657) Qanın maksimal saxlanma müddəti neçə gündür?
A) 14 gün
B) 21 gün
C) 28 gün
D) 7 gün
E) 16 gün
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
658) Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?
A) 4-6 oC
B) 0, -15 oC
C) 0, -2 oC
D) +17, -20 oC
E) -2, -0oC
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-6 oC -də saxlanılır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
659) Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?
A) T-şəkilli
B) Sünbülvari
C) Sapandvari
D) Dairəvari
E) Spiralvari
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
660) Bərk sarğılara hansı sarğı növü aiddir?
A) Yapışqan plastik
B) Kleol
C) Gips
D) Torlu elastiki bint
E) Kolloid
Bədənin sınmış yerinə tam rahtlıq vermək üçün gips sarğılardan istifadə edilir. Ətrafı saxlayır yaranı ikinci infeksiya düşmədən qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.312
661) Donor kimə deyilir?
A) Qanını və ya orqanını digər insana verən şəxsə
B) Qan azlığı olan şəxsə
C) Qanaxmaya meyilli şəxsə
D) Qan köçürülən şəxsə
E) İnfuzion maye köçürülən şəxsə
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
Dostları ilə paylaş: |