Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə172/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   168   169   170   171   172   173   174   175   ...   252
687) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?
A) Sidik kisəsinə kateter qoymaq 
B) Vena daxilinə 5%-li qlükoza yeritmək 
C) Qarnın aşağı hissəsinə soyuq qoymaq 
D) Sidikqovucular vermək 
E) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək 
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan 
qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280 
688) Boğulmuş yırtıqlarda ilkin olaraq xəstəyə nə edilməlidir?
A) Xəstənin mədəsi yuyulmalıdır 
B) Xəstə təcili hospitalizə olunmalıdır 
C) Xəstə təmizləyici imalə olumalıdır 
D) Yırtıq qapısından içəri salınmalıdır 
E) Spazmolitik dərman preparatı vurulmalıdrır 
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar keçir və 
geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta peritonit və bağırsaq 


keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki orqanlar nekrozlaşdığı üçün xəstə 
təcili hospitalizə və əməliyyat olunmalıdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244 
689) Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir?
A) Analgetiklər, damargenəldicilər 
B) Ürək preparatları 
C) Sakitlik, soyuq qoymaq, vikasol vurmaq, hospitalizə etmək 
D) Soyuq, smazmolitiklər 
E) Kalsium xlor, ağrıkəsici preparatlar 
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və şok əmələ gələ 
bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir (hər bir hərəkət qanaxmanı 
artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu qoyulur,qanın laxtalanmasını artıran preparat 
vurulur və hospitalizə olunur. 
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 337 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin