II Fəsil. İnsan populyasiyasında və heyvanlar aləmində qrip
infeksiyası üzə
rində epidnəzarətin materialları və metodları haqda
ümumi məlumat.
Bu işdə qrip virusları ekologiyasının öyrənilməsinə və Azərbaycan
zonasında qrip infeksiyasına epidnəzarətə dair kompleks tədqiqatların nəticələri
təqdim olunur.
Tədqiqatın obyekti: Qrip, paraqrip və başqa respirator virusların insanın
infeksion patologiyasında etioloji əhəmiyyətinin müəyyən edilməsi məqsədilə
84
KRX, qrip, pnevmoniya və b. klinik diaqnozlu insan kontingenti müntəzəm surətdə
müayinə olunmuşdur.
Əhalinin qrip və paraqrip viruslarına qarşı immun strukturunun müəyyən
edilməsi donorların qan zərdabının hər ay seroloji tədqiq edilməsilə aparılmışdır.
Qrip və başqa KRX infeksiyalarına epidnəzarət Bakı şəhəri şəraitində
aparılmışdır.
Qrip imfeksiyası üzərində müntəzəm epidnəzarət Azərbaycanın müxtəlif
zonalarında ekoloji tədqiqatlarla uzlaşırdı. Bu isə qrip viruslarının biosferdə
sirkulyasiyasında qarşılıqlı əlaqəyə və A qripi virusları ştammlarının təbii
rekombinantlarının əmələ gəlməsi mümkünlüyünə aid məlumatların alınmasını
nəzərdə tuturdu.
Ekoloji tədqiqatlar Qızılağac qoruğunda (subtropik zona), Bakı arxipelaqının
Gil adasında gümüşü qağayıların yuvalarında, Bakı şəhəri və şəhər ətrafı zonanın
bir sıra quşçuluq fermalarında və heyvandarlıq təsərrüfatlarında aparılmışdı.
Tədqiqatın obyekti biosenozun müxtəlif nümayəndələri idi: quşlar – vəhşi,
köçəri, oturaq və ev; ev heyvanları və xarici mühitin obyektləri: su, torpaq, quano.
Bakı şəhəri insan populyasiyasında qrip virusu infeksiyasına KRX operativ
analizi, KRX-nin etiologiyasının öyrənilməsini, əhalinin immun strukturunun
öyrənilməsini özündə cəmləşdirən epidnəzarət ÜST tərəfindən qriplə mübarizə
üçün qəbul və tövsiyyə edilmiş ümumi tədqiqat metodları ilə (HALR, МFА və qrip
viruslarının toyuq embrionları və toxuma kulturasını yoluxdurmaqla alınması)
aparılmışdır. Bu zaman “Qrip və KRX üzrə Ümumittifaq mərkəzinin dayaq
85
bazalarının işinə müvəqqəti metodik göstərişlər” rəhbər tutulmuşdur. Leninqrad,
1979.
İntensiv göstəricinin və qrip və KRX xəstələnmənin artım tempinin
hesablanmasında statistik göstəricilərdən istifadə edilmişdir (10000 əhalinin ayrı-
ayrı aylar və həftələr üzrə xəstələnməsinin hesablanması ilə). Bu zaman “Qrip və
KRX üzrə epidsituasiyanın operativ analizinə metodiki göstərişlər”, Lenin., 1975
əsas götürülmüşdür.
Tədqiqatda Leninqrad ET. Vaksin və zərdablar İnstitutunun istehsalı olan
insan qripi virusunun standart antigenləri və özündə hazırda məlum olan bütün
hemaqqlütinin (H1-H10) və neyraminidazanı (N1-N9) cəmləndirən qrip virusu
ştammlarına qarşı referens-zərdabların tam dəsti istifadə edilmişdir.
Qrip və başqa respirator virus infeksiyalarının flüoressə edən antitel metodu
ilə (Kunsun metodu) ekspress diaqnostikasında flüoressə edən diaqnostik
immunoqlobulinlərdən istifadə edilmişdir. Bunlar A(H3N2), (H1N1), B qrip
viruslarına, 1, 2, 3-cü tipli paraqripə, RS-viruslara, adenoviruslara qarşı flüoressə
edən antizərdabların konyuqatlarıdır.
Ekoloji tədqiqatlarda “Yuva koloniyalarında virusoloji müayinə üçün
materialların götürülməsi metodları” Москва, 1979-cu il vəsaitindən və “Qripin
ekologiyasının tədqiqi üçün çöl materiallarının yığılma və işlənməsi” metodik
tövsiyyələrindən (Хabarobsk, 1975) istifadə edilmişdir. Bunlar ÜST-ün qriplə
mübarizə proqramında ümumi qəbul edilmiş və tövsiyyə olunan tədqiqat
metodlarına əsaslanır: HATR, МFА və toyuq embrionlarının yoluxdurulması ilə
qrip virusunun alınması.
86
Heyvan qripi viruslarının antigenləri və onlara qarşı tip spesifikliyinə malik
zərdablar D.İ. İvanovski adına Virusologiya İnstitutunun virusların ekologiyası
şöbəsindən alınırdı.
Qrip infeksiyası və digər KRX üzərində 1977-1984-cü illərdə aparılan
epidnəzarət zamanı:
1.
HATR-da seroloji yolla KRX xəstələnmiş insanlardan – 5328 cüt
zərdabların sınağı;
2.
HATR-da seroloji yolla donorlardan – 3717 zərdab sınağı;
3.
Virusoloji yolla (toyuq embrionlarının yoluxdurulması). KRX-xəstə
insanların burun–udlaq yaxantısından 7000 sınaq tədqiq olunmuşdur.
1977-1983-cü illərdə ekoloji tədqiqatlar zamanı:
1.
581 vəhşi quş fərdinin zərdabı
2.
Ev heyvanlarının zərdabı (inəklər, donuzlar, danalar, camışlar) – 564
sınaq;
3.
ev quşlarının (toyuqlar) zərdabı – 345 sınaq tədqiq olunmuşdur.
Seroloji tədqiqatların metodları.
Seroloji tədqiqatlar HATR və РПHА reaksiyalarında ÜST-ün tövsiyyə etdiyi
metodlara əsasən aparılmşdır.
87
Zərdablar RDE tətbiq olunmaqla 56ºC qızdırılırdı. Qrip viruslarının
neyraminidazasının aktivliyi РПГА -da Aminoff D. metodu ilə təyin edilmişdir.
Insanlarda qripin və digər KRX-in ekspress-diaqnostikası flüoressə edən
antitellər (МFА) (Kunsun birbaşa metodu) metodu ilə aparılmışdır.
Ekoloji tədqiqatlarda qan quşları güllələdikdən sonra ürəklərindən, quş
balalarında isə - pəncələrinə Mojaysk istehsalı olan “barmaq deşmək üçün
skarifikator” batırmaqla alınmışdır. Sonra filtr kağızından kəsilmiş kvadratlar qan
damlaları ilə isladılmışdır (bax 2.1.1.).
Radial hemoliz və digər metodların təkmilləşdirilməsi.
Yuxarıda qeyd edilən metodlarla yanaşı tədqiqatın gedişində radial hemoliz
(RHM) və dolayı hemaqqlütinasiya (DHAR) metodları yenilik elementləri daxil
edilməklə işlənib hazırlanmış və tətbiq edilmişdir (Metodik tövsiyyələr
F.Ə.Sadıxova “Səhra şəraitində qripin və paraqripin radial hemoliz metodu(RHM)
və dolayı hemaqqlütinasiya reaksiyası(DHAR) ilə serodiaqnostikasına dair”, Bakı,
1984 il.).
Radial hemoliz metodu ilə qrip və paraqripin serodiaqnostikası.
Hazırda radial hemoliz metodu (RH) müxtəlif qrip viruslarına qarşı (Schild,
Pereira M.S.), məxmərəyə qarşı (Clarke M.e.a.), parotitə qarşı (Waanen), korona
və rotaviruslara qarşı (Clarke M.) antitellərin üzə çıxarılmasında geniş istifadə
edilməyə başlamışdır.
Metod həssaslıqda DHAR-dan geri qalmır, sadədir, virusların yüksək
dərəcədə təmizlənmiş və qatılaşdırılmış olmasını tələb etmir, tədqiq olunan
zərdabların inaktivasiyasını istisna edir.
88
Qeyd edilənləri və bu metodun B qripi virusuna tətbiqi haqda məlumatların
azlığı və birmənalı olmadığını, həmin metodla insanlarda paraqrip infeksiyasının
və quşlarda A qripi virusunun diaqnostikasının mümkünlüyü haqda məlumatların
olmadığını nəzərə alaraq həmin infeksiyaların serodiaqnostikasında radial hemoliz
reaksiyası (RHR) üçün optimal şəraitin işlənib hazırlanmasının vacib olduğu
müəyyən edildi.
Qeyd olunanla əlaqədar olaraq müvafiq istiqamətdə axtarış aparılmış və
yuxarıda qeyd edilən infeksiyaların radial hemoliz reaksiyasının qoyulması üçün
optimal şərait müəyyən edilmişdir.
Bundan başqa, insanın A qripinin serodiaqnostikasında RHM-nun tətbiq
edilməsinin mümkünlüyü təsdiq edildi.
Bu reaksiyanın tətbiqinin imkanları, xüsusən hazır antigenin laboratoriya və
çöl şəratində uzun müddət saxlanmasını təmin etmək məqsədilə eritrositar
diaqnostikumun xromlaşdırılması metodu işlənib hazırlandı. Bu metod A, B qripi
və insanın paraqripinin diaqnostikasında istifadə edilir.
B qripi və paraqripinin serodiaqnostikası üçün RHR-nın işlənilmiş
modifikasiyası aşağıdakılardan ibarətdir:
1. Müxtəlif mənbələrdən alınmış komponentlərin müəyyən birləşmişlərinin
seçilməsindən: dəniz donuzunun zərdabı, at və öküz zərdabı.
2. Toyuq eritrositləri ilə yanaşı insanın 0-qrupu eritrositlərinin də B qripi
virusları üçün, dəniz donuzlarının eritrositlərinin paraqrip virusları üçün istifadə
edilməsindən.
89
3. Nativ eritrositlərlə yanaşı xromun hemoliz dozası seçilməklə xromlanmış
eritrositlərdən istifadə edilməsindən.
Xromlanmış eritrositlərdən istifadə edilərkən HALR və RHR reaksiyalarında
titrlərin analoji uyğunluğu müəyyən edilmişdir (Bu uyğunluq xromla
stabilləşdirilməmiş antigendən istifadə etdikdə də təyin olunur).
A qripi virusları ştammları arasında mümkün çarpaz reaksiyaların üzə
çıxarılması üzrə təcrübələrdə qeyd edilmişdir ki, radial hemoliz reaksiyalarında
çarpazlaşma
yalnız
superkapsid
zülallarda
(neyraminidazada
və
ya
hemaqqlütinində) ümumi antigen determinantına malik olan ştammlarda müəyyən
edilmişdir.
Komplementin yeni mənbəyi müəyyən edilmişdir. Bu, toyuq zərdablarının
öyrənilməsində hemoliz effektini təmin edən normal at zərdabıdır (Şəkil 3).
DHAR –dolayı (passiv) hemaqqlütinasiya reaksiyası- təbii biosenozlarda
qripin serodiaqnostikasının ekspress metodu.
DHAR-nın insan, quş və heyvan qripinin seroloji diaqnostikasında
eritrositlərin sensibilizasiyası üçün əsası benzidindən kimyəvi “vasitəçi” kimi
istifadə etmək təklif olunur.
Heyvan və insan mənşəli qrip antigenlərinə malik eritrositar diaqnostikumlar
alınmış və istifadə edilmişdir.
Göstərilən modifikasiyalı DHAR qanın filtr kağızına damızdırılması və
sonra elüatın qripin diaqnostikasında tədqiq edilməsində tətbiq edilmişdir.
Qan nümunələrinin kağız test-obyektlərə götürülməsi.
90
Qan nümunələrinin filtr kağızına sadələşdirilmiş yolla götürülməsinin
tətbiqinin mümkünlüyünü öyrənmək üçün belə bir eksperiment aparılmışdır:
zərdab sorulduqdan sonra 2x2 sm ölçüdə filtr kağızları kvadratlarını qan laxtasında
isladırlar. Test-kağızın hər nümunəsini sentrifuqa sınaq şüşəsinə qoyub üzərinə
0,5 ml fizioloji məhlul əlavə edib, çalxalayırlar, elüatı sorub DHAR-da titrləyirlər.
Kağız test-obyektlərdən alınmış qan elüatını DHAR və HALR-da paralel
tədqiq etdikdə qan laxtasında antitellərin qalıq miqdarını DHAR metodu ilə
müəyyən etmək imkanı üzə çıxır.
HALR-da həmin nümunələrin tədqiqinin nəticələri mənfi idi.
DHAR-da bu zərdabların tədqiqinin müsbət nəticələrində yenə bu metodla
müvafiq antigenlərə qarşı antitelləri həmin nümunələrin kağız test-obyektlərində
antitelin zərdabdakı titrinin yüksəkliyindən asılı olmadan elüatda da üzə çıxarmağa
nail olmuşlar.
Qan laxtasında DHAR metodu ilə üzə çıxmış antitellərin titrinin yüksəkliyi
HALR-da həmin nümunələrin zərdabındakı antitellərin titrinin yüksəkliyi ilə
uyğun gəlir.
Nümunələrin
götürülməsini
və
nəqliyyatını
əhəmiyyətli
dərəcədə
sadələşdirən bu metodun tətbiq edilməsinin məqsədəuyğunluğu göstərilmişdir.
Hazır eritrositar diaqnostikum olduqda DHAR metodundan istifadə etmək
çətin deyil. Bu isə çöl şəraitində epidemioloji müayinələrin aparılmasında
DHAR-nın tətbiq edilməsinin mümükünlüyünü göstərir.
Qrip viruslarının ayrılması və identifikasiyası.
91
Seroloji axtarışla yanaşı insan, heyvan, o cümlədən quş qripi viruslarını 9-11
günlük toyuq embrionlarını 3-4 dəfə yoluxdurmaqla almaq istiqamətində paralel iş
aparılmışdır.
Virusları insandan almaq üçün burun-udlaq yaxantısından və qan
laxtasından, quşlardan almaq üçün –traxeya və kloaka yaxmalarından; daxili
orqanlardan: ağ ciyərlərdən, bronxlardan, qara ciyərdən, dalaqdan və qan
laxtasından istifadə edilirdi.
Virusları ayırmaq üçün insandan material xəstəliyin ilk 2-4 günündə
götürülürdü. Boğaz yaxması 199 mühitində nəql edilirdi.
Öldürülmüş heyvanların və quşların orqanları qliserinin 50%-li məhlulu ilə
fosfatlı bufer məhluluna qoyulurdu: kloaka və traxeya yaxmaları antibiotik əlavə
edilmiş 199 mühitinə yerləşdirilirdi. Materiallar yoluxdurmaya qədər -70ºC
saxlanırdı.
Virusları torpaqdan ayırmaq üçün əvvəl onlar ət-pepton bulyonu istifadə
edilməklə qatılaşdırılırdı. Virusların sudan ayrılması AB-16 AH-2Ф anionitində
aparılırdı (Baqdasaryan Q.А., Lovseviç Y.А., 1972).
Alınmış ştammların identifikasiyası HALR reaksiyası üzrə insan və heyvan
qripi viruslarına qarşı antizərdab dəstindən istifadə etməklə Q.M.Musabəyov adına
ET Virusologiya, Mikrobiologiya və Gigiyena institutunun respirator viruslar
laboratoriyasında və D.İ.İvanovski adına Virusologiya institutunun Ekologiya
şöbəsində L.Y.Zakstelskaya, S.S.Yamnikova, M.İ. Yaxno, V.A.İsaçenkonun
rəhbərliyi və iştirakı ilə aparılırdı.
92
2.3 İnsan və
quş qripi viruslarının antigen və bioloji xüsusiyyətlərinin
öyrənilməsi metodları.
Qrip viruslarının neyraminidazasının aktivliyini DHAR reaksiyasında
Aminoff D.(1961) metodu ilə təyin edilirdi.
Heyvan qripi viruslarını insandan izolə edərkən polipeptid tərkibin
müqayisəli analizi, hemaqqlütininin ağır (HA1) və yüngül (HA2) zəncirlərinin
oliqopeptid xəritələri, öyrənilən ştammların RNT-si fraqmentlərinin miqrasiya
xüsusiyyətlərinin poliakrilamid gelində öyrənilməsindən istifadə edilmişdir.
Zülalların poliakrilamid gelində (ZPAG) elektroforezi 10% ZPAG-də
trisqlisin sistemindən istifadə etməklə aparılırdı (Laemmli U.K., 1970, Maizel.İ.V.
1971).
Nişanlanmış virion zülallarının oliqopeptid xəritələnməsi Elder İ.H., 1977
metodu üzrə (Hay A.X. və b, 1977 modifikasiyası ilə) aparılırdı.
RNT-nin yodlaşdırılması və sonrakıanalizi 7M sidik cövhərli 3% ZPAG-də
Bean W.J., 1980 metodu ili aparılırdı.
RNT-nin analizi (Hay və b., 1977) RNT-RNT-hibridizasiya metodu ilə
aparılırdı.
Viruslar:
Təcrübədə
A/Баку/799/82,
Ф/Кит/Т.о./19/76,A/PR/8/34
ştammlarından istifadə olunmuşdur.
Reaktivlər: Akrilamid, metilenbisakrilamid (“Serva” firması, AFR) və “Bio-
Rad” (ABŞ), sidik cövhəri “Bio-Rad” firması (ABŞ).
93
Yuxarıda qeyd edilən tədqiqatlar D.İ.İvanovski adına Virusologiya
institutunun virusların ekologiyası şöbəsində E.A.Vladimirtseva tərəfindən
aparılmışdır.
Alınmış ştammların öyrənilməsində Q.A.Safonov və L.İ.Volodinanın
metodu
tətbiq
edilmişdir.
(“Способ
дифференциальной
диагностики
ортомиксовирусных и парамиксовирусных возбудителей болезней птиц”
Müəlliflik şəhadətnaməsi №539073).
Xəstə uşaqdan alınmış A/H1N3/ qripi virusunun rekombinant ştammının
patogen potensiyasını aydınlaşdırmaq məqsədilə onun toxuma kulturasına FL, RD,
6619 hüceyrə üzərində rekombinanat ştammının-A/Bakı/7981/82 sitopatogen təsiri
Şubladze A.K., Qaydamoviç S.Y. (1954) və siçanların ağ ciyərləri, böyrəkləri, ev
dovşanlarının və dəniz donuzlarının ağ ciyərləri və Carrasius auratus tipli
balıqların qəlsəmələrində patomorfoloji dəyişikliklər ümumi qəbul edilmiş
tədqiqat metodları ilə öyrənilmişdir.
Virusun toxuma kulturasında kultivasiyası zamanı 1 ml 199 qidalı mühitdə
500000 hüceyrədən ibarət hüceyrə monoqatına 0,1 ml özündə virus saxlayan
allontois mayesi əlavə edilirdi. Bir saatlıq kontaktdan sonra yoluxmuş hüceyrələr
Henks məhlulunda yuyulurdu, 199 qidalı mühiti əlavə edilirdi. Sonra yoluxmuş
hüceyrələr 37ºC-də inkubasiya edirdilər. Sitopatogen effekt (SPE) 7 gün ərzində
hüceyrələrin tam degenerasiya etməsi ilə müşahidə edilirdi (hüceyrə kontrolu
nəzərə alınmaqla).
94
10-12q siçanların patomorfoloji tədqiqatlarda intranazal yolla hər burun
dəliyinə 0,1 ml allantois mayesi damızdırılırdı. Bu maye özündə 1:32 titrində
A/Баку/799/82/H1N3/ qripi virusunu saxlayırdı.
Rauş-narkoz siçanları fırlatmaqla əvəz olunurdu. Yoluxmadan 7 gün sonra-
yarılma.
1,5-2 kq çəkiyə malik ev dovşanlarını intranazal yolla hər burun dəliyinə
0,2 ml özündə virus saxlayan allantois mayesi damızdırmaqla yoluxdururdular
(virusun titri 1:32). Yoluxmadan 7 gün sonra – yarılma.
Dəniz donuzlarını yoluxdurmaq üçün inranazal yolla özündə virus saxlayan
(titr 1:32) allantois mayesini hər burun dəliyinə 0,1 ml damızdırırdılar.
Yoluxmadan 7 gün sonra – yarılma.
Carrasis auratus tipli akvarium balıqlarını per os yolla 0,2 ml özündə virus
saxlayan (titr 1:32) allantois mayesi ilə yoluxdururdular.
Yoluxmadan 6 gün sonra – yarılma.
Bütün təcrübə heyvanlarının dəyişilmiş orqanlarından histoloji tədqiqatlar
üçün material götürülmüşdü. Kəsiklər hemamatoksilin- eozinlə rəngləyirdilər.
Patomorfoloji tədqiqatlar virusoloji və patohistoloji tədqiqatların ümumi
qəbul edilmiş metodları ilə Q.M.Musabəyov adına ET VM və G institutunun
respirator viruslar və patomorfologiya laboratoriyaları (t.e.d. F.Ə. Sadıxova və
S.Şaxmirova) bazasında və nəticələrin interpretasiyası N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunun patanatomiya kafedrasında (t.e.n. dosent
Ş.S.Sultanova) aparılmışdır.
95
A/Баку/900/79/H10N7/ qripi virusu ştammlarının elektron – mikroskopik
tədqiqi D.İ.İvanovski adına Virusologiya institutunun elektron mikroskopiya
laboratoriyasında prof. Klimenko S.M. tərəfindən aparılmışdır.
2.4. Nəticələrin statistik işlənməsi.
Müxtəlif populyasiyalarda qrip viruslarının müxtəlif antigenlərinə qarşı
antitellərin üzə çıxarılması üzrə tədqiqatların nəticələrinin statistik işlənməsi
D.Sepetliyevin (1968) təsvir etdiyi Fisher metodu üzrə aparılmışdır.
Antitellərin tapılmasının baş orta tezliyin qiymətləndirilməsi, müqayisəsi və
nəticələrin interpretasiyası üçün bu orta rəqəmlərin etibarlı intervalının (Dİ 0,05%)
sərhədləri təyin edilirdi.
Alınan nəticələrin interpretasiyası etibarlı intervalın həddinin müqayisəli
analizi ilə aparılırdı. Məsələn:
1.
Başlanğıc məlumatlar.
n- müşahidələrin sayı (=60%)
m- müsbət tapıntıların sayı (=40%)
Buradan nisbi pay p=m/n=0,7 (və ya 70%)
Cədvəl üzrə “φ=2 arcsin Vp” φ qiymətini tapırıq φ=1,982 (φ-Fisher in
düzəlmiş).
t
Sonra Δ φ φ təyin edirik. Δ φ= ––––
Vn
Styudent əmsalı (t) α=0,05 Δ=n-1 olduqda Styudent cədvəli üzrə təyin
edilirdi.
2,009
Buradan Δ = –––– = 0,2594
V60
φ üçün DN təyin edirik .
96
φ DN: φp- Δφ÷ φp+ Δφ
1,982-0,259+1,982+0,259
1,723+2,241
(φnq) (φvq)
Sonra Fisher cədvəli üzrə etibarlı interval pay üçün φ-dan p-yə keçməklə
təyin olunur, yəni:
DN 0,05 : 57,6+ 81,1
Axtarılanın üzə çıxarılması tezliyinin baş qiyməti 95% ehtimalla bu
intervaldadır.
Baş orta qiymətlərin fərqini təyin etmək üçün yenə φ- düzəlişdən istifadə
edilir. Hər pay üçün (p) cədvəl üzrə φ müvafiq tapılır.
Sonra düstur üzrə t-nin hesablanması aparılır.
(φ1-φ2)
t= ––––––
1 1
√ –– + ––
n1 n2
Sonra t kriterinin hesab qiyməti cədvəl qiyməti ilə (seçilmiş səviyyədə) və
sərbəstlik səviyyələrinin rəqəmləri ilə müqayisə edilir:
Δ= n1+n2 – 2
Əgər hesablanmış t cədvəldəkindən böyükdürsə, bu, onu göstərir ki, P1 və P2
payları səhvin səviyyəsi α- 0,05-dən az ehtimalı ilə bir-birindən fərqlənirlər.
III Fəsil
97
1977-1984 illər dövründə Bakı ş. qrip və başqa kəskin respirator
xəstəliklər (KRX) üzrə epidemik situasiyanın xarakteristikası.
3.1. KRX, o cümlədən qriplə xəstələnmənin analizi. Sirkulə edən virusların
spektri.
1977-1984-cü illər ərzində qripin insan populyasiyasında epidsituasiyasının
öyrənilməsi A qripi virusunun müxtəlif antigen formuluna malik ştammlarının
(H1N1 və H2N2) və B qripi viruslarının eyni vaxtda sirkulyasiyasını müəyyən
etdi.
Bu zaman bu və ya digər dövrdə bir və ya başqa yarımtip üstünlük təşkil
edirdi.
Yuxarıda göstərilən dövr ərzində Bakıda qrip və KRX xəstələnmənin 9
epidemik yüksəlişi qeyd olunmuşdur.
Bunlar A qripi virusları ilə (onlardan 5-i A/H3N2 ilə, 1-i A/H1N1/ və 3-ü B
qripi virusları ilə) əlaqədardır.
Göstərilən müddət ərzində A/H3N2/ qrip virusunun A/ГК/68, A/Порт-
Чaлмерс/73, A/Виктория/3/75 (1976-1977-ci illər), A/Texac/1/77 (1979-1980-cı
illər) etalonları ilə identik və ya yaxın qohum olan 4 müxtəlif variantı, A/H1N1/
virusunun – A/Хабаровск/77, A/СССР/090/77, A/Бразилия/11/78 3 variantı, B
qripi virusunun: B/Ленинград/369/75, B/ Япония/73, B/400/73, B/CССР/69 4
variantı sirkulə edirdi.
Bütünlüklə, qeyd etmək lazımdır ki, KRX və qriplə xəstələnmənin
dinamikası və etioloji strukturu Bakı şəhəri şəraitində keçmiş ittifaqın başqa
98
rayonları ilə analoji xarakter daşıyırdı (“Обзоры регионального Центра по
гриппу”).
HALR və МFА ilə üzə çıxan qarışıq infeksiyanın əhəmiyyətli faizi
(1,4-3,9%) xarakterikdir.
Azərbaycan şəraitində A qripinin epidemik prosesinin xüsusiyyəti ondan
ibarət idi ki, A, B qripi viruslarının insan populyasiyası üçün tipik olan ştammları
ilə yanaşı, müşahidə dövründə insanlardan A/цыпленок/Германия/N49/H10N7/
və A/H1N3/ qripi virusunun rekombinant ştammı alınmışdır.
Onlardan birincisi (H10N7 antigen formulu) əvvəllər quşlardan izolə
edilmişdir.
O
birinin
isə(H1N3)hemaqqlütinini
insan
qripi
virusuna,
neyraminidazası quş qripi virusuna xasdır. Əvvəllər ancaq balinalarda tapılmışdı
və heyvandan alınmış A qripi viruslarının təbii rekombinantıdır (bax 3.3 və 3.3.1).
İnsan populyasiyasında epidnəzarətin həyata keçirilməsi qripin etioloji
strukturunun təyini ilə yanaşı insan qripi virusları populyasiyasının genetik
strukturunun dəyişmə istiqamətini təyin etmək üçün istifadə edilən əhalinin
immunitetinin vəziyyətinin də müntəzəm təyini vacibdir.
3.2. Tədqiqat dövründə qrip viruslarına qarşı populyasiya immuniteti.
Populyasiya immunitetinin öyrənilməsi zamanı hər ay HALR–da donor
qanının zərdabları tədqiq olunurdu.
A/H1N1/, /H3N2/ və B qripi viruslarının laborator yolla təsdiqi hallarının
tezliyinin qeyd olunan ştammlara qarşı immunitetin vəziyyəti ilə müqayisəsi bir
sıra hallarda onlar arasında müəyyən məlum qanunauyğunluqları üzə çıxardı, yəni
99
bir tərəfdən bir sıra dövrlərdə immunitetin yüksəlməsi ilə xəstəliyin səviyyəsinin
aşağı düşməsini və əksinə müşahidə edirik. Məsələn, A/H3N2/ qripi viruslarına
qarşı seroloji immunitetin yüksək səviyyəsi 1978-ci ilin iyununda xəstələnmənin
aşağı səviyyəsi ilə uzlaşırdı. 1978-ci ilin fevral, mart aylarında xəstələnmənin
yüksək səviyyəsi A/H3N2/ qripi viruslarının sirkulyasiyasının başlanğıcı və
xəstələnmənin yüksəlişi immunitetin səviyyəsinin qalxması ilə uzlaşırdı. Bunlar B
qripinə də aiddir.
B qripi viruslarına qarşı immunitetin epidemiya qabağı vəziyyətinin
müqayisəsi xəstələnmənin səviyyəsinin qanunauyğun surətdə qalxması ilə
immunitetin səviyyəsinin azalmasını üzə çıxardı.
Beləliklə, 1976-cı ilin dekabrında B qripinin yüksəlişi 1976-cı ilin
noyabrının sonunda B qripi viruslarına qarşı seroloji immunitetinin səviyyəsinin
aşağı düşməsi ilə uzlaşırdı, digər tərəfdən–xəstələnmənin səviyyəsinin qalxmasına
səbəb olurdu. 1978-ci ilin may, iyun aylarında B qripi virusuna qarşı immunitetin
yüksək səviyyəsi həmin dövrdə xəstələnmənin aşağı səviyyəsi ilə uzlaşırdı.
Ancaq qripin laborator yolla təsdiq olunmuş hallarının immunitetin vəziyyəti
ilə müqayisə edilməsi çox hallarda xəstəliyə qarşı kollektiv immunitetin
göstəriciləri arasında korreksiyanı müəyyənləşdirmirdi. Məsələn, 1978-ci ilin
sentyabrından 1978-ci ilin dekabrına qədər A/H3N2 qripi virusu ilə xəstələnmənin
demək olar ki, eyni səviyyəsi və ya 1983-cü ilin fevralından aprelinə qədər və
1984-cü ilin yanvarından aprelinə qədər A/H3N2 qripi ilə xəstələnmənin aşağı
səviyyəsi yuxarıda qeyd olunan qanunauyğunluğu əks etdirməyən seroloji
immunitetin əhəmiyyətli dəyişiklikləri ilə müqayisə edilirdi. A/H1N1 qripi virusu
100
ilə xəstələnmənin 1980-cı ilin yanvarından iyununa qədər aşağı səviyyəsi seroloji
immunitetin dəyişiklikləri ilə uzlaşırdı, bu isə ola bilər ki, yeni dreyf-variantların
formalaşması və sirkulyasiyasının başlanğıcı ilə izah edilir.
Bu dreyf-variantlar KRX-li xəstələrin diaqnostikasında qrip viruslarının artıq
qeyri-epidemik ştammlarında HATR-da kommersiya antigenləri ilə üzə çıxmır.
Yəni immunitetin yüksək səviyyəsi göstərilən zaman kəsiyində xarakterikdir və
əvvəllər sirkulə etmiş ştamma aiddir, epidemiyanın əvvəlində, xəstələnmə isə,
qeyd edilən dövrdə dreyf-variantlar vasitəsilə baş verir. Donorların materialında
HATR ilə təyin edilən immunitetin yüksək səviyyəsi dreyf-variantların
sirkulyasiyasını əks etdirmir.
Yuxarıda qeyd olunanlara tədqiqat zonasında epidemik cəhətdən qeyri-
aktual olan A/Нью Джерси/76 və А/Шклявер/48 qripi virusları ştammlarının
mikrosirkulyasiya faktını əlavə etmək lazımdır. Bu ştammlara qarşı, məsələn,
1984-cü ilin aprel və may aylarında immunitetin aşağı səviyyəsi infeksiyanın
səviyyəsinin yüksəlməsinə gətirib çıxarmırdı.
А/Нью-Джерси/76 ştammının 0,8%-dən 3,8%-ə qədər və A/Шклявер/48
ştammının 1983-cü ilin yanvarında 3,2%-dən 1984-cü ilin noyabrında 3,0%-ə
qədər çox da böyük olmayan sirkulyasiya səviyyəsini qeyd etmək lazımdır.
KRX-li 35 yaşa qədər xəstələrdən 6 halda (2,2%) А/Нью-Джерси/76 və
A/Шклявер/48 ştammlarına qarşı 270 müayinə edilmiş insanlarda 20 halda isə
(7,4%) A/Шклявер/48 və ya А/Нью-Джерси/76 qripi virusu A/H3N2/, /H1N1/
və B və ya paraqrip virusları ilə uzlaşan qarışıq infeksiyaya qarşı antitellərin 4 qat
artması HATR-da qeydə alınmışdır.
101
Antigen cəhətdən müxtəlif olan qrip viruslarının xüsusən 1980, 1984-cü
illərdə daha nəzərəçarpan dərəcədə (1,4%-3,9%) kosirkulyasiyasını qeyd etmək
lazımdır.
Populyasiyanın antigen cəhətdən müxtəlif üzvlərinin əyani surətdə
kosirkulyasiyasının başlanmasını biz 1978-ci ildə müşahidə etmişik.
1978-ci il üçün qrip viruslarının 3 variantı: B/Япония/2/3/73, В/400/73,
В/СССР/69 ilə yanaşı /H2N2/ antigen formullu eyni zamanda sirkulyasiya edən
A/Порт-Чалмерс/73, А/Виктория/3/75, А/Гонконг/68 qripi virusları ştammlarına
qarşı seroloji immunitet səviyyəsinə malik olan A qripi viruslarının xarakterik
sirkulyasiyası xarakterikdir.
Bu fonda 1978-ci ilin mart, aprel, may aylarında A/H1N1/ qripi viruslarına
qarşı A/CCCP/090/77 /H1N1/ qripi viruslarının intensiv sirkulyasiyası ilə əlaqədar
olaraq immunitetin əhəmiyyətli dərəcədə yüksəlməsi qeyd olunmuşdur.
Beləliklə, 1978-ci ilin 2-ci rübündə əhalinin immunitetinin vəziyyəti KRX-
diaqnostikası ilə müəyyən edilməsi mart yüksəlməsinin A/H1N1/ /H3N2/ və
qismən B qripi virusları ilə şərtlənməsi faktının həqiqi təsdiqi idi.
Beləliklə, alınan nəticələrdən göründüyü kimi seroloji immunitetin səviyyəsi
heç də həmişə qripin laborator təsdiqi halları ilə korrelyasiya etmirdi.
Tədqiqat dövründə müxtəlif A, B virusları tiplərinin (əhali onlara qarşı
müəyyən səviyyədə seroloji immunitetə malik idi) kosirkulyasiyası baş verdi.
İnsan populyasiyasında А/Нью-Джерси/76 və A/Шклявер/48 qripi
viruslarının epidemik cəhətdən qeyri-aktual ştammlarının mikrosirkulyasiya faktı
qeyd edilmişdir.
102
3.3. İnsan populyasiyasında qeyri
-standart qrip viruslarının meydana
çıxması
.
3.3.1. İnsanlardan atipik ştammların izolyasiyası və autentikliyin və
ştammların xüsusiyyətlərinin tədqiqi.
1979-cu ilin iyununda Bakıdakı 179 saylı uşaq bağçasında kəskin titrətmə
xəstəliklərinin alovlanması müşahidə edilirdi. Bu xəstəliklər klinik cəhətdən qripə
bənzəyirdi və qusma ilə müşaiyət olunurdu.
3 uşağın burun-udlaq yaxantısından 9 günlük toyuq embrionlarının
yoluxdurulması yolu ilə hemaqqlütinə edən antigenlər izolə edilmişdir. Ancaq bir
ştammı - A/Бaky/900/79 toyuq embrionlarında möhkəmləndirmək mümkün
olmuşdur.
D.İ.İvanovski
adına
Virusologiya
institutunun
respirator
viruslar
laboratoriyası
ilə
birgə
aparılan
ştammın
tipləşdirilməsi
onu
A/Цыпленок/Германия/“N”/49/H10N7/ qripi virusu kimi identifikasiya etməyə
imkan verir (1980-cı ilin I rübünün icmalı, Moskva ş. ).
Ştammın öyrənilməsində Q.A.Safonov və L.İ. Volodinanın metodu tətbiq
edilmişdir. (“Способ дифференциальной диагностики ортомиксовирусных и
парамиксовирусных возбудителей болезней птиц” (авт.свид.N539073) ).
Bu ştammın tədqiqi onu qrip virusu hesab etməyə əsas verir, çünki:
103
1.
Ştamm toyuq embrionlarının allantois boşluğunda 10-7,5 titrinə
qədər EİD
₅₀͵₀̦₂ (embrional infeksion doza) və hemaqqlütininləri
1:512- 1:1024 titrinə qədər toplanırdı.
2.
Virusun hemaqqlütinini qızdırılmaya qarşı davamlıdır, nitrit
turşusunun təsirindən parçalanmır.
3.
Neqativ kontrast metodu ilə elektron mikroskopik tədqiqatlarda
virionların morfologiyası A qripi virusları üçün tipikdir (tədqiqatlar
elektron mikroskopiya laboratoriyasında prof. Klimenko S.M.
tərəfindən aparılmışdır).(Şək. 4).
Ştammın hemaqqlütinini A qripi viruslarına o cümlədən A/H0N1/,
A/H1N1/, A/H2N2/, və B qripi viruslarına qarşı diaqnostik antizərdabların heç biri
ilə tormozlanmırdı.
Paramiksovirusların (Senday, parotit) antizərdabı ilə HALR-da antigen
qohumluğunun tədqiqi həmçinin müsbət nəticələr verməmişdir. İzolyat
hemolizindən məhrum idi və dəniz donuzunun eritrositlərini hemolizə uğratmırdı.
Bu agentin məməlilərin və quşların viruslarının etalonlarına, eləcə də
Баку/900/79 izolyatına qarşı diaqnostik antizərdablarla HATR-da çarpaz tədqiqi
zamanı müəyyən edilmişdir ki, izolyata yalnız А/цыпленок/”N”/49 ştammına
qarşı antizərdab (o da 1:4-1:8-ə qədər hemoloji titrdə) inhibitor kimi təsir göstərir.
Eyni zamanda siçovulların, Баку/900/79 izolyatı ilə immunlaşdırılmış zərdabı
A/ цыпленок/”N”/49 virusunu 1:2 hemoloji titrinə qədər neytrallaşdırır.(Cədvəl).
104
Bütün qeyd olunanlar onu göstərir ki, uşaqdan izolə edilmiş
hemaqqlütinasiya agenti quş qripi virusları ilə antigen cəhətdən qohum olan
hemaqqlütininə malik idi.
Ədəbiyyatda insandan Hav1 hemaqlütininli quş qripinin izolə edilməsi
halları haqda məlumatlar var (Cambell, 1970).
Bu, ona şahidlik edir ki, Hav2 hemaqqlütininli qrip virusları həm də xəstə
insanlarda rast gələ bilər.
A/Баку/900/79 virusu ilə PHAR-da neyraminidazanın Heq1-ə mənsub
olduğu müəyyən edilmişdir.(Cədvəl-2).
A/Баку/900/79 ştammına qarşı antizərdablı HALR Cədvəl 1
Dostları ilə paylaş: |