653) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Aseptik sarğı qoymaq
B) Turna qoymaq
C) Vişnevski məlhəmi ilə sarğı qoymaq
D) Streptosid tozu səpmək
E) Suluqları kəsmək
Səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
654) Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Sıxıcı sarğı qoymaq
B) Turna qoymaq və ətrafları isitmək
C) Okkulizion sarğı qoymaq
D) Antiseptiklərlə silib sarğı qoymaq
E) Turna qoymaq və ətrafları soyutmaq
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə blokada edilib buz qovuğu ilə soyudulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
655) Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq
B) Dezo tipli sarğı qoymaq
C) Zərərçəkmişi arxası üstə uzatmaq
D) Okkulizion sarğı qoymaq
E) Dəri altına 1%-li Morfin məhlulu yeritmək
Hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəfüsdə iştirak edir. Plevrapulmonol şokun qarşısını almaq üçün, hermetik okkulizyon sarğı qoyulur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
656) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Sağlam tərəfə uzadılmış
B) Yarımoturaq
C) Oturaq
D) Qarnı üstə uzadılmış
E) Arxası üstə uzadılmış
Dartan leykoplastır sarğısını sınmış qabırğalara qoyurlar. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayıb qabaqda orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarım oturaq vəziyyətdə daşınır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
Dostları ilə paylaş: |