622) Sorulan sintetik saplara hansı saplar aid edilir?
A) Vikril
B) Neylon
C) Kapron
D) Dakron
E) Lavson
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov.Moskva-1985
623) Əməliyyat blokunda neçə qoruyucu zona vardır
A) 1
B) 4
C) 2
D) 5
E) 3
Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı(material otağı)
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 4) M.M.Abakumov.Moskva-1985
624) Toxumalar arasına qanın toplanması necə adlanır?
A) Qlioma
B) Mioma
C) Hematoma
D) Teratoma
E) Osteoma
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu vaxt kapilyarlar partlayır və toxuma arasına qan yığılır ki, bu da hematoma adlanır.
Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
625) Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
A) İnfiltrasiya üsulu
B) Vişnevski üsulu
C) Onurğa beyni anesteziyası
D) Oberst-Lukaşeviç üsulu
E) Futlyar anesteziya
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara vurmaqla sinir keçiriciliyini müvəqqəti pozmaq olur ki, buna ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu deyilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279
626) Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur?
A) Dezo sarğısı
B) Tısbağavari sarğı
C) Sünbülvari sarğı
D) Ləçək sarğısı
E) Spiral şəkilli sarğı
Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğıdır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir şey qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
Dostları ilə paylaş: |