DƏRSİN GEDİŞİ
1.Motivasiya: Dərsin bu mərhələsində feilin məsdər formasının xüsusiyyətlərini sxem şəklində lövhəyə çəkirəm. Şagirdlər öz fərziyyələrini söyləyirlər.
Tədqiqat sualı: Sizcə feilin məsdər formasının isimə və feilə aid xususiyyətləri hansılardır?
2.Tədqiqatın aparılması: Şagirdləri qruplara bölürəm.Hər bir qrup öz aralarında müzakirə apardıqdan sonra qrup lideri və qrup adı seçirlər.Qruplar onlara təqdim olunan tapşırıqları həll edirlər.
3.Məlumat mübadiləsi: Vaxt tamamlandıqdan sonra hər bir qrup öz işini təqdim edir
4.Məlumat müzakirəsi: Bütün qruplar təqdimat etdikdən sonra əldə olunmuş informasiyanın hamısı müzakirə edilir,sual-cavab aparılır.
5.Nəticə və ümumiləşdirmə: Nəticə hissəsində təqdimat zamanı qoyulan suala cavab alıram.Ümumi fikirlərdən belə bir nəticəyə gəlinir ki,məsdər feilin ilkin formasıdır, yəni hərəkətin adıdır. Feilin bu forması –maq2 şəkilçisi vasitəsilə yaranır: yazmaq, oxumaq, görmək və s. Məsdər həm feilin həm də ismin xüsusiyyətlərini daşıyır.
6.Yaradıcı tətbiqetmə: Lövədə cədvəl qurub uşağları məsdərin feilə və ismə aid xüsusiyyətlərini yazmağa çağırıram. Ümumi şəkildə sual-cavab edirəm.
Dostları ilə paylaş: |