Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Muskovit - rəngsiz, bəzən sarı, yaşılı və qırmızı rənglərdə olur. F



Yüklə 494,98 Kb.
səhifə11/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Muskovit - rəngsiz, bəzən sarı, yaşılı və qırmızı rənglərdə olur.
Flaqopit - rəngsiz, sarı, qonuru və qara rənglərdə olur. Hər iki mineral yüksək odadavamlılıq qabiliyyətinə malikdir. Muskovitin ərimə temperaturu 1255 - 1260°, floqopit isə 1290 - 1330°-dir. Çox qiymətli elektroizolyasiya materialıdır. Bu məqsədlə ixracın 85 - 90 % sərf edilir.
Mikalar sənyaedə həm löhvələr, həm də üyüdülmüş şəkildə (tozu, unu) işlədilir. Elektrik, kimya sənayelərində, metallurgiyada sobaların inşası zamanı, kağız, rəng, yağlama materialı hazırlanmasında və s. istifadə edilir. Genetik tiplərindən:

  1. Peqmatit yataqları;

  2. Kontakt - pnevmatolitik yataqları misal göstərmək olar.

Məşhur yataqları - Rusiyada, Aldanda, Taymırda, Hindistanda, Braziliyada, ABŞ-da məlumdur. Eksport sahəsində Hindistan öncül ölkələrdəndir.
Asbest - nazik lifli mineraldır. Ayrılma qabiliyyətinə malik möhkəm lifləri olur. Asbestin aşağıdakı növləri var:
1. Xrizotil - asbest - Mg6 (Si4O10) (OH8) 2.Amozit-asbest-Fe7(Si4O11)(OH)2 3.Antofillit - asbest – H2(Mg, Fe)7 Si8O24
Dünyada asbest istehsalının 95 % -ni xrizotil - asbest təşkil edir. Rəngi - ağ, qızılı - sarı, yaşıldır. Sərtliyi 2 - 3 . Sıxlığı - 2,2. İpəyi parıltıya maükdir. Oda və qələviyə davamlıdır. İstiliyi, elektriki, səsi pis keçirir. Turşularda asan həll olur. Liflərinin uzunluğu 2 mm-dən -160 mm-ə kimi olur. Toxuculuq sənayesində rezin, şifer, karton - kağız, boru istehsalında, istilik - izolyasiya işlərində istifadə edilir. Bütün yataqları endogen yolla əmələ gəlir. Yataqlarına Uralda (Sverdlovskdə), CAR-da, Kanadada təsadüf olunur.
Qrafit - təbii karbonun heksaqonal modifikasiyasıdır. Qrafitin tərkibində karbondan əlavə SiO2, Al2O3 FeO, MgO, CaO, P2O5, CuO və s. ibarət (10 - 20%-ə qədər) kül (zola) iştirak edir. Bəzən su, bitium və uçucu komponentlər (CO2, CO , H, CH4, N, SO2, P və s.) də iştirak edir.
Rəngi dəmiri - qara və poladı - bozdur. Metalabənzər tutqun parıltıya malikdir. Sərtliyi 1, xüsusi çəkisi 2,2 - dir. Yüksək elektrik və istilikkeçirmə qabiliyyətinə malikdir. Ərimə temperaturu - 3845°-dir. Turşularda həll olmur.

Sənayedə qrafıtin 3 növü qeyd edilir:



- Amorf qrafit.
Domna sobalarında, elektrotexnikada, yağlama materiallarında və karandaş istehsalında geniş istifadə edilir. Amorfu - tökmə (litey) işlərində, boya istehsahlıda yüksək hərarətdə işlədilən yağların hazırlanmasında və s. sahələrdə işlədilir.
Qrafitin bütün yataqları endogen və ya metamorfogen mənşəlidir. Regional - metamofik yataqları böyük sənaye əhəmiyyətinə malikdir.
Qranitin və əhəng daşlarının təmas xətti boyunca kontakt - metasomatik yataqları əmələ gəlir.
Pnevmatolitik yataqları qneyslərdə müşahidə olunur.
Məşhur yataqlarına Odessa vilayətində, Krasnoyarskda, Uralda, Ukraynada, Şərqi Sibirdə, Uzaq Şərqdə, Meksikada, Cənubi Koreyada, Seylonda , Hindistanda, Madaqaskarda və digər ölkələrdə təsadüf edilir.


Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin