645) Pnevmotoraks nədir?
A) Döş qəfəsinə qanın toplanması
B) Döş qəfəsinə havanın daxil olması
C) Döş qəfəsinə mayenin toplanması
D) Hamısı
E) Döş qəfəsinə irinin toplanması
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır.Dəri altı küt travmalar zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyərin parenximasını və plevranı zədələyirsə bu zaman pnevmotoraks əmələ gəlir.Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı(klapanlı)olur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233
646) Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?
A) Oturaq sümüyünün sınığı
B) Büzdüm sümüyünün sınığı
C) Çanaq sümüklərinin tamlığının pozulması
D) Qasıq qabarının sınığı
E) Çanaq sümüklərinin tamlığının pozulmaması
Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar zədələnir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
647) Yanığın ən geniş yayılmış növü hansıdır
A) Şüa
B) Elektrik yanıqları
C) Kimyəvi
D) Yuxarıda sadalananların hamısı
E) Termiki
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından, buzlardan və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293
648) Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanığa aiddir?
A) IV
B) III A
C) II
D) III B
E) I
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılğr. Bu epidermisin yanmasını göstərir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
Dostları ilə paylaş: |