Bütün siniflə birgə iş -Bütün sinif üçün nəzərdə tutulan iş formasıdır.
Dərslərdə iş formasının seçilməsi proqram materialının xarakterindən, hansı axtarış formasının seçilməsindən, şagirdlərin yaş və bilik səviyyəsindən asılıdır.
İnteraktiv dərslərdə adətən bir neçə iş formasından istifadə olunur. Bu da öz növbəsində şagirdlərlə işin rəngarəngliyini, dərsin mobilliyini təmin edir.
Qeyd edək ki, fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur. Burada iki cəhətə önəm verilir. Birincisi idrak fəallığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır.
Təlim üsulları: Təqdimat
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.
Dostları ilə paylaş: |