605) Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?
A) III A- IV
B) II -III A
C) I - III B
D) III B - III A
E) ΙII B - IV
Yanıqların dərinliyi onların dərəcəsi ilə ayırd edilir:I dərəcəli yanıqda dəri qızarır və şişır,II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III B_IV dərəcəli yanıqlara aid edilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 281) N.P.Paleyev Bakı-1991
606) Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır?
A) Rekonvalensensiya
B) Septikotoksemiya
C) Yanıq şoku
D) Toksemiya
E) Regenerasiya
Yanıq xəstəliyinin inkişafında 4 faza ayırd edilir
1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalensensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
607) Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?
A) Sünbülvari sarğı
B) Qayıdan sarğı
C) Dezo sarğısı
D) Spiral sarğı
E) Sapand şəkilli sarğı
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991
608) Mastit nəyin iltihabıdır?
A) Piy vəzilərinin
B) Süd vəzisinin
C) Limfa düyünlərinin
D) Tər vəzilərinin
E) Limfa damarlarının
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.
Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
Dostları ilə paylaş: |