686) Toxumaları aralayan alət hansıdır?
A) İtiuclu qayçı
B) Skalpel
C) Farabef qarmağı
D) Koxer sıxıcısı
E) Kəsici iynə
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin və patoloji proses yaxşı görünsün.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
687) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?
A) Sidik kisəsinə kateter qoymaq
B) Vena daxilinə 5%-li qlükoza yeritmək
C) Qarnın aşağı hissəsinə soyuq qoymaq
D) Sidikqovucular vermək
E) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
Dostları ilə paylaş: |