667) Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün hansı sarğı növündən istifadə olunur?
A) Spiral
B) Səkkizvari
C) Sünbül
D) Dezo
E) Ləçəkvari
İlk yardım zamanı geniş istifadə edilir, habelə bazunu, saidin, biləyin və s. xəstəliklərində yuxarı ətrafa rahatlıq vermək üçün işlədilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306
668) Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir?
A) Ağrı
B) Suluqların olması
C) Temperaturun yüksəlməsi
D) Spidermisin nekrozu
E) Damarların spazmı
Bədənin həddən artıq soyuması müvafiq nahiyyələrdə ilkin olaraq damarların spazmına səbəb olur.Nəticədə qan dövranı yavaşıyır,kapilyarların spazmı yaranır.
Ədəbiyyat: N.P.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.286
669) Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?
A) 5 gün
B) 20 gün
C) 6 saat
D) 10 gün
E) 40 gün
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
670) Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar?
A) 20
B) 5
C) 7
D) 10
E) 2
Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır.Kraft paketlərdən 5 dəfə istifadə etmək olar.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
Dostları ilə paylaş: |