Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?



Yüklə 261,37 Kb.
səhifə155/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   151   152   153   154   155   156   157   158   ...   248
Umumi test suallari

627) Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?

A) Okkluzyon sarğı


B) Ləçək sarğısı
C) Dezo sarğısı
D) Bint sarğısı
E) Gips sarğısı
Döş boşluğunun zədələnməsində qorxulu ağırlaşmalardan biri pnevmotoraksdır, yəni plevra boşluuna hav yığılmasıdır. Ağ ciyər deşikdikdə hər dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır (atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiqə atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava dolur. Bunun qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.




628) Bərk sarğılara hansı sarğı aiddir?

A) Bint sarğıları


B) Leykoplastırlı sarğı
C) Kolloid sarğı
D) Yapışqanlı sarğı
E) Gips sarğısı
Bədənin sınmış yerinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə olunur.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312




629) Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?

A) Plazma çəhrayı rəngdə


B) Plazma sarı rəngdə, şəffaf
C) Qan üç qatlı, plazma isə şəffafdır
D) Plazma şəffafdır
E) Plazma bulanlıq, fibrin lopalarla
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, sapa və çöpəbənzər liflər topalarla və qan laxtaları ilə rast gəlinir.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164




630) Resus amili qanın hansı elementində yerləşir?

A) Plazmada


B) Eritrositlərdə
C) Trombositlərdə
D) Limfositlərlə
E) Leykositlərdə
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin