Fakultə-İdarəetmə İXTİsas-maliYYƏ FƏnn-insan resurslari idarə ediLMƏSİ



Yüklə 133,09 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü133,09 Kb.
#47188
  1   2   3   4
muxtar insan resurları


FAKULTƏ-İDARƏETMƏ

İXTİSAS-MALİYYƏ

FƏNN-İNSAN RESURSLARI İDARƏ EDİLMƏSİ

MÜƏLLİM-OQTAY QASIMLI

TƏLƏBƏ-MUXTAR NAĞIYEV

Müəssisələrdə və təşkilatlarda əməyin təşkili dedikdə əmək prosesində adamların və texnikanın birləşməsinin konkret forma və üsulları başa düşülür. Əməyin təşkilinin məzmunundan və həll olunması vəzifələrindən irəli gələn bir sıra istiqamətləri (ünsürləri) ayırırlar. Onlardan əsasları:

- Əmək bölgüsü və əmək kooperasiyası;

- Əməyin normalaşdırılması;

- İş yerinin təşkili və ona xidmət;

- Heyətin seçilməsi və onun inkişafı;

- Əmək şəraitinin yaxşılaşdırılması;

- İş vaxtından səmərəli istifadə, əmək rejiminin və istirahətin optimallaşdırılması

Beləliklə, əməyin təşkili müəssisələrdə istehsalın təşkilinin mühüm tərkib hissəsidir. Müəssisədə ictimai əməyin təşkili bir çox kompleks tədbirlərin məcmusunu nəzərdə tutur. Bu tədbirlər istehsal proseslərinin təşkilində iş qüvvəsindən səmərəli istifadə olunmasına yönəldilməklə bərabər istehsalın smərəliliyinin yüksəldilməsi də təmin etməlidir. Nəzərdə tutulmuş tədbirlər cəmiyyət miqyasında da həyata keçirilir.

Əməyin təşkili anlayışının mahiyyətini açmaqla onun əsas amillərini xarakterizə edərək baş verən dəyişiklikləri izah etmək, əməyin təşkilinin inkişaf meylini, səmərəli forma və üsullarının haqqında təsəvvür yaratmaqdan ibarətdir.

Kənd təsərrüfatı müəssisələrində istifadə olunan əmək məsarifi norması öz konkret formasında vaxt norması, istehsal norması və xidmət norması istehsal işçilərinin vaxt norması həddinə uyğun gəlir İstehal norması və xidmət norması – vaxt normasından törəyən kəmiyyətdir

Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daхili normativ sənədlərin qəbul edilməsi yolu ilə tənzimlənir. Onların ən mühümlərinə kollektiv müqavilə, fərdi əmək müqavilələri (kontraktları), mülki-hüquqi müqavilələr, normativ aktlar və s. daхildir.

Kollektiv müqavilə dedikdə, işə götürənin və əmək kollektivinin və onun qərarı əsasında həmkarlar ittifaqı təşkilatlarının arasında yazılı formada bağlanan, müəssisə daхilində əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəd nəzərdə tutulur. Kollektiv müqavilələrin bağlanmasının və yerinə yetirilməsinin hüquqi əsasları AR_nın Əmək Məcəlləsi ilə tənzimlənir.

Fərdi əmək müqavilələri (kontraktları) dedikdə, müəssisələrdə vətəndaşların fərdi qaydada işəgötürəndə əmək münasibətlərinə girməsi və ya onlara хitam verilməsi, bu münasibətlərin şərtlərinindəyişdirilməsi qaydalırını tənzimləyən hüquqi sənəd başa düşülür. Fərdi əmək müqavilələri (kontraktları) Əmək məcəlləsi ilə tənzimlənir.

Təşkilat müəyyən işlərin yerinə yetirilməsi üçün tam ştata qəbul etmədən, mülki-hüquqi müqavilələr üzrə işçi işə qəbul edə bilər.


Yüklə 133,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin