Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 8 Saxsı, odadavamlı xammal və tikinti yataqları



Yüklə 494,98 Kb.
səhifə13/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Mühazirə 8
Saxsı, odadavamlı xammal və tikinti yataqları
Sement xammalı-sement istehsalında yapışdırıcı maddələrin alınması üçün karbonat süxurları xüsusən geniş istifadə olunur. Silikat sementi (portland) tikintidə geniş tətbiq olunur. O müəyyən nisbətdə gil süxurları ilə qarışdırılmış əhəngdaşlarından, təbaşirdən və mergeldən ibarətdir.
Təmiz əhəngdaşlarının kimyəv tərkibi nəzəri olaraq kalsit CaCO3 mineralına yaxındır. Əhəngdaşları ağ və yaxud açıq oz rəngli, kifayət dərəcədə möhkəm və sıx süxurdur. Onların növlərindən dolomiti təbaşiri göstərmək olar.
Karbonat süxurları sənayedə külli miqdard işlənilir. Azərbaycanda sement və digər yapışdırıcı materillrın istehsalı üçün bütün komponentlərin kifayət dərəcədə ehtiyatı vardır. Bu cəhətdən Qaradağ əhəngdaşı və gil yatağını, Daş Salahlı və Yuxarı Öksüzlü əhəngdaşı, Koroğlu trass yataqlarını və s. göstərmək olar.Karbonat süxurları əsas etibarilə çökmə yolu ilə dəniz hövzələrində əmələ gəlir. Hesablamalara görə karbonatlar yer qabığında məlum olan bütün çökmə süxurların təxminən 20 %-ni təşkil edir.
Gillər, kaolinlər,gilli süxurlar-əsas etbarilə keramik məmulatların və odadavamlı materialların istehsalında, sement sənayesində tikintidə tətbiq edilir. Gil və kaolindən kağız, rezin, plastmas, ətriyyat istehsalında və digər sənaye sahələrində də geniş istifadə edilir.
Gillər incədispers süxurlar olub gil minerallarından təşkil olunub.Aşağıdakı qrup gil mineralları ayrılırlar:allofan, kaolinit, sulu mikalar,xlorit. Gillərin, kaolinlərin və digər gilli süxurların sənayedə tətbiq edilməsini müəyyən edən əsas xüsusiyyətlər onların plastikliyi, bağlama xüsusiyyəti, şişməsi, quruma nəticəsində sıxlaşması, yapışması, odadavamlılığı,hiroskopikliyi,suya davamlılığı, rəngi və s. xüsusiyyətlərdir. Gillərin sıxlığı 2.35-2.84 q/sm3 olur.
Kaolinin iri qalıq yataqları Ukraynada və Cənubi Uralın şərq yamacında məlumdur. İri odadavamlı gil yataqları Moskvaaltı kömür hövzəsində, Donbasda,Qazaxıstanda, Gürcüstanda məlumdur.
Keramik xammal yataqları Azərbaycanda da geniş yayılmışdır. Bu müqabildən Xanlar, Daş salahlı, Qaymaqlı, Şirvan, Hacılı, Şıxanda kaolin, Qarabulaq, Kətəndağ-odadavamlı gil, Poladbulaq bentonit və odadavamlı gil yataqlarını göstərmək olar.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin