577) Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir?
A) 3-4 aya
B) 1-2 aya
C) 8-10 aya
D) 7-8 aya
E) 5-6 aya
Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi sürətlə böyüdüyü üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə bilmir, ona görə də uşağa əlavə qida təyin edilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 103
578) Təmizləyici imalə edilərkən yeni doğulmuşun vəziyyəti necə olmalıdır?
A) Sol böyrü üstə
B) Kürəyi üstə
C) Yanı üstə
D) Sağ böyrü üstə
E) Qarnı üstə
Yeni doğulmuşun bağırsağını təmizləmək üçün onu kürəyi üstə uzandırıb ayaqlarını yuxarı qaldırmaqla təmizləyici imalə edilir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya”.”Bakı” 2007 səh 75
579) Həkiməqədər yardıma bayılma zamanı daxil edilmir?
A) Təmiz hava ilə təmin etmək
B) Uşağa yarımoturaq vəziyyət vermək.
C) Uşağa kofein və ya kardiamin vurmaq
D) Buruna naşatır spirtində islanmış tampon qoymaq
E) Uzandırmaq ayaqlarını yuxarı qoymaq
Ürəkgetmə müxtəlif səbəbələrdən (aclıq,xəstəlik, yorulma əsəb və s.) beyinlə- ürək arasında əlaqənin müvəqqəti kəsilməsidir. Bu zaman xəstənin huşu qaralır,ürək fəaliyyəti zəifləyir, Bu zaman uşağı uzandırıb ayaqlarını yuxarı qaldırmaq, təmiz hava vermək, naşatır spirti iylətmək lazımdır və s. Uşağı uzadıb ayağını qaldırmaq, ürəyin, beynin qanla təmininə şərait yaradır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 209
580) Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
A) Hərarətsalıcılar vermək
B) Dərini spirtlə silmək
C) Çoxlu maye vermək
D) Başa soyuq qoymaq
E) Kalorili qida
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir, ürək , tənəffüs fəaliyyəti artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyud qoymaq, dərisini spirtlə sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
Dostları ilə paylaş: |