994) Öd kisəsi daşlarını əridici xüsusiyyəti olan preparat hansıdır?
A) Kontrikal
B) Atropin
C) Panzinorm
D) Ursofalk
E) Xolosas
Ursofalk xolestrinin qaraciyərdə sintezində iştirak edən nukrosomal fermentini süsləşdirmək yolu ilə onun qanda miqdarını azaldır və beləliklə də əmələ gəlməkdə olan xolestrin daşlarını əridir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 187
995) Pielonefritin müalicəsində istifadə edilən uroseptik hansıdır?
A) Heparin
B) Ursofalk
C) Baralgin
D) Laziks
E) Neviqramon
Neviqramon bağırsaqlardan qana asanlıqla sorulur və əsasən böyrəklərdən xaric olur. Qram-mənfi mikrobları bağırsaq çöplərini, dizenteriya və qarın yatalağı mikroblarını məhv edir. Piyelonefrit, piyelit, sistitin müalicəsində istifadə edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 336
996) Dimedrolun əlavə təsiri nədir?
A) Piylənmə
B) Aclıq
C) Saçın tökülməsi
D) Qəbizlik
E) Yuxu gətirici
Dimedrol allergiya əleyhinə təsiri ilə yanaşı sedativ yuxu gətirici spazmolitik iltihab və qusma əleyhinə təsirə malikdir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 433
997) Dəri dermatozların müalicəsində istifadə edilən preparatlar hansılardır?
A) Diuretiklər
B) Antibiotiklər
C) Dezaqreqantlar
D) Antihistaminlər
E) Sitostatiklər
H reseptorları blokadaya alan antihistamin dərman maddələri allergik reaksiyaların inkişafına tormozlayıcı təsir göstərir və ona görə də allergiya əleyhinə preparat kimi istifadə edilir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 432
998) Qlukokortikosteroidlərin əlavə təsiri hansıdır?
A) Hiperrefleksiya
B) Ödem əmələ gətirmə
C) Hipotenziya
D) Bronxospazm
E) Yuxugətirici
Qlukokortikosteroidlərdən uzun müddət istifadə etdikdə şəkərli diabet, böyrəküstü vəzilərin beyin maddəsini atrofiyası, ödemlər, mədə xorası ağırlaşmaları baş verir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 379
Dostları ilə paylaş: |