Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası Fənn


BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik)



Yüklə 152,93 Kb.
səhifə5/25
tarix02.01.2022
ölçüsü152,93 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25
dərs vəsaitlərii

BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir.

Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.

 

Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şa­girdlər cütlər, qruplar halında mətni oxuyur.



Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.

Ədəbiyyat dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur



Mövzu 2: Təlimin planlaşdırılması (cari və perspektiv)

Təlim strategiyasının qurulmasının digər şərtlərindən biri də təlim fəlaiyyətinin planlaşdırlmasıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarıına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.

Planlaşdırmanın 2 növü var:

1.      Perspektiv (illik) planlaşdırma.

2.      Cari (gündəlik) planlaşdırma


Yüklə 152,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin