609) Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?
A) 3 saat
B) 40 dəq
C) 1,5 saat
D) 30 dəq
E) 2 saat
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-1985
610) Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?
A) Hidrogen peroksid məhlulu ilə
B) 0,5%-li naşatır spirti ilə
C) Kalium permanqanat məhlulu ilə
D) Brillyant yaşılı ilə
E) Furasillinlə
Biksi doldurmazdan əvvəl içərisi və bayırı 0.5%-li naşatır spirti ilə silinir.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov.Moskva-1985
611) Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?
A) Qarın boşluğu orqanlarında
B) Döş qəfəsi orqanlarında
C) Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda
D) Süd vəzinin əməliyyatlarında
E) Neyrocərrahi əməliyyatlarda
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: : Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov.Moskva-1985
612) Təzə yaranın xarakterizə edən kliniki simptomlar hansılardır?
A) Ağrı,temperatur,qanaxma
B) Qızartı,qızartı,iltibah
C) Ağrı, yara ağzının açıq olması və qanaxma
D) Ödem,qızartı,temperatur
E) Ağrı, qızartı, flüktuasiya
Kliniki olaraq yaraların 3 xassəsi vardır: ağrı, yara ağzının açıq olması və qanaxma
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |