Qrip virsunun vəhşi və ev quşları arasında sirkulyasiyası.
Hazırda quşlardan (vəhşi və ev) böyük miqdarda qrip virusları alınmışdır.
Onlar sahibin növündən asılı olaraq özünəməxsus xüsusiyyətlərə malikdirlər.
ABŞ-da qağayılardan alınan hemaqqlütininin 12 məlum yarımtipindən
fərqlənən hemaqqlütinini olan A qripi virusu böyük maraq doğurur.
52
Güman edilir ki, qağayılardan alınan bu virusun hemaqqlütinini 13-cü
yarımtipin hemaqqlütinini adlandırmaq olar (Hinshaw V.S., Air C.M., 1982). Daha
sonra,Hinshaw V.Setal (1986) tərəfindən balinaların ağ ciyərlərindən və tənəffüs
dəliklərindən A/H13N2/ və (H13N9) qripi virusları alınmışdır. Bu viruslar
qağayıların qrip virusunun H13 subtipinə qohumdurlar.
Tədqiqatlarla həmin virusun ölkənin bir çox regionlarında, o cümlədən
Azərbaycanda vəhşi quşlar arasında sirkulyasiyası müəyyən edilmişdir
(Yamnikova S.S. və həmmüəlliflər 1986).
Vəhşi ördəkdən A/Anas acuta/Приморье/695/75/H2Nav7/ qripi virusunun
alınması haqda məlumat var (Т.V. Pısina, D.К. Lvov və b., 1978).
Hav6 yarımtipə məxsus A qripi virusları, xüsusən Kanadada alınmış
A/индюк/Онтaрио virusu həm insan tipli N1, N2, həm də at qripinə mənsub Neq2
neyraminidazaya malikdirlər (Вебстер Р., Тумова Б. и др., 1977).
Bir sıra qrip virusları 1980-ci ildə sərbəst yaşayan Amerika qu quşlarından,
qaraquyruq qağayılardan və Qərbi Yaponiyada kəkilli ördəklərdən alınmışdır.
Alınmış qrip virusları Hav6Nav3 və Hav1Neq2 subtiplərinə məxsus idilər (Otsuki
Koichi və b. 1982).
Cənubi Slovakiyada vəhşi quşlardan müxtəlif antigen formulalarına
A/H4N6/; A/Hav4Nav1/; A/H8N6/; A/Hav7Neq2/ malik quş qripi virusları
alınmışdır (Turek R., Tumova B., 1983).
İlk dəfə xəstə ördək balalarından qrip virusu 1953-cü ildə Kanadada
alınmışdır (Walker və Bannstber, 1953). Duck /Canada/53 virusunu yalnız 14 il
sonra Michell və başqaları (1967) ətraflı öyrəndilər.
53
1956-cı ildə Şərqi Slovakiyada xəstə ördək balalarının burun ifrazatından,
beynindən, ağ ciyərlərindən, qara ciyərindən Koşiçe/550 virusunun alınması haqda
məlumat xüsusi maraq doğururdu.
Koppel, Vrtiak, Vasil və Spiesa (1956) tərəfindən alınmış virus virusoloqlar
(Frano,
1958;
Blaskovic
et
al.,
1959)
öyrənilmişdi
və
Myxovirus
A/Anatis/Kosiece/56 və ya A/утка/Чехoсловакия/56 kimi qeyd olunmuşdu.
İlk dəfə A/утка/Англия/56 virusu haqda Andrewes və Worthington (1959)
məlumat verdilər.
Sinusitlə xəstələnmiş ördək balalarının respirator traktının toxumalarından
alınmış A qripi virusunun Veybricdə (İngiltərə) alınması haqda məlumatlar var.
1962-ci ildə İngiltərədə həmin fermada ördək sinusiti alovlanmasının təkrarı
zamanı 2 agent müəyyən olundu:
A/Anatis/England/62 kimi qeyd olunan A qripi virusu və Mycoplasma anatis
adlanan mikoplazmanın xüsusi növü (Weybridge, 1964). 1960-cı ildə ilk dəfə
SSRİ-də sinusitlə xəstələnmiş ördək balalarından A qripi virusu ştammı alındı. P.F.
Çimox (1962) Ukraynada 3 ştamm aldı: (Yalta-60, Borki-60, Sartana-60).
SSRİ-nin başqa rayonlarında А/утка/СССР/ОВ/66 və А/утка/СССР/1/68
ştammları alınmışdır. Bu ştammlarda Tsimox tərəfindən izolə edilmiş ördək
virusları ilə antigen əlaqələri müəyyənləşdirilmişdir (N.Q. Оsidzе və b. 1970).
Vəhşi ördəklərdən A/H2N2/, A/H3N2/, A/H3N8/, A/H6N5/ yanaşı donuz qripi
virusunun (Hsw1N1) ayrılması maraq doğurur (OttisK., Bachman P.A., 1983,
1984).
54
1965-1966-cı illərdə Şimali İtaliyanın quşçuluq fermalarında ev quşlarının
müxtəlif növlərindən A qripi virusu ştammları ayrılmışdır. Onlardan 4 ştamm –
утка/Италия/858/65,
утка/Италия/946/66,
və
утка/Италия/574/66
утка/Италия/167/66 kimi işarə olunan ştammlar xəstə ördəklərdən alınmışdır.
1968-ci ildə AFR-də Gylsorff quş xəstəliklərinin öyrənilməsi İnstitutunda
A/утка/Германия/1868/68 ştammını aldı.
Norfolkda fermada ördəklərdən qrip virusunun bir sıra antigen variantları
A/H6N2, H4N6, H3N8/ (Alexander D.G., 1981) alınmışdır.
Müəllif belə hesab edir ki, yoluxmuş ördək virusu vəhşi və ev quşları
arasında epizootiyalara, eləcə də insan populyasiyasında epidemiyalara təsir
göstərə bilər.
Pontaine M., Aymard M.,(1984) qeyd edir ki, ördəklərin 30%-indən çoxu
qrip virusunun daşıyıcılarıdır və onlarda müxtəlif növ heyvanların hibrid ştammları
əmələ gəlir.
Yuxarıda deyilənləri bir sıra müəlliflərin vəhşi ördəklərdən A qripi
virusunun geniş antigen spektrinin A/Hav7Neq2, Hav6N2, Hav4 Nav1/ (Sinnicker
H., Sinnicker R., Zilske B., 1982); A/H3N8, Hav7eq2 Nav1/ və A/H4N6,
Hav4Hav1/ (Turek R. Et al., 1983) alınmasına aid tədqiqatların nəticələri təsdiq
edir.
Hindquşularının qrip
virusu (Myxovirus İnfluenza A., Meleagria,
Turkey).
55
A tipli qrip virusunun ilk ştammları 1963-cü ildə İngiltərədə - Lanqam
ştammı (Wells, 1963) və Kanadada – Vilmot hindquşusundan alınmışdır(Lang və
b. 1965; Lang Wills, 1966). Bu ştammlar A/индюк/Англия/63 və ya
А/Turkey/England/ və A/индюк/Канада/63 və ya А/Turkey/Саnada/63 kimi qeyd
olunmuşlar.
1964-cü ildən başlayaraq Amerika qitəsində hindquşulardan bir çox ştammlar
alınmışdır. Onlardan etalon kimi istifadə olunan A/индюк/Массачусетc/65 və
А/индюк/Висконсин/66 daha ətraflı öyrənilmişdir (Olesiuk и др.,1967; Pereira,
Lang və b. 1966).
Bütün yeni Amerika ştammlarının Lanqam virusu ilə deyil, Vilmot virusu ilə
oxşarlığı müəyyən edilmişdir.
Şimali İtaliyanın quşçuluq fermalarında A tipli qrip virusu ştammları ev
bildirçinləri arasında respirator infeksiyanın alovlanması zamanı alınmışdır
(Rinaldi, Nardelli, Pereira, 1968).
Quş qripinin həmin ocağında Şimali İtaliyada bildirçinlərin virusları ilə oxşar
viruslar qırqovullardan və toyuqlardan alınmışdır.
Austin F.J. Hinshaw (1984) Yeni Zelandiyada vəhşi fırtına quşlarından,
ördəklərdən, qağayılardan A/H4N6, H1N1, H1N3 qripi virusları alınmışdır.
Quşların klassik taunu virusu (Myxovirus İ
nfluenza- A Calli).
Sinonimləri: quşların klassik (həqiqi) taunu virusu, toyuqların klassik (həqiqi)
taunu virusu, pestis avium, pestis gallinarum, Fow1 peat, Fow1 plague.
56
Dutch ştammı (quşların klassik taunu) İndoneziyada təxminən 1927-1928-ci
illərdə alınmışdır.
Росток ştammı – Almaniya, 1928-ci il.
863 ştamm və Rezetçı – Rumıniya, 1942.
Breşiya ştammı – İtalya
İskəndəriyyə ştammları – Afrika(Qahirə ş.) və Tiroid.
Çiba ştammı – Yaponiya, 1936-cı il (Nakayama).
N virusu 1949-cu ildə AFR-də (Bavariya) toyuqlardan quşların klassik
taununa bənzər xəstəlik zamanı alınmışdır (Dinber, Bakos, 1949).
Alınan ştamm N virusu kimi qeyd olundu.
Analoji viruslar ördək balalarından, sonralar isə hindquşu balalarından
İtaliyada alındı (Rinaldi A.,Cervie və b. 1965 1966).
Toyuqların taunabənzər xəstəliklərini baytarlıq praktikasında son illərə qədər
quşların klassik və ya yalançı taunu virusları ilə əlaqələndirirdilər. ÜST-ün
məlumatı böyük maraq doğurdu (Heyvan qripinin koordinasion tədqiqatları üzrə
hesabatda (Cenevrə, 28-29 iyul(1964) Şotland cücələrindən və Cənubi Afrika
sığırçınlarından alınmış ştammların identikliyi qeyd olunurdu).
A/Chicken/Scotland/59 və A/tern/S.Africa/59 ştammları öz aralarında o qədər
oxşar idilər ki, Arktikadan Cənubi Afrikaya köçən sığırçınların ev toyuqlarını
yoluxdurması haqda fərziyyə söylənirdi.
Becker (1966) sığırçınların virusunu Myxovirus İnfluenza A/tern/South
Africa/1961/ kimi klassifikasiya etməyi təklif etdi.
57
1967-ci ildə SSRİ-də ilk dəfə ev toyuqlarından A/курица/СССР/314/67 qrip
virusu ştammı alındı. Bu virus Şotland cücələri viruru ilə oxşar idi; sonralar
ölkənin müxtəlif respublika və vilayətlərində quş qripi virusunun 14 ştammı alındı.
Onlar A/индюк/Массачузетc/65 virusu ilə, yəni A/H6 quş virusu ilə oxşar idilər
(V.N. Syurin, N.Q. Osidze və b. 1964).
V.Y. Jezmer Kamçatka vilayətində ev toyuqlarından A qripi virusu ştammları
aldı. Bu ştammlar Honkonq virusunun insan ştammları ilə oxşar idilər.
Ev toyuqlarının A qripi virusları ilə yoluxması bir sıra müəlliflər tərəfindən
üzə çıxarılmışdır (Roslaya İ.Q., 1982). 1979-cu ildə Böyük Britaniyada qripin
alovlanması zamanı A/курица/Англия/71/82/H7N1/ qripi virusunun toyuq və
hindquşularından ayrılması məlumdur (Alexander D.T., Stuart T., 1983).
1975-ci ildə Azərbaycanda ekoloji tədqiqatların nəticəsində (A.A. Kazımova
1975) А/индюк/Онтaрио qrip virusunun Hövsan və Binə qəsəbəsi quşçuluq
təsərrüfatı toyuqları arasında geniş sirkulyasiyası qeyd edilmişdir. Bundan başqa,
müəlliflər A/ГК/68 qrip virusunun da sirkulyasiyasının toyuqlar arasında
epidemiyadan əvvəlki dövrdə (1974-cü ilin payızı) 45,8% -ə qədər olduğunu və
epidemiya zamanı 87,1%-ə qədər yüksəldiyini (A/Англия/42/72/ ştammı) göstərir.
Kawaka Yoshihiro, Webster R.G.(1985) tərəfindən A/H5N2/ qrip virusu ilə
törənmiş toyuq epizootiyası təsvir edilmişdir. Epizootiyanın əvvəlində - apreldə
aşağı səviyyəli letallıq, hemaqqlütininin nöqtəvi susan mutasiyalarının hesabına
oktyabrda isə 80-90% -ə qədər yüksək letallıq qeydə alınmışdır.
58
Keçmiş SSRİ ərazisinin müxtəlif regionlarında, o cümlədən Azərbaycanda
1979-cu ildə vəhşi quşlardan və heyvanlardan müxtəlif antigen uyğunlaşmalı bir
sıra qrip virusları alınmışdır (Cədvəl 1).
1979-cu
ildə
Azərbaycanın
Qızıl-Ağac
qoruğundakı
vəhşi
quşlardan(qarabatdaq,
qaşqaldaq,
belibağlı)
A/Hav
₂Neq₂/-/H10N8/
və
A/H1N1/virusları
aşkarlanmışdır.
Bu
da
qümüşü
qağayıdan
alınan
A/Хабаровск/77/H1N1/ ştammı ilə eynidir.
Yenə də həmin il (1979) Hövsan qəsəbəsində(Bakı ş. ətrafı qəsəbə) KRX ilə
xəsətə 3 yaşlı uşaqdan A/cücə/Almaniya/”N”/49/Hav
₂Neq₁/ virusu ilə eyni antigen
formuluna( Hav
₂ Neq₁) malik A qrip virusu aşkarlanmışdır(Sadıxova F.Ə.).
(SSRİ TEA D.İ. İvanovski adına Virusologiya İnstitutunun Virusların ekologiyası
Mərkəzinin “Qrip viruslarının ekologiyası” problemi üzrə hesabat məlumatları).
1.6 Donuz qripi virusunun heyvanlardan alınması.
Hazırda müəyyən edilmişdir ki, donuzların həqiqi qripi ştammları
Çexoslovakiyada (Harnach və b., 1950; Cois və b.,1963), Polşada (Parnas, 1957);
Estoniyada (E.А.Aaver, 1957), Rusiyada (L.F. Оsidze, 1964) alınmışdır.
Donuzların qrip virusları tək xəstə donuzlardan deyil, həm də ev
heyvanlarının başqa növlərindən də alınmışdır.
Belə ki, Barb və b.(1962), Romvary və b.(1962) tərəfindən 1958-1961-ci
illərdə Macarıstanda donuz qripi virusu at və danalardan; bir sıra hallarda isə
həmin virus xəstə donuzlardan alınmışdır.
59
Çexoslovakiyada donuz qripi virusu siçovullardan alınmışdır (Rosocha,
Heubert,1956). Əvvəllər S.İ.Aqapov göstərmişdi ki, Podmoskovye vilayətinin
donuzçuluq təsərrüfatında tutulmuş boz siçovullar donuz qripi virusu ilə yoluxmuş
idilər.
Qrip virusunun 1979-cu ildə keçmiş SSRİ-nin müxtəlif regionlarında izolyasiyası.
Cədvəl 1
Müayinə
rayonu
Tədqiqatın
obyekti
Bioprobların
müayinəsi
Viruslar
alınmışdır
İdentifikasiya
edilib
Antigen
formulu
1
2
3
4
5
6
Ukrayna
Hindquşuları
Ördəklər
50
103
1
1
1
1
H1N1
H3N2
Qara dəniz
qoruğu
Vəhşi quşlar
219
6
6
Hav5Nav2
Azərbaycan
Vəhşi quşlar 60
14
4
Hav2Neq2
H1N1
Belorusiya
Vəhşi quşlar 133
3
3
Hav1N6v2
Hav1N6v2
Hav1N6v2
Qazaxıstan
Vəhşi quşlar
363
1
1
H3Neq2
Balxaş
Aralsk
Vəhşi quşlar
---
---
---
Qırğızıstan
Vəhşi quşlar 89
50
7
6
7
6
Hav3Nav1
Hav4Nav1
Xabarovsk
Toyuqlar
Vəhşi quşlar
Balıq
50
40
10
2
1
1
2
1
1
1)H3Neq2
2)Heq2Neq2
1)Heq2Neq2
H3Neq2
60
Primorsk
vilayəti
Vəhşi quşlar
Kosulya
Dələ
525
4
9
5
1
1
1
1
1
1
1
1
Hav6 Nav4
H0N1
H0N1
H0N1
Cəmi
49
39
1.7 İnsan qripi viruslarının donuzlardan alınması.
Koreyada donuzlardan OTİ ştammı alınmışdı, o A1 qripi virusu kimi
identifikasiya edilmişdi (Frensis və b., 1949).
1979-cu ilin dekabrında donuzların epizootoloji müayinəsi zamanı
Banqkokun (Tayland) 60 km-liyində sağlam heyvanın nazal yaxmasından
A/СССР/92/77 ilə idenyik olan A/свинья/Бангкок/32/79 kimi qeyd olunan
hemaqqlyütinasiya edən agent H1N1alınmışdır (Nerome K., İshida M. Və b.,
1982).
Xəstə donuz və toyuqlardan alınmış A qripi virusunun 10 ştammının antigen
və bioloji xassələri öyrənilərkən A/курица/Бохот/11/80/H1N1/ qrip virusu
ştammının H1N1 və H0 yarımtipi variantları ilə A/свинья/Антимово/1/80/H3N2
H3 variantları ilə antigen qohumluğu meydana çıxmışdır. Özü də onun HA
A/Виктория/2/75 ştammının HA ilə yaxın qohumdurlar (Panayotov N.,
Nikoloyeva Z., 1982).
1959-cu ildə Litvada xəstə donuzlardan W.S ştammları qrupuna aid edilən
A/Шклявер/48 etalon ştammına uyğun olan insan virusu qripi A0 kimi
identifikasiya edilən 5 ştamm alınmışdır (ştamm A/Каунас/535-539).(В.М.
Стаханова, 1961; В.М. Стаханова, Э.Я. Андрияускас, 1962).
61
Xəstə donuz balalarından A tipli qripp virusunun 3 ştammı ayrılmışdır
(M.A.Smetanin, 1966).
Xəstə donuzların burun-udlaq yaxantısında A və B qripi virusları alınmışdır
(A.S.Коrotiç və b., 1966).
A2 Sinqapur/57 virusu ilə oxşar viruslar xəstə donuz və qoyunlardan
alınmışdır (Barb, Farkas, Rotvary, Takatay, 1962); A/PR/8 qripi virusu
Rumıniyada donuzlardan alınmışdır (Papovici və b., 1960).
Asiya qripinin pandemiyasının (1957) əvvəlində Çində donuzlardan yeni
qrip virusunun alınması haqda məlumat daxil olmuşdu. A2 virusunun 3 ştammı
İspaniyada 1957-ci ilin noyabrında donuzlardan alındı (sitat Kaplan və Payne;
1959).
Asiya qripinin pandemiyası zamanı Çexoslovakiyada donuzlarda dölün
bətndaxili ölümü halları müəyyən edilmişdir. Dölün ağ ciyərlərindən dölətrafı
örtükdən A tipli qrip virusu alınmışdır (Manaik, Gerny, Zeman, 1957).
A2 Honkonq qrip virusunun meydana çıxması ilə xəstə donuzlardan insan
qripinin bu növünün izolə edilməsinin artması tezləşdi (L.S. Yenikolopova. Q.P.
Jilov, 1970; Kundin, 1970; Tumova B. Və b., 1985). Kanai Chatiyanonda və
b.(1981) 1978-ci ildə donuzlardan A/Бангкок/9/78/ H3N1/ qripi virusu almışlar
(xəstəliyin klinik simptomatikası ilə).
Mancini C. və b (1985) Mərkəzi İtaliyanın müxtəlif vilayətlərində
1981-82-ci illərdə donuzlardan qrip virusları ştammları almışlar, onları A
/Бангкок/1/79 və A/ Англия/42/72/H3N2 ştammlarını qohumları kimi
identifikasiya etmişlər. Müəlliflər tərəfindən qrip viruslarının insandan heyvanlara
62
keçməsinin mümkünlüyü göstərilmişdir. Bu isə heyvanların yeni pandemik
variantların qorunmasında və meydana çıxmasında vacib rol oynaya bilməsi haqda
hipotezi təsdiq edir.
Yuxarıda göstərilənlərin təsdiqi kimi Nakajima K. və b., (1982)
tədqiqatlarını qeyd etmək lazımdır. Onlar oliqopeptid xəritəsi metodu ilə /H3N2/
Honkonq tipli A qripi virusunun erkən ştamlarının donuz orqanizmində 1976-cı ilə
qədər qorunub saxlanmasının genetik təsdiqi haqda əlavə sübutlar aldılar.
Donuzlardan ayrılmış insan qripinə aid olan ştammların mənşəyi
məsələsində skeptisizmə baxmayaraq, bu kimi ştammların tədrici təkamül
nəticəsində donuz orqanizmində formalaşa bilməsi xeyrinə fikirlər meydana çıxdı.
Atların qrip virusunu ilk dəfə 1956-cı ildə Sovinova və Tumuova
Çexoslovakiyada
atlar
arasında
geniş
epizootiya
zamanı
aldılar–
A/equine/Praga/56.
Daha sonra, 1959-cu ildə Moskvada Z.V.Domraçeva A/equine/Praga/56 at
virusuna qohum ştamm aldı. O biri ştamm isə A2 tipli insan qripi virusu kimi
identifikasiya edildi.
Virusun analoji ştammları Kanadada atlardan alındı (Oitchfield və b., 1956).
Qrip virusunun ikinci yeni yarımtipi- A/лошад/2/Майами/63 1963-cü
ildə ABŞ-da atlar arasında qrip epizootiyası zamanı kəşf olundu (Waddell,
Teigland and Sigel, 1963).
Wilson, Bryans və Deil (1965) 2 yaşlı və ondan yuxarı xəstə atların
burun–udlaq yuyuntusundan bir sıra Equin-2 ştammları və epizootiya dövründə
pnevmoniyadan ölmüş dayçanın ağ ciyər toxumasından bir ştamm aldılar. Qeyd
63
etmək lazımdır ki, bu müəlliflər 1963-cü ildə Kentukki ştatında Equi 1 ştammlarını
Leksinqton şəhərində minik atlarından və bir neçə ştammları həmin ştatın
fermalarının birində almışlar.
Amerika virusoloqları (Lief, Cohen, 1965; Wilson və b., 1965) xüsusi diqqət
doğuran hal kimi ABŞ-da atların qrip virusunun 2 müxtəlif yarımtiplərinin birgə
(yanaşı) mövcudluğunu qeyd edirlər. Buna bənzər halı Tumova və b. 1972-ci ildə
təsvir etmişlər.
Analoji ştammlar Kanadada, Şimali və Cənubi Amerikanın müxtəlif
rayonlarında (Schooltens R.C., 1964), Uruqvayda (Vallone E.F. və b., 1964),
İngiltərədə (Rose M.A., 1966), İsveçrədə (Paccaud M.F. və b., 1966), Kaplan
M.M., 1982. alınmışdır.
Son illərin müşahidəsi göstərir ki, antigen strukturunun gözəçarpan
dəyişməsi heyvan qripləri arasında baş verir (ÜST, 1977).
At qripi viruslarının iki yarımtipinin mövcudluğu müəyyən edilmişdir.
Ev heyvanlarının bu növü digərlərindən nisbətən uzun ömürlü olması ilə
fərqlənir. Bu isə virusun, tamamilə immuniteti olmayan orqanizmdə
sirkulyasiyasının mümkünlüyüdə ola bilər.
Bu isə, öz növbəsində sahib tərəfindən induksiya edilmiş dəyişkənlik kimi
baxılan virusun dəyişkənliyinə təsir edir. Burrows R., Denyer M.(1982) qeyd edir
ki, insanın A qripi virusları ştammlarından fərqli olaraq atların qrip virusu daha
konservativdir: 1963-cü ildən şift qeyd olunmamışdır; 1973 və 1977-ci illərdə
alınmış A/лошадь/Прага/1/56 ştammının yalnız dreyf variantları var. Keçmiş
64
SSRİ-nin orta qurşağında at qripi virusunun ikinci yarımtipinin ştammları
alınmışdır (Q.А.İvanova, N.V.Lixaçev və b., 1970).
А/собака/Владивосток/1/70/H3N2/
qrip
virusu
A2/ГК/68
kimi
identifikasiya edilmişdir (Т.V. Pısina, N. Q. Surin, 1972).
Qrip virusu ştammları Atlantikada 1976-cı ildə tutulmuş balinalardan
(D.К.Lıvov və b., 1976), suitilərdən (Webster R.G. və b. 1981), yarasalardan
(D.К.Lıvov və b., 1979) izolə edilmişdir.
Layr-Zebudan Nepalda H3N2 insan qripi virusunun antigeninə qarşı təbii
antitellər tapılmışdır (İ.Qreyv, S.Pyakural və b.). Monreal rayonunda sərçələrdə
H3N2 qrip virusu 14% hallarda təsadüf edilir (Ray G., Bucton İ. Və b., 1983).
1.8Heyvanların insan qripi virusları ilə yoluxması.
Bu gün qrip epidemiyası zamanı ev heyvanlarının xəstə insanlarla kontaktı
nəticəsində yoluxmasına aid sübutlar kifayət qədərdir.
Belə ki, A/Honkonq/68 qripinin 1969-cu ildə epidemiyası zamanı
Yenikolopova, Jilova qrip virusunun insandan donuzlara, Pısina isə itlərə
keçməsini müəyyənləşdirdilər.
Heyvan və quş viruslarının antigen strukturunun insanın A və B qripi
viruslarına yaxınlığı maraq doğurur.
Belə viruslar atlarda, qoyunlarda, donuzlarda, toyuqlarda, ördəklərdə, ev
bildirçinlərində, kəkliklərdə tapılmışdır (V.М. Jdanov, 1964; А.S. Qorbunova,
Т.V. Pısina, 1973).
65
Adları çəkilən heyvanlardan bəzilərinin arasında (atlar, donuzlar, kəkliklər,
bildirçinlər) A qripi virusu tərəfindən törənmiş epizootiyalar meydana çıxır. İri
buynuzlu qaramalın insanın H3N2 qripi virusu ilə yoluxması müəyyən edilmişdir
(А.İ. Кiryanova və b., 1982).
Eksperiment yolu ilə A/H3N2/-nin növ dəyişkənliyinin danalar üçün
infeksion olması müəyyənləşdirilmişdir: danadan alınmış ştamm daha çox virulent
idi (М. Fatxuddinova, 1981).
R.Nakamura və b. (1973) seroloji müşahidələrin nəticəsində belə bir
fərziyyə irəli sürürlər ki, dişi donuzlar donuz qripi ilə xəstələndikdən sonra virusun
daşıyıcılarıdır və epizootiyalararası dövrlərdə infeksiyanın rezervuarı rolunu
oynayırlar.
Romvary J.(1977) eksperimentdə insan qripi virusunun cücə orqanizminə
adaptasiyasının mümkünlüyünü göstərdi. Bu zaman invazivlik yüksəlir və
persistensiya uzunmüddətli olur.
Digər tərəfdən insanların A qripinin donuz ştammları ilə yoluxması halları
məlumdur, xüsusən qrip virusunun A/Hsw1N1/ ştammının rekrutlar arasında (500
nəfərdən çox xəstə insan) 1976-cı ildə Fort-Diksdə epidemik yayılması halı.
İnfeksiyanın mənbəyi, tədqiqatçılar hesab etdiyinə görə, donuzlarla
kontaktda olmuş rekrut idi (sitat V.M.Jdanov və b., 1982).
Bu dövrdə, 1976-cı ildə ABŞ-da A/Hsw1N1/ virusu donuzçuluq
fermalarında işləyən iki cavan adamdan və eyni zamanda donuzlardan izolə
edilmişdir.
66
Göstərilən hallarda insan və donuzlarda respirator xəstəliyin əlamətləri
müşahidə edilirdi.
Bir halda virusun xəstə insandan sağlam insana uzun müddət ərzində
keçməsini üzə çıxarmaq mümkün olmuşdur (Easterday B., 1977; sitat V.M.Jdanov,
1982). A/Нью-Джерси/8/76/Hsw1N1/ virusunun Fort-Diksdə rekrutlardan
alınması və antigen və genetik cəhətdən identik olan Hsw1N1 qrip viruslarının
donuz və insanlardan həmin fermada Viskonsində doktor Easterday və b.(sitat
Webster, 1978) tərəfindən sonrakı izolyasiyası göstərir ki, heyvan qripi virusları
insanlara keçə bilər (Bachman P.A., 1984).
ABŞ-da donuz populyasiyası Hsw1N1 qripi virusunun əsas rezervuarı kimi
qalmaqda davam edir.
Donuz qripi virusları Sinqapurdan ÇXR, Honkonqa gətirilmiş donuzlardan
da alınmışdır (Kundin W.D., 1970).
H3N2 insan qripinə bənzər qrip virusları bir çox ölkələrdə, keçmiş SSRİ
daxil olmaqla, ABŞ, Çexoslovakiya, Honkonq, AFR, İspaniyada, Kolumbiya,
İsveçdə, ÇXR, Filippin, Avstraliya, Yeni Zelandiyada donuzlarda tapılmışdır
(Shortridge, 1977).
Bu virusların çoxu insanlar arasında sirkulyasiya edən H3N2 virusunun
variantlarına bənzər idi, ancaq bəzi Honkonqdan olan izolyatlar 1968-ci ilin H3N2
variantları ilə daha sıx əlaqədə idilər. Bu isə həmin ştammların insanlar arasında
itməsindən sonra donuzlarda persistensiya etməsini göstərir (Webster R.G., Schild,
1978).
67
Sonralar, 1977-ci ildə ÇXR-də insanlar arasında H1N1 epidemiyasından
sonra ev cücələrinin 14%-ə yaxını bu ştamma qarşı antitellərə malik idilər
(Webster R.G., Schild C., 1978).
A qripi virusunun suitilər arasında xəstəliyin alovlanmasını törətməsi haqda
məlumatlar var (Webster və b., 1981;sitat Mc.Cauley və b., 1983).
Kənd təsərrüfatı heyvanlarının
seroloji müayinəsi insan qripinin
epidemiologiyasında onların rolunu aydınlaşdırmaq məqsədi ilə aparılırdı.
K.V.Sidorenkonun
(1966)
məlumatlarına
görə,
atların
qanında
A/Сингапур/57/H2N2/ pandemik ştammlarına, donuzların zərdabında isə B
virusuna qarşı antitellər üzə çıxarılmışdır.
Gövşəyən heyvanların (iri buynuzlu qaramal və qoyunlar) zərdabının tədqiqi
zamanı qeyd olunan ştammlarla yanaşı donuz qripi viruslarına qarşı da antitellər
tapılmışdır.
Müəllif belə nəticə çıxarır ki, 4 növ kənd təsərrüfatı heyvanlarının
zərdabında insan qripinə qarşı antitellər var və öz tapıntılarını heyvanlar arasında
Ukraynada əhalini yoluxduran, epidemiya və qripinin alovlanmasını törədən qrip
ştammlarının sirkulyasiyası ilə əlaqələndirir.
İri buynuzlu qaramal və qoyunlarda A qripi viruslarına qarşı antitelləri digər
tədqiqatçılar da tapmışlar (Lipp və b., 1961; Macferson və b.,1963; Homme və b.,
1964) (sitat А.S.Qorbunova, 1973).
A və B tipli qrip virusunun insan ştammlarına qarşı antitellər iri buynuzlu
qaramalın, qoyunların, itlərin, pişiklərin, tülkülərin, canavarların, dovşanların,
ördəklərin zərdabında tapılmışdır (Meenan və b.,1962; Bronitki və b., 1965).
68
Тамаrа Nikitina, D.Коen, Js.Тоd.Florensis Lif (1973) itlərdə А/ГК/68 H3N2
virusu infeksiyasının subklinik formasını və kontakt yolu ilə ötürülməsini qeyd
edirlər.
Т.V.Pısina, N.Q.Sürin (1972) spaniel cinsindən olan itdən 1970-ci il
Vladivastokda qripin epidemik alovlanması zamanı A/ГК/68/H3N2 qripi virusunu
almışlar. Virus serolji yolla təsdiq edildi.
Heyvanın xəstələnməsi sahibinin ailə üzvlərinin xəstələnməsindən sonra baş
vermişdi.
Müəlliflər itlərin insan qripi virusu ilə yoluxmasının mümkünlüyünü qeyd
edirlər.
1.9 Heyvan qripi viruslarının insanı yoluxdurma qabiliyyəti.
İnsanların at qripi virusu ilə yoluxması haqda dolayı (1918-ci və 1889-cu
illərə qədər doğulmuş şəxslərin retrospektiv müayinəsi əsasında) (Davenport F.,
1977) və insanların at qripi virusu ilə xəstələnməsi haqda məlumatlar var
(R.Nikolova, R.Koçeva).
Etioloji
cəhətdən
donuz
qripi
virusunun
/Hsw1N1/
və
A/Виктория/3/75/H3N2 eyni zamanda sirkulyasiyası ilə bağlı olan A/Hsw1N1/
etioloji əhəmiyyətinin xəstəliyin Fort-Diksdə alovlanması zamanı interpretasiyası
belədir: xəstəlik halları üzə çıxan qruplarda donuz qripinə qarşı immunitet 21%-
34% çatırdı. Ancaq donuz virusunun sirkulyasiyası populyasion immunitetin
böyük olmayan ölçülərinə baxmayaraq tezliklə spontan olaraq kəsildi.
69
1976-cı ilin qışında keçmiş SSRİ ərazisində epidemiya törətmiş
A/Виктория/3/75 qripi virusunun aktiv sirkulyasiyası isə bu zaman davam edirdi.
Bir sıra müəlliflər güman edirlər ki, bu donuz virusunun insana birbaşa
adaptasiyası idi (Palese P.və b., 1976).
Belə bir fərziyyə mümkündür ki, bu donuzlara adaptasiya etmiş virus
variantının gətirilməsi idi, ancaq nə bu virusun A/Виктория/3/75 virusu ilə
rekombinasiyası, nə də populyasiyada əvvəl yaşamış mutantların adaptasiya
seleksiyası deyildi və buna görə də ştammın həqiqi epidemik yayılması və
populyasiyada möhkəmlənməsi baş vermədi.
M.V.Revonun (1956) məlumatlarına görə, praktik baytar həkimləri insanın
xəstə donuzlardan yoluxma hallarını qeyd edirdilər.
Alma–Atada
Hsw1
hemaqqlütininli
A
qripi
virusunun
insandan
izolyasiyasının 3 halı ayırd edilmişdir.
Sonralar, həmin regionda Z.К. Çuvakova və b.(1986) tərəfindən
A/свинья/Айова/15/30 virusunun 1984-cü ilin sonunda qriplə xəstələnmənin
mövsümi yüksəlişində rolu müəyyən edilmişdir. Tədqiq edilən materiallardan
A/свинья/Айова/15/30 serovariantına bənzər 12 ştamm alınmışdır.
A/Hsw1N1/ yarımtipinə aid qrip virusları Bolqarıstanda insanlardan,
2 yaşdan 16 yaşa qədər şagirdlərdən alınmışdır. Onlar ev təsərrüfatında donuzlarla
kontaktda olmuşlar.
Alınmış ştamm А/Айова/15/30/Hsw1N1/ prototipi ilə oxşar idi (R.Nikolova
və b., 1983).
70
Quşların klassik taunu virusuna oxşar ştammların bu infeksiyanın enzootik
olduğu ölkələrə səyahət edən insanlardan ayrılması halları təsvir olunmuşdur
(Cambell və b., 1970).
1.10 Müxtəlif yaşlı insanların qan zərdabında
heyvan qripi virusuna qarşı antitellərin spektri.
Müxtəlif yaş qrupuna aid insanların qan zərdabı tədqiq edilir. Məqsəd
virusların sirkulyasiyasının xronologiyasını müəyyənləşdirməkdir.
1925-ci ilə qədər yəni “ispankanın” pandemiyası zamanı doğulmuş
insanlarda donuz qripi viruslarına qarşı antitellərin üzə çıxması məlumdur
(Blaskovic və Rotova, 1956; Jdanov V.М. və Staxanova V.М., 1960) və лошадь/2
qripi virusuna qarşı 1889-1890-cu illər pandemiyadan əvvəl doğulmuş insanlarda
üzə çıxması məlumdur (Voth və Feldman, 1963; Masusel və Mulder, 1966).
Nigeriyanın 30 yaşdan cavan əhalisində donuz qripinə qarşı antitellərin üzə
çıxması maraq doğurur. Bu, tədqiqat zamanı ümumi antigenlərin olması ilə
əlaqədar sirkulə edən aktual Asiya ştammı A/H2N2/ ilə donuz qripi virusunun
(Masuzel, Mulder, 1957) çarpaz reaksiyaları kimi qiymətləndirilir. Zakstelskaya
L.J. və b. (1969) 1960 və 1968-ci illərdə müxtəlif yaşlı şəxslərdən yığılan
zərdablarda A/ГК/68 və ördək viruslarına, qarşı antitellərin üzə çıxarılmasına dair
tədqiqatlar aparmışlar.
Müəlliflər hər iki ştammlar arasında çarpaz qohumluğun olduğunu
göstərmişlər.
71
Eyni zamanda, A/ГК/68 virusunun antihemaqqlütinininə qarşı aktiv olan
zərdab nümunələri A/лошадь2/Майами/68 ştammının hemaqqlütinasiyasını
tormozlayırdı.
Müəlliflər viruslar arasında qarşılıqlı əlaqə olduğunu söyləyirlər. Belə ki,
A/ГК/68 ştammının sələfi insanlar arasında sirkulə edirdi və immunoloji “press”in
təsiri altında sıxışdırılmışdır, bu isə onun heyvan populyasiyasına keçməsi və orada
toplanmasını təmin etmişdir.
1.11 İnsan və bir növ heyvan qripi viruslarının digər növ heyvanlar üçün
patogenliyi və insanların qriplə xəstələnməsinin alovlanması və epizootiyalar
arasında ə
laqə.
Müxtəlif antigen dəyişkənliyinə malik qrip viruslarının patogenlik dərəcəsi
quşlar üçün müxtəlifdir. Hav1 serotipinin HA malik ştammlar toyuqlar üçün
xüsusən yüksək patogen olması ilə fərqlənirlər.
Bu HA malik olan ştammlar Breacia/02/A/Dutch/27 və b. XX əsrin
əvvəlində elə dağıdıcı epizootiyalar törətdiklərinə görə “quş taunu” – fowl plague
viruses (FPV) /Hav1Neq1/-/H7N7/ adlandırılmışlar.
Bu ştammlar toyuq embrionlarında kultivasiya edildikdə toyuqlara qarşı
patogenliyini qoruyur.
Donuz qripi virusunun sürüdəki donuzlara keçməsi müəyyən edilmişdir
(Kilbourne Edwin D. Və b., 1980).
İsbat edilmişdir ki, epidemiya illərində insan qripi virusları ev məməlilərinə
(donuzlar, atlar, buynuzlu malqara, itlər, pişiklər), eləcə də quşlara (toyuqlar) keçə
72
və bir müddət orqanizmdə sirkulyasiya edə bilərlər. A/H3N2/ viruslarının
epidemik aktiv ştammları ilə oxşar viruslar həm sinantrop, həm də köçəri vəhşi
quşlardan izolə edilmişlər.
İnfeksiyanın həşəratla ötürülməsi müəyyən edilməmişdir. Virusun dişidən
dölə şaquli ötürülməsi siçanlar üzərində eksperimentlərdə isbat edilmişdir
(Timakov V.D., Zuev V.А., 1977, sitat V.М.Jdanov, 1982).
Honkonq kompleksinin epidemik ştammları, ev quşlarından başqa, dəfələrlə
həm Avropa qitəsinin müxtəlif hissələrində vəhşi quşlardan (Lvov D.К., İliçev
V.D., 1979), həm Mərkəzi Rusiyada qağayı və qarğalardan, həm də Uzaq Şərqdə
vəhşi ördəklərdən izolə edilmişdir (İsaçenko V.А. və b., 1974).
Bu məlumatları Honkonq kompleksi viruslarının (H3N2) vəhşi quşların
sirkulyasiyasına introduksiyası kimi qiymətləndirmək lazımdır.
Digər tərəfdən H3-ə bənzər Heq2-Hav7 hemaqqlütininlərinə malik virusların
heyvanlar arasında sirkulyasiyası hələ 1963-cü ildə, yəni epidemik Honkonq
virusunun meydana çıxmasından 5 il əvvəl məlum idi (A/Turkey/Canada/63 və
A/Duck/Ukraine/63/) (L.N.Zakstelskaya və həmmüəlliflər., 1963).
Bu virusların hemaqqlütininlərinin ağır və yüngül zəncirlərinin peptid
xəritələri H3-Heq2-Hav7 hemaqqlütininin yüngül zəncirlərində nukleotid
ardıcıllığında böyük oxşarlıq, N2 ilə isə böyük fərqlər üzə çıxardı (Laver W.G.,
Webster R.G., 1973).
Bu məlumatlar Honkonq virusunun meydana çıxmasının Asiya virusu ilə
3-cü tip hemaqqlütininə malik hər hansı heyvan qrip virusunun rekombinasiyasının
nəticəsi olduğunu fərz etməyə əsas verir.
73
Honkonq virusunun rekombinasiya yolu ilə meydana çıxması haqda əlavə
biokimyəvi sübutlar Laver W.C. və b., 1977 tərəfindən alınmışdır. Müəlliflər
müəyyən etdilər ki, H3-Hav7 hemaqqlütininin ağır zəncirinin sonunda asparagin
turşusu yoxdur, Asiya virusu daxil olmaqla digər tədqiq edilən viruslarda isə o
mövcuddur.
1979-cu ildə Belçikada donuzlar arasında epidemiya qeydə alınmışdı. Bu
zaman Şimali Amerika və AFR-də ördəklərdən alınmış ştamma Hsw1N1 antigen
tərkibcə yaxın qohum olan A/Hsw1N1/ qripi virusu üzə çıxmışdır. Bu, quşların
A qripi virusunun məməlilərə ötürülə bilməsini inandırıcı surətdə təsdiq edən ilk
məlumatlar kimi qiymətləndirilir (Pensaert М. və həmmüəlliflər., 1981). Hinshaw
V.S. və b. (1984) ölmüş suitinin ağ ciyərlərindən A/утка/Алб/686/82/H4N6/ qripi
virusuna bənzər A qripi virusu almışlar.
Amerika qu quşları və qaraquyruq qağayılardan, kəkilli ördəklərdən
Yaponiyada antigen formulu Hav6Nav3 olan qu qripi virusları alınmışdır. Onların
cücələr üçün patogenliyi müəyyən edilmişdir(Otsuki Koichi və b., 1983; Romvary
J.G. və b., 1962).
Eksperimental tədqiqatlarla Macaca radiate meymunların A/Honkonq/68
qripi virusları ilə intranazal və yoluxmuş heyvanlarla kontakt yolu ilə
xəstələnməsinin mümkünlüyü göstərilmişdir.
Eləcə də müəyyən edilmişdir ki, ev pişikləri həm A/Honkonq/68 və
A/Сингапур/57/H2N2 qripi viruslarına, həm də B qripi virusuna həssasdırlar
(K.Paniker, К. Nair, 1973).
74
L.Y. Zakstelskaya və b. (1973) tədqiqatlarında ev quşları arasında
A/chicken/Scotland/59
(Hav5N1),
A/утка/Украина/63
(Hav7Nav2)
və
A/Duck/England/56
(Hav3Nav1)
qrip
viruslarının
sirkulyasiyasını
müəyyənləşdirmişlər. Amma onlar həm də göstərmişlər ki, 1969-cu ilin payızında
vəhşi dəniz quşlarından (əsasən gümüşü qağayılardan, dəniz ördəklərindən qara
zoblu qaqarlardan) alınmış zərdabların çox böyük hissəsi tək quş qripi viruslarına
qarşı deyil, həm də A/equine/Miami 1/1/63-Heq2Neq2/ və A/Honkonq/1/68/H3N2
viruslarına qarşı antihemaqqlütinasiya aktivliyinə malikdir.
Alınan məlumatlar insan və at qripi viruslarının quşlar üçün patogen
olduğunu güman etməyə əsas verir.
Müxtəlif sahiblərin qripi viruslarının qarşılıqlı əlaqəsinin üzə çıxarılması
müəyyən maraq doğurur. Ördəkdən alınmış qrip virusunun yeni yarımtipi (ştamm
A/утка/Украина/1/60) tədqiqatlar göstərdiyi kimi A/утка/Украина/3/60 və
A/утка/Украина/1/63 ştammları ilə qohum deyil (baxmayaraq ki, bu ştammlar
eyni məkanda yaşayan eyni heyvan növündən alınmışdır) (Tumova və
həmmüəlliflər 1973).
Yeni ştamm digər 2 ördək ştammından fərqli olaraq A/equine/Miami/63 və
A/Honkonq/68 ilə antigen qohumluğuna malik deyildi.
Qrip viruslarının patogenliyinin xarakteristikası baxımından yoluxmuş
orqanizmin orqanlarının morfoloji dəyişiklikləri maraq doğurur. A.S.Qorbunova,
T.V.Pısina tərəfindən heyvan qripi viruslarının 7 ştammın siçanlar üçün
patogenliyi müqayisəli öyrənilmişdir (1973).
75
Virusoloji tədqiqat nəticəsində aşkar və ya gizli infeksiya müəyyən
edilmişdir (virusun toyuq embrionlarında alınması, siçanların ağ ciyər toxumasında
görünən zədələrin mövcudluğu).
Həmin siçanların patomorfoloji tədqiqi zamanı qrip infeksiyası üçün
xarakterik olan tənəffüs orqanlarındakı dəyişikliklər müəyyən edilmişdir.
Dəyişikliklər traxeya, bronx və bronxiolların epitelisinin distrofik
zədələnməsindən
(kiprikciklərin
yapışması
və
ya
itməsi,
hüceyrələrin
sitoplazmasının hemogenləşməsi, kobudlaşması və fraqmentləşməsi, xromatinin
nüvələrdə yenidən paylanması), eləcə də onun ocaqlı proliferasiyasından və
deksvamasiyasından ibarət idi.
Tənəffüs orqanlarındakı mikroskopik dəyişikliklərdən bronxial epitelisinin
nəzərə çarpan dərəcədə proliferasiyası və deksvamasiyasını, qeyd etmək lazımdır.
Eləcə də bütün siçanlarda hər passajda alveolların içində sərbəst eritrositlərin
olması ilə müşaiyət edilən hemorragiyalar, perivaskulyar və peribronxial
infiltratların olmasını xüsusilə qeyd etmək lazımdır.
1.12 A tipli heyvan qripi viruslarının yayılması və xarici mühitə qarşı
davamlılığı.
Qrip infeksiyasının quşlarda və məməlililərdə klinik xarakteristikası
infeksiyasının sağlam fərdlərə keçməsini göstərir.
Quşların A qripi virusu ilə xəstələnməsi bu və ya digər lokal simptomların, o
cümlədən enteritin olması ilə septik xəstələnmə tipi üzrə baş verir.
76
Enterit vəhşi quşların yuva qurduğu və yaşadığı yerlərdə qrip viruslarının
quşların fekalisi ilə külli miqdarda ifraz edilməsinə, torpaq və suyun çirklənməsinə
səbəb olur.
Ətraf mühitin çirklənməsi virusların biosferdə eliminasiyasının əlavə
faktorudur.
A tipli qrip viruslarının ördəklər yaşayan kiçik göllərin suyunda tapılması
faktı məlumdur. Müəlliflər vurğulayırlar ki, qrip virusları ştammları bağırsaq
traktını örtən hüceyrələrdə replikasiya edirlər və bağırsaq möhtəviyyatından böyük
miqdarda alınırlar (Webster R.G.,1978).
Vəhşi quşların kloakasından izolə edilmiş virusların ağ ciyər parenximasında
və bağırsağın epiteli toxumasında çoxalma və fekali vasitəsi ilə külli miqdarda
ifraz edilmə qabiliyyəti eksperimental tədqiqatlarla göstərilmişdir (Webster R.G.,
Laver W.A., 1978).
Virusların bağırsaq və kloakada simptomsuz daşıyıcı kimi yayılması A qripi
viruslarının quşlar vasitəsilə geniş disseminasiyasına səbəb olur.
Məməlilərdə A qripi respirator infeksiya tipi üzrə ümumi intoksikasiya,
gözün sulanması, zökəm və öskürəklə gedir. Kiçik yaşlılarda ölümlə nəticələnən
pnevmoniyalar mümkündür.
Virusa yuxarı tənəffüs yollarında təsadüf edilir, bu da onu göstərir ki,
infeksiya respirator yolla ötürülür.
Güman edilir ki, donuz qripi viruslarının yayılması virusun ağ ciyər
nematodları və onların yumurtalarını udan torpaq qurdları vasitəsilə dolayı
ötürülməsi ilə də mümkün ola bilər.
77
Qunduzların quş qripi ilə kontaktı infeksiyanın mümkünlüyünün öyrənilməsi
nəticəsində aydın olmuşdur ki, quş qripi viruslarının bir çox yarımtipləri
qunduzlara kontakt yolu ilə ötürülə bilər. Qunduzlar təbiətdə çayların yaxınlığında
yaşayırlar və su quşları ilə kontaktda ola bilərlər. Güman edilir ki, qunduzlar qrip
virusunun təbii tarixində müəyyən rol oynayırlar (Okasaki K. Yanagawa, 1983).
Qripin yayılmasında meteoroloji faktorun rolunun aydınlaşdırılması maraqlıdır.
Orqanizmin soyuması qripə qarşı rezistentliyin aşağı düşməsinə təsir edir.
Bunu meteoroloji kamerada insanlar üzərində aparılan müşahidələr göstərir
(B.B. Koyranski və b., 1966, sitat M.İ. Sokolov,1968).
Bu müşahidələr göstərir ki, subnormal temteraturun orqanizmə təsiri
termorequlyasiyada davamlı pozqunluqlar yaradır, bu isə orqanizmin soyuqdan
qorunma uyğunlaşmalarını zəiflədir.
Bir çox tədqiqatçılar isə onunla razılaşırlar ki, nə hər hansı hava, nə
temperatur, nə rütubət, nə külək, nə yağış soyuqdəyməyə səbəb olmur.
D.Blaşkoviçin (1966) fikrincə bu zaman, görünür, hər hansı bir faktorun
kəskin dəyişməsi vacib rol oynayır. Belə dəyişiklik çox güman ki, virusa deyil,
insanlara təsir edir. Belə məlumatlar var ki, Qərbi Hindistanın adalarında fəsil
dəyişəndə havanın cüzi dəyişməsi soyuqdəymə xəstəliklərinin alovlanmasına səbəb
olur. Şimal rayonlarında isə bu dəyişikliklər tamamilə trivialdır və heç bir
fəsadlaşma vermir (Miles İ.A., 1964).
Asiyanın tropik rayonlarında soyuqdəymə xəstlikləri dalğası temperaturun
aşağı düşməsindən çox mussonlar dövrünün başlanması ilə əlaqədardır.
78
Qrip epidemiyasının meydana gəlməsi vaxtının temperatur faktorundan
asılılığına nəzər salsaq görərik ki, qripp epidemiyalarının ilin fəslindən asılı deyil.
Belə ki, 1918-ci ildə tarixdə ən böyük qrip pandemiyası baş verdi. O, yayda,
Boston ətrafında və Brestdə demək olar ki, eyni vaxtda başladı.
1948-ci ilin payızında qriplə xəstələnmə Sardiniyanın şimalında meydana
çıxdı. A2 Asiya qripinin epidemiyasının alovlanması 1957-ci ilin fevralında
Cənubi Çinin əyalətlərindən birində başladı.
Tropik ölkələrdə alovlanmalar qəflətən meydana çıxır, tez yayılır və cəmi iki
aya qədər davam edirdi (Andrewes C.H.,1959).
ABŞ-da, eləcə də İngiltərə və bəzi Avropa ölkələrində epidemiyalar
tamamilə başqa cür baş verirdi.
Virusun bu ölkələrə yay aylarında daxil olması və epidemiyanın lokal
alovlanmasına səbəb olması haqda məlumatlar var. Lakin bu alovlanmalar
yayılmadılar. Payızda soyuqların düşməsindən sonra mülayim iqlimli ölkələrdə
geniş epidemiyalıar meydana çıxdı, onlar tropik ölkələrdəkindən daha çox davamlı
oldular.
Belə bir təsəvvür oyanır ki, mülayim iqlimli zonalarda yay Asiya virusunun
müvəffəqiyyətlə yayılması üçün lazım olan şəraiti təmin edə bilmir. Ona görə onun
tropiklərdə belə asanlıqla yayılması bir sirr kimi qalır.
Ətraf mühitdə qrip viruslarının epidemik rolunu aydınlaşdırmaq məqsədilə
onların yüksək temperatura davamlılığını qeyd etmək lazımdır. Donuz qripi virusu
qaynadıldıqda dərhal məhv olur, ancaq dondurma və qurudulmaya qarşı uzun
müddət davamlılığını saxlayır. Virus ultrabənövçəyi şüalarla inaktivləşir. Otaq
79
temperaturunda donuz qripi virusu aktivliyini birinci sutka ərzində əhəmiyyətli
dərəcədə itirir. -20º və -70ºC -də virus bir neçə ay ərzində dəyişilmir (Qorbunova
А.S., Pısina Т.V., 1973).
Heyvan və insan viruslarının parçalanma sürətinin müqayisəli öyrənilməsi
maraq doğurur. Ördəklərdən, hindquşulardan, bildirçinlərdən alınmış 8 ştamm və 6
insan qripi virusu ştammı öyrənilmişdir və müəyyən edilmişdir ki, quş qripi
virusları insan viruslarından daha davamlıdır (Mitchell və b., 1968).
M.T.Prokofyeva və P.F.Simoxun (1966) məlumatları Ukraynada alınmış
ördək qripi virusu ştammlarının aşağı temperaturlara, antibiotiklərə, soyuqda və
vakumda qurudulmaya davamlı olduğunu göstərdi.
1.13 Heyvan və insan yoluxduran qrip viruslarının antigen əlaqəsi;
rekombinasiyalar.
A qripi viruslarının indiki dövrdə məlum yarımtiplərinin antigen
xarakteristikasının müqayisəsi belə bir faktı müəyyən edir ki, insan qripi
viruslarının ştammlarının bütün antigenləri quş qripi virusları spektrində üzə çıxır.
Məsələn:
A/Chicken/Rostosk/1934 N1
A/Chicken/Scotland/1959 N1
A/Turkey/Massachusetts/1965 N2
A/Tern/S.Africa/1961 N3
A/Duck/Germany/1972 H2
A/Duck/Italy/1966 H3
A/Duck/Ukraine/1963 H3
80
Hazırda qrip viruslarının spektri yoluxdurucunun təbii sahiblərinin
spektrinin genişlənməsi ilə nəticələnən yeni antigen variasiyaları ilə dolğunlaşır.
İnsan, məməlilər və quşların qrip viruslarında NA geni vasitəsilə birbaşa
antigen əlaqəsi müşahidə edilir. Bu isə təbiətdə qrip viruslarının ümumi dövranı
olduğunu güman etməyə əsas verir.
Virusların bu dövranı həm virusun və onun tam genomunun, həm də ayrı-
ayrı fraqmentlərin orqanizmin A qripi viruslarının antigen cəhətdən müxtəlif
ştammları ilə ikiqat infeksiyası zamanı meydana çıxan rekombinasiya yolu ilə
ötürülməsilə həyata keçir (B.Тuмоvа, Dis. Şild,1973).
Güman edilir ki, insan populyasiyasından sıxışdırılmış qrip virusları
biosferdə məhz bu yolla qorunub saxlanılır.
Virusun Honkonq ştammının antigen strukturunun öyrənilməsi göstərdi ki,
A2 virusları ilə müqayisədə bu ştammda hemaqqlütinin və neyraminidazalara
toxunan “antigenlərin dreyfi” baş vermişdir (Webster, 1969).
Virusun Honkonq ştammının hemaqqlütinini ilə atların A/Equine/2/63/ və
quşların A/утка/Украина/2/60/ və A/утка/Украина/1/63/ virusları arasında çarpaz
seroloji reaksiyaların mövcudluğu müəyyən edilmişdir.
Çarpaz reaksiyalar Honkonq virusu və ördəklərin qrip virusunun 2 ştammı
arasında da meydana çıxır (Webster R., 1969).
A/Equine-2/Maiami/63 insanları, A/ГК/68 virusu isə poniləri yoluxdura bilir
(Kasell, Couch, 1969).
81
Bütün bunlar güman etməyə imkan verir ki, pandemiya doğuran qrip
viruslarının təkamülündə insan viruslarının heyvan və quş virusları ilə genetik
əlaqəsi müəyyən rol oynaya bilər (Webster, 1969). Schild, Webster (1977) insan və
heyvan mənşəli qrip virusları arasında hemaqqlyutininə görə qrup şəkilli antigen
əlaqələrinə aid məlumatlar verirlər: insanın H0 və H1 hemaqqlütininli bütün
məlum qripp viruslarının tərkibinə antigen cəhətdən qohum donuz (Hsw1) və quş
(Hav5) virusları daxildir.
İkinci qrup insanın Asiya viruslarından (H2) ibarətdir.
Üçüncü qrup Honkonq kompleksi (H3) viruslarından , ikinci tip at qripi
viruslarından (Heq2) və 7 – I tip quş qripi (Hav7) virusundan ibarətdir.
Beləliklə, tək neyraminidazaya görə deyil, (o, əvvəllər də məlum idi),
hemaqqlütininə görə insanın bütün qrip viruslarının heyvan virusları ilə, xüsusən
quş virusları ilə əlaqəsi var.
Laver (1977) 1977-ci ildə qrip viruslarının ekologiyası üzrə konsultativ
iclasında biokimyəvi məlumatlar verir. Bunlar H3N2 Honkonq tipi virusunun at
qripinin II tipinə və quş qripinin 7-ci tipinə yaxın virusların rekombinasiya prosesi
nəticəsində meydana çıxdığına əlavə sübutlardır.
70-ci illərdə Asiya qripi virusu ilə oxşar olan virusların sirkulyasiyası haqda
məlumatlar meydana çıxdı: viruslar Avropada və Uzaq Şərqdə ev ördəkləri və
vəhşi ördəklərdən izolə edilmişdi.
Ayrılan ştammlar Asiya virusu qripində olduğu kimi hemaqqlütininə (H2)
malik idilər. A/утка/ГДР/72 virusunun neyraminidazası 6-cı quş tipinə Nav6,
82
A/утка/ФРГ/1215/73 və А/утка/Приморье/695/76 viruslarının neyraminidazası
isə 2-ci quş tipinə (Nav2) aid idi.
Jdanov V.М. və həmmüəlliflər (1982) onları təbii rekombinantlar kimi
qiymətləndirir: ya bu viruslar insan virusunun A/H2N2/ iştirakı ilə əmələ gəlirdi,
ya da A/H2N2/ virusu vaxtilə quş viruslarının iştirakından yaranmışdı.
Bu fərziyyələr laboratoriya şəraitində H2Nav2 və Hav6N2 quşların qrip
viruslarından H2N2 rekombinantların alınması zamanı sübut edildi. H2N2 Asiya
virusu ştammlarının Hav7Nav2 quş virusu ilə çarpazlaşmasından isə hazırda
sirkulə edən H2Nav2 quş qripi virusları ilə analoji olan rekombinant alındı (Lvov
D.К. və b., 1979).
Kanadada antigen cəhətdən Hav1N1 virusu ilə (insan və donuzlardan
alınmış) sıx əlaqədar olan Hav1N1 donuz qripi virusunun vəhşi ördəklərdən
alınması populyasiyaların qarşılıqlı əlaqəsindən xəbər verir (Webster R.G., 1978).
Qeyd etmək lazımdır ki, Çindən gələn ev quşlarını Honkonqda müayinə
edən K.Şortridcin məlumatlarına görə (1977), bu quşların demək olar ki, bütün
məlum qrip virusları ilə fövqəladə dərəcədə yüksək yoluxması göstərilmişdir.
Honkonqda sağlam ördək, cücə və qazlardan A qripi viruslarının
hemaqqlütinin və neyraminidaza subvahidlərinin müxtəlif kombinasiyasına malik
yeni növ müxtəlifliklərinin alınması və 2 müxtəlif A qripi viruslarının bir ördəkdən
izolə edilməsi nəticəsində müəlliflər təbiətdə rekombinasiyaların mümükünlüyünü
güman edirlər (Şortric К., 1978).
Beləliklə, təbii biosenozlarda epidemik və başqa virusların eyni vaxtda
sirkulyasiyası və onların genetik əlaqəsinin müəyyən edilməsi müxtəlif sahiblərə
83
adaptasiya edən və təbii biosenozlarda on illərlə qorunub saxlanan
rekombinantların meydana çıxmasının mümkünlüyünü güman etməyə əsas verir.
Daha sonra, törədicinin su hövzələrinə düşməsi və orada su kompleksi
heyvanlarının orqanizmində qalması, onun sonrakı yayılması mümkündür.
Biosferdə insan və heyvan qripi viruslarının sirkulyasiyasına aid əldə olunan
məlumatları yekunlaşdıraraq qrip infeksiyasının və onun törədicisinin spesifikası
probleminə dair çox saylı sualların meydana çıxmasını qeyd etmək lazımdır.
Bununla əlaqədar olaraq qripin təbii ocağı olan Cənub-Şərqi Asiya
biosenozuna identik olan biosenozlarda ekoloji tədqiqatların qrip viruslarının
sirkulyasiyasının xüsusiyyətlərinin aydınlaşdırmaq, xüsusən A qripi viruslarının
təbiətdə dəyişkənlik tendensiyasını və epidemik və epizootik proseslərin qarşılıqlı
əlaqəsini öyrənmək məqsədilə aparılması maraq doğurur.
Dostları ilə paylaş: |