Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Sidik kisəsini yumaq üçün hansı məhluldan istifadə olunur?



Yüklə 261,37 Kb.
səhifə220/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   216   217   218   219   220   221   222   223   ...   248
Umumi test suallari

883) Sidik kisəsini yumaq üçün hansı məhluldan istifadə olunur?

A) Pervomur məhlulundan


B) Furasilindən
C) Fizioloji məhluldan
D) Hidrogen-peroksid məhlulundan
E) 70%-li spirtdən
Sidik kisəsinin iltihabı xəstəliklərində,bəzi cərrahi əməliyyatlardan sonra Jane şprisi ilə isidilmiş furasilin məhlulu ilə sidik kisəsi yuyulur.

Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(65)




884) Sidik kisəsinin qapalı zədələnmələrində ilk yardım nədən ibarətdir?

A) Nitroksolin verilir


B) Sidik kisəsi katetetri qoyulur
C) Buz qovuqcuğu qoyulur
D) Narkotiklərdən istifadə olunur
E) Sidik qovucular verilir
Sidik kisəsinin qapalı zədələnmələri ən çox avtomobil qəzalarında rast gəlinir.Belə hallarda ilk tibbi yardım məqsədilə buz qovuqcuğundan istifadə etmək və xəstəni təcili hospitalizə etmək məsləhətdir.

Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(247)




885) Varikosele hansı xəstəlikdir?

A) Toxum ciyəsinin iltihabı


B) Toxum ciyəsinin inkişaf dan qalması
C) Xayaların böyüməsi
D) Toxum ciyəsi venalarının varikoz genişlənməsi
E) Toxum ciyəsinin kistası
Varikosele-toxum ciyəsi venalarının genişlənməsidir.Əsasən sol tərəfdə rast gəlinir,buna səbəb toxum ciyəsi venasının sol tərəfdə böyrək venasına düz bucaq altında açılmasıdır.

Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(259)




886) Fövqaladə hallarda ilk tibbi yardım ilk növbədə kimlərə göstərilməlidir?

A) Yuxarı ətrafları zədələnmiş insanlara


B) Həyat üçün vacib orqanları zədələnmiş insanlara
C) Qorxu və həyəcandan nitqini itirmiş insanlara
D) Dayaq-hərəkət orqanları zədələnmiş insanlara
E) Görmə orqanları zədələnmiş insanlara
Fövqaladə hallarda çoxlu sayda insanin müxtəlif formada aldıqları travmalar zamanı hadisə yerində olan feldşer ilk növbədə yaralıları tibbi yardım növbələşdirmək üçün çeşıdləməyi bacarmalıdır.İlk növbədə yardım həyatı vacib orqanların zədələnmələri və yaralanmaları olan xəstələrə göstərilməlidir.

Ədəbiyyat:B.D.Komarov.Təcili tibbi yardım(Feldşerlər üçün)Moskva-1984.Səh(24)





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin