Fakültə:İqtisad İxtisas: Mühasibat uçotu və audit Kurs


Müəssisələrdə marketinq və kommersiya siyasəti



Yüklə 31,91 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü31,91 Kb.
#44496
1   2   3   4   5
referat 3495

2.Müəssisələrdə marketinq və kommersiya siyasəti

Kommersiya fəaliyyəti öz mahiyyətinə görə istehlakçıların, vasitəçilərin, ayrı-ayrı müəsisələrin deyil, bütünlükdə iqtisadiyyatın mənafelərini nəzərə alan bazar yönümlü idarəetmə konsepsiyası olmalıdır. Marketinqin mahiyyətini onun yerinə yetirdiyi funksiyalar, nəzəri əsasını isə istehlakçının suverenliyi və habelə azad və rəqabətli mübarizə prinsipləri müəyyən edir.

Müasir dövrdə isə müəssisələrin marketinq və satış proseslərinin təşkili arzu olunan səviyyədə deyil: onlar gündəlik operativ işlərlə məşğul olur, işçiləri sayca az və ixtisasları isə icra etməli olduqları işin xarakterinə uyğun gəlmir. Lakin bunların mərhələli deyil, birdəfəlik həlli məqsədilə ilk növbədə markctinq və satış şöbələrinin funksiyalarının icrası marketinq şöbəsinə həvalə olunmalıdır. Bu, bazar münasibətlərinə keçidin müəssisəyə aid olan obyektiv tələblərundən biridir.

Müəssisədə satış xidmətinin strukturu marketinq strategiyasına uyğun olmalıdır. O, istehsalın təmərküzləşmə və ixtisaslaşmasından, müəssisənin ərazicə yerləşməsindən və onun bölmələrinin təsərrüfat müstəqilliyindən, buraxılan məhsulun xüsusiyyətlərindən, müəssisənin işinin xarakteri və şərtlərindən asılıdır.İdarəetmə bölmələrinə satış şöbələri (qrupları, büroları) aiddir.Satış şöbəsinə aşağıdakı bürolar (qruplardan, bölmələrdən) daxil edilə bilər: sifarişlər tələbin öyrənilməsi: plan, əmtəə (operativ), müqavilələrin tərtibi bölməsi, ixrac, reklam, satılan məhsulun montajı, sazlanması və ona texniki xidmət bölməsi və başqaları.

Əmtəə, məhsul kommersiya fəaliyyətinin obyektidir və buna görə də istənilən əmtəə haqqında zəruri biliklərin olması yüksək ixtisaslı kommersant hazırlanması üçün vacib şərtlərdəndir. Əmtəə haqqında tarixən müxtəlif iqtisadçılar müxtəlif prizmadan çıxış etmişdilər. Məsələn, məşhur alim P. Struve qeyd etmişdir ki, məhsul (əmtəə) həmişə məhsulla dəyişdirilir. Əgər cəmiyyətdə məhsul tələbə müvafiq miqdarda, yəni ayrı –ayrı mallara olan tələbə proporsional miqdarda istehsal olunmuşdursa, həmin cəmiyyətdə məhsul artıqlığı olmayacaq, başqa sözlə, əmtəə mübadiləsi həyata keçiriləcək. K. Marks isə bildirmişdir ki, proporsional bölgüdə satış nəzəriyyəsi kapitalist təsərrüfatında, istehsal və istehlak arasında ona yad ahəngdarlıq bəxş edən apologetik burjua nəzəriyyəsidir. O, heç vaxt etiraf etməmişdir ki, kapitalist üsulu ilə istehsal olunan məhsullar həmişə tam həqiqi mənada realizə edilə bilər. Əksinə, onun bütün mübahisəsi belə fikir yürüdür ki, məhsulun satışı kapitalist cəmiyyətində xroniki və kəskin maneələrlə üzləşir.

Kommersiya fəaliyyətinin əsas parametrlərinə topdan və pərakəndə satış, birjalar, auksionlar, yarmarkalar, lizinq, faktorinq və s.əməliyyatları göstərmək olar.




Yüklə 31,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin