da eritrositlərin parçalanması ilə əlaqədardır. Bəlğəmin bu rənginə görə onu “paslı” bəlğəm
adlandırırlar.
Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990. Стр 20.
171) Bronxial astma xəstəliyinin əsas ağırlaşması hansıdır?
A) Miokardit
B) Ağciyər qanaxması
C) Astmatik status- Tənəffüs çatışmazlığı
D) Ürək çatışmazlığı
E) Spontan pnevmotoraks
Astmatik status (astmatik vəziyyət) adi boğulma tutmasından fərqli olaraq bronxolitiklərə və
simpatomimetiklərə qarşı rezistentliyi, hipoksiya əlamətlərinin surətlə inkişafı
ilə xarakterizə
olunur. Astmatik status xroniki prosesin kəskinləşməsi və ya kəskin prosesin qoşulması nəticəsində
baş verə bilər.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215-216
Dostları ilə paylaş: