896) Morfini hansı hallarda işlətmək əks göstərişdir?
A) Kəllə beyin travmalarında
B) Yanıq şokunda
C) Travmatik amputasiyalarda
D) Yuxarı ətrafların zədələnmələrində
E) Aşağı ətrafların zədələnmələrində
Morfinin işlədilməsinə əks göstəriş ağır formalı kəllə-beyin travmaları və yaşın 60-dan çox olmasıdır.Morfin tənəffüs mərkəzini iflic edə bilər.
Ədəbiyyat: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 70
897) Sistit nəyin iltihabi xəstəliyidir?
A) Böyrək ləyənin
B) Sidik axarının
C) Urentranın selikli qişasının
D) Sidik kisəsinin selikli qişasının
E) Böyrək daxili sidik axarlarının
Sidik kisəsinin selikli qişasının iltihabına sistit deyilir. Sistit birincili və ikincili olur.Törədiciləri patogen mikroblardır.Travmalar,daş və kateter saldıqdan sonra baş verir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 255
898) Qanda və sidikdə diastazanın miqdarının artması hansı xəstəlik üçün səciyyəvidir?
A) Kolit
B) Kəskin xolesistit
C) Kəskin appendisit
D) Pielonefrit
E) Kəskin pankreatit
Normada diastaza sidikdə 16-64 vahid olur.Kəskin pankreatikdə bu göstərici bir neçə min vahidə çatır.Vəzidə gedən nekroz zamanı diaztazanın miqdarı azalır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 237
899) Koxer üsulu ilə bazu çıxığının yerinə salınması neçə mərhələdən ibarətdir?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
Koxer üsulu ilə çıxığın yerinə salınması texnikası dörd ardıcıl mərhələdən ibarətdir:
1.Dirsək oynağı düz bucaq altında bükürək aşağı dartılıb dirsək gövdəyə sıxılır.
2.Gövdəyə sıxılmış bazu xarici tərəfə əyilir.
3.Dirsək tədricən orta xəttə və yuxarı dartılır.
4.Xəstənin bazu önü döş qəfəsinin üstünə elə qoyulur ki,zədə almış əl sağlam çiyinin üstünə toxunsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 271
Dostları ilə paylaş: |