Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?



Yüklə 261,37 Kb.
səhifə156/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   152   153   154   155   156   157   158   159   ...   248
Umumi test suallari

631) Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?

A) Feldşer


B) Anestezist tibb bacısı
C) Müalicə həkimi
D) Həkim anestezioloq
E) Qəbul şöbəsinin həkimi
Premedikasiya xəstənin dərmanlarla əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189




632) Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?

A) Rezin halqanın qoyulması


B) Dərinin kamforalı spirtlə silinməsi
C) Tənəffüs gimnastikası
D) Xəstənin çevrilməsi
E) Yataq ağlarının ütülənməsi
Ağ ciyərlərdə durğunluğu və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası tətbiq edilir. Bunun yataq yarasına dəxli yoxdur.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197




633) Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?

A) İltihab


B) Yara ətrafında suluqlar
C) Qanaxma
D) İkincili nekroz
E) Demarkasiya xətti
Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli simptom qanaxma hesab edilir.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312




634) Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?

A) Çapıq əmələ gəlməsi üçün


B) Yara ifrazatını çıxarmaq üçün
C) Epitelizasiyanı sürətləndirmək üçün
D) Qanaxmanı dayandırmaq üçün
E) Yaranı təftiş etmək üçün
İrinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Yarada drenaj qoymaqla qramullyasiya əmələ gəlməsi prosesini sürətləndirməkdir.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322




635) I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?

A) Aseptik sarğı qoyub,təcili yardım çağırmaq


B) Süni ağ ciyər aparatına qoşma və ürəyin masajı
C) Yanıq sahəsindən yuxarıda turna qoymaq
D) Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər vurmaq
E) Antibiotiklər vurmaq
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında saxlanmalıdır.

Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin