980) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilir?
A) Bronxolitiklər
B) Diuretiklər
C) Uroseptiklər
D) Qlukokortikosteroidlər
E) Sitostatiklər
Diuretiklər böyrəklərdə natrium ionların reabsorbsiyasını zəiflədərək suyun orqanizmdən xaric olmasını sürətləndirir və nəticədə arterial təzyiqi aşağı salır.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 260
981) AÇF( adenozin çevirici fermentin ) inhibitorların hansı preparat aiddir?
A) Kaptopril
B) Anaprilin
C) İzoptin
D) Valzartan
E) Raunatin
Kaptopril AÇF-in fermentativ təsirini zəiflətməklə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 257
982) Antiaterosklerotik preparatı göstərin.
A) Nitronq
B) Anaprilin
C) Nitroqliserin
D) Dibazol
E) Simvastatin
Simvastatin qan plazmasında aşağı və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır, antiaterogen lipoproteinlərin və triqliseridlərin miqdarını isə bir qədər yüksəldir və nəticədə preparat aterosklerotik təsir göstərir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 265
983) Antiaritmik preparatı göstərin.
A) Lidokain
B) Nitroqliserin
C) Dibazol
D) Raunatin
E) Papaverin
Lidokain kardiologiyada aritmiyalar və taxikardiyalar zamanı tədbiq edilir. Aritmiya zamanı 2%-li məhlulundan 5-10 ml-lik qlükozanın izotonik məhlulunda vena daxilinə yeridilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 93
984) Nitroqliserinin təsiri neçə dəqiqədən sonra başlayır?
A) 1-2 dəq.
B) 35-40 dəq
C) 10-15 dəq
D) 15-20 dəq.
E) 20-30 dəq.
Nitroqliserinin təsiri olduqca tez (1-2 dəqiqədən sonra) güclü və qısamüddətli (20-30 dəq) ürəyin tac damarlarını, beyin qan damarlarını genəldir, saya əzələli orqanları tonusdan salır.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
Dostları ilə paylaş: |