641) Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?
A) Angioqrafiya
B) USM
C) Füloroqrafiya
D) Sistoqrafiya
E) Rentgenoqrafiya
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
642) Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?
A) 10
B) 15
C) 1
D) 5
E) 8
Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
643) II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?
A) Bütün toxuma qatlarının və sümüyün nekrozu
B) Dərinin hipiremiyası
C) Dəri səthinin avazıması
D) Bütün dərinin nekrozu
E) Epidermisin nekrozu və suluqların əmələ gəlməsi
Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec dəyişilməli, donmuş yerə isidici sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
644) Kəllə-beyin travmaları zamanı əsas simptom hansıdır?
A) Retroqrad amneziya
B) Huşun itməsi
C) Qıcolmalar
D) Temperaturun yüksəlməsi
E) Baş ağrıları
Ən çox rast gəlinən forması beyin sarsıntısıdır. O yüngül orta, ağır dərəcələrə bölünür. Bütün formalarda xəstənin huşu pozulur. Retroqrad amneziya yaranır. Xəstədə güclü baş ağrıları, qulaqlarında küy, qusma, yuxunun pozulması və s. müşahidə olunur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228
Dostları ilə paylaş: |