E) Zülalları
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan
sidik cövhəri,
sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr”
Bakı 1984
175) Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
A) Qida maddələrini düz bağırsaqdan yeritmək
B) Xəstənin qaşıqla yedizdirilməsi
C) Fistula vasitəsilə yedizdirilmə
D) Parenteral
yolla qidalanma
E) Qidanın zondla yeridilməsi
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə
qida maddələri
yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun
daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan
əməliyyatlardan sonra,
komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal
qidalanma
üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: