966) Alkoqolla zəhərlənmə zamanı ilk təxirəsalınmaz yardım :
A) Zond vasitəsilə mədənin yumaq, qarın işlədici duzlar vermək, sürətləndirilmiş diurez
B) Sıxıcı paltarlardan azad etmək
C) Ayaqlarına isitqac qoymaq
D) Təmiz havaya çıxartmaq
E) Başına buz qoymaq
Alkoqoldan sui istifadə-zəhərlənmələrə səbəb ola bilər. Alkoqolla zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zəhərlənmə zamanı təxirəsalınmaz yardın tez bir müddətdə zond vasitəsilə mədənin yuymaq, qarin işlədici duzlar vermək, sürətləndirilmiş diurez tətbiq olunur.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Bakı 1990. Səh 567
BÖLMƏ 8 - Kliniki Farmakologiya
967) Böyrək patologiyası olan xəstələrə hansı qrup preparatları təyin etmək olmaz?
A) Uroseptiklər
B) Tetrasiklinlər
C) Aminoqlikozidlər
D) Penisillinlər
E) Ftorxinolonlar
Aminoqlikozidlər böyrəklərə nefrotoksik təsir göstərərək onların funksiyalarını pozur və buna görə də bu preparatı böyrək patologiyası olan xəstələrə təyin etmək olmaz.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 479
968) Eşitmə sinirin nevriti zamanı hansı preparatı təyin etmək olmaz?
A) Eritromisin
B) Oksasillin
C) Streptomisin
D) Penisillin
E) Pefloksasin
Streptomisinin təsirindən eşitmə sinirin zədələnməsi, vestibulyar aparatın funksiyalarının pozulması baş verir və buna görə də bu preparatı eşitmə sinirin nevriti zamanı təyin etmək olmaz.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480
969) Hansı preparatı hamilə qadınlara təyin etmək olmaz?
A) Ampisillin
B) Streptomisin
C) Penisillin
D) Oksasillin
E) Pefloksasin
Streptomisin yüksək, toksiki təsirə malik olduğu üçün bu preparatı hamilə qadınlara təyin etmək olmaz
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480
Dostları ilə paylaş: |