33
Periods of past prevalences of influence viruses of epidemiological
importance in men
Prototype virus
Prevalence year
A2/Japan/305/57-like
1890-1901
A2/Hongkong/1/68-like
1902-1917
A2/Swine/1976/31-like
1918-1928
A0/PR/8/34
199-1943
A1/FM/1/47
1946-1947
A2/Japan/305/57
1957-1968
A2/Hongkong/1/68
1968
A/New Jersey/8/76-like
1976
Beləliklə “növbəti pandemiya” ehtimalı 2 halda bir serotipin 10 il ərzində
(1946-1957 H1N1 və 1957-1968 H2N2) üstünlüyünə əsaslanır.
1918- 1946-cı illər dövründə pandemiyanın ən kiçik tezliyi Hav1N1, H0N1
və H1N1 viruslarında hemaqqlütinin antigeninin ümumiliyi ilə şərtlənməsi
ehtimalı məntiqə uyğundur.
Sonra, A qrip virusunun “yeni” şift-variantının meydana çıxması özündən
əvvəlki virusun təbii sirkulyasiyasından qeyb olması ilə paralel gedir.
Bu “qeybolma”, əlbəttə, əvvəlki virusun tək-tək tapılmasını inkar etmir. Belə
ki, A/H2N2/ qripi virusunun arenaya çıxmasından 3 il sonra 1960-cı ildə KRX
34
xəstələnmiş cavan ingilis əsgərindən A/H1N1/ virusu alınmışdır (Jsaaks və b.
1962), anaxronizmin başqa halı: H1N1 ştammı 1949-cu ildə, yəni H1N1 dövrünün
başlanmasından 3 il sonra Alyaskada alınmışdı (Van Rooyen, 1949). Honkonq
virusunun (H3N2) meydana çıxmasından 2 il sonra H2N2 yarımtipinin üzdə
olması Amazonka hindularında seroloji yolla göstərilmişdir (Papiorkowski, Black,
1974).
İnsan populyasiyasından sıxışdırılmış virusların epidemik aktiv növləri
biosferdə saxlanılır və müəyyən müddətdən sonra geriyə qayıda bilirlər.
Sıxışdırılmış virusların 3 qayıdışı müəyyən edilmişdir: A/Honkonq/68 və
XIX əsrdə sirkulə edən, 1976-cı ildə ABŞ-da qrip partlayışını törədən antigen
cəhətdən donuzların qripi virusu ilə (A/Нью Джерси/76/Hsw1N1/ ştammı) oxşar
olan virus 1918-1920-ci illərdə pandemiya törətmiş virusun Çində meydana
çıxması, 1946-1957-ci illərdə sirkulə etmiş virusun 1977-1978-ci illərdə A/H1N1/
şəklində ölkələrdə yayılması. Görünür, epidemik virusların arenadan dövri olaraq
getməsi və onun yenidən qayıtması immunitetin vəziyyəti ilə deyil, ola bilər ki,
başqa mexanizmlərlə aydınlaşdırıla bilər. Məsələn, 1976-cı ildə meydana çıxan
A/Swine/31 ştammı ilə oxşar olan A/NJ/8/76 qripi virusuna antroponoz infeksiya
tsikillərinin daxili qanunauyğunluqlarının üzə çıxması kimi deyil, virusun
heyvanlardan insan populyasiyasına gətirilməsi kimi, virusların təbii biosenozlarda
qorunub saxlanması kimi baxmaq olar. Amma bunun nəticəsində, insan virusları
epidemik yayılmaya məruz qalmır və digər zoonozlarda olduğu kini sönür.
Wallace Gordon D. (1979) donuzların qrip virusunun təbii rezervuarı kimi rolunu
qeyd edərək, donuz qripi viruslarının 47 il ərzində antigen dəyişkənliyi olmadan
35
persistensiyasından ibarət təbii tarixinin xüsusiyyətlərini qeyd edir. İmmunitet
sürüdə böhran səviyyəsində aşağı düşəndə epizootiyalar dövri olaraq baş verir.
Pandemiyalararası ştammların, eləcə də keçmişdə pandemik olan ştammların
bütün həssas kontingentləri bitirmədən itməsi (F.Davenport Frensisdən sitat gətirir)
həssas qatları əvvəlcədən boşaldan yeni, tez yayılan ştammlarla interferensiyası ilə
izah edilir. Virusun əvəz olunması hadisəsində sahib rezistentliyinin müəyyən rol
oynadığı güman edilir.
Beləliklə, yuxarıda qeyd olunan misallarda müxtəlif epidemik qatlarda
köhnə ştammların, o cümlədən həm də epidemik ştammlarla, yüksək ekoloji
plastikliyə malik rekombinant və mutantların üzə çıxması ilə əlaqədar yaranan yeni
ştammlarla yanaşı uzun müddət sirkulyasiya edə bilməsini təsdiq etmək
mümkündür.
Əgər pandemiyalar arası dövr 10 il qəbul edilərsə, o zaman bu dövrün
sonuna yaxın bu və ya digər serotipin üstünlük təşkil etdiyi müddətdə subklinik
infeksiyanın faizinin artmasını və populyasiyada antitel titrinin artması ilə əlaqədar
virusların ifrazının azalmasını güman etmək olar.
Seroloji diaqnostikanın çətinliyi antitel titrinin yüksək artma dərəcəsində
belə cüzi olması ilə(Hirst et al., 1942; Kilbourne et al., 1951), virusların
ayrılmaması isə onların səviyyəsinin müasir metodların həssaslıq dərəcəsindən
aşağı olması ilə izah edilir.
Məntiqlə bu fakt yeni ştamm formalaşandan sonra onun populyasiyadan bir
neçə il sonra tamamilə yoxa çıxmasını öncədən xəbər verir.
36
Hətta
əgər
keçmiş
ştammın
mikrosirkulyasiyasının
mövcud
olması(İvanova N.А., Smorodinsev А.А., 1984; Karpuxin Q.İ. və həmmüəlliflər
1984) və onun insan populyasiyasından tamamilə yox olmaması faktı ehtimal
edilsə belə, bu heç də şift-ştammın əmələ gəlməsini və “köhnə” virusu
sıxışdırmasını(hansı ki, dominant ştammın üstünlüyünün sonuna yaxın daha
təzahür etməyəcəyini) istisna etmir.
Bəs insan populyasiyasındakı sirkulıyasiyadan çıxarılmış viruslar harada və
necə saxlanılır?
Bir sıra fərziyyələr mövcuddur:
1. Endryus qrip viruslarının rinoviruslar kimi müəyyən dövr ərzində az
aktivlikli vəziyyətdə xəstələnmə və immunitet törətmədən sirkulyasiyasını ehtimal
edir.
2. Son illər müxtəlif hüceyrə kulturalarında qrip viruslarının xroniki
infeksiya törətməsinin və daşıyıcılığının olması barədə məlumatlar əldə edilmişdir.
Bununla əlaqədar ola bilər ki, epidemiyalar arası dövrdə insanlar latent
şəkildə virusun daşıyıcısı olduqları üçün virus sağ qalır (О.İ. Аnjaparidze, İ.N.
Boqomolova, 1974; Schild G.C., 1979; Klimov A.İ., Gendon Y.Z., 1981; Hope-
Simpson R.E.,1986).
Ancaq nəzərə almaq lazımdır ki, bu fakt immunoloji “pressin” olmadığı
şəraitdə qrip viruslarının persistensiyasının formalaşmasının prinsipal cəhətdən
mümkünlüyünə dəlalət edir. Bundan başqa, müəyyən edilmişdir ki, hətta virusun
ən mülayim ştammları (məsələn, hüceyrə kulturasında pilək əmələ gətirməyən) son
37
nəticədə hüceyrənin degenerasiyasına səbəb olan sitopatogen effekt doğurur
(Palese və b. 1973).
Postensefalit parkinsonizmi ilə xəstələnmiş xəstələrin beynində virus
antigeninin persistensiyası ehtimalı böyük maraq doğurur (Camboa və b. 1974).
3. V.M. Jdanov qeyd edir ki, sağlam adamların uzun müddət virusun daşıyıcısı
olmaqla qriplə xəstələnməsinin xroniki formalarına çox nadir hallarda rast gəlinir
və güman edir ki, pandemiyalararası qripin epidemik partlayışları aşağıdakı
səbəblərdən: əvvəlki pandemiyaya qoşulmamış insanların xəstələnməsindən,
antigen strukturunun qismən kiçik dəyişiklikləri ilə meydana çıxan variantlardan
və ya əhalinin qazanılmış immunitetinin səviyyəsinin tədricən azalmasından asılı
ola bilər.
Simptomsuz daşıyıcılıq və virusun orqanizmdən uzun müddət ifraz edilməsi
siçanlar üzərində eksperimentlərdə (В.А.Зуев, 1979) ancaq quşlarda və qismən
donuzlarda təsvir edilmişdir (Arikawa İ. Et al, 1979; Kilbourne K.D.,1981; Pereira
M.S., 1982).
4. Məməlilərin və quşların zərdabında qrip virusuna qarşı antitellərin tapılması
bir çox müəlliflər tərəfindən virusun qeyri-insan populyasiyasında ehtiyat halında
toplanması kimi interpretasiya edilir.
Tayvanda epidemiya dövründə donuzlardan insan virusu A2 (Honkonq) ilə
identik olan virusu ayıran Kundin (A.S. Qorbunovanın sitatı, 1973) sonda insanın
yoluxması ilə nəticələnən insan virusunun donuz populyasiyalarında toplanmasının
xeyrinə fikir söyləmişdir.
38
Qrip
virusunun
heyvan
orqanizmində
toplanması
(sonda
insan
populyasiyasına keçməklə) imkanı donuzlarda qripin ikitərəfli keçməsi
misallarında da üzə çıxarılmışdır.
Beləliklə, retrospektiv yolla 1918-1919-cu illərin “ispan pandemiyası”nın
törədicisinin donuz qripi virusları ilə qohumluğu müəyyən edilmiş və ABŞ-ın
şimali-qərbi fermalarında donuzların bilavasitə xəstə insanlardan yoluxması imkanı
güman edilmişdir.
Digər tərəfdən, insanların donuzların A qripi virusu ilə yoluxması halları,
xüsusən Port-Diksdə 1976-cı ildə leqionerlər arasında A/Hsw1N1/ qrip virusu
ştammının epidemik yayılması halı məlumdur.
İnfeksiyanın mənbəyi, tədqiqatçılar güman etdikləri kimi, donuzlarla
kontaktda olan leqioner idi (V.M. Jdanovdan sitat, 1982).
Donuz virusu ilə insanların xəstələnməsinin 3 əlavə halı ABŞ-da 1976-cı
ildə qeydə alınmışdır (Easterday, Dowdle, 1976) və bir halda virusun xəstədən
sağlam insana keçməsi müəyyən edilmişdir (Easterday,1976).
Güman edilir ki, virus insandan pandemiya dövründə donuz populyasiyasına
düşmüş, bu heyvana adaptasiya etmiş və nəticədə sərbəst halda dövr etməyə davam
etmişdir (Evans A.S., 1977). Amerika qitəsində virusun donuzlar arasında
sirkulyasiyası son illərə qədər davam edir (E Pirtl və b. 1977).
Nakajama vəb. (1983) müxtəlif dövrlərdə H2N2 ştammının oliqonukleotid
xəritələrinin müqayisəli analizindən belə nəticəyə gəlmişlər ki, H3 hemaqqlütininin
təkamülü 1950-ci ildən 1968-ci ilə qədər çox güman ki, insan orqanizmində deyil,
heyvan orqanizmində baş verir.
39
Yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, virusun
əhəmiyyətli dəyişkənlikləri ehtimalı, görünür, qısa (10-11) dövrlə hüdudlanır.
Virus insan populyasiyasından gedir və ya insanda üzə çıxmır.
Əgər “köhnə” virusların insan populyasiyasında yuxarıda qeyd edilən
imkanlara görə saxlanmasını fərz etsək, bu onların antigen cəhətdən dəyişməz
halda “arenaya” çıxmasını nəzərdə tutmur. Bu isə son illərin virusoloji və
biokimyəvi tədqiqatları ilə isbat edilmişdir (D.К. Lvov, 1974).
Məntiqə görə də, müəyyən dövrdə sirkulyasiyadan çıxmış “köhnə” ştammlar
əhalinin qeyri-immun qrupunun artması dövründə qayıda bilərlər. Ancaq nədənsə
bu baş vermir.
Virus genomunun epidemik potensiya qazanmaq cəhətdən aktivləşdirilməsi
üçün əməli faktor lazımdır.
Qeyd olunanla əlaqədar, pandemik ştammların başqa mümkün mənbələrinin
axtarılması məntiqə uyğundur.
Bu cəhətdən heyvanların qrip virusunun yeni antigeninin rezervuarı ola
bilməsi hipotezi diqqətə layiqdir.
Quş qripi viruslarının müxtəlif antigen variantlarının pandemik virusların
genomunun yeniləşməsi mənbəyi kimi qiymətləndirilməsi virusların insan virusları
ilə rekombinasion proseslərdə (virusun növlərarası keçidinin mümkünlüyü ilə)
iştirakını güman edir.
Virus hissəciyinin morfologiyasının fenotipik modifikasiyası və HA miqdarı
ilə (qlikoproteidlərin ümumi sayının azalması) HA hüceyrədaxili parçalanması ilə
40
şərtlənən, sahibdən, xüsusən sahib-hüceyrədən asılı olan virusun növlərarası
keçidinin mümkünlüyü güman edilir (Lasarowits və b. 1975, Choppin və b. 1975).
1975-ci
ildə
A.A.
Smorodintsev
heyvan
və
insan
viruslarının
rekombinasiyasının mümkünlüyünə şübhə ifadə edir: “Belə rekombinasiyanın
getməsini mühakimə etmək üçün hələ məlumatlar yoxdur”.
İnsan və heyvan qripi viruslarının eksperimental yolla çarpazlaşmasının
mümkünlüyü haqda son illərin inandırıcı faktları (Webster R.G., Cambell
C.H.,1974) pandemiya törədən qripp virusu ştammlarının insan və heyvan qripi
virusları ştammlarının çarpazlaşması nəticəsində əmələ gələ bilməsi fikri ilə
razılaşır.
İnsan və heyvan mənşəli qrip viruslarının rekombinantlarının əmələ gəlməsi
xüsusən, A/Honkonq/68/H3N2/ virusu ilə in vitro və in vivo təcrübələri dəfələrlə
həyata keçirilmişdir (Webster R.G.,1973; Соколов М.И. и др., 1974).
Antigen rekombinantlarının əmələ gəlməsi in vitro təcrübələrində toyuq
taunu (Hav1Neq1) və donuz qripi (Hsw1H1) ilə yoluxdurulmuş donuzlarda
göstərilmişdir.
Antigen hibridləri bəzi quşların ağ ciyərlərində yoluxmadan bir gün sonra
meydana çıxır.
Rekombinantlar stabildirlər, bioloji aktivliyin geniş spektrinə malikdirlər və
bəzi hallarda “miniepidemiyanı” qorumaqla xəstə quşlardan sağlamlara keçə
bilirlər(Webster R.G., Laver W.C., 1975).
Naeve C.W., Webster R.G., Hinshaw V.S., 1983 tərəfindən quş və insan
virusları rekombinantları alınmışdır. 1984-cü ildə müəlliflər tərəfindən alınmış
41
hemaqlütininin reseptor-əlaqələndirici saytında mutasiyaları olan rekombinantlar
virusun bioloji xüsusiyyətlərini, əsasən qrip virusunun toxuma tropizmini
dəyişdirirlər.
V.M. Jdanov hesab edir ki: ”Əgər bu proses təbii biosenozlarda belə
asanlıqla baş verirsə, onda insan populyasiyası və heyvan viruslarının yeni antigen
dəstinin yaranması ilə gedən genofondunun mübadiləsindən əmələ gələn pandemik
virusların meydana çıxması tamamilə qanunauyğundur.”(V.М. Jdanov, S.Y.
Qaydamoviç, 1982).
Baveridge W.J. pandemik ştammların insan və heyvan ştammlarının
çarpazlaşdırılması nəticəsində əmələ gələ bilməsi ilə razılaşır və qeyd edir ki,”bu
fərziyyəni təsdiq edən dəlilləri təbiətdə tapmaq maraqlıdır.”(Baveridge W.J.,
1976).
Təbiətdə rekombinant ştammlar əmələ gəlməsinin mümkünlüyü məsələsinə
dair Nishikawa Y., Sudyawa J., (1985) tərəfindən təsvir edilmiş 3 və 5 yaşlı xəstə
uşaqların (qardaşların) qarışıq (ikiqat) infeksiyası hadisəsi maraq doğurur. Burun-
udlaq yaxantılarında A/H3N2/ qripi virusları var idi, serodiaqnostika H3 və H1
antigeninə qarşı antitellərin artmasını göstərdi, bu isə yaxantıların incəliklərinə
qədər öyrənilməsini stimullaşdırır.
MDSK kulturasında piləklər metodu ilə klonlaşdırma nəticəsində H1N2
rekombinant ştammı ayrılmışdır. Müəlliflər belə nəticə çıxarırlar ki, yəqin ki, insan
orqanizmində bu tip rekombinant proseslər baş verir və güman edirlər ki, bu
tədqiqat ikiqat infeksiya nəticəsində alınan klonlaşdırılmış virusların genlərinin
mənşəyini təsdiq edir.
42
İnsandan ayrılmış A/H3N1/ qrip viruslarının təbii rekombinantlarının
alınması haqda məlumatlar var. Həmin virusların əmələ gəlməsinin əsasında
A/H1N1/ və A/H2N2/ qripi viruslarının qarışıq infeksiyası durur (Yamana
Nobhisa və b. 1978; Kendal A.P., Zee D.T. və b., 1979, Nerome, Yashioka Y. və
b.,(1985)), nəticədə A/свинья/1/80/N1H2/ təbii rekombinantı alınmışdır.
Molekulyar hibridizasiya metodu ilə göstərilmişdir ki, yalnız Na geni
Honkonqa bənzər (H3N2) virusundan alınmışdır, qalan genlər (H1N1) donuz
virusundan alınmışdır.
İnsan qripi viruslarının rekombinasiyası ideyası (onlara dəyişkən virulentlik
vermək yolu ilə) 1918-1919-cu illərin pandemiyasının ikinci dalğasının “xüsusi
virulentliyinin” mümkün olan izahını vermək üçün verilmişdi (Burnet, 1949).
Sonralar , 1957-ci ildə insanlarda meydana çıxan viruslar H1N1 ştammının
müvafiq subvahidlərindən antigen cəhətdən fərqlənən HA və NA subvahidlərinə
malik idilər.
Bununla əlaqədar olaraq güman edilirdi ki, A qripinin H2N2 Asiya serotipi
Asiyada heyvan rezervuarından əmələ gəlmişdir (Mulder, Masurel, 1958;
Andrewes, 1959).
Asiya virusu ilə quş viruslarının genetik cəhətdən qarşılıqlı təsirinin
mümkünlüyünü in vitro şəraitində Rasmussen (1964), Tumova və Pereira (1965)
göstərmişlər.
Kilbourne (1968) insan və at viruslarının rekombinasiyasını nümayiş etdirdi.
O, belə güman edirdi ki, bütün böyük antigen dəyişkənliklərinin əsasında
43
rekombinasiya prosesi dura bilər. Bu hipotez virusun növlərarası ötürülməsini izah
etməyə imkan verdi (Kilbourne, 1975).
Webster R.G. və başqaları növlərarası rekombinasiyası qənaətini ev
heyvanları üzərindəki in vitro təcrübələri ilə möhkəmləndirdilər. Təbii şəraitdə
A/H7N2/ qripi viruslarının vəhşi ördəklərdən ev hindquşularına növlərarası
ötürülməsi haqda məlumatlar alınmışdır (Lioking M. Və b., 1983) RNT-RNT
hibridizasiya təcrübələrində müəyyən edilmişdir ki, İsraildə hindquşularından
ayrılmış H1N2 qripi virusunun geni quşların H1N1 və Şimali Avropada alınmış
donuzların H1N1 qripi viruslarına yaxındır. A/ГK/68/H3N2/ pandemik mənşəli A
qripi virusunun antigen dəyişkənliyinin rekombinasion təbiətli olmasına əlavə
faktiki sübutdur.
Beləliklə, H3N2/Honkonq “yeni” pandemik ştammı meydana çıxanda
A/H2N2/ qripi virusları 1968-ci ilə qədər antigen dreyfinə məruz qalırdılar.
Honkonq virusu özündən əvvəlki A2 viruslarından olan NA-ya antigen
cəhətdən isə fərqli HA-ya malik idi (Coleman və b., 1968, Schulman, Kilbourne,
1969). Bu məlumatlar Webster, Laver (1972) tərəfindən monospesifik zərdabları
istifadə etdikdə təsdiq edildi.
Bu testlərin nəticələri 1957 və 1968-ci illər arasında ayrılan A2/Asiya/
”köhnə” ştammlarının hemaqqlütininləri ilə A/Honkonq/1968/ ştammının
hemaqqlütinini arasında seroloji uyğunluqların olmadığını göstərdi. QK ştammları
arasında birinci 3 ildə variasiyalar da qeyd olunmamışdı.
Belə halda bəs Honkonq qripi virusunun “yeni” HA subvahidlərinin
mənbəyi nədir?
44
Laver, 1971 HA subvahidlərinin peptid xəritəsi tədqiqatları göstərdi ki,
1962-ci ildə ayrılmış “köhnə” A2 viruslarının hemaqqlütinasiya edən
subvahidlərdən ibarət polipeptid zənciri “yeni” Honkonq ştammının polipeptid
zəncirlərindən amin turşuları tərkibinə görə əsaslı surətdə fərqlənirdilər və bu
halda, güman edirdilər ki, “yeni” polipeptidlər ”köhnə”lərin mutasiyası yolu ilə
alınmır (Laver, Webster 1972).
Hazırda elə məlumatlar alınmışdır ki, onlar, bəzi heyvan viruslarının insan
virusunun Honkonq ştammının mümkün olan sələfi olduğunu göstərir. 1963-cü
ildə yəni Honkonq qripinin insanlar arasında meydana çıxmasından 5 il əvvəl
atlardan
və
ördəklərdən
alınmış
A
qripi
virusunun
iki
ştammı
A/лошадь/Майами/1/63/Heq2Neq2/
və
A/утка/Украина/1/63/Hav7Neq2/
göstərildiyi kimi Honkonq ştammına antigen cəhətdən yaxındır (Coleman və b.,
1968; Masural, 1968; Kapian, 1969; Zakstelskaya və b., 1969; Tumova, Easterday,
1969).
Atların və ördəklərin viruslarının HA subvahidləri HATR-da və
immunodiffuziya testində A/Honkonq/1/68/H3N2/ insan qripi virusunun
Honqkonq ştammının subvahidləri ilə çarpaz reaksiyalar verirdilər.
Bundan başqa, Honkonq qripi və утка/Украина/ və лошадь/Майами/2
ştammlarının HA subvahidlərinin yüngül polipeptid zəncirlərinin peptid xəritələri
ilə identikliyi və “köhnə” Asiya/68 virusunun yüngül polipeptid zəncirlərindən
əsaslı fərqləndiyi müəyyən edilmişdir.
45
Bu nəticələr göstərir ki, atların və quşların virusu və insan virusunun
Honkonq ştammı genetik rekombinasiya nəticəsində meydana gələ bilərdi.(ola
bilər ki, ümumi valideyndən).
Epidemioloji nəzarət bu müddəanı möhkəmləndirir. Belə ki, Melineux, 1965
1963-cü il epidemiyası zamanı aparılan müşahidələr əsasında qrip viruslarının
insanlar arasında qrip pandemiyasında iştirakı fikrini təklif etdi.
Yuxarıda deyilənlərin və Çindən pandemik ştammların (Asiya/57,
Honkonq/68, A/Хабаровск/77) meydana çıxması qanunauyğunluqları əsasında bir
sıra müəlliflər tərəfindən Çində heyvan viruslarının olması haqda mülahizə irəli
sürüldü (Chu, 1958; Andrewes, 1959; Kaplan, Payne, 1965; Hoyle,1 968, Francis,
1965).
Əvvəllər qeyd olunduğu kimi, rekombinantların alınması in vitro sübut
edilmişdir. R.Y. Podçernyayeva, М.İ. Sokolov (1963,1964) A qripi virusları
ştammlarının hibridizasiyası eksperimentində antigen xüsusiyyətinin və bir sıra
bioloji xüsusiyyətlərin irsən keçməsinin mümkünlüyü faktını müəyyən etmişlər
(Podçernyayeva R.N., 1963; 1964; Tumova, Perlira, 1965; Kilbourne, Schulman,
1965; Kilbourne və b., 1967; Kilbourne 1968; Easterday və b. 1969).
Müəlliflər belə nəticəyə gəlmişlər ki, hibridizasiya və seleksiya yolu ilə eyni
zamanda A və A2 qripi viruslarının bioloji xüsusiyyətlərinə malik olan A2 qripi
virusunun stabil hibridlərini istiqamətli surətdə almaq olar.
A və A1 qripi viruslarının çox uzaq olmayan tiplərinin çarpazlaşdırılması
zamanı heyvan zərdablarına qarşı ingibitor rezistentliyin, neyrovirulentliyin pilək
46
əmələ gətirmə, hemaqqlütininin istiliyə davamlılığının və virusun infeksion
xüsusiyyətlərinin örtülməsinin mümkünlüyü aydınlaşdırılmışdır (1962).
Rekombinant virusların genetik stabilliyi in vitro Webster və b. 1971
tərəfindən müəyyən edilmişdir.
Epidemioloji nöqteyi-nəzərdən Webster və Cambell (1974) təcrübələri
maraq doğurur. Bu təcrübələr “yeni” qrip virusu ştammının rekombinasiya və
seleksiya şərtlərini aydınlaşdırır və “yeni” rekombinant ştammların epidemik
potensiya cəhətdən imkanlarının mümkünlüyü məsələsinə aydınlıq gətirir.
Müəyyən edilmişdir ki, bir virusun HA və digər virusun NA qarşı
antitellərin aşağı səviyyəsinə malik quşların qarışıq infeksiyası rekombinantların
seleksiyası üçün ideal şərait yaradır.
İnfeksiyanın ardınca məhdud dərəcədə hər iki valideyn viruslar replikasiya
edirlər. Bununla onlar valideyn virusları eliminasiya edən immun sistemi stimulə
edirlər. Bu yolla rekombinantlar seleksiya oluna bilərlər və virulentliyin vacib
xassələrinə və digər fərdlərə ötürmə qabiliyyətinə malik olmaq şərtilə bu
rekombinantlar epidemik xəstəlik törədə bilərlər.
Webster, Laver (1978) qeyd edirlər ki, in vitro və in vivo şəraitində alınan
nəticələr bu cür proseslərin təbiətdə də baş verə biləcəyini güman etməyə imkan
verir.
Bu zaman onlar dolayı sübutlar gətirirlər:
1.
İnsan, ibtidai məməlilər və quşlardan ayrılmış qrip virusları arasında
antigen uyğunluğu.
2.
Qrip virusunun qəti sahib dairəsinin olmamazlığı.
47
Yuxarıda göstərildiyi kimi, A/H2N2/ və A/H3N2/ pandemik qrip
viruslarının mənşəyinin araşdırılması zamanı insan və heyvan mənşəli viruslar
arasında antigen uyğunluğu müəyyən edilmişdir.
Quş qripi viruslarının bəzilərinə antigen cəhətdən insanın əvvəlki qrip
viruslarının HA-ni çox yaxındır: ördəklərin virusu (A/утка/ Германия/1918/68
Hav6 N1) H0N1 və H1N1 insan viruslarının NA-na yaxın NA-ya malikdir
(Schild, Newman,1969).
Donuz və insanın qrip viruslarının NA-sı qohumdurlar- H0N1 və Hsw1N1
(Meier-Ewert və b. 1970).
QQV NA-sı (A/индюк/Массачусетс/65 Hav6 N2) insanın H2N2 qrip
virusunun NA-sı ilə identikdir (Pereira və b. 1967; Schild, 1969;) QTV NA-sı
(A/ВГИ/Голландия/27 Hav1 Neq1) atların I tip qrip virusunun NA-sı ilə oxşardır
(A/лошадь/Прага/1/57/ Heq1 Neq1)(Webster, Pereira, 1968; World Health Org.,
1971).
Quş qripinin səkkiz müxtəlif yarımtipindən dördü insan və at qripi
viruslarının NA-antigeninə qohum NA-antigeninə malikdir.
O ki, qaldı HA şərtlənən antigen uyğunluğuna, yuxarıda A/Гонконг/68,
А/утка/Украина/63/ və А/лошадь/тип2 viruslarının HA uyğunluğu qeyd
edilmişdir.
Bundan başqa, son vaxtlar müəyyən edilmişdir ki, Almaniyada ördəklərdən
alınmış virus (A/утка/Германия/1225/74 H2 Nav2) A/H2N2/ qrip virusunun HA-
ya yaxın HA-ya malikdir.
48
Təbiətdə rekombinasion proseslərin mümkünlüyünün dolayı sübutlardan
ikincisi haqda danışdıqda qeyd etmək lazımdır ki, son illərin virusoloji tapıntıları
qrip viruslarının heç də həmişə sahibə qarşı qəti müəyyən spesifikliyə malik
olmadığını
və
virusların
ikitərəfli
keçidinin
mümkünlüyünü:
insan
populyasiyasından ibtidai heyvanlar aləminə və əksinə təsdiq edir (Eeasterday,
Tumova, 1971; Webster, 1972).
QК/68 virusu donuzlardan, itlərdən, pişiklərdən, babuinlərdən, eləcə də
toyuq və danalardan ayrılmışdır (Zhesmer, 1973).
Bu virusla dana və toyuqlarda eksperimental infeksiya alınmışdır (Schild,
Cambell, Webster; Kilbournun sitatı).
Honkonq virusunun insan ştammlarının toyuqlarda replikasiyasının
olmaması haqda alınmış məlumatların əsasında yəqin edilir ki, virus başqa sahibə
adaptasiya etmişdir və beləliklə, toyuqların orqanizmində ikiqat infeksiya və
genetik qarşılıqlı təsir üçün şərait yaranır.
R.Q.Vebster qeyd edir ki, bu məsələ haqda daha dəqiq məlumatlar o vaxt
alınacaq ki, təbiətdə müxtəlif qrip viruslarının yeni pandemik ştammının əmələ
gəlməsinə səbəb olan rekombinasiyasını tapmaq olsun.
Belə hadisənin nadirliyi (10-11 il intervalla) faktiki olaraq bu imkanı istisna
edir.
İnsanlar üçün pandemik olan növbəti ştammın əmələ gəlməsindən əvvəl
ştammların retrospektiv analizi məqsədi ilə ştammların “bankının” toplanması
alternativlik təşkil edir.
49
Hazırda
heyvan
və
insan
qripi
virusları
ştammlarının
təbii
rekombinantlarının alınması məlumdur.
Sakit okean hövzəsində 1976-cı ildə balinalardan A/кит/ТО/19/76 qrip
virusunun təbii rekombinant ştammı alınmışdır. Həmin virus H0-H1 Hav2, yeni
təsnifata görə H1N3 antigen formuluna malikdir (Lvov D.K., Zhdanov V.M.,
Sasonov A.A. və b. 1978).
Sonralar, T.V.Pısina, D.K.Lvov və b.(1978) keçmiş SSRİ-nin Primorsk
vilayətinin Xasan rayonunun şirin su kompleksində vəhşi quşların virusoloji
müayinəsi zamanı 1976-cı ilin yazında vəhşi ördəklərdən rekombinant qrip virusu
/Приморье/695/76 ayırd etmişlər. Həmin virus A/Сингапур/1/57 ştammının
hemaqqlyutini, quşların ikinci yarımtipinin Nav2 neyraminidazası ilə identik H2
hemaqqlütininə malik idi.
Müəlliflər güman edirlər ki, H2 Nav2 virusu H2N2 Asiya virusu ilə Hav7
Nav2 virusunun rekombinasiyası nəticəsində meydana çıxmışdır.
1983-cü ildə göyünlərin Tabanus agrestis növündən Hav1Nav2 və ya yeni
təsnifata görə H1N3 antigen formuluna malik qrip virusu alındı (M.T.Janseitova,
1983).
1983-cü ildə Nerome Kuniak və b. 1978-ci ildə Yaponiyada donuzlardan
alınmış rekombinant qripp virusunun /Swine/Kanagawa/2/78 hemaqqlütinin və
neyraminidazasının monoklonal antitel seriyasının köməyi ilə aparılmış antigen
analizi ilə müəyyən etdilər ki, A/SW/Kanagawa 2/78/H1N2/ qrip virusunun HA
geni H3N2 insan qripindən, qalan 7 geni isə donuz qripi virusundan alınmışdır.
50
1982-ci ildə isə A qripi virusunun təbii rekombinant ştammı KRX-lə
xəstələnmiş insandan ayırd edildi (штамм А/Баку/799/82/H1N3).
Ştamm Bakı şəhəri ətrafında, Azərbaycanın Xəzəryanı zonasında alınmışdı
(Lvov D.K., Zhdanov V.M., Sadychova F.A. və b. 1983). İnsandan alınmış A qripi
virusunun təbii rekombinant ştammının alındığı yerin epidemik və iqlim şəraiti,
tədqiqatçıların böyük əksəriyyətinin fikrincə, pandemik ştammların meydana
çıxdığı şəraitə identik idi.
Faktiki məlumatların əsasında şiftin əmələ gəlməsinin hər hansı 3
istiqamətinin mümkünlüyü haqda məntiqi nəticə çıxarmaq olar:
1.
“Yeni” virus- təbiətdə dəyişməz halda saxlanmış “ köhnə” virusun
təkamülün yeni burumunda “təzələnməsidir”.
2.
“Yeni” virus- heyvan viruslarının “köhnə” insan virusları ilə
rekombinasiyasının nəticəsidir.
3.
“Yeni” virus- növ spesifik baryeri keçmiş heyvan virusudur (Webster
R.G., Laver W.B., Air və b. 1982).
1971-ci ildən sonra izolə edilmiş A qripi viruslarının yeni yarımtiplərinin
hüdudlanmış sayı təbiətdə qrip viruslarının müxtəlif yarımtiplərinin sayının
sonsuz olmadığını söyləməyə əsas verirdi (Hinshaw V.S., Webster R.G.,
Rodriguer R.I, 1979; 1981).
İkiqat rekombinasiya yolu ilə yeni pandemik qrip viruslarının əmələ gəlməsi
haqda hipotez söylənilir (Mau Liang Wang, 1979). Bu hipotez A/Hasw1N1/, H1N1
qripp viruslarının sirkulyasiyada təkrarən meydana çıxmasını izah edir.
51
1.4
A qripi virusunun insan cəmiyyətindən kənar sirkulyasiyası haqda
məlumatlar və heyvan və insanı yoluxduran qrip viruslarının əlaqələri.
Qrip virusu ilə donuzların (1930-cu il), quşların (1955-ci il) və atların
(1956-cı il) yoluxması haqda məlumatların alınmasından sonra ÜST qripin
ekologiyası üzrə tədqiqatların stimullaşdırılması proqramını həyata keçirməyə
başladı.
Virusların təbii mənbələrdən alınmasına aid tədqiqatlar çox məhsuldar oldu.
A qripi viruslarının 24 yarımtipindən 17-si quşların, 2-si atların,
1-i donuzların, 4-ü insanın qrip viruslarıdır.
Hazırda qripp viruslarının spektri yeni antigen variasiyaları ilə dolur
(törədicinin təbii sahiblərinin spektrinin genişlənməsi ilə). A qripi virusları ilə
məməlilərin, vəhşi quşların dəstələrinin, ev quşları və heyvanlarının yoluxması
haqda məlumatlar var.
1.5
Dostları ilə paylaş: |