Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Astmatik status zamanı istifadə edilən preparat



Yüklə 261,37 Kb.
səhifə241/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   237   238   239   240   241   242   243   244   ...   248
Umumi test suallari

975) Astmatik status zamanı istifadə edilən preparat.

A) Salbutamol


B) Berotek
C) İntal
D) Prednizolon
E) Astmopent
Ağır bronxial astma tutmaları zamanı (Astmatik status) prednizolon inyeksiya şəklində vena daxilinə 500 ml 5%-li qlükoza məhlulunda damcı üsulu ilə yeridilir.

Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 270




976) Revmatizmin profilaktikası məqsədilə hansı preparat istifadə edilir?

A) Rifampisin


B) Bisillin
C) Tetrasiklin
D) Oksasillin
E) Gentamisin
Bisillin I-V revmatizmdə, revmakarditdə əzələ daxilinə yeridilir. Bisillin V ayda 1 dəfə 1200000 TV, Bisillin I isə həftədə bir dəfə 300000-600000 TV yeridilir.

Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 305




977) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən AÇF(adenozin çevirici fermentin inhibitoru) preparatı göstərin.

A) Raunatin


B) Penisillin
C) Enalapril
D) Bendazol(Dibazol)
E) Papaverin
Enalapril orqanizmdə hidrolizə uğrayaraq analaprilata çevrilir və bununla da AÇF-i blokada edir. Nəticədə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir. Aldosteronun ifrazı zəifləyir və arterial təzyiq aşağı düşür

Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259




978) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən angiotenzin- I reseptorların blokatoru hansıdır?

A) Valzartan


B) Klofelin
C) Kofein
D) Furosimid
E) Dibazol
Valazartan qan damarlarını genişləndirir, aldosteronun ifrazını zəiflədir və nəticədə arterial təzyiqi aşağı salır.

Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259




979) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən kalsium ionlarının antaqonisti hansıdır?

A) Klofelin


B) Rausedil
C) Kaptopril
D) Enalapril
E) İzoptin
İzoptin kalsium ionların ataqonistlərinin əsas nümayəndələrindən biridir. Preparat kalium ionların miokardda miqdarını artırır və arterial təzyiqi aşağı salır.

Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 129





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin