Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?



Yüklə 1,42 Mb.
səhifə325/477
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1210
1   ...   321   322   323   324   325   326   327   328   ...   477
683) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
A) Operasion blokda

B) Təcrid palatasında

C) Reanimasiya şöbəsində və əməliyyatdan sonrakı palatada

D) Xəstəxanadan çıxarılır

E) Ümumi palatada

Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsinə yerləşdirilir və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı və tənəffüs sisteminə dəqiqliklə nəzarət olunsun.


Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64
684) Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
A) Əməliyyatdan sonrakı dövr

B) Əməliyyatın gedişi

C) Əməliyyatın sonu

D) Operativ gediş

E) Müdaxilə

Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması adlanır.


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
685) Qarın boşluğu orqanlarında aparılan əməliyyat zamanı xəstəyə hansı vəziyyət verilir?
A) Qarnı üstə vəziyyət

B) Arxası üstə horizontal vəziyyət

C) Trendlenburq vəziyyəti

D) Böyrü üstə vəziyyət

E) Başın arxaya atılmış vəziyyəti

Qarın boşluğunda əməliyyat aparılası zaman xəstənin ən düzgün vəziyyəti arxası üstə horizontal vəziyyətdir, çünki, bu zaman qarın boşluğu orqanlarının anatomik yerləşməsi və qarın divarı kəsildikdən sonra orqanlara daha qısa yolla çatmaq bu vəziyyəti tələb edir.


Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   477




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin