985) Nitroqliserinin əlavə təsiri hansıdır?
A) Ürəkbulanma, qusma
B) Koronar arteriyaların genişlənməsi
C) Artan diurez
D) Baş ağrıları, hipotenziya
E) Koronar arteriyaların daralması
Nitroqliserinin əlavə təsirinə baş ağrıları, kəllə daxili və arterial təzyiqin aşağı düşməsi aiddir
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
986) Miokardın infarktı zamanı trombolitik terapiya üçün istifadə edilən preparat hansıdır?
A) Morfin
B) Analgin
C) Baralgin
D) Streptokinaza
E) Dibazol
Streptokinaza qan laxtasını əridir və trombları parçalayır. Bu xassəsinə görə miokardın infarktı, tromboflebitdə istifadə edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 222
987) Neyroleptanalgeziya zamanı istifadə edilən preparatları göstərin.
A) Morfin, atropin
B) Heparin,klofelin
C) Fentanil, droperidol
D) Analgin, baralgin
E) Validol, nitroqliserin
Fentanil cərrahiyyə əməliyyatlarını ağrısızlaşdırmaq üçün neyroleptik maddə olan droperidolla birlikdə istifadə edilir. Droperidol fentanilin ağrıkəsici təsirini gücləndirir və eyni zamanda mənfi emisiyaları aradan qaldırır. Bu metoda neyroleptanalgeziya deyilir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 169
988) Miokard infarktın müalicəsində istifadə edilən birbaşa(düz) təsirli antikoaqulyant hansıdır?
A) Nitroqliserin
B) Heparin
C) Morfin
D) Fentanil
E) Promedol
Heparin qaraciyərdə protrombinin sintezini ləngidərək qanın laxtalanmasına mane olur. Ən güclü antikoaqulyant olub miokardın infarktı, ürəkdə və iri damarlarda aparılan operasiyalardan sonra törənmiş ağırlaşmalarda istifadə olunur.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 218
Dostları ilə paylaş: |