Perspektiv planlaşdırmanı tərtib edən müəllim xüsusilə bir neçə məqama diqqət etməlidir.
1). Tədris vahidinin və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirməlidir. (Sadədən mürəkkəbə doğru)
2). İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)
3). Şəraitə və sinfin səviyyəsinə uyğun resursları seçməlidir. (Əlavə vəsaitlər və təchizat)
4).Şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır.
Ümumi təhsil pilləsində tədris olunan hər bir fənnin özünəməxsus məqsədlərindən əlavə, ümumi məqsədlərindən biri fənni müasir informasiya cəmiyyətinin tələblərinə uyğun tədris etməkdir. MüasirKurikulum tətbiq olunan siniflərdə fənlərin Fəal (interaktiv) təlimlə tədrisi təlim prosesini şagirdlərinmarağına uyğun qurmağa xidmət edir. Hər bir fənni tədris edən müəllim - qarşısında duran vəzifələriyerinə yetirməsi, fənin məqsədiniə nail olması və nəinki bu günün, hətta sabahın da tələblərinə cavabverən şəxsiyyət formalaşdırması üçün hər günün cari planlaşdırmasını düzgün qurmalıdır. Mövzuyauyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, Fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiya, şagirddə idrak fəallığı yaradacaq motivasiya, tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafınayönəldilmiş iş vərəqləri şagird fəaliyyətlərin düzgün izlənilməsi və obyektiv qiymətləndirilməsi şagirdlərin təlim nəticələrinə daha tez çatmalarına imkan yaradır.
Cari planlaşdırmanın sxemi. Buna uyğun nümunə göstərək
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
FATİMƏ QƏHRƏMANOVAnın
Sumqayıt şəhəri Həzi Aslanov adına 22 saylı tam orta məktəbin 5a sinifində 13.10.2021 tarixində “Feilin məsdər forması” mövzusunda keçirdiyi dərsin
PLANI
FƏNN MÜƏLLİMİ: Fatimə Qəhrəmanova
DƏRSİN PLANI
Tarix: 13.10.2021
Sinif: 5a
Fənn: Azərbaycan dili
Standart: 4.1.2.Sözün səs tərkibini,semantik xüsusiyyətlərini,tərkibini,yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət,hərəkət bildirməsini) izah edir.
Mövzu: Feilin məsdər foması
Məqsəd:Məsdər və onun qrammatik xüsusiyyətləri haqqında şagirdlərin bilikərini daha da inkişaf etdirir,sistemləşdirir və ümumiləşdirir
Təlim nəticələri: Feilin məsdər formasını müəyyən edir
Təlim formaları: kollektiv, qruplarla
Təlim üsulu: beyin həmləsi,anlayışın çıxarılması
Resurslar: iş vərəqləri, dərslik, metodik vəsait
İnteqrasiya: ədəbiyyat 2.1.3
Dostları ilə paylaş: |