950) Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir?
A) 10% və daha çox
B) 1-2%
C) 6-7 %
D) 8-9 %
E) 3-5%
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı olur,buna keçici reaksiya deyilir. 10%-dən artıq yanarsa bu yanıq xəstəliyi adlanır.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175
951) Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir?
A) Hipovolemik
B) Kardiogen
C) Anafilaktik
D) Travmatik
E) Bakterial
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın itirilməsinə gətirib çıxarır.Bu da hipovolemik şokla nəticələnir.
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295
Dostları ilə paylaş: |