Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Südəmər yaşda sünii qidalanmaya keçilməsinə göstəriş nədir?



Yüklə 261,37 Kb.
səhifə143/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   139   140   141   142   143   144   145   146   ...   248
Umumi test suallari

573) Südəmər yaşda sünii qidalanmaya keçilməsinə göstəriş nədir?

A) Südün çətin ifraz olması


B) Ana südünün az olması
C) Südün çox yağı olması
D) Ana südünün keyfiyyətsiz olması
E) Ana südünün olmaması
Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən dəyərli qidalar bu yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən olmadıqda uşağın qida inqridientlərinə olan təlabatını ödəmək üçün ana südünə uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş qidalardan istifadə olunur ki, buna göstəriş ana südünün olmamasıdır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 156




574) Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?

A) Enterit


B) Enterovirus infeksiyası
C) Salmanelloz
D) Eşerixioz
E) Dizenteriya
Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı, qusma, tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı proses olur, xoralar əmələ gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 558


575) Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?

A) Difteriya


B) Eşerixioz
C) Salmonelyoz
D) Dizenteriya
E) Skarlatina
Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu qusma,ishal,qarında tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən çoxlu su itirir – eksikoz əmələ gəlir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 565




576) Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?

A) Parenteral


B) Hava damcı
C) Kontakt-məişət
D) Enterial
E) Fekal – oral
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal oral və s ) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə) . İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə yoluxma baş verir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin