdirilməsini və materialın
müasir effektliliyini təmin edə bilir.
Hazırkı vaxtda məmulatın konstruksiyalaşdırılması zamanı aşağıda göstərilən
bədən ölçüləri əsas götürülür.
1.
Çiyinli məmulatların konstruksiyalaşdırılması üçün fiqurların
ölçülməsi (palto, jaket, pencək, don və s.). Buraya boyun
yarımçevrəsi, 1-ci döş yarımçevrəsi, 2-ci döş yarımçevrəsi, bel
yarımçevrəsi, bedro yarımçevrəsi, döş qəfəsinin eni, qabaqdan belin
uzunluğu, arxadan belin uzunluğu, köndələn halda çiyinin
hündürlüyü, məmulatın uzunluğu, çiyin endirməsinin uzunluğu,
kürəyin eni, üstdən qolun uzunluğu, altdan qolun uzunluğu, bilək
yarımçevrəsinin uzunluq ölçüləri aiddir.
2.
Kəmərli məmulatların (şalvar, yubka və s.) konstruksiyalaşdırılması
üçün bədən ölçülərinin gösürülməsi. Buraya bel yarımçevrəsinin
uzunluğu, bedro yarımçevrəsinin uzunluğu, yan tərəfin uzunluğu,
şalvar addımının uzunluğu, ayaq tərəfdən enin uzunluğu kimi ölçülər
daxildir.
Parçaların biçilməsi.
Biçmə prosesi hazırlıq və əsas əməliyyatlardan ibarətdir.
Hazırlıq
əməliyyatlarına
parça
və
digər
materialların
qəbulu,
konfeksiyalaşdırma, sərilmiş halda parçanın sortlaşdırılması, parça kəsiklərinin
29
hesablanması, təbaşirləmə və şəbəkənin hazırlanması aiddir. Əsas əməliyyatlara isə
parçanın sərilməsi, biçilməsi və detalların dəstləşdirilməsi aiddir.
Parça və digər materialların kəmiyyət və keyfiyyətcə qəbulu qüvvədə olan
təlimata və standartlara uyğun olaraq yerinə yetirilir. Parçaların yoxlanılması zamanı
bütün nöqsanlar aşkar edilir qeyd olunur: bu ona görə vacibdir ki, gələcəkdə
parçaların sərilməsi və biçilməsi zamanı həmin nöqsanlar ayrı-ayrı detallara
düşməsin. Yoxlanılmış parça kəsiyi üçün onun artikulu, uzunluğu, eni və
nöqsanlarının yerləşməsi üzrə pasport müəyənləşdirilir.
Konfeksiyalaşdırma dedikdə üz üçün, astarlıq üçün, arayışlandırıcı, furnitur
üçün və xəz materiallarının seçilməsi başa düşülür. Bu işləri tikiş müəssisələrində
rəssam-konfeksionerlər texniki sənədlərə, model nümunələrinə və ticarət
təşkilatlarının sifarişlərinə əsasən yerinə yetirilir. Rəssam-konfeksionerlər modelin
istehsala buraxılması üçün xəritələr hazırlayırlar. Həmin xəritədə modelin şəkli
verilir, parçanın artikulu, rəngi və naxışı, astarı, aralıq materialları və arayışlandırıcı
materialları yapışdırılmış halda göstərilir. Bu xəritədəeyni zamanda sapın nömrəsi
və rəngi, xəinin adı və rəngi, modelin ölçüsü, boyu, doluluğu və düyməsidə
göstərilir.
Sərilmə üçün parçanın seçilməsi ona görə lazımdır ki, biçmə zamanı bir qat
yox, bir neçə qat halında polotno biçilə bilsin. Sərilmə zamanı eyni rəngə, artikula,
naxışa, rəngə, üz qatının növünə, fiziki-mexaniki xassələrinə, eninə görə eyni parça
seçilməlidir. Bundan sonra parça kəsikləri hesablanır.
Sərilmiş parçanın biçilməsi təbaşirləmə və biçilmədən əvvəl hazırlanmış
trafaretlərin və yaxud şəbəkələrin köməyi ilə yerinə yetirilir. Təbaşirləmə dedikdə
sərilmiş parçanın üst qatından bütün detalların cizgilərinin çəkilməsi başa düşülür.
Iri partiyalı eyni fasona malik geyimlərin istehsalında təbaşirləmə əvəzinə
şəbəkələrdən istifadə olunur. Şəbəkə-müşənbə və qalın kağız üzərində kontur xətləri
əvəzinə xırda deşikli ülgülər deməkdir.
Biçmə sexində həmin deşikli ülgüləri parçanın üstündə yerləşdirirlər və onun
30
üzərinə pudra səpilməklə kontur cizgilərinin izləri alınır. Ülgülərin biri-birilərindən
nə məsafədə yerləşdirilməsinin böyük iqtisadi əhəmiyyəti vardır.
Məmulatın tikilməsi işlədilən parçanın normalaşdırılması tikiş sənayesində
əsas yer tutur. Parçanın normalaşdırılması ondan ibarətdir ki, istehsal olunan
məmulata sərf olunan parça istifadəsinin mütərəqqi normasını hesablaya bilsin.
Parça sərfinin norması ülgülərin ən yaxşı yerləşdirilməsi təcrübələri hesabına
müəyyənəlşdirilir. Biçmə stollarının üstünə 8-12 metr uzunluğunda parça sərilir.
Sərilmənin hündürlüyü polotnonun miqdarından asılıdır. Məsələn, drap parçalar
üçün 18-26-ya qədər, komvol parçaları 60-80, zərif mahud parçaları 40-60, pambıq
parça 50-70, astarlıq ipək parçalar 80-100, astarlıq pambıq parçalar isə 80-160 qat
sərilir. Sərilmiş parçanın biçilməsi hərəkət edən və hərəkət etməyən biçici
maşınların köməyi ilə yerinə yetirilir. Əvvəlcə sərilmiş material hərəkət edən
maşınların köməyi ilə ayrı-ayrı hissələrə bölünür və sonra isə tərpənməyən
maşınlarla detallar kontur cizgiləri üzrə biçilir. Biçilmədən sonra alınmış geyim
detalları keyfiyyətcə yoxlanılır, onların ölçü və formaları dəqiqləşdirilir, kökləmə
yerləri ciblərinin yerləri və s. yerlər qeyd olunur. Nöqsanlı detallar aradan götürülür,
əgər mümkündürsə yenidə düzəldilir.
Biçilmiş detalların dəstləşdirilməsi dedikdə eyni ölçüyə boya və doluluğa
malik olan məmulatın üz, astar və aralıq detallarının dəstləşdirilməsi başa düşülür.
Yoxlanılmış detal dəstləri parçalara qablaşdırılır və ambarlarda saxlanmaya və
yaxud tikiş sexlərinə göndərilir.
Paltarların tikilməsi əməliyyatı.
Platarların tikilməsi əməliyyatı biçilmiş geyim detallarına məmulat tikməkdən
ona həcmi forma və mövcud madelə uyğun olaraq lazımi mal görnüşü vermək
məqsədindən ibarətdir.
Kütləvi istehsalla mal buraxan bütün tikiş fabrikləri tikiş prosesini axın
halında təşkil etmişdir. Burada isə bütün istehsal mərhələsi ardıcıl texnoloji
əməliyyatlara bölünməklə bütöv tikiş prosesi başa çatdırılır. Müasir şəraitdə tikiş
31
fabriklərində başlıca olaraq konveirli axından istifadə olunur.
Tikiş prosesində tətbiq olunan çox saylı əməliyyatlar 3 ardıcıl qrupa bölünür.
1.
Hazırlıq əməliyyatları – buraya geyimin ətəyi və kürəyinin
hazırlanması, ətək və kürək hissəsinə daxil olan detalların biri-
birlərinə birləşdirilməsi, isti-nəm üsulu ilə detallara lazımi formanın
verilməsi, ciblərin hazırlanması, qolun və boyunluğun hazırlanması,
xırda detalların hazırlanmsı, aralıq və astarlıq materialların
hazırlanması.
2.
Quraşdırma əməliyyatı – buraya geyimin əsas tərkib hissələrinin
(ətək aralıq materialı ilə birlikdə, ətəklə bort altı materialın,
istilikverici aralıq materialının və məmulatla astarın birləşdirilməsi)
bir-birlərinə birləşdirilməsi daxildir.
3.
Son arayışlandırma əməliyyatı – burada məmulatın təmizlənməsi,
son ütülənmə və buxara verilmə, məmulatın arayışlandırılması və
onun markalandırılması daxildir.
Bütün tikiş prosesi 3 qrup texnoloji əməliyyatları özündə cəmləşdirir: geyim
detallarının birləşdirilməsi, nəmli isti emal edilmə və son arayışlandırma əməliyyatı.
Geyim detallarının birləşdirilməsi – bir-birlərinə birləşdirilməsində ən çox sap
sırıqlarından, tikişlərdən və bəndlərdən istifadə olunur. Bunlar da əl və maşınla
yerinə yetirilir. Bundan əlavə son zamanlarda geyim detallarının biri-birlərinə
birləşdirilməsində yapışqan üsulundan da istifadə olunur. Termoplastiki polimer
materiallarından məmulat istehsalı zamanı detalların qaynaq edilmə üsulundan da
istifadə olunur.
Sap tikişləri ilə yanaşı son zamanlarda geyim detallarının birləşdirilməsində
xüsusi təyinatlı yapışqanlardan da istifadə olunur. Belə yapışqanlara termoplastiki
BF-6, PVB – K1(polivinil butirol), PA-548, PA-54 və s. tipli yapışqanlar aiddir.
Məmulatın nəmli istitmə emalı – bu emal üsulu tikili məmulat istehsalında
çox məsuliyyətli əməliyyat sayılır. Nəmli-isitmə üsulu ilə məmulata lazımi həcmi
32
forma vermək, tikiş yerlərini ütüləmək, detalların qırışıqlarını və ilişikliklərini
aradan qaldırmaq, ləkə zolaqlarını və s. yox etmək mümkündür. Nəmləşdirmə -
isitmə üsulu ilə məmulat emal edildikdən sonra soyudulur və daha sonra isə
qurudulur.
Son arayışlandırma əməliyyatı – tikiş prosesindəki bu əməliyyata ilgəklərin
açılması, düymələrin tikilməsi, qarmaqların və knopkaların tikilməsi, bəndlərin
hazırlanması, məmulatın təmizlənməsi, axırıncı dəfə ütülənməsi və buxara verilməsi
kimi əməliyyatlar daxildir.
Ilgəklər bəxyələnmiş ilməkli və üstdən qoyulmuş formada olur. Bunlarda hər
şeydən əvvəl məmulatların çeşidi və növlərindən asılıdır.
Düymələr məmulatın üzərindən həm düymələmə və həmdə arayışlandırıcı
məqsəd üçün tikilir. Düymələmək üçün düymələr dayaqlı, arayışlandırıcı məqsədli
düymələr isə parçaya yapışmış vəziyyətdə tikilir.
Təmizləmə zamanı məmulatda olan artıq sırıq sapları yox edilir. Sapların artıq
ucları kəsilib atılır, pambıqdan, tozdan, təbaşirdən, qələm izlərindən, yağ
ləkələrindən və s. təmizlənir daha sonra məmulat sonuncu dəfə ütülənib hazır
məmulat halına salınır.
Dostları ilə paylaş: |