Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?



Yüklə 261,37 Kb.
səhifə149/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   145   146   147   148   149   150   151   152   ...   248
Umumi test suallari

600) Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?

A) 3%-li trimekainlə


B) 10%-li lidokainlə
C) 5%-li sovkainlə
D) Ümumiyyətlə anesteziya olunmur
E) 0.5%-li novokainlə
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən istifadə edilmir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991




601) İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?

A) Axar su altlnda yuyulur


B) Sterilizasiyaya göndərilir
C) Yandırılır
D) Salfetlə silinir
E) Dezinfeksiya edilir
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub qurudulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991




602) İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?

A) 1%-li
B) 10%-li


C) 6%-li
D) 3%-li
E) 5%-li
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991




603) Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanma müddəti nə qədərdir?

A) 12 saat


B) 24 saat
C) 2 saat
D) 48 saat
E) 6 saat
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki, gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.
Ədəbiyyat: Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987


604) Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz?

A) Qızılca


B) Qrip
C) Su çiçəyi
D) Hepatit B
E) Orxit
Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatmamazlığı sindromu) infeksiyasına, brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit xəstəliyi keçirdən insanlar donor ola bilməz.

Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin